Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-24/2025 10.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan) orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, təyin edilmiş 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasını isə çəkməmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayıb oğurlamışdır. Belə ki, o, 06 may 2024-cü il tarixdə saat 17:30 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində yerləşən, yeni inşa edilmiş binaya arxa giriş qapısının kilidli olmamasından istifadə edərək həmin qapını açmaqla özgənin əmlakını ələ keçirmək niyyətilə, tamah məqsədilə qanunsuz daxil olub orada təmir ilə məşğul olan Zərərçəkmiş şəxs həmin binada saxladığı 570 (beş yüz yetmiş) manat dəyərində “BOSCH” markalı, 3.28 modelli 1 ədəd dağıdıcı (perforator), 150 (bir yüz əlli) manat dəyərində “BOSCH” markalı, GWS 8-125 modelli 1 ədəd laqonda və 150 (bir yüz əlli) manat dəyərində “BOSCH” markalı, 115 modelli 1 ədəd laqondadan ibarət ümumilikdə 870 (səkkiz yüz yetmiş) manat dəyərində əmlakını gizli talayıb oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 06 may 2024-cü il tarixdə saat 17 radələrində tanımadığı bir müştərini Qaradağ rayon ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzinə gətirmiş, dayandığı yerdən bir qədər kənarda yeni inşa edilmiş tikili görərək həmin binaya tərəf gedib qapıya yaxınlaşmış və əli ilə qapını itələyən zaman onun açıq olduğunu görmüşdür. Qapı açıldıqdan sonra binanın daxilinə baxan zaman onun içərisində bir qədər tikinti avadanlıqları olduğunu görərək avadanlıqlardan oğurlayıb satmaq qərarına gəlmişdir. Orada döşəmənin üzərinə qoyulmuş, “BOSCH” markalı iki ədəd laqondanı və bir ədəd perferatoru götürərək həmin yerdən uzaqlaşmışdır. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və himayəsində iki azyaşlı uşağının və anasının olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01 may 2024-cü il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzində yerləşən mağazada təmir işi görməyə başlamışdır. 06 may 2024-cü il tarixdə saat 17:00 da işini bitirdikdən sonra özünə məxsus olan alətləri, yəni 3 ədəd laqonda və bir ədəd perferatoru mağazanın içində qoyub mağazanı açarla bağlayandan sonra evə getmişdir. 07 may 2024-cü il tarixdə səhər saat 08 radələrində Sədərək Ticarət Mərkəzinə işə yerinə gəlmiş və işə başlayarkən özünə məxsus 2 ədəd laqonda və 1 ədəd perferatoru, yəni «BOSCH» markalı 3.28 modelli bir ədəd dağıdıcı, 1 ədəd «BOSCH » markalı, 125 modelli, 1 ədəd isə «BOSCH » markalı, 115 modelli laqondaların oğurlandığını müəyyən etmişdir. «BOSCH» markalı 3.28 modelli bir ədəd dağıdıcını (perferatoru) 2023-cü ildə 570 manata, 2 ədəd laqondları isə hər birini 150 manata almışdır. Bununla da baş vermiş hadisə zamanı ümumilikdə ona 870 manat ziyan dəymişdir. Bundan əlavə, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti, Dərnəgül yolu ünvanında yerləşən Dərnəgül bazarında sexdə qaynaqçı işləyir. Təxminən 2024-cü ilin may ayının 6-da üzdən taksi sürücüsü kimi tanıdığı Anar adlı şəxs idarə etdiyi «Toyota Prius» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun işlədiyi yerə gələrək «BOSCH» markalı 2 ədəd laqonda və bir ədəd dağıdıcı alətlərini satmaq istədiyini bildirmişdir. Həmin avadanlıqları almaq məqsədilə onların işlək vəziyyətdə olub-olmamasını yoxlamış və alətlərin işlək vəziyyətdə olduqlarını müəyyən etdikdən sonra qiymətlərini soruşmuşdur. Anar üç aləti cəmi 80 manata satdığını bildirdikdən sonra onunla razılaşmış və ona 80 manat pul verərək alətləri götürmüşdür. Bir qədər sonra Anardan aldığı alətlərdən birini, yəni bir ədəd laqondanı 40 manata tanımadığı şəxsə satmışdır. Daha sonra bazarda Anarın oğurluqla məşğul olduğunu, ona satdığı alətlərin də oğurluq olduqlarını eşitmiş və özündə qalan iki ədəd alətləri, yəni bir ədəd perforatoru və bir ədəd laqondanı polisə təhvil vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin 8-12-ci vərəqələrində olan 23 may 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzinin, “Meyvəli” TŞ bazası tərəfdə olan girişindən 50-80 metr qabaqda yolun sol tərəfində yerləşən binadır. Cinayət işinin 36-37-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 40-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 50-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli əşyanın götürülməsi haqqında qərardan, 51-ci vərəqədə olan xx.xx.2024-cü il tarixli götürmə haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Şahid tərəfindən təqdim edilmiş “BOSCH” markalı, 3,28 modelli 1 ədəd dağıdıcı (perforator) və “BOSCH” markalı 125 modelli 1 ədəd laqonda götürülmüşdür. Cinayət işinin 53-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin 55-56-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (saat 10:20) Cinayət işinin 67-68-ci vərəqələrində olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2017-ci il tarixdə doğulmuş X2 atası Təqsirləndirilən şəxsdır. Cinayət işinin 69-70-ci vərəqələrində olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 73-74-cü vərəqələrində olan 19 iyun 2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Sultanov X4 Qalib Əmrah oğlu tərəfindən təqdim edilmiş “BOSCH” markalı, 3,28 modelli 1 ədəd dağıdıcı (perforator) və “BOSCH” markalı 125 modelli 1 ədəd laqondanı tanıyaraq həmin predmetlərin ona məxsus olduqlarını bildirmişdir. Cinayət işinin 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən təqdim edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarından görünür ki, Əhmədov X10 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1, 264 və 66.2-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla 03 il nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.1-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasını çəkməsi ilə bağlı sorğu verilmiş və xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə hökm ünvanlanmadığı bildirilmişdir. Cinayət işinin 83-cü vərəqəsində olan 15 iyun 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, götürülmüş videogörüntülərdə açıq rəngli qısaqol köynəkdə olan kişi cinsli şəxs görüntünün 00:07-ci saniyəsindən başlayaraq binanın küncündən çıxaraq hərəkət etməsi və görüntünün 00:39-cu saniyəsində binanın giriş qapısını əli ilə açaraq binaya daxil olması, görüntünün 01:01-ci saniyəsində həmin şəxs binanın qapısından çıxması daha sonra binanın hündürlükdə yerləşən nəfəsliyindən əşya götürərək həmin yeri, o cümlədən videokameranın əhatə dairəsini tərk etməsi əks olunmuşdur. Həmin protokolda Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxsin özü olduğunu təsdiq etmişdir. Cinayət işinin 85-87-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli ifadələrin yerində yoxlanması haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus alətləri taladığını və onları satdığını ifadələrinə uyğun olaraq təsdiq etməklə əyani surətdə təsdiq etmişdir. Cinayət işinin 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 21 avqust 2024-cü il tarixli, 9/5208 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən və edilməyən malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 440,00 (300 + 140) manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir: təqdim edilən istifadədə olmuş, normal vəziyyətdə olan, göy rəngli “BOSCH” markalı, 328 modelli 01 ədəd dağıdıcı (perforator)- 01 ədəd 200 manat, -təqdim edilən istifadədə olmuş, üzərində istismar xarakterli cızıqlar, rəng qopuqları və sair olan, göy rəngli, kiçik ölçülü “BOSCH” markalı, GWS 8-125 modellli laqonda -01 ədəd 100 manat, -təqdim edilməmiş 02 ədəd “BOSCH” markalı, 115 modelli laqonda, 02 ədəd, birinin qiyməti 70 manat, ümumi dəyəri 140 manat. Cinayət işinin 95-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin 104-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş 26 avqust 2024-cü il tarixli, 2476 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur Cinayət işinin 108-113-cü vərəqələrində olan 31 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “BOSCH” markalı, 3.28 modelli 1 ədəd dağıdıcı (perforator), “BOSCH” markalı, GWS 8-125 modelli 1 ədəd laqonda və bir ədəd disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər olduğu üçün maddi sübut hesab edilmişlər. Cinayət işinin 132-ci vərəqəsində olan 03 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, BOSCH markalı, 3.28 modelli 1 ədəd dağıdıcı (perforator), habelə BOSCH markalı, GWS 8-125 MODELLİ 1 ədəd laqonda saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələb yoxdur. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X8 və xx.xx.2017-ci il tarixdə doğulmuş X6 Təqsirləndirilən şəxs övladlarıdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin verdikləri ifadələri və digər iş materialları ilə onun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməklə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs oğurladığı alətləri sahibinə qaytarsa da, həmin alətləri oğurladıqdan sonra satdığı şəxsdən onları alarkən sonuncunun ödədiyi vəsait qarşılanmadan polis əməkdaşları tərəfindən təhvil alınmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs alətlərin sahibinə vurulmuş zərəri ödəmiş hesab edilsə də, alətləri oğurladıqdan sonra satdığı şəxsə münasibətdə həmin zərəri qarşılamamışdır. Bundan əlavə ünvanlanmış sorğular nəticəsində təqsirləndirilən şəxsin Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilmə növündə əlavə cəzanı çəkmədiyi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, CM-nin 67.5-ci maddəsinə əsasən çəkilməmiş 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası toplanmalı, onun ibtidai istintaq zamanı tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 10 aprel 2025-ci il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş müdafiəçiyə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul və məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut qismində tanınmış BOSCH markalı, 3.28 modelli 1 ədəd dağıdıcı (perforator), habelə BOSCH markalı, GWS 8-125 MODELLİ 1 ədəd laqondanın saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ilə tam birləşdirilsin və ona 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulub saxlandığı 02 (iki) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası tsaxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış BOSCH markalı, 3.28 modelli 1 ədəd dağıdıcı (perforator), habelə BOSCH markalı, GWS 8-125 MODELLİ 1 ədəd laqondanın saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 300 (üç yüz) manat məbləğində pul və məhkəmə istintaqı zamanı göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-24/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-24/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver