Məhkəmə qərarları › İş №1(002)-241/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-241/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-241/2021 14.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı 24 may 2021-ci il tarixdə Qaradağ rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X8 tərəfindən tərtib edilərək 24 may 2021-ci il tarixdə Qaradağ rayon prokuroru, ədliyyə müşaviri Zəfər Əhmədov tərəfindən təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozduğundan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Gülbaxt” əhəng-daş yatağında fəaliyyət göstərən, 01.04.2017-ci il tarixindən istehsalat işləri üzrə direktor müavini işlədiyi “xxxx” MMC-nin ərazisinə yeni yol çəkilməsi üçün “Komatsu” markalı, “PC300” modelli, Az32-T-130 dövlət qeydiyyat nişanlı ekskavatorun faktiki sahibi və sürücüsü Şahid7 ilə “xxxx” MMC-nin “xxxx” MMC ilə sərhəd ərazisindəki hissəsində yığılmış əhəng-daş qalıqlarının və torpaq qatının daşınması və yayılması barədə 2021-ci ilin mart ayının ilk günlərində şifahi razılaşmış, Şahid7 ilə xidmət və ya hər hansı başqa müqavilə bağlamadan, onu texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları ilə tanış etmədən, yolun açılması ilə əlaqədar işlərin görüldüyü sahənin sərhəddində 50-60 metr aşağıda «xxxx» MMC-yə məxsus daş karxanasının istehsalat sahəsinə torpaq və daşların düşməsi ehtimalının olduğunu nəzərə almalı, həmin təhlükəli zonaya adamların daxil olmasının qarşısının alınması üçün müvafiq çəpərlənmə aparmalı, xəbərdaredici nişan və yazılar qoymalı, təhlükəli zonanın ekskavator maşinisti tərəfindən görünməsi məhdud olduğundan işarəvericini təyin, həmin işarəverici və maşinist arasında əlaqənin yaradılmasını təşkil edilməli olduğu halda texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bunları etməyərək İİİ- 4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası” qaydalarının 1.29, 3.4, 3.5, 3.6, 9.5 bəndlərinin və “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 28-ci bəndinin tələblərini pozub cinayətkarcasına etinasızlıq edərək ekskavator sürücüsünə qeyd edilən ərazidə daşıma yə yayma işlərini tapşıraraq onu işə buraxmış, Şahid7 həmin tarixlərdə işə başlayaraq qeyd edilən ərazidə daşıma və yayma işləri görməyə başlamış, 06.03.2021-ci il tarixdə, saat 11 radələrində ekskavatorla iş görərkən daşınan əhəng-daş qalıqları ekskavatorun təsirindən yuvarlanaraq sərhəddə, ekskavatorun iş gördüyü yerdən 50-60 metr aşağıda yerləşən “xxxx” MMC-nin ərazisində fəaliyyət göstərən karxananın ərazisinə düşüb yuvarlanaraq həmin vaxt orada olan “xxxx” MMC-də maşinist-kombanyor vəzifəsində işləyən X3 dəymiş, nəticədə sonuncu dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid sol bazu sümüyünün başının açıq, yerinidəyişmiş sınığı ilə müşayiət olunan qoltuqaltı nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bud sümüyünün orta 1/3-nin, sağ bud sümüyünün orta 1/3-nin və sağ ayağın İ barmaq sümüyünün qapalı, yerini dəyişmiş sınıqları, birbaşa ölümünə səbəb olan, kəskin daxili qanaxma fonunda inkişaf etmiş travmatik və hemorragik şok ilə nəticələnən sol tərəfli V- Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların sınıqları, sol ağciyərin cırılmış yarası, dalağın travmatik cırılması xəsarətləri alaraq hadisə yerində ölmüş, bununla da ehtiyatsızlıqdan X2 ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsinə dair yazılı vəsatət vermişdir. O öz vəsatətində göstərmişdir ki, həmin cinayət işi Qaradağ rayon prokuroru tərəfindən 06.03.2021-ci il tarixdə CM-nin 162.2-ci maddəsi ilə başlanmış və cinayət işi üzrə istintaqın aparılması rayon prokurorunun köməkçisi X6 tapşırılmışdır. Cinayət işinin başlanması üçün əsas X2 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Gülbaxt” əhəng-daş yatağında fəaliyyət göstərən “xxxx” MMC-nin ərazisində xəsarət alaraq ölməsi barədə məlumat, əsas isə həmin məlumat əsasında toplanmış materialda CM-nin 162.2-ci maddəsinin tərkib əlamətlərinin müəyyən edilməsi olmuşdur. Təqsirləndirilən şəxs 19.05.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 162.2-ci maddəsi ilə ittiham elan edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İstintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Gülbaxt” əhəng-daş yatağında fəaliyyət göstərən, 01.04.2017-ci il tarixindən istehsalat işləri üzrə direktor müavini işlədiyi “xxxx” MMC-nin ərazisinə yeni yol çəkilməsi üçün “Komatsu” markalı, “PC300” modelli, Az32-T-130 dövlət qeydiyyat nişanlı ekskavatorun faktiki sahibi və sürücüsü Şahid7 ilə “xxxx” MMC-nin “xxxx” MMC ilə sərhəd ərazisindəki hissəsində yığılmış əhəng-daş qalıqlarının və torpaq qatının daşınması və yayılması barədə 2021- ci ilin mart ayının ilk günlərində şifahi razılaşmış, Şahid7 ilə xidmət və ya hər hansı başqa müqavilə bağlamadan, onu texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları ilə tanış etmədən, yolun açılması ilə əlaqədar işlərin görüldüyü sahənin sərhəddində 50-60 metr aşağıda «xxxx» MMC-yə məxsus daş karxanasının istehsalat sahəsinə torpaq və daşların düşməsi ehtimalının olduğunu nəzərə almalı, həmin təhlükəli zonaya adamların daxil olmasının qarşısının alınması üçün müvafiq çəpərlənmə aparmalı, xəbərdaredici nişan və yazılar qoymalı, təhlükəli zonanın ekskavator maşinisti tərəfindən görünməsi məhdud olduğundan işarəvericini təyin, həmin işarəverici və maşinist arasında əlaqənin yaradılmasını təşkil edilməli olduğu halda texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bunları etməyərək İİİ-4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası” qaydalarının 1.29, 3.4, 3.5, 3.6, 9.5 bəndlərinin və “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydalarının 28-ci bəndinin tələblərini pozub cinayətkarcasına etinasızlıq edərək ekskavator sürücüsünə qeyd edilən ərazidə daşıma yə yayma işlərini tapşıraraq onu işə buraxmış, Şahid7 həmin tarixlərdə işə başlayaraq qeyd edilən ərazidə daşıma və yayma işləri görməyə başlamış, 06.03.2021-ci il tarixdə, saat 11 radələrində ekskavatorla iş görərkən daşman əhəng-daş qalıqları ekskavatorun təsirindən yuvarlanaraq sərhəddə, ekskavatorun iş gördüyü yerdən 50-60 metr aşağıda yerləşən “xxxx” MMC-nin ərazisində fəaliyyət göstərən karxananın ərazisinə düşüb yuvarlanaraq həmin vaxt orada olan “xxxx” MMC-də maşinist-kombanyor vəzifəsində işləyən X3 dəymiş, nəticədə sonuncu dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid sol bazu sümüyünün başının açıq, yerinidəyişmiş sınığı ilə müşayiət olunan qoltuqaltı nahiyəsinin əzilmişcırılmış yarası, sol bud sümüyünün orta 1/3-nin, sağ bud sümüyünün orta 1/3-nin və sağ ayağın İ barmaq sümüyünün qapalı, yerini dəyişmiş sınıqları, birbaşa ölümünə səbəb olan, kəskin daxili qanaxma fonunda inkişaf etmiş travmatik və hemorragik şok ilə nəticələnən sol tərəfli V-V1-Vİİ-V1İİ-1X-X qabırğaların sınıqları, sol ağciyərin cırılmış yarası, dalağın travmatik cırılması xəsarətləri alaraq hadisə yerində ölmüş, bununla da ehtiyatsızlıqdan X2 ölümünə səbəb olmuşdur. 24 may 2021-ci il tarixdə cinayət işi üzrə ittiham aktı Bakı şəhəri Qaradağ rayon prokuroru tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Cinayət işinin materialları məhkəmənin hazırlıq iclasınadək öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ekskavator sürücüsü olan Şahid7 qeyd edilən ərazidə daşıma yə yayma işlərini tapşıraraq onu işə buraxmış, Şahid7 işə başlayaraq qeyd edilən ərazidə daşıma və yayma işləri görməyə başlamış, 06.03.2021-ci il tarixdə, saat 11 radələrində ekskavatorla iş görərkən daşman əhəng-daş qalıqları ekskavatorun təsirindən yuvarlanaraq ekskavatorun iş gördüyü yerdən 50-60 metr aşağıda yerləşən digər karxananın ərazisinə düşüb yuvarlanaraq həmin vaxt orada olan “xxxx” MMC-də maşinist-kombanyor vəzifəsində işləyən X3 dəymiş, nəticədə sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən iş üzrə aparılmış araşdırma ilə hadisənin Təqsirləndirilən şəxs tərəfindən müvafiq normativ aktların tələblərinin pozulması nəticəsində baş verməsi qənaətinə gəlinmiş, lakin həmin hadisədə digər şəxslərin ekskavator sürücüsü Şahid7, eyni zamanda “xxxx” MMC və “xxxx” MMC-nin aidiyyəti vəzifəli şəxsləri tərəfindən də hər hansı normativ xarakterli aktların pozulub-pozulmaması məsələsi kifayət qədər araşdırılmamış, ümumiyyətlə iş üzrə aparılmış araşdırma səthi olmuşdur. Bununla bağlı cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş X4 tərəfindən verilmiş “Göstəriş” də olmuşdur. Belə ki, “Göstəriş” də qeyd olunmuşdur ki, “xxxx” MMC karxanasının sahə rəisi Şahid3 və sürücü Şahid7 tərəfindən də əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozulub-pozulmaması, onların hərəkətləri ilə baş vermiş hadisə arasında səbəbli əlaqənin olub-olmaması xüsusatları əlavə şahidlərin, zərurət yaranarsa ekspertin dindirilməsi və iş üzrə əlavə texniki təhlükəsizlik ekspertizası təyin edilməsi yolu ilə araşdırılmalıdır. Eyni zamanda, hər iki müəssisə rəhbərinin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının təmin edilməsi istiqamətində fəaliyyəti araşdırılmamış, həmin şəxslərin əməlləri ilə baş vermiş hadisə arasında səbəbli əlaqənin olub-olmaması müəyyən edilməmişdir. Lakin göstərilən xüsusatlar ibtidai istintaq zamanı araşdırılmamış, iş üzrə zəruri hallar ətraflı yoxlanılmadan tərtib edilmiş ittiham aktı təsdiq olunmaqla cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlər, yəni cinayət işi üzrə aparılmış səthi araşdırma təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud surətdə pozuntusudur. Belə ki, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyinin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il, “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X5 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Həmin qərarda Avropa Məhkəməsi, həmçinin qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi şəxslərə cinayət işləri üzrə ittiham elan edildiyi andan tətbiq edilməyə başlayır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Adolf Avstriyaya qarşı” iş üzrə 26 mart 1982-ci il tarixli qərarında göstərmişdir ki, “cinayət ittihamı” nın anlayışının üzv dövlətlərin milli hüquq sistemlərindəki təsnifatlardan asılı olmayan müstəqil mənası var. Ümumiyyətlə, Avropa Məhkəməsinin mövqeyinə görə “ittiham” anlayışına Konvensiyanın mənasında baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəməyədək icraat zamanı yol verilmiş pozuntular, ümumilikdə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-nin 303.3.1-ci maddəsinə əsasən, “təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması” (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə, cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi vəsatətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verilmiş vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə verilmiş vəsatəti və tərəflərin izahatını dinləyərək hesab edir ki, vəsatət təmin edilməli, ibtidai araşdırma Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol verilməklə aparıldığından və həmin kobud pozuntuların aradan qaldırılması məhkəmə baxışı zamanı mümkün olmadığından cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, işin ibtidai istintaqını aparan şəxs tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, iş üzrə Azərbaycan Respublikası Baş X4 tərəfindən verilmiş göstəriş tam icra edilməmişdir. Cinayət işinin materiallarından aydın olur ki, “xxxx” MMC-nin ərazisində iş görmək üçün cəlb edilmiş “Komatsu” markalı, “PC300” modelli, Az32-T-130 dövlət qeydiyyat nişanlı ekskavatorun faktiki sahibi və sürücüsü Şahid7 kənardan dəvət edilməklə karxana ərazisində işlərə cəlb edilmiş, görülən işlərlə əlaqədar onunla hər hansı bir müqavilə bağlanmamış, sürücü Şahid7 iş gördüyü yerdən torpaq və daş parçalarının yuvarlanaraq aşağı düşməsi riskini aşkar surətdə görməsinə və bundan məlumatlı olmasına baxmayaraq insanları real təhlükədə qoyaraq işi davam etmişdir. Göründüyü kimi baş vermiş hadisədə hazırki təqsirləndirilən şəxslə yanaşı digər şəxslərin də təqsirli olubolmaması kifayət qədər aydınlaşdırılmamışdır. Həmçinin “xxxx” MMC-nin və “xxxx” MMCnin rəhbərlərinin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının təmin edilməsi istiqamətində fəaliyyətləri tam araşdırılmamış, həmin şəxslərin əməlləri ilə baş vermiş hadisə arasında səbəbli əlaqənin olub-olmaması müəyyən edilməmiş, o cümlədən “xxxx” MMC-nin sahə rəisi Şahid3 və sürücü Şahid7 tərəfindən də əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozulub-pozulmaması, onların hərəkətləri ilə baş vermiş hadisə arasında səbəbli əlaqənin olub-olmaması tam araşdırılmamış və bununla bağlı əlavə texniki təhlükəsizlik ekspertizaları keçirilməmişdir. Bütün bu sadalanan hallar ümumilikdə təqsirləndirilən şəxsin ona verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsif baxımından hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.6-cı maddəsinin tələbindən aydın olur ki, təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Lakin işin ibtidai istintaqını aparan şəxs tərəfindən Qanunun bu tələbi də pozulmuşdur. Belə ki, ittiham aktında təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olması göstərilsə də həmin hal yüngülləşdirici hal kimi nəzərə alınmamışdır. Bundan başqa cinayət işinin materiallarında təqsirləndirilən şəxsdən yazılı iltizam alınması barədə protokol mövcud olsa da təqsirləndirilən şəxsdən yazılı iltizam alınaraq iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155.5-ci maddəsində göstərilir ki, qətimkan tədbirinin seçilməsinə zərurət olmadıqda, şübhəli və ya təqsirləndirilən şəxsdən təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin çağırışlarına gəlməsi və onların yaşayış yerini dəyişməsi, habelə müalicə və ya digər zərurətlə bağlı Azərbaycan Respublikası hüdudlarından kənara çıxması ilə əlaqədar əvvəlcədən məlumat vermək barədə yazılı iltizam alınır. Çağırış üzrə gəlmək və məlumat vermək barədə iltizama əməl edilmədikdə bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulan əsasların mövcudluğu məsələsinə yenidən baxılır. Həmin Məcəllənin 300.1.5-ci maddəsindən aydın olur ki, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 303.1-ci maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1-ci maddəsinin tələbindən aydın olur ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kimi kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinin tələbindən aydın olur ki, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 307.1-ci maddəsində qeyd olunur ki, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 303 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

2. Qaradağ rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X8 barəsində xüsusi qərar çıxarılmaqla təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar