Məhkəmə qərarları › İş №1(002)-237/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-237/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-237/2023 29.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada işləyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalmış 02 ay 21 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq 0,999 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 02 mart 2023-cü il tarixdə saat 22:30 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində Bakı-Ələt-Astara yolunun sağ tərəfindəki "xxxx" QSC-yə məxsus 8 saylı yanacaq doldurma stansiyasının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilmiş, 03 mart 2023-cü il saat 00:35 radələrində polis bölməsində xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibindən dörd ədəd gümüşü rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,350 qram, 0,169 qram, 0,183 qram, 0,297 olmaqla, ümumi çəkisi 0,999 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 02 mart 2023-cü il tarixdə tanışı “Dədəş” kimi tanınan Şahid4 ilə və bir nəfər Nəsrullanın tanışı “Opel” markalı avtomobilin sürücüsü ilə ilə Ələt qəsəbəsinə getmişdir. Orada tanımadığı şəxsdən 20 manata dörd büküm narkotik vasitə heroin almışdır. Həmin heroini tanışı “Dədəşlə” birlikdə istifadə etmək niyyətində olmuşdur. Tanımadığı şəxsdən 20 manata dörd büküm narkotik vasitə heroin alıb Ələt qəsəbəsindən Qobustana qayıdarkən saat 22:30 radələrində avtomobilə yanacaq doldurmaq üçün Ələt qəsəbəsində yerləşən “Socar” YDM-nə daxil olmuşlar. Həmin vaxt o, avtomobildən düşüb telefonla danışarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib şifahi olaraq üzərində qanunla gəzdirilməsi qadağan olunan narkotik vasitə və psixitrop maddə olması barədə məlumatlarının olduqlarını deyib adımın “Orxan” olub-olmadığını soruşmuşlar. O da özünü təqdim edib Təqsirləndirilən şəxs olmağını demişdir. Onu Qaradağ RPİ-nin 11-ci polis bölməsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla polis bölməsinə getmişdir. Polis bölməsində üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Hüquq və vəzifələrini izah edib müdafiə olunmağı üçün Bakı şəhəri, 10 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkilin itirakı ilə video çəkilişlə otaqların birində onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona üzərində qanunsuz nə varsa, təqdim etməyi təklif etmişlər. O da həmin vaxt əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibindən dörd büküm gümüşü rəngli kağıza bükülmüş kütlələri təqdim etmişdir. Həmin bükülüdə olan maddələrin narkotik vasitə heroin olmasını bildirmişdir. 02 mart 2023-cü il tarixdə Ələt qəsəbəsində “Sarok” kimi tanıdığı şəxsdən 20 manata öz istidadəsi üçün aldığını bildirmişdir. Onun üzərindən aşkar olunan narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı saxlandığı zaman hər hansı bir zor tətbiq olunmamışdır. Fiziki və psixi təsirlər olmamışdır. Məsuliyyətini yüngülləşdirmək üçün narkotik vasitəni “Sarok” adlı şəxsdən almasını demişdir. Bu barədə dedikləri yalandır. O, narkotik vasitəni tanımadığı şəxsdən almışdır. 20 manat pul onun özünə məxsus olmuşdur. Narkotik vasitə polis tərəfindən saxlanılakən onun üzərində olmuşdur. Tanışı Nəsrullanın və taksi sürücüsünün üzərlərində narkotik vasitə olmamışdır. O, son olaraq CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq qeyd olunan cinayət işi ilə bağlı tutulmamışdan əvvəl istifadə etdiyi mobil telefonunda ***-***-**-** saylı nömrənin olduğunu və həmin mobil nömrə ilə göndərilən “sms”lərin onun tərəfindən yazıldığını, lakin həmin “sms”ləri narkotik vasitənin satışı məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədi ilə narkotik vasitə satan şəxsi “şirinikləndirirək” aldatmaq məqsədi ilə yazdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 02 mart 2023-cü il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi massiv 1, ev 118-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanması, daşınması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra onun, bölmənin polis sahə inspektoru X3 iştirakı ilə əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupu ilə birlikdə Ələt qəsəbəsi ərazisində yerləşən “Socar” YDM-nə getmişlər. Həmin ərazidə onlar müşahidələr etməyə başlamışlar. Müşahidələr nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı-Ələt yolunun şəhər istiqamətində yerləşən “Socar” YDM-nin ərazisində dayanmışdır. Həmin vaxt o, piyada hərəkət etmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim edib polis bölməsinə dəvət etmişlər. Bundan sonra birlikdə polis bölməsinə gəlmişlər. Bölməyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosundan müdafiəçi dəvət edilmişdir. Müdafiəçi dəvət ediləndən sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələrini izah etdikdən sonra polis bölməsində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi polis bölməsinin YYÇ üzrə inspektoru polis mayoru Şahid3 aparmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya yaxud əşyalar varsa könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qırmızı rəngli gödəkcəsinin sağ yan cibindən 04 ədəd ayrı-ayrı siqaretin gümüşü rəngli kağızına bükülmüş halda bükümləri masanın üzərinə qoyaraq gümüşü kağız bükümlərin içərisindəki kütlələrin narkotik vasitə heroin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 02 mart 2023-cü il tarixdə saat 22 radələrində “Sarok” adlı Ələt qəsəbə sakinindən 20 manat pul müqabilində aldığını bildirmişdir. Həmin bükümlər açılaraq baxış keçirilən zaman müəyyən edilmişdir ki, gümüşü rəngli kağızın içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olmuşdur. Həmin bükümlər təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır və möhürlə bağlanılmışdır, İştirakçılar tərəfindən zərfin üzərində imzalar edilmişdir. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qeyriqanuni əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin YYÇ-ı üzrə inpektoru, Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar tanımış, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. 02 mart 2023-cü il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi massiv 1, ev 118-də yaşayan Təqsirləndirilən şəxs, narkotik vasitələrin saxlanması, daşınması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra bölmənin baş əməliyyat müvəkkili, polis başleytenantı Şahid1 və sahə inspektoru Cəfərli Ağazamanın iştirakı ilə əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupu Ələt qəsəbəsi ərazisində yerləşən “Socar” YDM-nə getmişdir. Bir neçə dəqiqədən sonra onlar Təqsirləndirilən şəxs Bakı-Ələt yolunun şəhər istiqamətində sağ tərəfində yerləşən “Socar” YDM-nin ərazisində saxlayaraq polis bölməsinə gətirmişlər. Bölməyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosundan müdafiəçi dəvət edilmişdir. Müdafiəçi dəvət ediləndən sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələrini izah etdikdən sonra polis bölməsində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən onun tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya yaxud əşyalar varsa könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan əynində olan qırmızı rəngli gödəkcəsinin sağ yan cibindən 04 ədəd ayrı-ayrı siqaretin gümüşü rəngli kağızına bükülmüş halda bükümləri masanın üzərinə qoyaraq gümüşü kağız bükümlərin içərisindəki kütlələrin narkotik vasitə heroin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 02 mart 2023-cü il tarixdə saat 22 radələrində “Sarok” adlı Ələt qəsəbə sakinindən 20 manat pul müqabilində aldığını bildirmişdir. Həmin bükümlər açılaraq baxış keçirilən zaman müəyyən edilmişdir ki, gümüşü rəngli kağızın içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə var. Həmin bükümlər təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır və möhürlə bağlanılmışdır, iştirakçılar tərəfindən zərfin üzərində imzalar edilmişdir. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, X6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edərək bildirmişdir ki, o Təqsirləndirilən şəxs yalnız çəkilişində iştirak etmişdir. Onu Şahid1 tutub bölməyə gətirmişdir. O ancaq çəkilişdə iştirak etmiş, necə tutulub hansı şəraitdə tutulduğunu bilmir. Çəkilişdə üzərində olan narkotik vasitəni təqdim etdiyi. Başqa heç nədən xəbərinin olmadığını bildirmiş. Ondan qabaq və sonra olan proseslərdən xəbəri olmamışdır. Üstündən çox müddət keçdiyi üçün, dəqiq yadında deyil. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olurunur o öz ifadəsində göstərmişdir ki, 02 mart 2023-cü il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi massiv 1, ev 118-də yaşayan Təqsirləndirilən şəxs, narkotik vasitələrin saxlanması, daşınması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra onun, bölmənin polis baş əməliyyat müvəkilli Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupu ilə birlikdə Ələt qəsəbəsi ərazisində yerləşən “Socar” YDM-nə getmişlər. Həmin ərazidə onlar müşahidələr etməyə başlamışlar. Müşahidələr nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı-Ələt yolunun şəhər istiqamətində yerləşən “Socar” YDM-nin ərazisində dayanmışdır. Həmin vaxt o, piyada hərəkət etmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim edib polis bölməsinə dəvət etmişlər. Bundan sonra birlikdə polis bölməsinə gəlmişlər. Bölməyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosundan müdafiəçi dəvət edilmişdir. Müdafiəçi dəvət ediləndən sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələrini izah etdikdən sonra polis bölməsində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi polis bölməsinin YYÇ üzrə inspektoru polis mayoru Şahid3 aparmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya yaxud əşyalar varsa könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qırmızı rəngli gödəkcəsinin sağ yan cibindən 04 ədəd ayrı-ayrı siqaretin gümüşü rəngli kağızına bükülmüş halda bükümləri masanın üzərinə qoyaraq gümüşü kağız bükümlərin içərisindəki kütlələrin narkotik vasitə heroin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 02 mart 2023-cü il tarixdə saat 22 radələrində “Sarok” adlı Ələt qəsəbə sakinindən 20 manat pul müqabilində aldığını bildirmişdir. Həmin bükümlər açılaraq baxış keçirilən zaman müəyyən edilmişdir ki, gümüşü rəngli kağızın içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olmuşdur. Həmin bükümlər təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır və möhürlə bağlanılmışdır, İştirakçılar tərəfindən zərfin üzərində imzalar edilmişdir. Əlavə şəxsi axtarış zamanı X4 üzərindən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid4 ifadəsi elan edilmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2023-cü ilin mart ayının 2-də yaşadığı evdə olmuşdur. Qobustan qəsəbəsindən tanıdığı Təqsirləndirilən şəxs ona zəng edib demişdir ki, Ələt qəsəbəsində yaşayan “Sarok” adlı şəxlə danışmışdır. Gedək ondan narkotik maddə götürək və bir yerdə istifadə edək. Orxan ona 20 manat pul düzəltdiyini demişdir. X18 getmək üçün maşın lazım olmasını demiş və məndən maşın təşkil etməyini xahiş etmişdir. O da bir nəfər adı yadında qalmayan Opel markalı avtomobilin sürücüsünə demişdir ki, onları Ələtə aparsın. Həmin şəxs də onları Ələtə aparmağa razılıq vermişdir. Bundan sonra Orxan, o və həmin taksi sürücüsü Ələtə narkotik vasitə almağa getmişlər. Orxanla o, avtomobildə arxa oturacaqda oturmuşlar. Ələt qəsəbəsinə balıqçılar məhəlləsinə çatmışlar. Orxan maşından düşmüşdür. Öz telefonu ilə Saroka zəng vurmuşdur. O da maşından düşmək istəyəndə Orxan ona demişdir ki, “sən düşmə, səni görməsin, yoxsa bizə narkotik verməyəcək”. O da taksi sürücüsü ilə maşında gözləmişdir. Orxan 4-5 dəqiqədən sonra qayıdıb gəlmiş və narkotik vasitəni götürdüyünü demişdir. Narkotik vasitə onun əlində olmuşdur. Həmin narkotik bir ədəd nisbətən iri ölçülü siqatetin qızılı rəngli kağızına bükülmüş vəziyyətdə olsa da, içərisində dörd büküm olmuşdur. Bundan sonra onlar Ələt qəsəbəsindən çıxıb Qobustan istiqamətində hərəkətə başlamışlar. Bakı-Ələt yolunun sağ tərəfindəki “Socar” YDM-nə çatanda sürücü avtomobilə yanacaq doldurmaq lazım olduğunu demişdir. Orxan bizə israrla bildirmişdir ki, onun üzərində narkotik vasitə var polis gəlib onu tuta bilər ona görə də YDM-nə girməklərini istəməmişdir. Amma maşında yanacaq az olduğu üçün girməyə məcbur olmuşlar. Onlar YDM-nə daxil olduqdan bir iki dəqiqə sonra Orxan maşından düşmüşdür. Bu anda mülki geyimdə olan şəxslər YDM-nin ərazisinə girib Orxanı tutmuşlar. Onlar bunu görəndə polis əməkdaşları olduqlarını bilib sürücü ilə birgə oradan uzaqlaşmışlar. Bundan sonra Orxanın tutulduğunu üzərindən dörd büküm narkotik vasitə heroin aşkar olunduğunu bilmişdir. Polislərin onu axtardıqlarını bildiyi üçün qoxub gəlməmişdir. Həmin gün 20 manat pul Orxanın özünün olmuşdur. Həmin pula o narkotik vasitə əldə edəcəkmiş. Narkotiki ona Ələt qəsəbəsində yaşayan Sarok adlı adam vermişdir. O, həmin vaxt maşında olmuşdur. O, sadəcə Orxanın Sarokdan alacağı narkotikdən istifadə etmək istəmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 6/1298 saylı rəyindən görünür ki, tədiqaqta təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə narkotik vasitəyə oxşar kütlə ...." yazı və imzalar olan zərfdə 4 ədəd bükümdə hər birinin ayrı-ayrılqıda təmiz çəkisi 0,350 qr, 0,169 qr, 0,183 qr və 0,297 qram olmaqla, ümumi çəkisi 0,999 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələ”-in siyahısı (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi çəkisi-0,999 qram, tədqiqata istifadə edilən miqdar-0,2 qram, qalıq-0,799 qramdır. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 08 may 2023-cü il tarixli, 2722 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X15 15 mart 2023cü il tarixli, 169 saylı rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar edilmədi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 03 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibindən 04 ədəd ağ kağız kəsiyinə bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoyaraq təqdim edir. Həmin büküm açılarkən içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə aşkar edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin nə olduğunu və haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəkinin kakos, yəni narkotik vasitə heroin olduğunu, 02 mart 2023-cü il tarixdə saat 22 radələrində Ələt qəsəbəsində "Sarok" kimi tanıdığı şəxsdən aldığını, öz istifadəsi üçün üzərində saxladığını bildirir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Bir ədəd DVD diskinə baxış zamanı müəyyən edildi ki, diskdə 01 (bir) ədəd video vardır. Video 11 dəqiqə, 04 saniyə davam edir. Həmin video görüntüdə Qaradağ RPİ-nin 11-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X11 ilk olaraq Qaradağ RPİnin 11-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətini keçirdiyini qeyd edir. Bundan sonra, təhqiqatçı Q.Əliyev Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları və Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə Təqsirləndirilən şəxs sorğu-sual edir. Təhqiqatçı Q.Əliyev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya(lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qırmızı rəngli gödəkçənib sağ yan cibindən 04 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütlələri masanın üzərinə qoyaraq təqdim edir. Həmin büküm açılarkən içərisində spesifik iyə malik qəhvəyi rəngli narkorik vasitə heroinə oxşar kütlə aşkar edilir. Təhqiqatçı Q.Əliyev şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin kakos, yəni narkotik vasitə heroin olmasını olduğunu, 02 mart 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan "Sarok" kimi tanıdığı şəxsdən 20 manata aldığını şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində sonradan şəxsi axtarış davam etdirilsə də, başqa hər hansı qanunsuz əşya yaxud da predmet aşkar edilmir. Bundan sonra həmin bükümlər iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri tərəfindən imzalarla təsdiq edilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadəni özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirmiş və təqsiləndirilən şəxsin törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış və araşdırılmış sübutların məcmusuna əsasən tam olaraq öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə "xxxx" MMC-dən daxil olmuş 2880/23 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsindən hadisədən əvvəl digər nömrələrə “qaqa mən sənə zəng edirəm bir kəlmə sənə vacib sözüm var bu saata qədər zəngimi açmırsansa demək ki, niyyətim yoxdur mənən görüşüb mal veməyə əyər elədirsə mən bilim işimi nə desəm məni fırladırsan ya yox aç sözünü de açmırsansa biləcəm ki, məni yola verirsən yenə deyirəm istəmirəm aramızda problem olsun”, “qaqa çet danışmamışdıq kiməsədə verməliyəm eybi yox birdənə qaydıram ver gedim”, “birdə indi durdum qoy lomkadan çıxım nə qədər çetin var dağıdacam narahat olma”, “bu mala pul verib alma a sən öl bir qram dozası yoxdur ”, “qaqa birdən istiyən olsa pulun alım ya yoxdusa əlim çatan yer yoxdu deyim”, “salam qaqa nətərsən yığmağa utanıram diyə yazdım sabah allah avand edsin getsin bir allah şahidimdiki pulum yox gecədən ayıq qalmışam nolar mə çixarda vez”, “aldıq ki xeyrimizi tutaqda oləm məndə”, “yığdım açmadın axşam o mala pul vermədilər tuxta olduğuna görə qaldı men üstündə 5 manat vererəmdə sə yaxşı başına dönüm”, “ay qaqa mənə niyə yığdırdın hə kolada var patıda məni gözləyr nə deyim”, “10 luq kola 5 diy patı başıva dönərəm yaxşı olsun”, “hə qaqa beşdiyi var idi dayım oğlu yoxdu oda dedim 10 elə dobru alım həmdə tuxta deyil and içdi evə girim qardaşımdan pul alım gəlirəm sizin evə”, “qaqa salam mənəm orxan yarı kola yarı patı alınar vhatsapım yoxdu alınsaydı karta vurardım pulu 55 eliyər yoxa 60”, “aşağısı 30, 40 manatnan gələcəmdə ikisindəndə olan kimi denən”, “qaqa mən axırdayam 20 manatımda veren adam çekendi mennen vurmayacaq 2 dənə çeti ver gedim məni başa düşürsəndə yeqin mene yarım çet ordan çatmayacaq yalannan neynirəm eyer iki dənə 10luq bir beşdiy ala bilirsənsə mənə de 20-i alım gəlim”, “danışdım çetə vurub çıxır sən de məndə gəlim zəng eliyəcəm çıx bazarın içinə”, “başınadönərəm çıxki sən puları almışamda mən eldən çıxmasın gec gələrsən diyə birdən fikirlərin dəişər pulu istəməsiner belə gec çıxası olsan mənə de gəlim”, “qaqa sənə qurban olum əyər imkan varsa sipiçkanın başı boyda daş ver mənə”, “4 dənə 10-luq 2 dənəsini 5lik etdə çatıram uje nərminə çatıram”, “qardaşım stədim yanında indi sən deyəndi pul tapıb divijeniya edirəm orxan sabah lomkada qoymayacam səni mal soxasan sonra çalış divijeniya et iki, üç çet ”, “istəyən olsa pulu alarsan en azınan yarısının pulu çıxsın inanırsan istədim deyəm ama utandım deməyə ki, qaqa sabah azı 10 manatım olmasa ya üç dörd dənə idi” “necə ürəyin istəsə mən hazıram heçnədə vecimə deyil tutularam adım çıxar lijbi pulu çıxarta bilək heçnə qardaşım mal əlinə gələndə deki bu qədərini sat”, “coninynen salamatçılıq oldu qaqa”, “qardaşım sənnən xahiş edirəm mənim yanımda gələnlərdən kim sənə yığsa mal istəsə xahiş edirəm qır vermə denen Orxana zəng edin yəqin başa düşərsəndə məni”, “qaqa utanıram deməyə mənə bir dənə nisyə çet verə bilrəsən axırdan çıxım drub divijeniya edə bilim alınsa hə de gəlim”, “bilrisən ki bir çetin altında qalan deyiləm imkan elə gəlim bir çet ver axırda çıxım sora divijeniya edim problem deyil gözləyirəm qardaşım”, “qaqa iki üç çet patı istəyən var alım pulların gəlim”, “qaqa bacına dönərəm elə etki mənən verdiyin çetlə bunun çeti səhv düşməsin dəmir yolundayam gəlki bu əldən çıxmasın”, “coni patı olsa xəbər elə gəlim adam var iyirmi otuz manatı var gözləyirəm”, “daş olsa xəbər etdə gəlim”, “ay qaqa daşa görə zəng etmirəm kola lazımdı, 15, 20 manatlıq kola lazımdı”, “qaqa bir kəlmə hə yox dedə nəsə etmək olmaz alınırsa iki üçdənə lazım idi e”, “birdən daş alınsa de mənə bir nəfər istiyir pulun alım gəlim”, “***-***-**-** bu fermandı sənə yığsa azər adıyla yığır aldadır səni birdə ********** nömrəsidi elşəndi bunlar sənə yığanda xahiş edirəm bunlara mal vermə allah narahat olma onsuzda alası olsalar o pullar sənə çatacaq mən səndən başqasına zəng etmirəm lomkada qalsamda səndən başqa heçkimə zəng etmirəm, səncanın qobustandan imkanın olduqca kimsə zəng edende yoxam bakıdayam de yola ver başına dönərəm” məzmunlu mesajlar göndərilməsi müəyyən edilmişdir ki, buda təqsirləndirilən şəxsin əməlində satış məqsədinin olmasını sübut edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsindən görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,350 qram, 0,169 qram, 0,183 qram, və 0,297 qram, ümumilikdə təmiz çəkisi 0,999 qram narkotik vasitə heroin, 01 ədəd «DVD» disk və Təqsirləndirilən şəxs məxsus “ FLY+” markalı mobil telefon aparatının narkotik vasitənin mənbəyinə görə müstəqil icraatda ayrılmalı olan cinayət işinin materiallarına əlavə edilmiş və gələcəkdə həmin iş üzrə yenidən baxış keçirilərək maddi sübut kimi tanınınacağı nəzərə alnmış, cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, 01 ədəd «DVD» diski cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroin 0,799 qram qalığı saxlanılması üçün Qaradağ RPİ-nin MSSK-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qaradağ rayon məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 31 oktyabr 2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Bundan başqa Təqsirləndirilən şəxs götürülmüş 0,350 qram, 0,169 qram, 0,183 qram, və 0,297 qram olan narkotik vasitələrin miqdarının bir-birinə çox yaxın ölçülərdə bükümlərə ayrılaraq üzərində saxlamaqla daşıması bir daha onun satış məqsədi ilə narkotik vasitəni üzərində daşımasına dəlalət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar 02 mart 2023-cü il tarixdə saat 22:30-da şübhəli şəxs qismində saxlanılaraq, Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş və saat 23:20-də barəsində özünün iştirakı ilə “şübhəli şəxsin tutulması haqqında qərar qəbul edilmişdir”. Bundan sonra 04 mart 2023-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılmasının əvvəli 02 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin MSSK-da saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qalıq çəkisi 0.799 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 38 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 228 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 02 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin MSSK-da saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qalıq çəkisi 0,799 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 38 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 238 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar