Məhkəmə qərarları › İş №1(002)-241/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-241/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-241/2023 12.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Przidentinin 16 mart 2019-cu il tarixi, 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə kirayədə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 13 may 2023-cü il tarixdə saat 15:50 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılıb, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 18:30 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli odman şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış ümumi təmiz çəkisi 0,266 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən bir ilə yaxındır ki, narkotik maddə qəbul edir, adətən narkotik vasitə tanımadığı şəxslərdən alıb qəbul edirmiş. Təxminən on dəfə olar ki, narkotik maddəni Yeganə kimi tanıdığı qadından almışdır. Yeganə adlı qadınla onun istifadəsində olan (***-***-**-**) nömrəsi ilə “whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlayır, özünü Yeganə kimi təqdim edən şəxsin dediyi yerə yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən məktəblə üzbəüz olan marketlərin yanına gedir, əvvələcədən razılaşdıqları kimi o, marketlərin yanındakı daşın altından narkotik maddəni götürür, pulunuda həmin yerə qoyurmuş. xx.xx.2023-cü il tarixdə Yeganə ilə danışdıqdan sonra həmin gün saat 23:00 radələrində qeyd etdyi ünvana getmiş, orada daşın altına 10 manat pul qoymuş, pulun müqabilində bir ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış narkotik maddə olan kakosu götürmüş, evinə qayıtmışdır xx.xx.23023-cü il tarixdə saat 15:50 radələrində evinin qarşısından keçib gedərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlşamış, xidməti vəsiqələrini təqdim edərək Qaradağ RPİ-nin 10-cu PBnin əməkdaşları olduqlarını bildirmiş, ondan anket məlumatlarını soruşmuşlar. O da polis əməkdaşlarına özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, onu Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər. 10-cu PB-də xidməti otaqların birində müdafiəçinin iştirakı ilə mobil telefonla video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarışa başlanılmazdan əvvəl ona üzərindəki qanuni və ya qeyri-qanuni əşyalarını masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra əynindəki tünd boz rəngli idman şalvarının sağ yan cibindəki bir ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış bükümü masanın üzərinə qoymuş, bükümdəkinin narkotik maddə olan kakos olmasını, narkotik maddənin özünə məxsus olmasını öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Biləcəri qəsəbəsində Yeganə kimi tanıdığı şəxsdən 10 manat aldığını bildirmişdir. Siqaretin qızılı kağız kəsiyindəki büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik maddə heroinə oxşar kütlə aşkar olunmuşdur. Üzərinə əlavə olaraq şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş, içərisində narkotik maddə olan bir büküm zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokola və zərfin üzərinə imzalar etmişdirlər. Daha sonra o öz ifadəsində törətdiyi əməldən peşman olduğunu və ona yüngül cəza verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təqsdiq edərək bildirmişdir ki, 13 may 2023-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Ruslan adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı bölmə rəhbərliyinə məruzə olunduqdan sonra o və həmin bölmənin polis sahə inspektoru, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin məlumat əsasında müvafiq əməliyyat tədbirləri keçirilərək 13 may 2023-cü il tarixdə saat 15:50 radələrində Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi ev 1 ünvanının qarşısında əvvələcədən daxil olmuş əməliyyat məlumatındakı zahiri görkəmcə Ruslan adlı şəxsə oxşar bir nəfərə yaxılaşmış, xidməti vəsiqələrini təqdim edərək ona özlərini təqdim etdikdən sonra ondan anket məlumatlarını soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, ondan şəxsiyyət vəsiqəsini tələb edərkən o, şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Ruslana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş, Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmişdir. PB-də həmin şəxsin 09.02,1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qediyyatda olan və Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 1 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bu barədə müvafiq sənədləşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan toplanmış materiallarla birlikdə 10cu PB-nin təhqiqatçısı, polis mayoru Mehvalı Rzayevə təhvil verilmiş, Təqsirləndirilən şəxs, təhqiqatçı Mehvalı Rzayev tərəfindən tutulmuş, müdafiəçi dəvət olunmuş, video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli idman şalvarının sağ yan cibndəki bir ədəd siqaretin qızılı kağız kəsiyindəki bükümü masanın üzərinə qoymuş, bükümdəkinin narkotik maddə olan kakos olmasını, narkotik maddənin özünə məxsus olmasını öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Biləcəri qəsəbəsində Yeganə kimi tanıdığı şəxsdən 10 manat aldığını bildirmişdir. Siqaretin qızılı kağız kəsiyindəki büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik maddə heroinə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, içərisində narkotik maddə olan bir büküm zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokola və zərfin üzərinə imzalar etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təqsdiq edərək bildirmişdir ki, 13 may 2023-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində olarkən bölmə rəhbərliyi ona, bölməyə bir nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmaqda şübhəli bilinən şəxs gətirilməsini, şübhəli şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, şəxsi axtarış və götürmənin aparılması zamanı mobil telefon vasitəsi ilə video çəkliş aparılması ona həvalə etmişdir. O da rəhbərliyin göstərişinə əsasən 10-cu PB-nin təhqiqatçısı, polis mayoru Mehvalı Rzayevin xidməti otağına gəlmişdir. Ondan başqa həmin otaqda təhqiqatçı Mehvalı Rzayev, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, 10-cu PB-nin polis sahə inspektoru, polis baş leytenantı Şahid3 və vəkil olmuşdur. Video çəkliş zamanı ona, üzərinə şəxsi axatarış keçirilən şəxs 09.02,1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qediyyatda olan və Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 1 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan 10cu PB-nin təhqiqatçısı, polis mayoru Mehvalı Rzayev tərəfindən tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli idman şalvarının sağ yan cibndəki bir ədəd siqaretin qızılı kağız kəsiyindəki bükümü masanın üzərinə qoymuş, bükümdəkinin narkotik maddə olan kakos olmasını, narkotik maddənin özünə məxsus olmasını, öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Biləcəri qəsəbəsində Yeganə kimi tanıdığı şəxsdən 10 manat aldığını bildirmişdir. Siqaretin qızılı kağız kəsiyindəki büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik maddə heroinə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkar olunmamışdır, Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, içərisində narkotik maddə olan bir ədəd büküm zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokola və zərfin üzərinə imzalar etmişdirlər. Şahid Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılsada o məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 öz ifadəsində Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2023-cü il tarixli, 6/2793 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 222” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Ruslan Cəbrayılon” sözləri, soyadları və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,266 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindi. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,266 qram, tədqiqata sərf edildi-0,05 qr, qalıq-0,216 qr. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 17 may 2023-cü il tarixli, 2990 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin görüntü 13 may 2023-cü il tarixdə saat 19:30-da Qaradağ RPİ-nin 10cu PB-nin inzibati binasında xidməti otaqların birində qeydə alınıb, Şəxsi axtarış və götürmənin aparılması, Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, 10-cu PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, mobil telefon vaisəti ilə çəkliş aparan 10-cu PB-nin əməliyyat müvəkklili polis leytenantı X5, 10 saylı vəkil birosunun vəkili, X3 şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə 10-cu PB-nin təhqiqatçısı, polis mayoru, Mehvalı Rzayev tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunur, o, əynindəki tünd boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağız kəsiyindəki bükümü masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümdəkinin narkotik vasitə kakso, olmasını, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Biləcəri qəsəbəsindəki məktəbin qarşısındakı marketlərin yanındakı daşı altından götürərək bunun müqabilində Yeganə adlı şəxsə 10 manat pulu ödəmək üçün həmin daşın altına 10 manat pul qoyudğunun bildirmişdir. Bundan sonra həmin büküm açılmış içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olundu, həmin büküm bağlandı, zərfə qopyularaq möhürləndi. İlkin sorğu zamanı narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Protokol ucdan oxundu, düzgünlüyü imzalarla təsdiq olundu. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və siqaretin qızılı rəngli kağız kəsiyinə bükülmüş bir ədəd bükümdə təmiz çəkiləri 0,266 qram; psixotrop maddə narkotik vasitə heroin 06 iyun 2023-cü il tarixdə iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra narkotik vasitə heroinin 0,216 qram qalıq çəkisi cinayət işi üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək, saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 saylı sərəcamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazır ki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 13 may 2023-cü il tarixdə, saat 15:50-də şübhəli şəxs qismində saxlanılmış və 14 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində 15 may 2023-cü il tarixdə Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X7 tərəfindən təqsirləndirilən şəxs kimi cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,216 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 41 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 246 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qalıq çəkisi 0.216 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 41 saata görə 246 (iki yüz qırx altı manat) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 saata görə 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar