Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-241/2024 06.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı olan), işləməyən, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qadağan olunmuş əşyanı cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə ötürməyə cəhd etmişdir. Belə ki, o, 2022-ci ilin noyabr ayında əvvəllər tanıdığı Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4cü maddəsi ilə təqsirli bilinib barəsində 16 (on altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərək, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid1 marixuana narkotik maddə ötürmək niyyətinə düşmüş və bu niyyətini yerinə yetirmək üçün Şəmkir rayon ərazisində yerləşən Fərmayıl körpüsünün altında tanımadığı şəxsdən bir büküm marixuananı 10 manata almış, bundan sonra həmin narkotik vasitəni plastikdən olan "Rexona" adlı antiprespirant qabını sökǝrǝk onun içərisində gizlətmiş və bu üsulla gizlətdiyi narkotik vasitəni digər əşyalarla birlikdə qablaşdıraraq narkotik barədə məhkum Şahid1 atası Şahid2 bildirmədən sonuncu ilə birlikdə xx.xx.2022-ci il tarixdə Şəmkir rayon 5 saylı poçt şöbəsi vasitəsi ilə cəzaçəkmə müəssisəsinə göndərmiş, həmin bağlamaya xx.xx.2022-ci il tarixdə, saat 10:30-da hal şahidlərinin iştirakı ilə 12 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı tər əleyhinə olan qara rəngli "Rexona" qabının içərisində xüsusi üsulla gizlədilmiş 1 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,021 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürüldüyünə görə onun iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin Məcəlləsinin 29,317-1.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən dostu Şahid1 2022-ci ilin oktyabr ayının sonlarında bağlama göndərmək qərarına gəlmişdir. Məhkum dostunun atası Şahid2 zəng edǝrǝk bu barədə məlumat vermişdir. Daha sonra məhkum dostu üçün hazırlanan bağlamaya o, bir ədəd ayaqqabı, şokolad və 10 qutu siqareti, məhkumun atası Şahid2 isə mağazadan aldığı üzqırxan, diş pastası, şampunu əlavə etmişlər. O, həmçinin həmin bağlamaya Şəmkir rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığı narkotik vasitə olan marixuananı yerləşdirdiyi “Rexona” dezodorant-antiperspirantı da qoymuş, lakin bu barədə heç kimə, o cümlədən Şahid2 məlumat verməmişdir. Onun şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün Şahid2 şəxsiyyət vəsiqəsi ilə bağlamanı Şəmkir rayonu 5 saylı Poçt şöbəsindən 12 saylı Cəzaçəkmə müəssisəsinə göndərmişlər. O, bağlamaya narkotik vasitə yerləşdirməsi barədə məhkum dostu Şahid1 telefon vasitəsilə məlumat verəcəyini planlaşdırdığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, əvvəllər də dostu üçün cəzaçəkmə müəssisəsinə bağlama göndərməsinə baxmayaraq, narkotik vasitə göndərməsi ilk dəfə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun oğlu Şahid1 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Həm o, həm də oğlunun dostları Şahid1 üçün cəzaçəkmə müəssisəsinə bağlamalar göndərmişlər. 2022-ci oktyabr ayının sonlarında Şahid1 dostu Təqsirləndirilən şəxs ona zəng edərək bağlama göndərmək istədiyini bildirmiş, o da razılaşmışdır. Hər ikisi cəzaçəkmə müəssisəsinə göndərmək istədikləri əşyaları bir bağlamada yerləşdirmiş və 12 saylı cəzaçəkmə müəssisəsinə göndərmələri üçün Şəmkir rayonunda yerləşən Poçt şöbəsinə yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi olmadığı üçün bağlama onun şəxsiyyət vəsiqəsi ilə təhvil verilmişdir. Həmin bağlamanın içərisində narkotik vasitənin olmasından onun xəbəri olmamış, Təqsirləndirilən şəxs ona bu barədə məlumat verməmişdir. Narkotik vasitə cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən aşkar olunduqdan sonra o, məlumat almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru X1 ifadəsində göstərmişdir ki, 11 noyabr 2022-ci il tarixdə 12 saylı Cəza çəkmə müəssisəsinin digər əməkdaşları ilə birlikdə həmin müəssisədə cəza çəkən məhkum Şahid1 atası Şahid2 tərəfindən göndərilmiş bağlamaya məhkum Şahid1 və hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman göndərilmiş bağlamanın içərisində qara rəngli, plastikdən olan "Rexona" tər əleyhinə vasitənin içərisində xüsusi üsulla gizlədilmiş 1 (bir) ədəd şəffaf sellofana bükülmüş spesifik qoxuya malik, qurudulmuş narkotik vasitəyə bənzər bitki mənşəli maddə aşkar olunaraq götürülmüşdür. Məhkum Şahid1 həmin vaxtı ona göndərilmiş bağlamada aşkar olunaraq götürülmüş maddədən xəbərsiz olduğunu bildirmişdir. Faktla bağlı müvafiq protokol tərtib edilmiş və iştirakçılar protokolla tanış olaraq düzgünlüyünü imzaları ilə təsdiqləmişdir. Aşkar olunaraq götürülmüş maddə qablaşdırılıb möhürlənərək protokola əlavə olunmuşdur. Ekspertiza rəyindən sonra aşkar edilən maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin rəisi Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru X1 ilə eyniməzmunlu ifadə vermişdir. Şahid1 barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək 7 saylı cəzaçəkmə müəssisəsində saxlanıldığından məhkəmə iclasında şahidin iştirakının təmin edilməsi məqsədilə qeyd olunan müəssisəyə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq şahidin məhkəmə iclasında iştirakı təmin edilməmiş və səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə atası Şahid2 tərəfindən ona poçt vasitəsi ilə göndərilmiş sovqata 12 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları, hal şahidlərinin və onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı bağlamanın içərisində qara rəngli, plastikdən olan "Rexcona" tər əleyhinə vasitənin içərisində xüsusi üsulla gizlədilmiş 1 (bir) ədəd şəffaf sellofana bükülmüş spesifik qoxuya malik, qurudulmuş narkotik vasitəyə bənzər bitki mənşəli maddə aşkar olunaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və götürülən maddə qablaşdırılmışdır. O, atası Şahid2la telefon danışığı zamanı bağlamaya yerləşdirilmiş narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən göndərildiyini öyrənmişdir. Təqsirləndirilən şəxsla uşaq vaxtlarından dostluq etdiklərini, əvvəllər də ona bağlama göndərdiyini, lakin belə bir halın ilk dəfə baş verdiyini qeyd etmişdir. Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid6 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə cəzaçəkmə müəssisəsində Şahid2 tərəfindən 12 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu Şahid1 poçt vasitəsilə göndərdiyi bağlamaya baxış keçirilərkən hal şahidi kimi dəvət edilmiş, həmin bağlamaya baxış keçirilməzdən əvvəl orada ona və iştirak edən digər hal şahidinə qanunla nəzərdə tutulmuş qaydada hüquq vəzifələri ətraflı izah olunmuşdur. Baxış zamanı həmin müəssisədə cəza çəkən məhkum Şahid1 atası Şahid2 tərəfindən göndərilmiş bağlamanın içərisində qara rəngli, plastikdən olan "Rexsona" tər əleyhinə vasitənin içərisində xüsusi üsulla gizlədilmiş 1 (bir) ədəd şəffaf sellofana bükülmüş spesifik qoxuya malik, qurudulmuş narkotik vasitəyə bənzər bitki mənşəli maddə aşkar olunaraq götürülmüşdür. Bu fakt ilə əlaqədar müəssisənin əməkdaşları tərəfindən hal şahidlərinin, yəni onun və digər hal şahidinin, habelə məhkum Şahid1 iştirakı ilə protokol tərtib edilmiş, aşkar edilərək götürülmüş maddə isə qablaşdırılaraq protokola əlavə edilmişdir. Protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində fakt üzrə Azərbaycan Respublikasının CM-nin 29,317-1.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. Cinayət işinin 10-11-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli axtarış və götürmə haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 11:00-da12 saylı cəzaçəkmə müəssisənin əməkdaşları tərəfindən Şahid2 göndərilmiş bağlamaya baxış keçirilərkən həmin bağlamada qara rəngli, plastikdən olan “Rexcona” tər əleyhinə vasitənin içərisində 1 ədə şəffaf sellofana qablaşdırılmış spesifik qoxuya malik, qurudulmuş narkotik vasitəyə bənzər bitki mənşəli maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 34-cü vərəqəsində olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/1295 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Məhkum Şahid1, atası vətəndaş Şahid2 tərəfindən göndərilmiş bağlamaya Hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman... şəffaf seelofana bükülmüş narkotik vasitəyə bənzər maddə.” yazılar və imzalar olan zərfdəki kağız bükülüdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi-1,021 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi 1,021 qram, tədqiqata sərf olundu- 0,02 qram, qalıq-1,001 qram. Cinayət işinin 33-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertizanın xərci 72 (yetmiş iki) manat təşkil edir. Cinayət işinin 62-ci vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 65-ci vərəqəsində olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 fevral 2024-cü il tarixli, "3-16-16/2-7/279" nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız bükülüdə təmiz çəkisi 1,001 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənǝ (kannibas) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş "marixuana"-dır. Marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in İ siyahısına daxildir. Qeyd: marixuananın təmiz çəkisi-1,001 qram, tədqiqata dərf edildi-0,02 qram, qalıq 0,981 qramdır. Cinayət işinin 64-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertizanın xərci 72 (yetmiş iki) manat təşkil edir. Cinayət işinin 103-104-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 29,317-1.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 117-ci vərəqəsində olan nikah haqqında şəhadətnamənin və 118-ci maddəsində olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə X4 ilə nikaha daxil olmuş və xx.xx.2017-ci il tarixdə oğlu X5 doğulmuşdur. Cinayət işinin 119-120-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 123-124-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi götürülmüş 1 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 0,981 qram olan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannibas) bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Yasamal rayon polis idarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 127-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməkdən yayındığına görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, axtarışı elan edilməklə tutulması, tutulduqdan sonra isə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması və o, axtarılıb tapılanadək cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin məktub və tutma protokolunda müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin icraatı təzələnmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun qadağan olunmuş əşyanı cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə ötürməyə cəhd etmə əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi -min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmçinin həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə qaldığı 14 gün müddət təyin edilən cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəmkir rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə iclasında müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 30 (otuz) iş saatı Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,981 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 144 (yüz qırx dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 317-1.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 02 (iki) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutularaq həbsdə qaldığı 14 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə hesablanmaqla 56 gün müddət ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq qazancından 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01(bir) il 4 (dörd) gün müddətinə islah işləri cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını iş yeri üzrə çəkməklə, cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəmkir rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,981 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 144 (yüz qırx dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiy Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-241/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-241/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver