Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-239/2021 22.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Qubadlı rayonunda anadan olmuş, subay, işləməyən, əvvəllər məhkum olunmamış, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, 8 saylı Bakı Peşə liseyinin tələbəsi, Qubadlı şəhəri, Qubadlı rayonunda qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə qəsdən sağlamlığa az ağır zərər vuraraq xuliqanlıq etmişdir. Belə ki, o, 06.01.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Mədəniyyət mərkəzi”nin sağ yanındakı aralıq yolun kənarında boşluq ərazidə xuliqanlıq niyyəti ilə Təqsirləndirilən şəxs ilə mübahisə etmiş, yaranmış münaqişə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək sifət nahiyəsindən bir dəfə baş ilə zərbə vuraraq yerə yıxmış, sonuncuya burun tənəffüsünün pozulması ilə müşayiət olunan burunüstü nahiyənin qançırı və burun sümüklərinin az yerinidəyişmiş sınığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol iç topuğunun sıyrığı və sol pəncənin qançırı ilə nəticələnən dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 8 saylı Bakı Peşə liseyinin 3-cü kurs tələbəsidir. Zərərçəkmiş şəxs təxminən 3-4 ildir ki, üzdən tanıyır, heç bir münasibətləri eləcə də, aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. Şahid2 da Qızıldaş qəsəbə sakini kimi tanıyır, münabitləri normaldır. 05 yanvar 2021-ci il tarixdə axşam saatlarında tanışı Novruzun istifadəsində olan nömrəsinin “whatsapp” sosial şəbəkəsində status bölümündə Cəlil ilə birlikdə olan şəklinin paylaşdığını görmüşdür. O, həmin statusa baxaraq, Novruza Cəlil haqqında nalayiq ifadə işlədərək, onunla nə üçün şəkil çəkdirməsini irad bildirmişdir. Novruz da onun işlətdiyi nalayiq ifadəyə cavab olaraq sual formasında “elədir?” sözünü onun whatsappına yazmışdır. Daha sonra Novruzla heç bir yazışmaları olmamışdır. 06 yanvar 2021-ci il tarixdə saat 12 radələrində evdə olduğu zaman Novruzdan ona zəng gəlmiş, o, telefona cavab vermişdir. Bu zaman telefonda Novruzun deyil, başqa adamın səsini eşitmiş, o həmin şəxsin kim olduğunu soruşanda həmin şəxs adının Cəlil olduğunu ona demişdir. O da Cəlili tanımışdır. Bundan sonra Cəlil ondan onun barəsində nalayiq ifadə işlətdiyini soruşmuş, o da Cəlilə elə bir söz işlədiyini boynuna almışdır. Bundan sonra Cəlil ona klubun qarşısına gəlməsini, orada onu gözlədiyini bildirmişdir. O, həmin vaxt yeməyini bitirmiş, paltarını geyinib evdən çıxmış və saat 13 radələrində Qızıldaş qəsəbəsində yerləşən klub dedikləri “Mədəniyyət Mərkəzinin” qarşısına gəlmişdir. Həmin vaxt Novruz da mağazadan çıxıb onun yanına gəlmiş, Cəlilin indi gələcəyini bildirərək, əlində sellofan paketlə çıxıb getmişdir. Bir az keçmiş Cəlil yanında Qabil adlı Qızıldaş qəsəbə sakini ilə birlikdə onun yanına gəlmişdir. Onlar mərkəzin sağ yanında bir az hündürdə yerləşən boş sahəyə keçmişlər. Orada Cəlil ondan ona qarşı nə üçün nalayiq ifadə işlətdiyini soruşmuş və o da dediyini təkzib etməmişdir. Bundan sonra Cəlil ona yumruq atmış, yumruq onun sifət nahiyəsinə dəymişdir. O da əvvəlcə başı ilə Cəlilin burun nahiyəsindən bir neçə dəfə zərbə vurmuşdur və onlar dalaşmışlar. Cəlil onu yerə yıxmış, onlar yerdə dalaşan zaman o, Cəlilin burun nahiyəsindən bir dəfə başı ilə, bir neçə dəfə də yumruqla zərbələr vurmuş və sonra ayağa qalxmışlar. Həmin vaxt Novruz ilə Qabil kənarda dayanıb onlara baxmışlar. Onlar aralaşdıqdan sonra Cəlil Qabildən bıçağı alıb onun üstünə gəlmiş, birinci zərbəni Cəlil onun sol qolaltı nahiyəsindən vurmuş, o, bir də vurmasın deyə Cəlili əli ilə itələmişdir. O, çıxıb getmək istədiyi zaman Cəlil onun sağ ayağından zərbə vurmuş, o da Cəlilə təpik atmışdır. O, hündürdə olduqları yerdən aşağı düşmüş, mərkəzin sağ tərəfində olan aralıq yerdə olan zaman Cəlil onun arxasınca gəlib sağ və sol ayaqlarına bir neçə dəfə zərbələr vurmuşdur. Aldığı xəsarətlər canını ağrıtdığı üçün qışqırmış və mərkəzin qarşısına getmişdir. Mərkəzlə üzbəüz olan 34 saylı binanın qarşısında dayanmış Zakir ilə Habil adlı şəxslər onun səsinə yanına gəlmişlər. Onu Qızıldaş qəsəbəsində yerləşən “ambulatoriya” deyilən yerə aparmışlar. Orada ona ilkin tibbi yardım göstərilmiş, yaralar sarılmışdır. Daha sonra TTYS avtomobili gəlib onu Respublika Kliniki Xəstəxanasına aparmışdır. Orada onun yaralarına tikiş qoymuşlar. Dava-dalaş zamanı ətrafda Qızıldaş qəsəbə sakinləri Qabil və Norvuz olmuşdur, həmin vaxt İlkin mərkəzin qarşısında dayanmışdır. Dava-dalaş zamanı heç kim nalayiq ifadə işlətməmişdir. Cəlil ilk olaraq ona yumruq atmış, bundan sonra o, başı ilə Cəlilin burun nahiyəsindən zərbə vurmuşdur. Təqsirləndirilən şəxs sonda törətdi cinayət əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək, onunla barışıq əldə etdiyini, cinayət hadisəsi nəticəsində onun da xəsarət aldığını, həmçinin gənc olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki, məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə yaşayır. Hal-hazırda Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 16 saylı Texniki-Humanitar peşə liseyində təhsil alır. Təqsirləndirilən şəxs təxminən 2-3 il olar ki, tanıyır, aralarında heç bir münasibət olmamış, yaxından tanışılığı, düşmənçilik və ədavətləri yoxdur. 06 yanvar 2021-ci il tarixdə saat 12 radələrində qaz sayğacının kartına pul köçürməsi üçün Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki “Mədəniyyət sarayı”nın yanında yerləşən poçta gəlmişdir. Həmin vaxt poçtun qarşısında növbə olmuşdur. Qəsəbə sakinləri olan İlkin, Novruz və Qabil adlı şəxslər də poçtun yanında dayanmışlar. O da həmin şəxsləri tanıdığı üçün yaxınlaşıb salamlaşmışdır. O İlkin və Qabil ilə birlikdə söhbət etdikləri zaman Novruz onlara yaxınlaşmışdır. O, İlkin ilə öz aralarında söhbət etdiyi zaman Novruz onların söhbətinə müdaxilə etmiş, o da Novruza onların söhbətinə müdaxilə etməməsini, onların yanından getməsini demişdir. Novruz ona onun getməli olduğunu, bir nəfərin onun ünvanına nalayiq ifadə işlətdiyini demişdir. O da Novruzdan onun haqqında kimin pis danışmasını soruşmuşdur. Novruz da həmin şəxsin qəsəbə sakini Osman olduğunu demişdir. Belə ki, Novruz öz “whatsapp” sosial şəbəkəsində status bölümündə onunla birlikdə olan şəklinin paylaşdığını, həmin vaxt Osmanın Novruza ona qarşı nalayiq ifadə işlədərək, onunla niyə şəkil çəkdirməsini irad tutduğunu bildirmişdir. Novruz ona inanmırsa yığıb özünün Osmandan soruşmasını bildirmişdir. O da Novruzun telefonu ilə Osmana zəng etdirərək, sonuncudan onun haqqında söyüş işlətdiyini soruşmuşdur. Osman təkzib etməyərək, elə bir söz işlətməsini boynuna almışdır. O, Osmandan onunla nə düşmənçiliyi var ki, belə bir söz işlətməsini soruşmuşdur. Osman isə cavabında düz edib onun barəsində belə bir ifadə işlətdiyini bildirmişdir. Osman ondan harada olduğunu soruşmuş, o da qəsəbədə yerləşən “Mədəniyyət sarayı”nın qarşısında olduğunu demişdir. Osman ona ora gələcəyini, getməməsini bildirmişdir. O da Osmana evə gedib, 10 dəqiqəyə gələcəyini söyləmişdir. O, evə soğan kartof almalı olduğundan, həmçinin Osmanın ondan böyük və dalaşqan olduğunu bildiyi üçün evdən bıçaq götürüb “Mədəniyyət sarayı”nın qarşısına qayıtmışdır. O, mərkəzin yanına çatdıqda Novruz ilə Osmanın orada yerləşən poçtun qarşısında dayandıqlarını görmüşdür. Osman onu yanına çağırmış, o da Osmanın yanına getmişdir. Osman ona kənara keçib söhbət etmələrini bildirmişdir. O da Osman ilə aralarında söhbət edəcəklərini düşünüb, bıçağı saxlaması üçün tanışı Qabilə vermişdir. Onlar “Mədəniyyət sarayı”nın sağ tərəfində aralıqdakı boş sahəyə qalxmışlar. O, Osmana onun haqqında niyə pis söz işlətdiyini, onun hansı pis bir hərəkətini gördüyünü demişdir. Osman da ona “hə görmüşəm cavabını vermişdir. O da Osmana hansı pis hərəkətini gördüyünü soruşaraq, namaz qılıb ibadətlə məşğul olduğunu, söyüş işlətmək, dalaşmaq istəmədiyini bildirmişdir. Bu zaman Osman kəllə ilə onun burun nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Zərbənin təsirindən o, arxaya yerə yıxılmışdır. O, ayağa qalxmaq istəyəndə Osman yumruqla bir dəfə də sifət nahiyəsindən vurmuş, o yenə yerə yıxılmışdır. Osman da yerdə onun boynundan tutub bir əli ilə baş nahiyəsindən bir neçə dəfə yumruqla zərbələr vurmuşdur. Osman ayağa qalxandan sonra sol qolunun kəsildiyini görmüşdür. Lakin dəqiq bilməmişdir ki, sol qolunu şüşə və ya bıçaq kəsmişdir. O da ayağa qalxmaq istəyəndə Osman yenə boynundan tutub qoltuğunun altına salıb onu boğmuş və onun aman ünvanına nalayiq ifadələr işlətmişdir. Osman ilə onun arasında münaqişə olan zaman onların yanında Qabil, İlkin, Novruz dayanmış, heç biri də müdaxilə etməmişdir. Çünki həm Osmandan qorxurmuşlar, həm də Osman onların söhbətinə heç kim müdaxilə etməsin deyə söyüş söymüşdür. Osmanın onu boğduğunu görüb Qabildən bıçağı ona verməsini tələb etmişdir. Qabil əvvəlcə bıçağı vermək istəməmiş, Osman da Qabilə təpiklə zərbə vurmuşdur. O, Qabildən təkidlə bıçağı istəmiş və Qabil bıçağı ona vermişdir. Qabil ona bıçağı verəndən sonra Osman onu arxaya itələmişdir. O da Osmanın iki dəfə bıçaqla sol ayağından zərbə vurmuşdur. Həmin vaxt Osman yerə yıxılmış, Novruz da ona oradan getməsini bildirmişdir. O da poçta qədər özü getmişdir. O oradan kənarlaşanda Qabil onun yanında olmuşdur. Daha sonra halı pisləşmiş, özünə gələndə TTY-da olduğunu görmüşdür. O, dava-dalaş zamanı özünü qorumaq üçün Osmanın sol ayağından bıçaqla iki dəfə vurduğunu xatırlayır. Dava dalaş zamanı həyacanlı olduğundan Osmanın sol döş qəfəsinə bıçaqla xəsarət yetirməsini xatırlamır. Osman ilə onun arasındakı dava-dalaş 06 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Qızıldaş qəsəbəsindəkı “Mədəniyyət sarayı”nın sağ tərəfində ara yolun kənarında baş vermişdir. Dava-dalaş zamanı ətrafda qəsəbə sakinləri Novruz, İlkin, Qabil olmuşdur. Münaqişə zamanı Osman onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. O, Osman ilə kənara gedib söhbət edərək onun ünvanına nalayiq ifadə işlətməsinin səbəbini öyrənmək istəyən zaman Osman başla onun burun nahiyyəsindən zərbə vurmuşdur. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənildiyini, buna görə də təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbi olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə yaşayır. Hal-hazırda Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 8 saylı Texnikihumanitar peşə liseyində təhsil alır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uzun müddətdir ki, Qızıldaş qəsəbə sakinləri kimi tanıyır, onların hər ikisi ilə münasibəti yaxşı olmuşdur. 05 yanvar 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsində “whatsapp” sosial şəbəkəsində status bölümündə Cəlil ilə birlikdə şəkil paylaşmışdır. Həmin vaxt Osman ona Cəlilə qarşı nalayiq ifadə işlədərək, onu hardan tapmısan sualını vermişdir. O da Osmana Cəlilin dostu olduğunu, dediyi nalayiq ifadəyə uyğun biri olduğunu soruşmuşdur. Osman da cavabında Cəlilin ona görə elə olduğu cavabını vermişdir. Bundan sonra Osman ilə aralarında heç bir yazışma olmamışdır. Səhəri gün yəni, 06 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Qızıldaş qəsəbəsində yerləşən “Mədəniyyət Mərkəzi”nin sol tərəfində yerləşən Azərpoçtun qarşısında o, Cəlil və İlkin ilə dayanıb söhbət edərkən həmin vaxt Qabil adlı şəxs də oraya gəlmişdir. Söhbət zamanı o, Cəlilə Osmanın ona qarşı nalayiq söz işlətdiyini demişdir. Cəlil onun telefonu ilə whatsapp proqramı vasitəsi ilə yığıb danışmışdır. Cəlil Osmandan barəsində söyüş işlədibişlətməməsini soruşmuşdur. Osman da Cəlilə dediyi sözü təkzib etməyərək, elə söz dediyini bildirmişdir. Bundan sonra Cəlil Osmana demişdir ki, “haradasan, dur gəl mədəniyyət mərkəzinin qarşısına”. Telefon söhbətindən sonra onlar dördü də birlikdə getmişlər, o Cəlil ilə birlikdə mağazaya getmiş, sonra evə çörək aparmış, Cəlil də mağazaya pul vermişdir. Daha sonra Cəlil, İlkin və Qabil birlikdə getmişlər, Cəlil yaşadığı evə tərəf getmişdir. Bir az keçdikdən sonra onlar yenidən mərkəzin qarşısında toplaşmışlar və Osman da həmin yerə gəlmişdir. Osman Cəlilə demiş ki, “gəl kənara keçək, burada camaat var, ayıbdır”. Onlar hamısı birlikdə mərkəzin sağ kənarında yerləşən aralıq yolun sağ tərəfində hündür yerdə yerləşən boş sahəyə getmişlər. O, İlkin ilə birlikdə mərkəzin sağ tərəfində aralıq yolda dayanmışlar, Qabil, Cəlil və Osman isə yuxarı boş sahəyə qalxmışlar. Cəlil Osmandan nə üçün onun barəsində nalayiq söz işlətdiyini soruşmuşdur. Osman da cavabında dediyini, onun üçün elə olduğunu bildirmişdir. Bundan sonra Osman ilə Cəlil dalaşmağa başlamışlar. Dava zamanı Osman davaya heç kim qarışmasın deyə söyüş söymüşdür. Cəlil Osmanı yerə yıxmış, hər ikisi bir birinə yumruqla zərbələr vurmuşlar. Osman ayağa qalxıb “həmin oğlanam mən” deyərək, Cəlilin yaxasında tutub başı ilə Cəlilin burun nahiyəsində zərbə vurmuşdur. Dava zamanı Cəlil halsızlaşmışdır. Yenidən bir-biri ilə dalaşmağa başlamışlar, bu zaman Cəlil Osmanı yerə yıxmışdır. Cəlil Qabilə bıçağı ona verməsini bildirmiş, ilk öncə Qabil bıçağı vermək istəməmiş, lakin Cəlil Qabilə söyüş söydüyü üçün bıçağı Cəlilə vermişdir. Cəlil Osmanın ayağından və bədən nahiyələrindən bir neçə dəfə zərbə vurmuş, Osman ayağa qalxıb qışqırmağa başlamışdır. Osmandan qan axdığını görəndə qorxduğu üçün oradan aralaşaraq İlkin ilə mərkəzin həyətində oturmuşlar. Onlar mərkəzin həyətinə gedən zaman Cəlil də əlində bıçaq Qabil ilə birlikdə çıxıb getmişlər. Mərkəz ilə üzbəüz binanın qarşısında dayanmış üç-dörd nəfər Osmana kömək etmək üçün gəlmişdir. Daha sonra bilmişdir ki, Osmanı Qızıldaş qəsəbəsində yerləşən ambulatoriya deyilən yerə aparmışlar. Oradan da TTYS avtomobili gəlib xəstəxanaya aparmışlar. Dava-dalaş zamanı hər ikisi bir-birinin ünvanına nalayiq ifadələr işlətmişlər. Dava-dalaş zamanı Osman üstündəki bıçağı Cəlilə verməsin deyə Qabilə təpik atsa da, lakin Osmanın Qabilə atdığı təpik ona dəyməmişdir. Həmçinin bildirir ki, o, Osmanın Cəlilin qolunu kəsdiyini görməmişdir. O, Osman ilə Cəlilin bir-birilərinə yumruq və təpik atdıqlarını görmüş, bir də Cəlilin Osmanı bıçaqla vurduğunu görmüşdür. Osmanın Cəlilin qol və ya digər nahiyəsini kəsdiyini görməmişdir. Ümumiyyətlə Cəlilin qolunun kəsildiyini, Cəlilin qolundan qan axdığını görməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə yaşayır. Hal-hazırda Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 8 saylı Texnikihumanitar peşə liseyində təhsil alır. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır, aralarında heç bir münasibət olmamış, lakin Zərərçəkmiş şəxs isə təxminən 3-4 aydır tanıyır. 06 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Qızıldaş qəsəbəsində yaşayan xalasıgilə getmişdir. Qızıldaş qəsəbəsində yerləşən “Mədəniyyət mərkəzinin” qarşısında qəsəbə sakinları olan Novruz, Cəlil və İlkinin dayandığını görmüş, o da həmin şəxslərə yaxınlaşmışdır. O, yaxınlaşanda onlar öz aralarında söhbət ermişlər, söhbətin də əsası qəsəbə sakini Osmanın Cəlili söyməsi olmuşdur. Cəlil Osmana zəng edib demişdir ki, “sən mənim barədə söyüş söymüsən”. Osman da Cəlilə “yaxşı eləmişəm söyümüşəm” cavabını demişdir. X11 demiş ki, “gözlə gəlirəm”. Bundan sonra o xalasının yaşadığı evə getmişdir. Cəlil də onunla bərabər getmişdir. Geri qayıdanda görmüşdür ki, Osman da gəlmişdir. Mübahisə başlamamışdan əvvəl Cəlil ona bıçağı uzadıb demiş ki, “bunu saxla”. O əvvəlcə bıçağı götürmək istəməmiş, lakin Cəlil demiş ki, “qorxma saxla mən onsuz da dava etmək istəmirəm”. Osman Cəlil ilə mədəniyyət mərkəzinin sağ tərəfində boşluq bir yerə keçib söhbət etməyə başlamışlar. Söhbət zamanı Cəlil Osmana demişdir ki, “niyə mənim haqqımda söyüş söymüsən, mən də nə kimi pis hərəkət görmüsən?”. Osman da Cəlilə demiş ki, “yaxşı eləmişəm söymüşəm, mənim üçün sən eləsən”. Söhbət zamanı o da Cəlil ilə Osmanın yanında dayanmışdır. Mübahisə zamanı Cəlil Osmanı yerə yıxmışdır. Daha sonra ayağa qalxmışlar. Novruzla o, Cəlil ilə Osmanı aralaşdırmağa çalışmışdır ki, dava olmasın. Cəlil Osmana demişdir ki, “sən deyən olsun, mən söyüş söymürəm”. Osman da demişdir ki, “əlbətdə mən deyən olmalıdır”. Bundan sonra Osman Cəlilin ünvanına nalayiq ifadələr işlədib yumruqla sifət nahiyyəsindən vurmuş, Novruzla o, yenə Cəlil ilə Osmanı aralaşdırmışdır. Cəlil ona demişdir ki, “bıçağı ver mənə”. O da bıçağı verməmiş, dayandığı yerdən aşağı düşmüşdür. Cəlil bıçağı ondan təkidlə istəmiş, daha sonra ağır söyüş işlətmişdir. O bıçağı belindən çıxarıb yerə atmışdır. Cəlil bıçağı götürüb Osmanın bir-iki dəfə ayağından vurduğunu görmüşdür. Sonra Cəlil onunla birlikdə mədəniyyət mərkəzinin yanında olan poçtun qarşısı ilə bir qədər getdikdən sonra bir-birilərindən aralaşmış və o yaşadığı evə getmişdir. İbtidai istintaq zamanı qanuni nümayəndəsi X5 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə Şahid1 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunaraq elan edilmiş ifadəsindən görünür ki, o, anası Mənzər Orucova ilə birlikdə kirayədə yaşayır. Halhazırda Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 180 saylı tam orta məktəbin 8-ci sinif şagirdidir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təxminən 3-4 ay olar ki, Qızıldaş qəsəbəsindən tanıyır. Hər ikisi ilə demək olar ki, heç bir münasibəti yoxdur. 06 yanvar 2021-ci il tarixdə saat 12 radələrində o, Qızıldaş qəsəbə sakinləri Novruz, Qabil ilə birlikdə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Azərpoçtun qarşısında dayanmışlar. Həmin vaxt Cəlil onların yanına gəlmişdir. Cəlil ona “bluetooth” vasitəsilə “teleqram” proqramını öz telefonundan onun telefonuna göndərmək istəmişdir. Novruz da Cəlilə demiş ki, “sən proqramı atma, çıx get burdan, Osman sənin haqqında söyüş deyib”. Novruz Osmana öz telefonu ilə zəng vurmuş, lakin Osmanla Cəlil danışmışdır. Cəlil Osmana demiş ki, “sən məni niyə söymüsən”. Osman da Cəlilə demiş ki, “yaxşı eləmişəm söymüşəm”. Cəlil Novruzun telefonu ilə danışa-danışa Azərpoçtun yanında yerləşən Mədəniyyət mərkəzinin yanına getmişlər. Daha sonra Cəlil demişdir ki, evə soğan-kartof alıb gəlir. Cəlil çıxıb getmiş, o, getdikdən təxminən 5-10 dəqiqə sonra Osman mərkəzin qarşısına gəlmişdir. Təxminən 10-15 dəqiqə sonra Cəlil də mərkəzin qarşısına gəlmişdir. Osman Cəlil ilə söhbət edə-edə mərkəzin sağ yanında olan aralıq yola keçmişlər. O, Mədəniyyət mərkəzinin sağ tərəfindəki qapının qarşısında dayanıb Osman ilə Cəlilin yanına getməmişdir. Cəlil ilə Osmanın yanında Novruz ilə Qabil getmişdir. Cəlil ilə Osman bir-biri ilə dalaşmışlar, o qarışmamışdır. Sonra o, mərkəz ilə üzbəüz mağaza tərəfə getmişdir. Cəlil ilə Osmanın dava-dalaşlarını görməmişdir. Dava-dalaş zamanı o, orada olmamış, Cəlil ifadəsində onun orada olduğunu deməsinin səbəbini bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 95, 104-105) Şübhəli şəxs qismində iştirakına, vəkilin iştirakına xitam verilməsi və şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində iştirakına xitam verilmiş və saxlanıldığı Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 141) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7- Təcrübi və Tədris Birliyi X10 34 saylı, 22 fevral 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – burun tənəffüsünün pozulması ilə müşayiət olunan burunüstü nahiyyənin qançırı və burun sümüklərinin az yerinidəyişmiş sınığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol saidin kəsilmiş yarası, sol iç topuğunun sıyrığı, sol pəncənin qançırı. Qeyd olunan xəsarətlərdən burun tənəffüsünün pozulması ilə müşayiət olunan burunüstü nahiyənin qançırı və burun sümüklərinin az yerinidəyişmiş sınığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol iç topuğunun sıyrığı, sol pəncənin qançırı bərk küt əşya (əşyalar) təsirindən, sol saidin kəsilmiş yarası isə iti uca və ya kənara malik alətin (əşyanın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət etdiyi 06.01.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə törənməsi mümkündür. (i.v. 167- 168) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik Ekspertiza Mərkəzi” X10 01 mart 2021-ci il tarixli, 446 saylı məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinənin nətivəsindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları dügün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Hərəkət və davranışını iradi olaraq tənzimləməsində, psixi-emosional sferasında hər hansı dəyişiklik müşahidə olunmur. Zərərçəkmiş şəxs fərdi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Emosionallıq, özünə qarşı hörmət tələb etmək, mübahisə etməyə meyillilik, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə törətmiş olduğu əməlin mahiyyətini dərk edə bilərdi. (i.v. 186-187) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 may 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 252-253) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 21 may 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 255) Sübutların qiymətləndirilməsi haqqında 13 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış və üzləşdirmə protokolları, məhkəmə-tibbi, məhkəmə-psixoloji ekspertizalarının rəyləri və cinayət işinin digər materialları ilə təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs Nəsib oğlunun sol qolunun kəsilməsi yarası Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi özünümüdafiə kimi qiymətləndirilib rədd edilmişdir. Hadisə yerinin Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində fəaliyyət göstərən “Mədəniyyət Mərkəzi”nin sağ tərəfindəki aralıq yolun kənarında yerləşən boş sahə olması nəzərə alınmışdır. (i.v. 266-275 ) Zərərçəkmiş şəxs tərəfindən qanuni nümayəndəsinin iştirakı ilə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş 10 iyun 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 5-ci bəndinə əsasən Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsinəməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hərhansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimaiqaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizliketməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə ondahəmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək, əməlindən peşman olmasını, tələbə olmasını olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun törədilməsi halları, şəxsiyyəti, cəzanın fərdiləşdirilməsi prinsipi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməli (CM 66.2), onun ibtidai istintaq dövründə 04 fevral 2021-ci il tarixdən 06 fevral 2020-ci il tarixədək tutma altında saxlanıldığı 02 müddət nəzərə alınmalı (CM-69.3) onun üzərinə; yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası onun daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 işə qoşularaq ibtidai istintaq dövründə 35 (otuz beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə baxışı zamanı 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 210 (iki yüz on) manat məbləğində pul və məhkəmə baxışı zamanı dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdən 06 fevral 2021-ci il tarixədək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası onun daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 210 (iki yüz on) manat məbləğində pul və məhkəmə baxışı zamanı dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-239/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-239/2021
22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver