Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-239/2024 11.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmamış, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:20-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-2106” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən N.Nərimanov küçəsində “H.Əliyev” parkı istiqamətinə 30-40 km/saat sürətlə hərəkətdə olarkən “Access Bankın”-ın binasının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda cinayətkarcasına etinasızlıq edərək Qanunun qeyd olunan tələblərinə əməl etməyib avtomobilin sag ön hissəsi ilə yolun orta hissəsində uzanmış vəziyyətdə olan X1 üzərindən keçərək ehtiyyatsızlıqdan B.Ş.Yazquliyevin döş qəfəsinin soldan İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı yerinidəyişmiş sınıqları, dalağın travmatik cırılması, sağ qaş, sağ üst göz qapağı və sağ gözün bayır bucağının əzilmiş yaraları, burun, sağ yanaq, başın alın, sağ gicgah, sol əlin arxa səthinin, sol sağrı və sol bud nahiyələrinin sıyrıqlarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə baş vermiş kəskin daxili qanaxma fonunda inkişaf edən travmatik və hemorragik şok nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə “BC” kateqoriyalı sürücülük vəsiqəsini almışdır. Vaz 2106 markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsus olsa da avtomobili öz adına sənədləşdirməmiş, hal-hazırda etibarnamə ilə idarə edir. xx.xx.2024-cü il tarixdə saat 00:20-də idarə etdiyi avtomobillə Qızıldaş qəsəbəsindən Lökbatan qəsəbəsinə gəlmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən H.Əliyev parkı istqamətində 30-40 km/saat sürətlə yolun sol hissəsi ilə hərəkətdə olarkən bir maneə görmüş, lakin onun əşya olduğunu zənn etmişdir. Həmin an fikirli olduğundan maneəyə 4-5 metr məsafədə olarkən insan olduğunu başa düşsə də hadisənin qarşısını ala bilməmiş, yerə uzanmış şəxsin üzərindən keçmiş və yolun sağ kənarında avtomobili saxlamışdır. Avtomobildən düşmüş həmin şəxsə yaxınlaşdıqda onun hələ yaşadığını görmüşdür. Daha sonra polis əməkdaşları onlara yaxınlaşmış, hadisə yerinə TTY stansiyasının həkimləri çağırılmış, zərərçəkmiş şəxsin ölməsi barədə onlara məlumat X12 verilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 göstərmişdir ki, mərhum X3 onun əridir, bir övladı var. B.Ş.Yazquliyev spirtli içki aludəçisi olmuş, mütəmadi olaraq spirtli içki qəbul etmişdir. B.Ş.Yazquliyev xx.xx.2024-ü il tarixdə günorta saatlarında evdə olmuş, bir qədər pivə içmiş, sonra gəzməyə getmiş, həmin gün evə gəlməmişdir. O, bir neçə dəfə B.Ş.Yazquliyevin mobil telefonuna zəng etsə də nömrəyə zəng çatmadığı üçün əlaqə saxlaya bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində ona məlum olmuşdur ki, həmin gün gecə saatlarında Lökbatan qəsəbəsində "xxxx" QSC-nin Qaradağ rayon filialının qarşısında yol-nəqliyyat hadisəsi olmuş, B.Ş.Yazquliyevi avtomobil vurmuş, sonra xəstəxanaya aparılsa da X10 vəfat etmişdir. Təqsirləndirilən şəxsin qohumları tərəfindən mərhum əri B.Ş.Yazquliyevin dəfn və yas mərasim xərcləri qarşılanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid öz ifadəsində göstərmişdir ki, əvvəllər Vaz 2106 markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. O, həmin avtomobili xx.xx.2024cü il tarixdə əvəllər tanımadığı Təqsirləndirilən şəxs 2400 manat ehtibarnamə ilə satmışdır. Polis əməkdaşları onu Qaradağ Rayon Polis İdarəsinə dəvət edərkən avtomaşını satdığı Təqsirləndirilən şəxs həmin avtomaşınla ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməsi ona məlum olmuşdur. Avtomobil onun adına olsa da mülkiyyətçisi olmadığını, etibarnamə əsasında avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Avtomobil ona məxsus olmadığı üçün hadisə zamanı avtomobilə ziyan dəyib-dəyməməsini görməmiş, bu barədə heç bir məlumatı olmamış, avtomobillə bağlı şikayəti və tələbi yoxdur. Cinayət işinin 1-ci vərəqəsində olan 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 7-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildən xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan BA402671 nömrəli «B,C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Vaz 2106” minik markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid məxsusdur. Cinayət işinin 8A vərəqəsində olan nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, Şahid Vaz 2106 minik markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək etibar etmişdir. Cinayət işinin 9-cu vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Cinayət işinin 10-19-cu vərəqələrində olan 20 aprel 2024-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsində yerləşən "xxxx" ASC-nin Qaradağ rayon filialının qarşısındakı qəsəbə daxili yoldur. Cinayət işinin 30-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 55-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şübhəli şəxs statusuna xitam verilməklə MSY-dən azad edilmişdir. Cinayət işinin 58-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 73-74-cü vərəqələrində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 79-cu vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 80-ci vərəqəsində olan DİN BDYP-nin xx.xx.2024-cü il tarixli 3-13-16/2- 104859/2024 nömrəli məktubla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan BA 402671 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 83-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X11 13 may 2024-cü il tarixli 29 nömrəli rəyindən görünür ki, mərhum X1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- döş qəfəsinin soldan İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı yerinidəyişmiş sınıqları, dalağın travmatik cırılması, sağ qaş, sağ üst göz qapağı və sağ gözün bayır bucağının əzilmiş yaraları, burun, sağ yanaq, başın alın sağ gicgah, sol əlin arxa səthinin sol sağrı və sol bud nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqələdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomaşının piyadanı vurması nəticəsində törənə bilərdilər və bu da canlı şəxslərdə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum B.Ş.Yazquliyevinn ölümlə səbəb dalağın travmatik cırılması və döş qəfəsinin soldan İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırağların qapalı yerinidəyişmiş sınıqları, baş vermiş kəsik daxili qanaxma fonunda inkişaf edən travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum B.Ş.Yazquliyevin ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2024-cü il tarixdə saat 10:00-da) 8-12 saat əvvəl baş vermişdir. Mərhum B.Ş.Yazquliyevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (1400/K saylı, xx.xx.2024-cü il tarixli AKT). Cinayət işinin 90-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 may 2024-cü il tarixli 8/1222 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-2106 markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 89-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xərci 85 (səksən beş) manat təşkil edir. Cinayət işinin 95-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin X8 Xidmətindən daxil olmuş TŞ-11- 007.2 nömrəli çəkliş qurğusunda qeyd alınmış diskə baxış keçirilməsi barədə protokoldan və iş materiallarına əlavə edilmiş DVD diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:24:07 dəqiqədə yolun hərəkət hissəsinin sağ tərəfində H.Əliyev parkı istiqamətində gedən yolda bir nəfər şəxs yolun içərisində gəzişməyə başlayır, hərəkətdə olan nəqliyyat vasitələrinə maneçilik törədir. Saat 00:26:55də həmin şəxsin yolun içərisində uzanır. Saat 00:27:14-də Qaradağ rayon məhkəməsi istiqamətindən VAZ 2106 markalı avtomobilə oxşar avtomobil hərəkət edərək sola yəni, H.Əliyev parkı istiqamətinə dönür, hərəkətini əvvələcə yolun sağ hissəsi ilə sonra isə sol hissəsi ilə davam etdirir, saat 00:27:24-də yerə uzanmış şəxsə yaxınlaşdıqda avtomobili saxlamır, onun üzərindən keçir, sonra yolun sağ tərəfinə manevr edərək avtomobili saxlayır. Cinayət işinin 96-102-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin X8 Xidmətindən daxil olmuş TŞ-11-007.2 nömrəli çəkliş qurğusunda qeydə alınmış video görüntü olan bir ədəd disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədərkən idarə etdiyi “VAZ-2106” markalı, **-CG-*** qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 105-106-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 16:00) Cinayət işinin 121-123-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, odur ki, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddəyə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətləri iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərait, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalar təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 1 gün tutulub saxlanıldığı müddət çıxılmaqla qəti cəza təyin edilməli və o, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədərkən idarə etdiyi “VAZ-2106” markalı, **-CG-*** qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin X8 Xidmətindən daxil olmuş TŞ-11-007.2 nömrəli çəkliş qurğusunda qeyd alınmış video görüntü olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı tutulub saxlandığı 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədərkən idarə etdiyi “VAZ-2106” markalı, **-CG-*** qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə Azərbaycan Respublikası DİN-nin X8 Xidmətindən daxil olmuş TŞ-11-007.2 nömrəli çəkliş qurğusunda qeyd alınmış video görüntü olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-239/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-239/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver