Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-24/2024 25.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Masallı rayonu, Köhnə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), məhkumluğu olmayan, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, 28 May qəsəbəsi, yeni massivdə yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o satış məqsədi ilə narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən narkotik vasitə olan heroin əldə edib saxlamaqla daşımış, 24 iyun 2023-cü il tarixdə saat 18:50 radələrində Qaradağ RPİ-nin 10-cu PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsində yerləşən 3B saylı binanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd yaşıl rəngli saqqız qabının içərisində 02 ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,251 və 0,226 qram miqdarda, ümumi təmiz çəkisi 0,477 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, özünü CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkməmiş və bu gün də çəkmir. Ağır xəstəliyə düçar olmamış, heç bir travması yoxdur. Ailəlidir, bir yaşında bir övladı var. Yaşadığı evin yaxınlığında yerləşən mağazada satıcı işləyir. Təxminən üç ildir ki, narkotik vasitə sayılan “kakos” deyilən heroini çəkməklə istifadə edir. Əvvəllər Azərbaycan Respublikası CM-in 204-cü maddəsi ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 02 il sınaq müddəti olmaqla 04 il, 08 ay, 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sınaq müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. 24 iyun 2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manat müqabilində şəxsi istifadəsi üçün 02 ədəd sellofan bükümdə kakos deyilən narkotik vasitə heroin almışdır. Həmin heroini cibinə qoyub qəsəbəyə qayıtmışdır. Yaşadığı məhəllədə tanışına məxsus “BMW” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində fəaliyyət göstərən “İnsaf” adlı kafeyə getmişdir. Avtomobildə olan zaman aldığı bükümləri ailə üzvləri görməsin deyə, cibində olan yaşıl rəngli dəmir materialdan olan saqqız qabının içərisinə qoymuşdur. Avtomobili biraz aralıda saxlamış, yerə düşüb kafeyə gedirmiş. İki nəfər mülki geyimdə olan şəxslər ona qəfl yaxınlaşdıqları üçün qorxmuş, qaçmaq istəmiş, onun qolundan tutmaq istəyəndə yerə yıxılmış, köynəyi cırılmışdır. O ayağa qalxıb qaçmaq istəyəndə ərazidə sahə inspektoru vəzifəsində çalışan Faiq adlı polis əməkdaşını görəndə ona yaxınlaşan şəxslərin polis əməkdaşları olduqlarını başa düşüb dayanmışdır. Həmin şəxslər də özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib 10-cu Polis bölməsinə aparmışlar. Onun cibində olan bükümləri atmaq imkanı olmuş, lakin polis nəzarətində saxlanıldığı üçün cibindəki bükümləri atmamışdır. Polis bölməsində ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu izah edilib şübhəli şəxs qismində saxlanılmışdır. Daha sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Vəkil ona təqdim olunandan sonra üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə soruşmuş və olarsa həmin əşyanı könüllü olaraq təqdim etməyini bildirmişdir. O da əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd yaşıl rəngli saqqız qabını, digər cibindən 01 ədəd siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Yaşıl rəngli saqqız qabı polis əməkdaşları tərəfindən açılmış, içərisindən 02 ədəd qəhvəyi rəngli kakos deyilən narkotik vasitə heroin olan şəffaf sellofan bükümdə bükümlər aşkar edilmişdir. Həmin bükümləri 24 iyun 2023-cü il tarixdə, səhər saatlarında Abşeron rayonu, Hökməli qəbəsində tanımadığı şəxsdən hər biri 20 manat olmaqla ümumilikdə 40 manata, öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış, o, müdafiəçi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş siqaret qutusu ona geri qaytarılmışdır. O, son olaraq özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, narkotik vasitələrin satışı ilə heç vaxt məğul olmadığını, belə bir niyyətinində olmadığını, əgər narkotik vasitələrin satışı ilə məşğul olsaydı ən azından istifadə etdiyi mobil telefonunda bu barədə müəyyən “sms”lər olmuş olardı və istifadə etdiyi mobil telefonda müxtəlif şəxslərlə arasında heç olmasa mütəmadi danışıqlar aparılması qeydə alınardı. Bundan başqa əgər belə bir fikri olsaydı narkotik vasitəni bərabər şəkildə bükümlərə ayırar və hamısını üzərində gəzdirməzdi. Lakin alınmış məlumatlardan da göründüyü kimi onun belə bir telefon danışıqları və “sms” yazışmaları olmamışdır. O öz ifadəsində əlavə olaraq özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, himayəsində azyaşlı uşaqlağının olduğunu və törətdiyi əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx xxxxxx 1991-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Abşeron rayonu, 28 May qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və daşınması ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatın həqiqiliyinin yoxlanılmasından ötrü polis əməkdaşı Şahid2 tərəfindən polis bölməsinin rəhbərliyinə raportla müraciət olunmuşdur. Onun rəhbərliyi altında özünün və PB-in sahə inspektoru, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuş, əməliyyat qrupunun üzvlərinə davranış xətti izah edilmişdir. 24 iyun 2023-cü il tarixdə saat 18:50 radələrində sonra Bakı şəhəri, Qaradağ arayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsində yerləşən 3B saylı binanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs qəfl onlardan qorxaraq qaçmaq istəmişdir, onlar Təqsirləndirilən şəxs qolundan tutmaq istəyən zaman yerə yıxılmışdır. Təqsirləndirilən şəxs yenidən ayağa qalxıb qaçmaq istəyəndə sahə inspektoru Şahid3 görüb bizim polis əməkdaşı olduğumuzu bildiyi üçün dayanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, üzərində saxlaması, satışı ilə məşğul olmasında şübhəli bilindiyi üçün polis bölməsinə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Vəkil gəldikdən sonra videoçəkiliş vasitəsilə vəkilin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqiatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmet olub-olmaması, varsa təqdim edərək masanın üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd yaşıl rəngli metal konfet qabını masanın üzərinə qoymuş, qabı açdıqda içərisindən 02 ədəd şəffaf sellofan bükümdə olan bükümlər aşkar olunmuşdur. Bükümlərə baxış keçirələn zaman bükümlərin içərisində qəhvəyi rəngli, toz şəklində maddələrin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddənin “kokos” deyilən narkotik vasitə olan heroin olduğunu, 24 iyun 2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 40 manat müqabilində aldığını bildirmişdir. Aşkar olunmuş bükümlər təhqiqatçı tərəfindən zərfə qoyularaq, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış videoçəkiliş vasitəsilə, tərəfimdən aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx xxxxxx 1991-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Abşeron rayonu, 28 May qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması, daşınması ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatın həqiqiliyinin yoxlanılmasından ötrü Şahid2 tərəfindən polis bölməsinin rəhbərliyinə raportla müraciət olunmuşdur. Onun rəhbərliyi altında özünün və Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuş, əməliyyat qrupunun üzvlərinə davranış xətti izah edilmişdir. 24 iyun 2023-cü il tarixdə saat 18:50 radələrində sonra Bakı şəhəri, Qaradağ arayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsində yerləşən 3B saylı binanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özümüzü təqdim etmişik. Təqsirləndirilən şəxs bizim polis əməkdaşı olduğumuzu bildiyi üçün qaçmağa çalışdı, biraz qaçdıqdan sonra ayağı daşa ilişib yıxıldı. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, üzərində saxlaması, satışı ilə məşğul olmasında şübhəli bilindiyi üçün polis bölməsinə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Vəkil gəldikdən sonra videoçəkiliş vasitəsilə vəkilin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqiatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmet olub-olmaması, varsa təqdim edərək masanın üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd yaşıl rəngli metal konfet qabını masanın üzərinə qoymuş, qabı açdıqda içərisindən 02 ədəd şəffaf sellofan bükümdə olan bükümlər aşkar olunmuşdur. Bükümlərə baxış keçirələn zaman bükümlərin içərisində qəhvəyi rəngli, toz şəklində maddələrin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddənin “kokos” deyilən narkotik vasitə olan heroin olduğunu, 24 iyun 2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 40 manat müqabilində aldığını bildirmişdir. Aşkar olunmuş bükümlər təhqiqatçı tərəfindən zərfə qoyularaq, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış videoçəkiliş vasitəsilə, Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən aparılmışdır. Şahid, Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində şahidlər Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru Şahid3 və Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ilə eyniməzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 6/3542 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN "Zərflər üçün № 222" möhür ǝksi "Saxlanmış şexs.... Təqsirləndirilən şəxs..." və s. ad, soyad və imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,251 qram; 0,226 qram; ümumilikdə təmiz çəkiləri 0,477 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 02 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkibinə görə eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumilikdə təmiz çəkisi-0,477 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-0,377 qram. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 07 sentyabr 2023-cü il tarixli, 5744 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-in əməkdaşı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən 3B saylı binanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-ə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunumuş və sonuncu əyinində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd yaşıl rəngli dəmir saqqız qabını masanın üzərinə qoyaraq, həmin qabın içərisində 02 ədəd şəffaf sellofan bükümdəki qəhvəyi rəngli maddələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə saxlanılarkən istifadəsində olmuş ***-***-**-** nömrəli mobil nömrə ilə və eləcədə sonradan istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrlə aparılan danışıqların, həmin nömrələrə daxil olan və çıxan zənglərin və nömrələrin siyahısı, daxil olan və çıxan zənglərin anten dairəsi, “sms” lərin mətnləri və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatların götürülməsi məqsədi ilə Qaradağ Rayon Məhkəməsi tərəfindən 30 yanvar 2024-cü il tarixli qərar qəbul edilərək icra olunması üçün ilə "xxxx" MMC-yə və "xxxx" MMC-yə göndərilmişdir. Məhkəmə baxışı zamanı "xxxx" MMC-dən 28 fevral 2024-cü il tarixdə və "xxxx" MMC-dən 01 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuş CD disklərə baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məumat və “sms” mətnləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə elektron çıxarışından görünür ki, 14 fevral 2022-ci il tarixdə doğulmuş X8 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan 20 sentyabr 2023-cü il tarxli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0.477 qram 02 ədəd bükümdə olan narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0,377 qram 02 ədəd bükümdə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 25 iyun 2023-cü il tarixli “cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə gödərilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi faktı ilə əlaqədar Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və aidiyyəti üzrə Bakı şəhəri, Qaradağ RPİ İŞ-ə göndərilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması aşkardır, toplanmış və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və sair hallara dair hər hansı sübutlar və əsaslı şübhələr müəyyən edilərək araşdırılmamışdır. Buna görə də məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu əsassız nəticə ilə razılaşmır. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin, ondan aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlanmasına dair heç bir sübut və hər hansı bir inandırıcı dəlidə müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan ilkin 24 iyun 2023-cü il tarixli raportdan da görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid2, Təqsirləndirilən şəxs narkotik vasitə olan “heroini” Müşviqabad qəsəbəsi ərazisində üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olmasını bildirərək həmin məlumatın yoxlanılması məqsədi ilə müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçilriməsi icazə verilməsini xahiş etmişdir. Bundan başqa iş materiallarında olan 24 iyun 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan, “əməliyyat qrupunun yaradılması barədə” əmrdən və “əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan da görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, özündə saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, X5 təqdim etdiyi narkotik vasitələri istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Belə ki, iş materiallarında olan 24 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs bütün izahat və ifadələrində də əldə etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə polis orqanında hər hansı bir ehtimal olsaydı ibtidai istintaq zamanı bu hal aydınlaşdırılar və bu istiqamətdə real istintaq hərəkətləri aparılardı. Lakin bu hallar ibtidai istintaq orqanı tərəfindən aydınlaşdırılmamış, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı hər hansı istintaq hərəkətləri aparılmamış, digər lazımi əməliyyat-axtarış tədbirləri də həyata keçirilməmişdir. Heç bir mötəbər sübut olmadan təqsirləndirilən şəxsin üzərindən iki ədəd ayrı-ayrı bükümdə, fərqli çəkilərdə olan narkotik vasitə heroinin aşkar edilməsinə görə ibtidai istintaq orqanı əməli CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Əksinə məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrə 23 may 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək daxil olan və çıxan zənglərin müəyyən edilməsi, nömrənin kimə məxsus olması, sms mesajların siyahısı, yazılı mətni, həmçinin anten məlumatlarının müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş “CD” disklərə baxış keçirilərkən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışına dəlalət edən hər hansı bir “sms” yazışması və digər hər hansı bir iş üçün əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və toplanılmış mötəbər sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasına saxlanılmış CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilmiş və 15 dekabr 2022-ci il tarixdə sınaq müddəti başa çatdığına görə qeydiyyatda çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşiman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 24 iyun 2023-cü il tarixdə saat 19:40 radələrində şübhəli şəxs kimi tutulmuş və 26 iyun 2023-cü il tarixdə saat 14:15 radələrində təqsirləndirilən şəxs kimi dindirilməsi başa çatdıqdan sonra onun barəsində Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Vasif Xalıqov tərəfindən “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş. Daha sonra Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün onun barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdə saat 15:00-da tutularaq Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmiş və onun barəsində 07 sentyabr 2023-cü il saylı qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar CM-nin 69.3-cü maddəsinə əsasən 04 (dörd) gün kimi nəzərə alınmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı istintaqdan yayındığı üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dişdirilməklə axtarış elan edilmişdir. Bundan sonra o 13 yanvar 2024-cü il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası CM 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməklə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,377 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 03 ədəd DVD və CD disklər cinayət işində saxlanılmalıdır. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 04 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 02 ay 26 gün (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 13 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,377 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış üç ədəd DVD və CD disklər cinayət işində saxlanılsın. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-24/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-24/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver