Məhkəmə qərarları › İş №1(002)-237/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-237/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-237/2024 02.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 10.30-da X7 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Yevlax şəhəribdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda Şəki Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq zərərçəkmiş şəxsin cibindən çıxarmaqla talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzinin “Şirniyyat” sektorunun 4-cü sırasında Şahid mobil telefon cihazını istifadə etdikdən sonra gödəkcəsinin sağ yan cibinə qoyduğunu görüb özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Şahid yaxınlaşıb gödəkçəsinin sağ yan cibindən sonuncunun anası Zərərçəkmiş şəxs qızma məxsus üzərində 50 (əlli) manat dəyərində 055 *** **** nömrəli mobil telefon sim kartı quraşdırıbmış 2500 (iki min beş yüz) manat dəyərində bir ədəd “İphone 13 pro” markalı, **********05108, **********34944 İMEİ kodlu mobil telefon cihazını, ümumilikdə 2550 (iki min beş yüz əlli) manat dəyərində əmlakı çıxarmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər cinayət törətdiyinə görə məhkumluq həyatı yaşamışdır. 2022-ci ildə cəzaçəkmə müəssisəsində azad olunduqdan sonra bir müddət Yevlax şəhərində yaşadıqdan sonra işləmək məqsədilə Bakı şəhərinə getmişdir. Bir müddət Bakı şəhərində günəmuzd işlərdə işləsə də dolanışığını təmin edə bilməmişdir. 30 dekabr 2023-cü il tarixdə gündüz saatlarında iş axtarmaq üçün Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" Ticarət mərkəzinə getmişdir. Orada bir qədər gəzib dolandıqdan sonra iş tapa bilmədiyi üçün oğurluq etmək qərarına gəlmiş və buna görə də “Sədərək" ticarət mərkəzində insanların sıx olduğu “Şirniyyat" adlanan sektoruna getmişdir. “Sədərək" ticarət mərkəzinin “Şirniyyat” sektorunun sıralarında bir qədər hərəkət etdikdən sonra bir nəfər qadının əlindəki telefonu gödəkçəsinin sağ yan cibinə qoyduğunu və bu zaman mobil telefonun bir hissəsinin qadının cibindən çöldə qaldığını, buna görə də həmin telefonu oğurlamağın asan olacağını görmüşdür. Buna görə də qərara gəlmişdir ki, həmin qadının mobil telefonunu onun cibindən oğurlasın. Bundan başqa bildirmişdir ki, həmin qadın yanında olan bir nəfər digər qadınla “Sədərək" ticarət mərkəzindəki “Şirniyyat” adlanan sektordakı sıralarda yerləşən mağazalara girib-çıxmışlar. Bir qədər onları izlədikdən sonra sözügedən sektorun 4-cü sırasında insanların sıx olduğu yerdə onlara yaxınlaşmış və həmin qadının sağ yan cibində olan bir ədəd mobil telefonu oğurlamışdır. Bundan sonra o, cəld şəkildə oradan uzaqlaşmış və “Lökbatan dairəsi" adlanan yerə gedərək orada avtobusa əyləşərək “20 Yanvar” metrostansiyasına getmişdir. Avtobusda olduğu zaman oğurladığı mobil telefonun markasının “İphon 13 Pro” olduğu ona məlum olmuşdur. Həmin telefonu satmaq üçün “20 Yanvar” metrostansiyasının yaxınlığına gedərək telefonu orada tanımadığı şəxsə 200 manata satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda həbsdə olduğu üçün dəymiş zərəri ödəmək imkanı yoxdur. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 21 iyun 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunan ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə təqsirləndirilən şəxs X1 ona verilən ittihamda özünü təqsirli bilməsi barədə məhkəmədə və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə də tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində alış-veriş etmək üçün Qaradağ rayonunda yerləşən “Sədərək" ticarət mərkəzinə qızı Şahid ilə birlikdə gəlmişdir. Onlar birlikdə “Sədərək“ Ticarət mərkəzinin “Şirniyyat” adlanan sektorunun 13-cü sırasına daxil olub mağazaları gəzmişlər. Daha sonra 4-cü sırada dayanıb marketdən su almış və hərəkətlərinə davam etmişlər. Onlar 4-cü sırada mağazaya daxil olduqları zaman qızı Şahid ona bildirmişdir ki, sonuncunun ona aldığı “Apple İphone 13 Pro" markalı mobil telefonu cibində yoxdur. O, bu zaman qızının istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş, lakin telefona zəng çatmamışdır. Bundan sonra o, həmin telefonun oğurlandığını aşkar etmiş və dərhal DİN-in “102" xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan hazıradək ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. İbtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid Zərərçəkmiş şəxs verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “ DVD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, videogörüntü xx.xx.2023-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Sədərək» ticarət mərkəzinin “Şirniyyat” adlanan sektorunun 4-cü sırasındakı nömrəsiz mağazada quraşdırılmış təhlükəsizlik kamerasında qeydə alınmışdır. Videogörüntüdə 30 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin daxilində “Şirniyyat" adlanan sektorun 4-cü sırasında yerləşən mağazaların və piştaxtaların qarşısı ilə hərəkət edən, əynində qara rəngli şalvar və qara rəngli gödəkçə olan, sağ əlində isə qara rəngli gödəkçə tutmuş Təqsirləndirilən şəxs insanların sıxlığından istifadə edərək sağ əlindəki gödəkçəni sol əlinə ötürüb, sağ əlini uzadaraq qarşısında hərəkətdə olan Şahid qızma yaxınlaşaraq onun gödəkçəsinin sağ yan cibindən bir ədəd mobil telefonu sonuncunun cibindən çıxarmaqla oğurlanması öz əksini tapır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini onun cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin cəza 2(iki) il sınaq müddəti şərti hesab edilmişdir. Bundan başqa, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 71.5, 67.1 və 69.3-cü maddələrinə əsasən 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli Aministya haqqında qərarına əsasən cəzasının şəkilməmiş hissəsi 06 (altı) ay azaldılaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən X3 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən iki il keçməmiş yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinin tələbinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər iki dəfə azadlıqdan məhrum etmə etmə cəzasına məhkum olunmuş və məhkumluğu götürülmədən və ya ödənilmədən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması cinayətin təhlüləli residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, başqa cinayət işi ilə əlaqədar Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-236/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın əvvəli 02 avqust 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 9 (doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 54 (əlli dörd) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı)ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 02 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 54 (əlli dörd) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar