Məhkəmə qərarları › İş №1(002)-237/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-237/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-237/2022 29.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs (mülki cavabdeh) xx xxxxxx 1980-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 01 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5ci bəndi tətbiq edilməklə çəkilməmiş cəzası bir il azaldılmış və cəzasının qalan hissəsini çəkdiyindən azadlığın məhdudlaşdırılması cəzasından dərhal azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş, həmçinin saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa, təkrarən oğurluğa cəhd etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixə keçən gecə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, ev 42-də yerləşən ərzaq mağazasının giriş qapısında dəmir barmaqlıq üzərində olan halqanı kəlbətin vasitəsi ilə kəsib asma qıfılı halqadan çıxardıb dəmir barmaqlıq, daha sonra plastik qapısını açıb saxlanc sahəsi hesab olan həmin ərzaq mağazasına qanunsuz daxil olub Zərərçəkmiş şəxs1 məxsus bir qutusunun qiyməti 3,9 manat olan, hər bir blokda 10 ədəd olmaqla 2 blok 78 manat qiymətində “Sobranie” markalı nazik siqaretlərin, bir qutusunun qiyməti 3,9 manat olan, hər bir blokda 10 ədəd olmaqla 2 blok 78 manat qiymətində “Sobranie” markalı qalın siqaretlərin, bir qutusunun qiyməti 3,9 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 39 manat qiymətində “Sobranie” markalı kompakt siqaretlərin, bir qutusunun qiyməti 3,6 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 36 manat qiymətində “KENT” 8 markalı siqaretlərin, bir qutusunun qiyməti 3,6 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 36 manat qiymətində “KENT” 4 markalı qalın siqaretlərin, bir qutusunun qiyməti 3,4 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 34 manat qiymətində “Vinston” markalı kompakt siqaretlərin, bir qutusunun qiyməti 3,4 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 34 manat qiymətində Vinston markalı nazik siqaretlərin, bir qutusunun qiyməti 2,9 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 29 manat qiymətində “LD” markalı ağ kompakt siqaretlərin, bir qutusunun qiyməti 3 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 30 manat qiymətində “LD” markalı boz nazik siqaretlərin, bir qutusunun qiyməti 2,5 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 25 manat qiymətində “Pall mall” markalı boz nazik siqaretlərin, bir qutusunun qiyməti 2,5 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 25 manat qiymətində “Pall mall” markalı nazik mentol siqaretlərin, bir qutusunun qiyməti 2,5 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 25 manat qiymətində “Rotmos” markalı boz kompakt siqaretlərin, bir qutusunun qiyməti 2,5 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 25 manat qiymətində “Rotmos” markalı mentol siqaretlərin, bir qutusunun qiyməti 2,5 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 25 manat qiymətində “Vinçestr” markalı boz nazik siqaretlərin, bir qutusunun qiyməti 2,5 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 25 manat qiymətində “Rotmos” markalı göy kompakt siqaretlərin, bir qutusunun qiyməti 2,5 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 25 manat qiymətində “Rotmos” markalı boz kompakt siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində “Maqna” markalı boz nazik siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində “Maqna” markalı qara nazik siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində “Vikiroy” markalı boz nazik siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində “Prima” markalı siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində “Sarı Prima” markalı siqaretlərin, bir qutusunun qiyməti 1,8 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 18 manat qiymətində “Bakı” markalı qalın siqaretlərin, bir qutusunun qiyməti 1,8 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 18 manat qiymətində “Arqo” markalı göy qalın siqaretlərin, bir qutusunun qiyməti 2,2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 22 manat qiymətində “Klassik” markalı boz kompakt siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində “KENO” markalı boz nazik siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində “KENO” markalı ağ nazik siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində “VANT” markalı qara nazik siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində “VANT” markalı boz nazik siqaretlərin, bir qutusunun qiyməti 2,3 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 23 manat qiymətində “Vest” markalı qalın siqaretlərin, bir ədədinin qiyməti 36 qəpik olan, 50 ədəd olmaqla 1 blok 18 manat qiymətində markası olmayan alışqan, bir ədədinin qiyməti 82 qəpik olan 10 ədəd balaca ölçülü 8,2 manat qiymətində “SNİKERS” şokoladlarını, bir ədədinin qiyməti 1,3 manat olan 10 ədəd böyük ölçülü 13,7 manat qiymətində “SNİKERS” şokoladlarını, 1 kq 10 manat olmaqla 3 kq 30 manat qiymətində “Manqalüstü” markalı sosislər, 5 ədəd 27 manat qiymətində kəsilmiş toyuqlar, bir ədədinin qiyməti 1,5 manat olan 6 ədəd “GO” markalı 9 manat qiymətində içkilər, bir ədədinin qiyməti 50 qəpik olan 20 ədəd 10 manat qiymətində “Tourist” markalı şokoladlarını, bir ədədinin qiyməti 1,7 manat olan 10 ədəd 17 manat qiymətində “Alpen Gold” markalı şokoladlarını, bir ədədinin qiyməti 25 qəpik olan 48 ədəd 12 manat qiymətində “Dorenko” markalı şokoladlarını, bir ədədinin qiyməti 50 qəpik olan 24 ədəd 12 manat qiymətində “Tik-tok” markalı konfetlər, 50 mantlıq qarışıq qəpik, içərisində 25 manat olan 20 manat qiymətində pul kisəsini, 250 manat qiymətində “Samsung” markalı SM-T211 modelli, Tab 3.7 versiyalı, **********60747 İMEİ nömrəli bir ədəd mobil telefon planşeti gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1331 manat 90 qəpik ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, 2022-ci ilin yanvar ayının ikinci yarısı özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi 5 saylı binanın blokunda saxladığı özünə məxsus 210 manat dəyərində qara rəngli qırmızı bəzəkli “SAFT” markalı 26 ölçülü velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 210 manat ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, 2022-ci ilin aprel ayının ikinci yarısı özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 5-ci keçid, 13 saylı evin açıq olan həyət qapısından qanunsuz həyətinə, oradanda saxlanc sahəsi hesab olan zirzəmisinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs3 məxsus 200 manat dəyərində samovarı, 100 manat dəyərində aliminum qazanı, 100 manat dəyərində bankada olan müxtəif mürəbbələri gizli olaraq talayarkən, küçədə evin qarşısında qonşuluqda yaşayan Şahid3 müdaxiləsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli başa çatdıra bilməyib əlində sellofanda olan mürəbbələri yerə qoyub hadisə yerindən qaçaraq Zərərçəkmiş şəxs3 400 manat dəyərində ziyan vurmağa, təkrarən oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Əvvəllər CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. O, 2022-ci ilin tarixi yadında qalmadığı təxminən yanvar-fevral ayında tək başına Qaradağ rayonu, Lökbatan qəsəbəsində «Qaradağ» şadlıq sarayı ilə üzbəüz olan 5 mərtəbəli yaşayış binasının orta bloklarının birinin təxminən 2 və ya 3-cü mərtəbəsindən 1 ədəd «SAFT» markalı qara rəngli qırmızı işləmə bəzəkli velosipedi oğurlamış və özündə saxlayırmış. Hansı ki, 10-cu PB-nin əməkdaşları tərəfindən tutularkən onlara könüllü təqdim etmiş və həmin velosiped protokol ilə götürülmüşdür. Bundan başqa təxminən tutulmamışdan bir ay öncə, yəni 2022-ci ilin aprel ayının ikinci yarısı Lökbatan qəsəbəsi, 4-cü massivdə yaşayan qonşusu Ceyhunun evinə daxil olaraq həyətdə evin zirzəmisində olan anbardan 5 ədəd dolu mürrəbbə bankalarını götürüb qaçmaq istəyərkən yadında qalmayan qanşuların səs-küyündən onu görmələrini başa düşüb mürrəbbə bankalarını iradəsindən aslı olmayaraq yerə qoyub hadisə yerindən qaçmışdır. Evin zirzəmisində olarkən samovar və qazanı da zirzəmidə oğurlamaq üçün qapı ağzına qoymuşdur. Lakin iradəsindən aslı olmayaraq oğurlaya bilməmişdir. Başqa oğurluq etməmişdir. Oğurluq etdiyi yerləri göstərə bilər. Törətdiyi əməlin oğurluq cinayəti olmasını dərk edir, özünü təqsirli bilir, əməlindən peşmandır. O, öz ifadəsində əlavə olaraq 2022-ci ilin yanvar ayında tək başına Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən Zərərçəkmiş şəxs1 ərzaq mağazasının dəmir barmaqlıqdan olan giriş qapısı üzərində olan sol halqanı kəlbətin vasitəsi ilə kəsib asma qıfılı halqadan çıxardıb dəmir barmaqlıq, daha sonra plastik qapısını açıb mağazaya qanunsuz daxil olaraq oğurluq etməsinə dair ittihamı qəbul etmir. Belə ki, o tutulmamışdan təxminən 02 ay əvvəl oğurluq olan ərazinin təqribən 50-60 metr yaxınlığında yerləşən zibillikdən təsadüfən planşet və güzgü tapmış, güzgünü sonra atmış, lakin mobil telefon olan planşet ilk baxışdan normal vəziyyətdə olduğundan öz şəxsiyyət vəsiqəsilə mağazaya satmaq istəmiş, lakin mağazada almamışlar və o, sonra maddi vəziyyəti aşağı olduğundan həmin planşeti qonşuluğunda yaşayan Əlisəfaya həmin planşet telefonun özünə məxsus olduğunu deyərək satmışdır. O, düşünmüşdür ki, zibillikdən tapdığını desə telefonu ondan almazlar, ona görə də özünə məxsus olduğunu bildirmişdir. Əgər o, oğurlamış olsaydı nə öz adıyla mağazaya satmaq istəməz, nədə ki, hadisə yerinə bu qədər yaxın olan ərazidə telefonu başqasına satmazdı. O, ibtidai istintaq zamanı polislər tərəfindən evindən götürülərək 10-cu Polis Bölməsinə gətirilmiş və orda bölmənin xidməti otaqlarının birində polis əməkdaşları tərəfindən elektrik cərəyanı verilməklə işgəncəyə məruz qalmış, döyülmüş, lakin bununla bağlı heç bir orqana şikayət etməmişdir. Bundan sonra özündə olmadığı, yəni anlaqsız vəziyyətdə olduğu vaxt Zərərçəkmiş şəxs1 yaşadığı evə aparılmış, o qapıdan girən kimi bir neçə qadın görmüş və hər birinə həmin ünvanda olmadığını, onları tanımadığını və bu həyətə oğurluğa girmədiyini bildirmişdir. Daha sonra ona polis əməkdaşları tərəfindən göstərişlər verilmiş və o da oğurlanan əşyaların yerini göstərmişdir, lakin o, bir neçə şeyin yerini də düzgün göstərə bilməmişdir, çünki əslində o bu oğurluğu törətməmiş, yalnız polis əməkdaşlarının işgəncəsi altında olarkən ona göstərilən şiddətdən qurtarmaq üçün özünü təqsirli bildiyini bildirmiş və çarəsi qalmadığından bütün sənədləri imzalamışdır. O, öz ifadəsində daha sonra verilmiş mülki iddianı qəbul etmədiyini və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Yaşadığı həyət evinin sahəsində olan qarajı təxminən 1996-cı ildən ərzaq mağazası kimi istifadə edib fəaliyyət göstərir. Həmin qarajın iki girişi olmaqla çöldən və həyətdəndir. Çöldən olan giriş qapısı iki laylı dəmir qapıdır, həyətdən giriş qapısı isə dəmir barmaqlı qapı vardır, ondan sonra kiçik ölçülü mətbəxdir, mətbəxdən qarajda olan mağazaya keçmək üçün bir ədəd şüşəli plastik qapı vardır. Dəmir barmaqlığın üzərində asma qıfıl bağlamaq üçün iki halqa vardır. Qarajın çöl tərəfdən dəmir qapıları içərdən bağlandığı üçün açılması qeyri-mümkündür. Həyət tərəfdə olan dəmir barmaqlıq üzərində asma qıfıl bağlasalarda ondan sonra qarajda mağazaya daxil olmaq üçün plastik qapının kilidi bağlı olmur. Asma qıfılın açarı isə onda olur. Adətən mağazada iş rejimi saat 07:30-dan saat 23:00 kimidir. Mağazanın fəaliyyəti ilə özü məşğul olmaqla özüdə satıcı kimi işləyir. Orada olan əmlak ona məxsusdur. Belə ki, həmişə olduğu kimi təxminən xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində mağazanın qapılarını bağlayıb, asma qıfılı bağlayıb həyətindən evinə keçmişdir. Həmin günü hava şəraiti soyuq olmaqla sulu qar yağırmış. xx.xx.2022-ci il tarixdə saat 06:00 radələrində mağazaya gələrkən mağazasının həyət tərəfdə giriş qapısında dəmir barmaqlıq üzərində olan asma qıfıl halqa üzərində olsa da halqanın sol tayının kəsilməsini qırılmasını dəmir barmaqlıq olan qapı və ondan sonra olan plastik qapının açıq olmasını və mağazasında oğurluq baş verməsini görüb 102 xidmətinə zəng edib hadisə barədə məlumat verib təxmini oğurlanmış ərzaq barədə və qiymət barədə məlumat vermişdir. Bundan sonra oraya polis gəlib hadisə yerini müayinə etmişlər. Mağazaya baxış keçirdikdə aşağıdakı əşyalarının oğurlanmasını aşkar etmişdir. Tütün məmulatları arasından alış qiyməti ilə göstərərək bildirmişdir ki, bir qutusunun qiyməti 3,9 manat olan, hər bir blokda 10 ədəd olmaqla 2 blok 78 manat qiymətində Sobranie markalı nazik siqaretlərin, bir qutusunun qiyməti 3,9 manat olan, hər bir blokda 10 ədəd olmaqla 2 blok 78 manat qiymətində Sobranie markalı qalın siqaretlərin, bir qutusunun qiyməti 3,9 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 39 manat qiymətində Sobranie markalı kompakt siqaretlərin, bir qutusunun qiyməti 3,6 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 36 manat qiymətində KENT 8 markalı siqaretlərin, bir qutusunun qiyməti 3,6 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 36 manat qiymətində KENT 4 markalı qalın siqaretlərin, bir qutusunun qiyməti 3,4 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 34 manat qiymətində Vinston markalı kompakt siqaretlərin, bir qutusunun qiyməti 3,4 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 34 manat qiymətində Vinston markalı nazik siqaretlərin, bir qutusunun qiyməti 2,9 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 29 manat qiymətində LD markalı ağ kompakt siqaretlərin, bir qutusunun qiyməti 3 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 30 manat qiymətində LD markalı boz nazik siqaretlərin, bir qutusunun qiyməti 2,5 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 25 manat qiymətində Pall mall markalı boz nazik siqaretlərin, bir qutusunun qiyməti 2,5 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 25 manat qiymətində Pall mall markalı nazik mentol siqaretlərin, bir qutusunun qiyməti 2,5 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 25 manat qiymətində Rotmos markalı boz kompakt siqaretlərin, bir qutusunun qiyməti 2,5 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 25 manat qiymətində Rotmos markalı mentol siqaretlərin, bir qutusunun qiyməti 2,5 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 25 manat qiymətində Vinçestr markalı boz nazik siqaretlərin, bir qutusunun qiyməti 2,5 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 25 manat qiymətində Rotmos markalı göy kompakt siqaretlərin, bir qutusunun qiyməti 2,5 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 25 manat qiymətində Rotmos markalı boz kompakt siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində Maqna markalı boz nazik siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində Maqna markalı qara nazik siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində Vikiroy markalı boz nazik siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində Prima markalı siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində Sarı Prima markalı siqaretlərin, bir qutusunun qiyməti 1,8 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 18 manat qiymətində Bakı markalı qalın siqaretlərin, bir qutusunun qiyməti 1,8 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 18 manat qiymətində Arqo markalı göy qalın siqaretlərin, bir qutusunun qiyməti 2,2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 22 manat qiymətində Klassik markalı boz kompakt siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində KENO markalı boz nazik siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində KENO markalı ağ nazik siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində VANT markalı qara nazik siqaretlərin, bir qutusunun qiyməti 2 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 20 manat qiymətində VANT markalı boz nazik siqaretlərin, bir qutusunun qiyməti 2,3 manat olan, hər bir blokda 10 ədəd olmaqla 1 blok 23 manat qiymətində Vest markalı qalın siqaretlərin, bir ədədinin qiyməti 36 qəpik olan, 50 ədəd olmaqla 1 blok 18 manat qiymətində markası olmayan alışqan, bir ədədinin qiyməti 82 qəpik olan 10 ədəd balaca ölçülü 8,2 manat qiymətində SNİKERS şokoladlarını, bir ədədinin qiyməti 1,3 manat olan 10 ədəd böyük ölçülü 13,7 manat qiymətində SNİKERS şokoladlarını, 1 kq 10 manat olmaqla 3 kq 30 manat qiymətində Manqalüstü markalı sosislər, 5 ədəd 27 manat qiymətində kəsilmiş toyuqlar, bir ədədinin qiyməti 1,5 manat olan 6 ədəd GO markalı 9 manat qiymətində içkilər, bir ədədinin qiyməti 50 qəpik olan 20 ədəd 10 manat qiymətində Tourist markalı şokoladlarını, bir ədədinin qiyməti 1,7 manat olan 10 ədəd 17 manat qiymətində Alpen Gold markalı şokoladlarını, bir ədədinin qiyməti 25 qəpik olan 48 ədəd 12 manat qiymətində Dorenko markalı şokoladlarını, bir ədədinin qiyməti 50 qəpik olan 24 ədəd 12 manat qiymətində Tik-tok markalı konfetlər, 50 manatlıq qarışıq qəpik, içərisində 25 manat olan 20 manat qiymətində pul kisəsini, 250 manat qiymətində Samsung markalı SM-T211 modelli Tab 3.7 versiyalı, **********60747 İMEİ nömrəli bir ədəd planşeti oğurlanmışdır. Oğurluq nəticəsində ona 1331 manat 90 qəpik ziyan dəymişdir. Dəmir barmaqlığın halqasının zədələnməsini ziyan kimi hesab etmir, ona görədə onu qiymətləndirmir. Başqa əmlakı zədələnməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin Samsung markalı SM-T211 modelli Tab 3.7 versiyalı, **********60747 İMEİ nömrəli 1 ədəd planşetin 40 manat qiymətləndirilməsinə dair rəyi ilə əlaqədar bildirmişdir ki, 250 manata aldığı planşet tam komplektli saz vəziyyətdə olmuşdur. Ona görə də planşetin qiymətini və ona dəymiş ziyanı 250 manat qiymətləndirilməsini və ifadəsinin əsas götürülməsini xahiş etmişdir. O, öz ifadəsində daha sonra ona dəymiş ziyandan planşet qayıtdığına görə hazırda vurulmuş ziyanın 1081,90 manat təşkil etdiyini və mülki iddiasının təmin edilməsini xahiş etdiyini bildirmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, o, polis əməkdaşlarına onun həyətindən oğurluq edən şəxslərin bir neçə nəfər olduğunu bildirmiş və həmin şəxslərin adlarını qeyd etmiş, lakin araşdırmalar nəticəsində yalnız Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə onun həyətinə gətirilmişdir. Hadisə yerinə baxış keçirilərkən Təqsirləndirilən şəxs onun yanında oğurlanan əşyaların yerlərini sərbəst göstərməyə başlamışdır. Təqsirləndirilən şəxs götürdüyü əşyaların yerini düz göstərmiş, yalnız telefon və pul kisəsini hardan oğurladığını dəqiq xatırlamaışdır. O, öz ifadəsində daha sonra təqsirəndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan heç bir ödəniş edilmədiyinə görə ona qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. 2020-ci ilin yay aylarında Bakı şəhəri, Qaradağ rayonu, Sədərək TM-dən nəvəsi üçün öz puluna 210 manata qara rəngli qırmızı bəzəkli “SAFT” markalı velosiped almışdır. Velosipedi qış mövsümündə evdə saxlasa da qış mövsümü bitdikdən sonra yay mövsümündə yaşadığı binanın ikinci mərtəbəsində dəmir boruya söykəyərək saxlayırmış. Tarixin gününü xatırlamır, 2022-ci ilin yanvar ayının ikinci yarısı velosipedin həmin yerdən oğurlanmasını aşkar etmişdir. Vaxtı məhdud olduğundan polis bölməsinə gedib şikayət edə bilməmişdir. xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu polis bölməsindən polis bölməsinə dəvət edilmiş, Polis bölməsinə getdikdə nəvəsi üçün aldığı qara rəngli qırmızı bəzəkli “SAFT” markalı velosipedini görmüş və tanımışdır. Şikayət ərizəsi və izahat yazmışdır. Velosipedin Təqsirləndirilən şəxs tərəfindən oğurlanması bəlli olmuşdur. Hansı ki, həmin şəxsi əvvəllər tanımamış, velosipedin oğurlanması nəticəsində ona 210 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizələr təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti-düşmənçiliyi yoxdur. Vüqar adlı qonşusu günü yadında qalmamışdır, 2022-ci ilin aprel ayının ikinci yarısı yaşadığı evin həyətinə xəbərsiz daxil olaraq, evin zirzəmisindən oğurluğa cəhd etmişdir. Belə ki, O, Vüqarı uşaqlıqdan etibarən tanıyır. Tarixin günü yadında qalmamışdır, 2022-ci ilin aprel ayının ikinci yarısı yaşadığı evdə olarkən zirzəmidən səs eşidib səslənmiş və bu zaman Vüqarın evin həyətində əlində içərisi bir dolu qara rəngli sellofan torba ilə evin həyətindən qaçaraq uzaqlaşdığını görmüşdür. Yüksək səs-küylə oğurluq edilməsini bildirib, evdən onun arxasıyca çıxınca görmüşdür ki, Vüqar evin həyətindən qaçıb həyətin qapısından çıxıb qaçmaq istəyərkən Eldəniz adlı qonşusu onun qarşısını kəsib saxlamışdır. Həmin vaxt o, onlara çatmışdır. Vüqar əlindəki sellofan torbanı yerə atıb qaçmışdır. O, torbaya baxanda içərisində evin zirzəmisində saxladığı özünə məxsus mürəbbə bankaları olduğunu görmüşdür. Bundan sonra evin zirzəmisinə baxdıqda orada olan samovar və böyük aliminum qazanın yerinin dəyişdiyini, zirzəminin qapısının yanına qoyulduğunu görmüşdür. Başa düşmüşdür ki, Vüqar həmin samovar və qazanı da oğurlamaq niyyətində olub, lakin o, ona səsləndiyi üçün qorxudan qaçıb uzaqlaşıb və öz əməlini başa çatdıra bilməyib. Vaxtı məhdud olduğundan polisə şikayət ərizəsi yaza bilməmişdir. xx.xx.2022-ci il tarixdə 10-cu polis bölməsinə çağırış edilmiş və Vüqarın evindən oğurluq etməsinə cəhd edib etməməsini soruşanda təstiq etmişdir. Öz istəyi ilə şikayət ərizəsi və izahat yazmışdır. Bildirmək istəmişdir ki, samovarın dəyəri 200 manat, aliminium qazanın qiyməti 100 manat və bankalarda olan mürəbbələrin qiyməti 100 manat təşkil edir. Əgər Vüqar öz əməlini başa çatdıra bilib oğurluq etsəydi ona 400 manat maddi ziyan vurmuş olacaqdı. Vüqarın oğurluq etməsini görüb onun arxasıyca səslənərkən onun eşidib eşitməməsini bilmir. Evindən başqa heçnə oğurlanmayıb. Əmlakına ziyan dəyməyib. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti-düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil. Psixoloji durumu normaldır və sağlamdır. İfadə vermək iqtidarındadır. 2022-ci il tarixdə yanvar ayının ikinci yarısı uşaqlıqdan tanıdığı qəsəbə sakini ünvanını dəqiq bilmədiyi Lökbatan qəsəbəsi məsçidin yanında 10.000 minlik kimi tanınan məhəllədə yaşayan onunla həm yaş olan yalnız adını Vüqar kimi bildiyi tanışı ev telefonuna zəng edərək onunla işi olmasını və yaşadığı məhəlləyə gəlməsini bildirmiş və bir müddətdən sonra Vüqar məhəlləyə gələrək onunla görüşmüş və əlində saxladığı “Samsung” markalı SM-T211 modelli Tab 3.7 versiyalı, **********60747 İMEİ nömrəli bir ədəd ağ mobil telefon planşetini ona təqdim edərək təcili pul lazım olduğundan 25 manata satmasını bildirmişdir. Onun ehtiyacı olmadığından həmin planşeti almamışdır. Bundan sonra Vüqar həmin planşeti satmaqda ona köməklik etməyini xahiş etmiş və Vüqar həmin planşetin oğurluq olmamasına onu əmin etmişdir. O da həmin planşeti onunla bir məhəllədə yaşayan uzaq qohumu, yəni bibisi oğlunun arvadı Şahid1 yaxınlıqda “Gilan Holdinq”də iş yerinə aparmışdır. Çöldə Gülşən ilə rastlaşmış və bir nəfər şəxsə təcili pul olduğunu bildirib həmin planşeti təqdim edib 25 manata deyib 20 manata satmış və həmin zaman qayıdaraq həmin 20 manat pulu Vüqara vermişdir. Həmin planşeti Vüqarın xahişinə əsasən köməklik məqsədi ilə Gülşənə satmaqda köməklik etmiş, başqa heç bir marağı olmamışdır. Vüqar həmin satdığı planşetin pulundan ona heçnə verməmişdir. Bundan sonra o 10-cu polis bölməsinə dəvət edilib sorğu-sual edildikdə həmin planşeti Vüqardan aldığını bildirmişdir. O, həmin planşetin Vüqar haradan kimdən əldə etməsini soruşmadığı üçün bilmir. Polis Bölməsində bilmişdir ki, həmin planşet oğurluqdur. Hansı ki, o, həmin planşetin oğurluq olmasını bilməmişdir. Əgər bilsə idi heç vaxt onu Gülşənə satmazmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti-düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil. Psixoloji durumu normaldır və sağlamdır. İfadə vermək iqtidarındadır. 2022-ci il tarixdə yanvar ayının ikinci yarısı onunla bir məhəllədə yaşayan uzaq qohumu, yəni ərinin dayısı oğlu Şahid2 “Samsung” markalı SM-T211 modelli Tab 3.7 versiyalı, **********60747 İMEİ nömrəli bir ədəd ağ planşet ona təqdim edib 25 manata satmasını bildirmişdir. O da onunla razılaşıb həmin planşeti 20 manata almağa razılaşmış və o, həmin planşeti Əlisəfadan alıb öz adına yeni aldığı 051 527 02 87 saylı sim kartı daxil edib istifadə etməyə başlamışdır. Bundan sonra onu 10-cu polis bölməsinə dəvət etmişlər və o da həmin planşeti Əlisəfadan aldığını bildirmişdir. O, həmin planşetin Əlisəfanın haradan kimdən əldə etməsini soruşmadığı üçün bilmir. Polis Bölməsində bilmişdir ki, həmin planşet oğurluqdur. Hansı ki, o, həmin planşetin oğurluq olmasını bilməmişdir. Əgər bilsə idi heç vaxt almazmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti-düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil. Psixoloji durumu normaldır və sağlamdır. İfadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs3 ilə bir qonşu kimi yaxşı münasibətləri vardır. Günü yadında qalmamışdır 2022-ci ilin aprel aynın ikinci yarısı günorta saatlarında küçədə evinin qarşısında olarkən qonşusu Ceyhunun qışqırıq səsini, eyni zamanda həyət qapılarından qonşuluqda yaşayan Vüqarın əlində içərisi bir dolu qara sellofan torba ilə çıxaraq qaçdığını görmüşdür. Ceyhun, Vüqarın oğurluq etməsini bildirməsinə səbəb Vüqarın qarşısını kəsdikdə Ceyhun, Vüqarın həyətindən oğurluq etməsini bildirmiş və həmin zaman Vüqar əlində olan içərisi dolu qara sellofan torbanı yerə qoyaraq qaçıb getmişdir. Onlar sellofan torbaya baxanda Ceyhun evinin zirzəmisində saxladığı özünə məxsus mürəbbə bankaları olduğunu bildirmişdir. Bundan sonra Ceyhun ilə evinin zirzəmisinə baxdıqda orada olan samovar və böyük aliminum qazanın yerinin dəyişdiyini, zirzəminin qapısının yanına qoyulduğunu görmüşlər. Başa düşmüşlər ki, Vüqar həmin samovar və qazanı da oğurlamaq niyyətində olub, lakin Ceyhun ona səsləndiyi üçün qorxudan əlində olan sellofanı ataraq qaçıb uzaqlaşıb və iradəsindən aslı olmayaraq öz əməlini başa çatdıra bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2022-ci il tarixli, 9/2577 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd ekran şüşəsinin yuxarı və aşağı hissəsində çatlar olan “Samsung” markalı “SM-T211” modelli mobil telefon (planşetin) aparatının satış üçün komplekləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 40,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2022-ci il tarixli, 9/3838 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 26 ölçülü «Saft» markalı istifadədə olmuş velosipedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərin uyğun olaraq 2022-ci ilin yanvar ayına orta bazar qiyməti təxminən 160,0 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Samsung markalı SM-T211 modelli Tab 3.7 versiyalı, **********60747 İMEİ nömrəli 1 ədəd planşet digər ona oxşar 3 ədəd planşetlər arasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tanınması üçün təqdim olunarkən sonuncu özünə məxsus əmlakını tanımışdır. Qara rəngli qırmızı bəzəkli “SAFT” markalı velosiped digər ona oxşar 3 ədəd velosipedlər arasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanınması üçün təqdim olunarkən sonuncu özünə məxsus əmlakını tanımışdır. Şahid1 könüllü təqdim etdiyi Samsung markalı SM-T211 modelli Tab 3.7 versiyalı, **********60747 İMEİ nömrəli bir ədəd ağ planşet mobil telefon baxış keçirilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət hadisəsi ilə əlaqədar şübhəli şəxs kimi Qaradağ RPİ-nin 10-cu PB-də olarkən bölmənin xidməti otaqlarının birində polis əməkdaşları tərəfindən elektrik cərəyanı verilməklə işgəncəyə məruz qaldığını və döyüldüyünü bildirmişdir. Bununla əlaqədar məhkəmə iclası təxirə salınmaqla Qaradağ Rayon Prokurorluğuna müvafiq məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon Prokurorluğunun 10 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən döyülərək ona xəsarət yetirilməsi, işgəncə verilməsi barədə verdiyi məlumatda qeyd etdiyi xüsusat öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə X6 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan tələbnamədən, hökmdən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 01 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə çəkilməmiş cəzası bir il azaldılmış və cəzasının qalan hissəsini çəkdiyindən azadlığın məhdudlaşdırılması cəzasından dərhal azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmasa da məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilmiş ittihamda “xx.xx.2022-ci il tarixə keçən gecə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, ev 42-də yerləşən ərzaq mağazasının giriş qapısında dəmir barmaqlıq üzərində olan halqanı kəlbətin vasitəsi ilə kəsib asma qıfılı halqadan çıxardıb dəmir barmaqlıq, daha sonra plastik qapısını açıb saxlanc sahəsi hesab olan həmin ərzaq mağazasına qanunsuz daxil olub Zərərçəkmiş şəxs1 1331 manat 90 qəpik ziyan vuraraq oğurluq etməsi”nə dair epizodu qəbul etməsə də məhkəmə onun bu mövqeyini həmin epizod üzrə ziyanı ödəməyə iqtidarı olmadığından barışıq əldə edə bilməyəcəyini düşünərərək məsuliyyətdən yayınmaq məqsədilə etdiyi qənaətinə gəlir. Belə ki, yuxarıda qeyd olunan ittiham məhkəmə istintaqı zamanı araşdırılmış bütün sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə ifadə verərək törətdiyi əməli tam etiraf etmiş, o cümlədən Zərərçəkmiş şəxs1 da məhkəmə iclasında verdiyi ifadəsində hadisə yerinin müayinəsi zamanı oğurlanan əşyaların əksəriyyətinin yerinin Təqsirləndirilən şəxs tərəfindən sərbəst şəkildə doğru göstərdiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 mağazasından oğurlanmış bir ədəd mobil telefon planşetinin Təqsirləndirilən şəxs aşkar edilməsi və onun tərəfindən özünə məxsus olması adı ilə satılması, eləcə də təqsirləndirilən şəxsin qeyri-səmimi formada və heç bir əsaslandırma aparmadan işlək vəziyyətdə olan həmin əşyanı zibillikdən tapmasını bildirməsi bir daha bu hadisənin təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə gəlməsinə əsas verir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, öz ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti-düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Əvvəllər CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. 2007-ci ildən narkotik vasitə istifadə edir. Narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini ineksiya vasitəsi ilə damarına vurmaq yolu qəbul edir. Heç bir yerdə işləmədiyi üçün narkotiki alıb qəbul etmək məqsədi ilə bir neçə dəfə oğurluq etmişdir. 2022-ci ilin yanvar ayında tək başına Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən ərzaq mağazasının dəmir barmaqlıqdan olan giriş qapısı üzərində olan sol halqanı kəlbətin vasitəsi ilə kəsib asma qıfılı halqadan çıxardıb dəmir barmaqlıq, daha sonra plastik qapısını açıb mağazaya qanunsuz daxil olmuşdur. Ərzaq mağazasında olan yadında qalmayan müxtəlif markalı tütün məmulatlarını, alışqanlar, müxtəlif şirniyyat, toyuq ərzaq məhsullarını, enerji içkilərini, xırda para nəgd pul, pul kisəsi, Samsung markalı SM-T211 modelli Tab 3.7 versiyalı, 1 ədəd planşeti gizli olaraq talayıb hamısını bir torbaya yığıb daxil olduğu kimi ərzaq mağazasını tərk edib çıxıb getmişdir. Oğurladığı tütün məmulatlarını 28 may metro stansiyası yaxınlığında küçələrdə tanımadığı şəxslərə satıb ümumilikdə 150 manat qazanc əldə etmişdir. Oğurladığı Samsung markalı SM-T211 modelli Tab 3.7 versiyalı, 1 ədəd planşeti isə özünə məxsus adı ilə Lökbatan qəsəbə sakini tanışı Əlisəfa adlı şəxsin vasitəsi ilə adını bilmədiyi qohumu olan bir qadına 25 manata deyib 20 manata satmışdır. 5 manatda ona borclu qalmışdır. Yerdə qalan pul və ərazaq məhsullarını isə öz ehtiyacına istifadə edib xərsləmişdir. Kəlbətini yadında qalmayan yerə tullamışdır. Samsung markalı SM-T211 modelli Tab 3.7 versiyalı, 1 ədəd planşetin oğurluq olmasını Əlisəfaya və ya başqa bir adama bildirməmişdir. Daha sonra 2022-ci ilin tarixi yadında qalmamışdır təxminən yanvar fevral ayında tək başına Qaradağ rayonu, Lökbatan qəsəbəsidə «Qaradağ» şadlıq sarayı ilə üzbəüz olan 5 mərtəbəli yaşayış binasının orta bloklarının birinin təxminən 2 və ya 3-cü mərtəbəsindən 1 ədəd «SAFT» markalı qara rəngli qırmızı işləmə bəzəkli velosipedi oğurlamış və özündə saxlayırmış. Hansı ki, 10-cu PB-nin əməkdaşları tərəfindən tutularkən onlara könüllü təqdim etmiş və həmin velosipedi protokol ilə götürülmüşdür. Bundan başqa təxminən 1 ay öncə yəni 2022-ci ilin aprel ayının ikinci yarsı Lökbatan qəsəbəsi, 4-cü massivdə yaşayan qonşusu Ceyhunun evinə daxil olaraq həyətdə evin zirzəmisində olan anbardan 5 ədəd dolu mürrəbbə bankalarını götürüb qaçmaq istəyərkən yadında qalmayan qanşuların səs küyünə onu görmələrini başa düşüb mürrəbbə bankalarını iradəsindən aslı olmayaraq yerə qoyub hadisə yerindən qaçmışdır. Evin zirzəmisində olarkən samovar və qazanıda zirzəmidə oğurlamaq üçün qapı ağzına qoymuşdur. Lakin iradəsindən aslı olmayaraq oğurlaya bilməmişdir.Başqa oğurluq etməmişdir. Oğurluq etdiyi yerləri göstərə bilər. Törətdiyi əməlin oğurluq cinayəti olmasını dərk edir, özünü təqsirli bilir, əməlimdən peşmandır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməsini, əməlini qismən etiraf edərək peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışmaqla həmin zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Samsung” markalı SM-T211 modelli Tab 3.7 versiyalı, **********60747 İMEİ nömrəli 1 ədəd mobil telefon planşetinin və qara rəngli qırmızı bəzəkli “SAFT” markalı 1 ədəd velosipedin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Mülki iddiaya isə münasibətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 1081,90 (min səksən bir manat doxsan qəpik) manat məbləğində pul və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq mülki iddaiçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 48 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 21 may 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış “Samsung” markalı SM-T211 modelli Tab 3.7 versiyalı, **********60747 İMEİ nömrəli 1 ədəd mobil telefon planşetinin və qara rəngli qırmızı bəzəkli “SAFT” markalı 1 ədəd velosipedin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 1081,90 (min səksən bir manat doxsan qəpik) manat məbləğində pul və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar