Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-242/2020 26.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxxx 1984-cü ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxx 1985-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), məhkumluğu olmayan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qohumu Təqsirləndirilən şəxs2 30 manat pul verərək onun vasitəsilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib həmin psixotrop maddənin bir hissəsindən Təqsirləndirilən şəxs2 ilə birlikdə istifadə etdikdən sonra həmin psixotrop maddəni üzərində saxlamağı Təqsirləndirilən şəxs2 xahiş etmiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 xahişi ilə həmin psixotrop maddəni Bakı-Qazax yolunun 65-ci km-nə qədər üzərində saxlamaqla daşımış, xx.xx.2020-ci il tarixdə Şahid5 idarə etdiyi ** FZ *** dövlət qeydiyyat nişanlı Lada Granta 21902-000-A2 markalı avtomobildə Təqsirləndirilən şəxs2 ilə birlikdə sərnişin qismində Bakı şəhərindən Kürdəmir rayonuna gedərkən Azərbaycan Respublikası Baş Dövlət X10 YPXA-nın 6-cı tağımının YPX-nin polis nəfəri polis baş serjantı Şahid1 həmin tarixdə saat 04:48 radələrində Bakı-Qazax yolunun 65-ci km-də yerləşən “Karonavirus” xəstəliyi ilə bağlı karantin postunda xidmətdə olarkən ** FZ *** dövlət qeydiyyat nişanlı Lada Granta 21902-000-A2 markalı avtomobilin postun yük avtomobillərinin keçib getməsi üçün nəzərdə tutulan hissəsindən Qazax rayonu istiqamətində keçib getmək istəməsini görüb həmin avtomobili saxlatdırıb karantin postuna qaytmasını bildirmiş, Şahid5 idarə etdiyi Lada Granta 21902-000-A2 markalı avtomobili sürüb Bakı-Qazax yolunun 65-ci km-də yerləşən “Karonavirus” xəstəliyi ilə bağlı karantin postuna çatan zaman Təqsirləndirilən şəxs2 üzərində saxladığı 01 ədəd içərisində təmiz çəkisi 0,915 qram psixotrop maddə-metafetamin olan siqaretin sellofanına bükülmüş bükülünü yerə atmış, həmin postda xidmət aparan DİN-nin ƏÇPA-nın 10-cu PPB-nün polis nəfəri polis serjantı Şahid3 avtomobildən bükülünün atıldığını görüb həmin bükülünü yerdən götürmüş, daha sonra YPX-nin polis nəfərləri polis baş serjantı Şahid1 və polis baş serjantı Şahid2 həmin avtomobilin sürücüsü Şahid5 və avtomobildə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qaradağ RPİ-nin 11-ci PB-nə gətirib aşkar edilmiş bir ədəd siqaretin selofanına bükülmüş 0,915 qram psixotrop maddə-metafetamin və Lada Granta 21902-000-A2 markalı avtomobil ilə birlikdə növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qohumu Təqsirləndirilən şəxs1 verdiyi 30 manat pulun müqabilində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib həmin psixotrop maddənin bir hissəsindən Təqsirləndirilən şəxs1 ilə birlikdə istifadə etdikdən sonra Təqsirləndirilən şəxs1 xahişi ilə Bakı-Qazax yolunun 65-ci km-nə qədər üzərində saxlmaqla daşımış, xx.xx.2020-ci il tarixdə Şahid5 idarə etdiyi ** FZ *** dövlət qeydiyyat nişanlı Lada Granta 21902-000-A2 markalı avtomobildə Təqsirləndirilən şəxs1 ilə birlikdə sərnişin qismində Bakı şəhərindən Kürdəmir rayonuna gedərkən Azərbaycan Respublikası Baş Dövlət X10 YPXA-nın 6-cı tağımının YPX-nin polis nəfəri polis baş serjantı Şahid1 həmin tarixdə saat 04:48 radələrində Bakı-Qazax yolunun 65-ci km-də yerləşən “Karonavirus” xəstəliyi ilə bağlı karantin postunda xidmətdə olarkən ** FZ *** dövlət qeydiyyat nişanlı Lada Granta 21902-000-A2 markalı avtomobilin postun yük avtomobillərinin keçib getməsi üçün nəzərdə tutulan hissəsindən Qazax rayonu istiqamətində keçib getmək istəməsini görüb həmin avtomobili saxlatdırıb karantin postuna qaytmasını bildirmiş, Şahid5 idarə etdiyi Lada Granta 21902-000-A2 markalı avtomobili sürüb Bakı-Qazax yolunun 65-ci km-də yerləşən “Karonavirus” xəstəliyi ilə bağlı karantin postuna çatan zaman Təqsirləndirilən şəxs2 üzərində saxladığı 01 ədəd içərisində təmiz çəkisi 0,915 qram psixotrop maddə-metafetamin olan siqaretin sellofanına bükülmüş bükülünü yerə atmış, həmin postda xidmət aparan DİN-nin ƏÇPA-nın 10-cu PBnin polis nəfəri polis serjantı Şahid3 avtomobildən bükülünün atıldığını görüb həmin bükülünü yerdən götürmüş, daha sonra YPX-nin polis nəfərləri polis baş serjantı Şahid1 və polis baş serjantı Şahid2 həmin avtomobilin sürücüsü Şahid5 və avtomobildə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qaradağ RPİ-nin 11-ci PB-nə gətirib aşkar edilmiş bir ədəd siqaretin selofanına bükülmüş 0,915 qram psixotrop maddə-metafetamin və Lada Granta 21902-000-A2 markalı avtomobil ilə birlikdə növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, bir neçə il olar ki, narkotik vasitə “kakos” yəni heroindən istifadə edir, o narkotik maddə aludəçisidir, vaxtında narkotik maddə olan heroindən istifadə etməyəndə bədənində möhkəm ağrılar olur. Narkotik vasitə heroni o, ineksiya yolu ilə yəni, şprislə damara vurmaq yolu ilə qəbul edir. Narkotik vasitə heroin tapa bilməyəndə arada bir isə psixotrop maddə “şüşə”dən yəni metamfetamindən tüstüsünü qəbul etmək yolu ilə qəbul edirmiş. Həmçinin onun əmisi oğlu Təqsirləndirilən şəxs2 da narkotik maddə olan heroindən istifadə edir və Röyal özü də narkotik vasitə aludəçisidir. Şahid5 Kürdəmir rayon sakini kimi tanıyır, İsmayıl taksi sürücüsdür. xx.xx.2020-ci il tarixdə mən narkotik vasitə heron qəbul etmək istəsə də Kürdəmir rayonunda heroin tapa bilməmişdir. Bədənində ağrılar başlamış, dayanmaq olmurmuş. Bundan sonra qərara almışdır ki, hər hansı yol ilə narkotik vasitə heroin əldə edib istifadə etsin. O, öyrənmişdir ki, Bakı şəhərində yerləşən 20-ci sahə deyilən ərazidə Mamed adlı şəxs narkotik vasitə heroin satır. O, vəziyyətdən çıxmaq üçün fikirləşmişdir ki, Bakı şəhərinə gedib narkotik vasitə olan heroin alıb istifadə etsin. Əmisi oğlu Röyal da narkotik vasitə olan heroin tapa bilmədiyindən bədənində ağrıları başlamışdır. Buna görə xx.xx.2020-ci il tarixdə təxminən saat 23:30 radələrində o, taksi sürücüsü İsmayılın istifadəsində olan ***-***-**-** CSM nömrəsinə öz istifadəsində olan ***-***-**-** CSM nömrəsindən zəng vurub Bakı şəhərinə onu neçəyə aparacağını soruşmuşdur. İsmayıl ona telefonda demişdir ki, Bakı şəhərinə aparmağa görə ondan 100 manat pul alacaq. İsmayıl idarə etdiyi Lada Granta markalı avtomobili ilə onun Kürdəmir rayonunda yaşadığı ünvanın qarşısına gəlmiş və Bakı şəhərinin 20-ci sahə deyilən ərazisinə gedib qayıdacaqlarını, buna görə ona 60 manat pul verəcəyini demişdir. İsmayıl onunla razılaşmışdır. Daha sonra İsmayıl avtomobili yanacaq doldurma məntəqəsinə sürmüş və orada o, İsmayılın avtomobilinin yanacaq çəninə 25 manatlıq benzin vurdurmuş, 25 manat da İsmayıla pul vermiş, Kürdəmir rayonuna qayıdanda da 10 manat pul verəcəkmiş. Daha sonra o, əmisi oğlu Röyalın mobil telefonuna zəng vurub demişdir ki, yola çıxsın, Bakı şəhərində yerləşən 20-ci sahə deyilən əraziyə gedirlər. O, avtomobili Röyalın yaşadığı evin küçəsinə sürdürmüşdür. Röyal avtomobilə əyləşdikdən sonra İsmayıl avtomobili Bakı şəhərinə sürmüşdür. Hacıqabul rayonuna çatmağa az qalmış o, cibindən tutulmamışdan təxminən 10 gün əvvəl Kürdəmir rayonunda yerləşən bazarda üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığı psixotrop maddə metamfetamini çıxardıb falqanın üzərində yandırıb tüstüsünü qəbul etməyə başlamışdır ki, bədənindəki ağrılar azalsın. O, İsmayıla demişdir ki, 1 manatlıq pul əskinazı çıxardıb tüstüsünü qəbul etsin, yuxusu gəlməyəcək, avtomobili daha yaxşı idarə edəcək. İsmayıl da onun dediyi kimi edib psixotrop maddə olan metamfetaminin tüstüsünü qəbul etmişdir. İsmayıldan sonra o, həmin psixotrop maddə olan metamfetamini arxada əyləşən Röyala ötürmüş və Röyal da psixotrop maddə olan metamfetaminin tüstüsünü qəbul etmişdir. Beləlikə təxminən saat 03 radələrində onlar Bakı şəhəri, Bayıl qəsəbəsinə, 20-ci sahə deyilən əraziyə çatmışlar. O, avtomobili “Təndir” marketin qarşısında saxlatdırıb Röyala 30 manat pul verib demişdir ki, “mən ağrıyıram, sən get gəl, küçə ilə sona qədər get, orada Mamed adlı şəxsi görəcəksən”. Röyal da ondan pul alıb avtomobildən düşüb onun göstərdiyi küçəyə daxil olmuş və təxminən 15 dəqiqə sonra gəlib avtomobilə əyləşib demişdir ki, sür gedək, “Mamed” adlı şəxsdə narkotik vasitə heroin olmadığı üçün həmin şəxsdən psixotrop maddə metamfetamin almışdır. İsmayıl avtomobili hərəkətə gətirib Kürdəmir şəhəri istiqamətinə sürmüşdür. Yenicə tərpənmişdilər ki, o, Röyaldan aldığı psixotrop maddə olan metamfetamini alıb baxmış və cibindən falqa çıxardıb üzərində psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü qəbul etmişdir. Daha sonra o, psixotrop maddə olan metamfetamini Röyala vermiş və Röyal da tüstüsünü qəbul etmişdir. Bakı şəhərini çıxandan sonra İsmayıl avtomobili yolun kənarında olan marketin yanında saxlamış, o, Röyal ilə avtomobildən düşüb marketə daxil olub oradan siqaret və su alıb avtomobilin arxa oturacağında əyləşmişlər. İsmayıl avtomobili Kürdəmir rayonuna sürmüşdür. xx.xx.2020-ci il tarixdə təxminən saat 04:40 radələrində İsmayıl Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “Karonavirus” xəstəliyi ilə bağlı karantin postuna çatanda avtomobili yük avtomobilləri keçən yoldan sürdüyü üçün YPX-nin əməkdaşı avtomobili onların arxasınca sürüb saxlatdırmışdır. Həmin vaxt Röyal cəld iki oturacağın arasından qabaq oturacağa keçib əyləşmişdir. YPX əməkdaşı İsmayıldan sənədlərini istəyəndə şəxsiyyət vəsiqəsini polis əməkdaşına təqdim etmişdir. Onun və Röyalın şəxsiyyət vəsiqələri olmadığı üçün YPX əməkdaşı avtomobili karantin postuna sürdürmüşdür. İsmayıl avtomobili karantin postuna sürmüşdür. İsmayıl avtomobili karantin postuna sürərkən Röyal psixotrop maddə metamfetamini siqaret qutusuna qoymaq istəsə də bunu edə bilməmiş, ona görə də posta çatanda Röyal selofanda olan psixotrop maddə metamfetamini yerə əyləşdiyi qabaq sağ qapının şüşəsindən yerə atmışdır. YPX əməkdaşları bunu görmüşlər və Röyalın yerə atdığı içərisində psixotrop maddə metamfetamin olan selofanı yerdən götürmüşlər. Bundan sonra YPX əməkdaşları onları Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət edib 11-ci PB-də onları təhvil verib getmişlər. 11-ci PBdə ona müdafiəçi təqdim edildikdən sonra müdafiəçinin iştiakı ilə videoçəkiliş vasitəsilə üzərinə axtarış keçirilmiş, lakin üzərindən hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdi. Bir daha bildirir ki, onun psixotrop maddə metamfetamini satmaq niyyəti olmamışdır. O və Röyal həmin psixotrop maddə metamfetamindən şəxsi istifadələri üçün istifadə etmişlər və yerdə qalan hissəsindən də birlikdə qəbul edəcəkmişlər. Onun deyəcəkləri bu qədərdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı-Qazax yolunun 65-ci km-də yerləşən “Karonavirus” xəstəliyi ilə bağlı karantin postunda Şahid5 avtomobilindən atılmış psixotrop maddə metamfetamin ona və əmisi oğlu Təqsirləndirilən şəxs2 məxsus olmuşdur. O, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün ilkin ifadələrində düzgün ifadə verməyib psixotrop maddə metamfetaminin ona və Röyala məxsus olduğunu etiraf etməmişlər. Lakin indi başa düşür ki, düzgün danışmaq lazımdır ki, onun əməlinə düzgün hüquqi qiymət verilsin. Ona görə indi baş verənləri dəqiqliklə danışmışdır. Qaradağ RPİ-nin 11-ci PB-də Şahid5 Lada Granta markalı avtomobilindən aşkar edilmiş bir ədəd selofan bükümdə təmiz çəkisi 0,340 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamin ona və Təqsirləndirilən şəxs2 məxsus olmamışdır, çox güman ki, Şahid5 məxsus olmuşdur. O, narkotik vasitə olan heroin qəbul edir. Psixotrop maddə olan metamfetamindən isə narkotik vasitə heroin tapa bilməyəndə arada-bir istifadə edir. Polis əməkdaşları onu Bakı-Qazax yolunun 65-ci km-də yerləşən karantin postunda saxlayıb 11-ci polis bölməsinə aparanda və polis bölməsində olan zaman ona heç bir zor tətbiq etməmişlər. O, narkotik vasitə heronin və ya psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olmur. O, narkotik vasitə heroin aludəçisidir. Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, 20-ci sahə deyilən ərazidə psixotrop maddə olan metamfetamini aldığı “Mamed” adlı şəxsin ümimi əlamətlərini ona başa salıb “Təndir” marketin yanındakı küçə ilə sona qədər getdikdə “Mamed” adlı şəxslə rastlaşacağını Kürdəmir rayonunda üzdən tanıdığı adını bilmədiyi Kürdəmir rayonunun bazarında işləyən şəxsdən soruşmuşdur. Ona görə də o, “Mamed” adlı şəxsin anket məlumatlarını deyə bilməyəcək. Kürdəmir rayonundan Bakı şəhərinə gələndə yolda psixotrop maddə olan metamfetamin qəbul etmişlər. Həmin bir büküm psixotrop maddə olan metamfetamini o, tutulmamışdan təxminən 10 gün əvvəl Kürdəmir rayonunda yerləşən bazarda üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almışdır. Onun narkotik vasitə qəbul etməyindən ailə üzvlərindən heç kimin məlumatı olmayıb. Təqsirləndirilən şəxs2 onun əmisi oğludur. O, bilirmiş ki, Röyal heroindən istifadə etmədiyi üçün bədənində ağrılar başlayıb, ona görə də Röyala psixotrop maddə metamfetamini istifadə etmək üçün təmannasız vermişdir, Röyal ona istifadə etmək üçün verdiyim psixotrop maddə metamfetaminin qarşılığında ona pul verməyəcəkmiş. Bakı şəhəri 20-ci sahə deyilən ərazidə psixatrop maddə metamfetamini əmisi oğlu Röyala 30 manat pul verib onun vasitəsilə aldıqdan sonra Röyal ilə birlikdə həmin psixotrop maddənin bir hissəsindən istifadə etmişlər, yerdə qalan hissəsini o, Röyala vermişdir ki, üzərində saxlasın, Kürdəmir rayonunda Röyal ilə birlikdə həmin psixotrop maddənin yerdə qalan hissəsindən də istifadə edəcəkmişlər, lakin polis əməkdaşları tərəfindən yaxalanmışlar. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər oğurluq cinayəti törətdiyinə görə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. O, bir neçə il olar ki, narkotik vasitə “kakos” yəni, heroindən istifadə edir, o, narkotik maddə aludəçisidir, vaxtında narkotik maddə olan heroindən istifadə etməyəndə bədənində möhkəm ağrılar olur. Narkotik vasitə heroni o, ineksiya yolu ilə yəni, şprislə damara vurmaq yolu ilə qəbul edir. Narkotik vasitə heroin tapa bilməyəndə arada bir isə psixotrop maddə “şüşə”dən yəni metamfetamindən tüstüsünü qəbul etmək yolu ilə qəbul edirmiş. Həmçinin onun əmisi oğlu Təqsirləndirilən şəxs1 da narkotik maddə olan heroindən istifadə edir və Rövşən özü də narkotik vasitə aludəçisidir. Şahid5 Kürdəmir rayon sakini kimi tanıyır, İsmayıl taksi sürücüsdür. xx.xx.2020-ci il tarixdə o, narkotik vasitə heroin qəbul etmək istəsə də Kürdəmir rayonunda heroin tapa bilməmişdir. Bədənində ağrılar başlamış, dayanmaq olmurmuş. Əmisi oğlu Rövşən də narkotik vasitə heroin axtarsa da tapa bilmirmiş. Həmin gün təxminən saat 23:40 radələrində o, yaşadığı evdə olarkən əmisi oğlu Rövşən onun mobil telefonuna zəng vurub demişdir ki, yola çıxsın, Bakı şəhərində yerləşən 20-ci sahə deyilən əraziyə gedirlər. O, başa düşmüşdür ki, Bakı şəhərinə narkotik vasitə heroin almağa gedirlər. O, yaşadığı evin qarşısına çıxmış və bir neçə dəqiqə sonra Rövşən taksi sürücüsü İsmayılın avtomobili ilə gəlmişdir. O, avtomobilə əyləşmiş və İsmayıl avtomobili Bakı şəhərinə sürmüşdür. Yolda Rövşən ona demişdir ki, Bakı şəhərində yerləşən 20-ci sahə deyilən ərazidə Mamed adlı şəxs narkotik vasitə heroin satır. Hacıqabul rayonuna çatmağa az qalmış Rövşən cibindən psixotrop maddə metamfetamini çıxardıb falqanın üzərində yandırıb tüstüsünü qəbul etməyə başlamışdır. Daha sonra Rövşən İsmayıla demişdir ki, 1 manatlıq pul əskinazı çıxardıb tüstüsünü qəbul etsin, yuxusu gəlməyəcək, avtomobili daha yaxşı idarə edəcək. İsmayıl da Rövşənin dediyi kimi edib psixotrop maddə olan metamfetaminin tüstüsünü qəbul etmişdir. İsmayıldan sonra Rövşən həmin psixotrop maddə olan metamfetamini ona ötürmüş və o, psixotrop maddə olan metamfetaminin tüstüsünü qəbul etmişdir. Beləliklə təxminən saat 03 radələrində onlar Bakı şəhəri, Bayıl qəsəbəsinə, 20-ci sahə deyilən əraziyə çatmışlar. Rövşən avtomobili “Təndir” marketin qarşısında saxlatdırıb ona 30 manat pul verib demişdir ki, “mən ağrıyıram, sən get gəl, küçə ilə sona qədər get, orada Mamed adlı şəxsi görəcəksən”. O, Rövşəndən pulu alıb avtomobildən düşüb Rövşənin göstərdiyi küçəyə daxil olmuş, küçənin sonu ilə gedib “Mamed” adlı şəxsi tapmış, lakin narkotik vasitə heroin olmadığından vəziyyətdən çıxmaq üçün 30 manat müqabilində psixotrop maddə olan metamfetamin alıb geri qayıdıb avtomobilə əyləşib demişdir ki, sür gedək, “Mamed” adlı şəxsdə narkotik vasitə heroin olmadığı üçün həmin şəxsdən psixotrop maddə metamfetamin almışdır. İsmayıl avtomobili hərəkətə gətirib Kürdəmir şəhəri istiqamətinə sürmüşdür. Yenicə tərpənmişdilər ki, Rövşən ondan aldığı psixotrop maddə olan metamfetamini alıb baxmış və cibindən falqa çıxardıb üzərində psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü qəbul etmişdir. Daha sonra Rövşən psixotrop maddə olan metamfetamini ona vermiş və o da tüstüsünü qəbul etmişdir. Rövşən sonra içərisində psixotrop maddə metamfetamin olan bükümü ona vermişdir ki, üzərində saxlasın. O da içərisində psixotrop maddə metamfetamin olan bükümü götürüb şalvarının cibinə qoymuşdur. Bakı şəhərini çıxandan sonra İsmayıl avtomobili yolun kənarında olan marketin yanında saxlamış, o, Rövşən ilə avtomobildən düşüb marketə daxil olub oradan siqaret və su alıb avtomobilin arxa oturacağında əyləşmişlər. İsmayıl avtomobili Kürdəmir rayonuna sürmüşdür. xx.xx.2020-ci il tarixdə təxminən saat 04:40 radələrində İsmayıl Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “Karonavirus” xəstəliyi ilə bağlı karantin postuna çatanda avtomobili yük avtomobilləri keçən yoldan sürdüyü üçün YPX-nin əməkdaşı avtomobili onların arxasınca sürüb saxlatdırmışdır. Həmin vaxt o, cəld iki oturacağın arasından qabaq oturacağa keçib əyləşmişdir ki, onlardan şübhələnməsinlər. YPX əməkdaşı İsmayıldan sənədlərini istəyəndə İsmayıl şəxsiyyət vəsiqəsini polis əməkdaşına təqdim etmişdir. Onun və Rövşənin şəxsiyyət vəsiqələri olmadığı üçün YPX əməkdaşı avtomobili karantin postuna sürdürmüşdür. İsmayıl avtomobili karantin postuna sürmüşdür. İsmayıl avtomobili karantin postuna sürərkən o, psixotrop maddə metamfetamini siqaret qutusuna qoymaq istəsə də bunu edə bilməmiş, ona görə də posta çatanda selofanda olan psixotrop maddə metamfetamini əyləşdiyi qabaq sağ qapının şüşəsindən yerə atmışdır. YPX əməkdaşları bunu görmüşlər və onun yerə atdığı içərisində psixotrop maddə metamfetamin olan selofanı yerdən götürmüşlər. Bundan sonra YPX əməkdaşları onları Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət edib 11-ci PB-də onları təhvil verib getmişlər. 11-ci PB-də ona müdafiəçi təqdim edildikdən sonra müdafiəçinin iştiakı ilə videoçəkiliş vasitəsilə üzərinə axtarış keçirilmiş, lakin üzərindən hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Onun psixotrop maddə metamfetamini satmaq niyyəti olmamışdır. O və Rövşən həmin psixotrop maddə metamfetamindən şəxsi istifadələri üçün istifadə etmişlər və yerdə qalan hissəsindən də birlikdə qəbul edəcəkmişlər. Onun deyəcəkləri bu qədərdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı-Qazax yolunun 65-ci km-də yerləşən “Karonavirus” xəstəliyi ilə bağlı karantin postunda Şahid5 avtomobilindən atılmış psixotrop maddə metamfetamin ona və əmisi oğlu Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. O, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün ilkin ifadələrində düzgün ifadə verməyib psixotrop maddə metamfetaminin ona və Rövşənə məxsus olduğunu etiraf etməmişdir. Lakin indi başa düşür ki, düzgün danışmaq lazımdır ki, onun əməlinə düzgün hüquqi qiymət verilsin. Ona görə indi baş verənləri dəqiqliklə danışmışdır. Qaradağ RPİ-nin 11-ci PB-də Şahid5 Lada Granta markalı avtomobilindən aşkar edilmiş bir ədəd selofan bükümdə təmiz çəkisi 0,340 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamin ona və Təqsirləndirilən şəxs1 məxsus olmamışdır, çox güman ki, Şahid5 məxsus olmuşdur. O, narkotik vasitə olan heroin qəbul edir. Psixotrop maddə olan metamfetamindən isə narkotik vasitə heroin tapa bilməyəndə arada-bir istifadə edir. Polis əməkdaşları onu Bakı-Qazax yolunun 65-ci km-də yerləşən karantin postunda saxlayıb 11-ci polis bölməsinə aparanda və polis bölməsində olan zaman ona heç bir zor tətbiq etməmişlər. O, narkotik vasitə heronin və ya psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olmur. O, narkotik vasitə heroin aludəçisidir. O, “Mamed” adlı şəxsi həmin günə qədər tanımamışdır. Brinci dəfə idi ki, “Mamed” adlı şəxdən psixitrop maddə metamfetamin alırmış. Həmin gün gecə vaxtı olduğu və birinci dəfə həmin küçəyə daxil olduğu üçün psixotrop maddə olan metamfetamini “Mamed” adlı şəxsdən aldığı yeri xatırlamır. O, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, 20-ci sahə deyilən ərazidə psixotrop maddə olan metamfetamini aldığı “Mamed” adlı şəxsi birinci dəfə idi ki, görürmüş. Həmin vaxta qədər həmin şəxsi tanımamışdır. Ona görə də o, “Mamed” adlı şəxsin anket məlumatlarını bizə deyə bilməyəcək. Onun narkotik vasitə qəbul etməyindən ailə üzvlərindən heç kimin məlumatı olmayıb. Təqsirləndirilən şəxs1 onun əmisi oğludur. Rövşən bilirmiş ki, heroindən istifadə etmədiyi üçün bədənində ağrılar başlayıb, ona görə də Rövşən ona psixotrop maddə metamfetamini istifadə etmək üçün təmannasız vermiş, qarşılığında ona pul verməyəcəkmiş. Bakı şəhəri 20-ci sahə deyilən ərazidə psixatrop maddə metamfetamini aldıqdan sonra Rövşən ilə birlikdə həmin psixotrop maddənin bir hissəsindən istifadə etmişlər, yerdə qalan hissəsini isə Kürdəmir rayonunda Rövşən ilə birlikdə istifadə edəcəkmişlər. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, hal-hazırda Azərbaycan Respublikası DİN-nin BDYP-nin YPX Alayının 6-cı X11 inspektoru vəzifəsində xidmət edir. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2020-ci il tarixdə saat 04:48 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Azpetrol YDM-nin yanındakı Bakı-Qazax yolunun 61-ci km-də karantin postunda üzü rayon istiqamətində xidmətdə olarkən Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobilin postdan yayınıb yük avtomobillərinin keçdiyi hissədən Qazax rayonu istiqamətində keçib getmək istəməsini görüb sürücüyə saxla işərəsi vermişdir. Lakin sürücü asta sürətlə hərəkətini davam etdirmişdir. O, idarə etdiyi ** YP *** nömrəli YPX avtomobili ilə həmin avtomobilə yaxınlaşıb saxlatdırmışdır. Həmin avtomobildə iki nəfər sərnişin olmuşdur. Sürücüdən sənədlərini təqdim etməsini tələb etmiş, sürücü öz şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini təqdim etmişdir. O, sənədlərə baxarkən sürücünün narahat olmasını, özünü şübhəli apardığını görmüşdür. Sürücüdən niyə narahat olmasını soruşduqda sürücü yorğun olmasını bildirmişdir. Avtomobildəki iki nəfər sərnişinlərin sənədlərini istədikdə sərnişinlər üzərlərində sənədlərinin olmamasını bildirmişlər. Ona görə də o, sürücüyə bildirmişdir ki, avtomobili arxasınca posta sürsün. Sürücü avtomobilini sürüb onun arxasınca posta gəlmişdir. Posta çatarkən avtomobildə olan şəxslərdən biri avtomobildən bir ədəd selofana bükülmüş bükülünü yerə atmışdır. ÇPA-nın əməkdaşı yerə atılmış bükülünü götürmüşdür. Bükülünün içərisində ağ rəngli psixatrop maddə şüşəyə oxşar kütlə aşkarlanmışdır. Sürücü və avtomobildə olan şəxslərdən bükümün içərisində nə olduğu barədə soruşanda onlara cavab verməmişlər və onlarda şübhə doğurduğundan post yoldaşı YPX-nin polis baş serjantı Şahid2 ilə birlikdə həmin avtomobilin sürücüsünü və iki nəfər sərnişini avtomobil ilə birlikdə Qaradağ RPİ-nin 11-ci PB-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Həmçinin yerə atılmış içərisində ağ rəngli psixotrop maddəyə oxşar kütlə olan 01 ədəd selofan bükülünü də məsul növbətçiyə təhvil vermişlər. Qaradağ RPİ-nin 11-ci PB-də müəyyən olunmuşdur ki, Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid5, digər iki nəfər sərnişinlər isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Daha sonra onlar xidməti postlarını qayıtmışlar. O, bildirir ki, xx.xx.2020-ci il tarixə kimi o, Şahid5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımamışdır, ilk dəfə həmin gün onları postda olarkən görmüşdür. O, Şahid5 idarə etdiyi Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobili saxlatdırıb karantin postuna qaytararkən ona və ya post yoldaşına hər hansı bir formada müqavimət göstərilməmişdir. O, Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobildən konkret olaraq kimin içərisində psixotrop maddə metamfetamin olan bükümü yerə atmasını görməsə də həmin bükülünü avtomobilin qabaq sağ tərəf şüşəsindən yerə atıldığını görmüşdür. Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ oturacağında Təqsirləndirilən şəxs2, arxa oturacağında isə Təqsirləndirilən şəxs1 əyləşmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, hal-hazırda Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 10-cu PPB-nin polis nəfəri vəzifəsində xidmət edir. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2020-ci il tarixdə saat 04:48 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Azpetrol YDM-nin yanındakı Bakı-Qazax yolunun 61-ci km-də karantin postunda üzü rayon istiqamətində xidmətdə olarkən Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobilin postdan yayınıb yük avtomobillərinin keçdiyi hissədən Qazax rayonu istiqamətində keçib getmək istəməsini görüb onunla birlikdə xidmətdə olan DİN-nin BDYP-nin 6-cı X11 polis nəfəri, polis baş serjantı Şahid1 sürücüyə saxla işərəsi vermişdir. Lakin sürücü asta sürətlə hərəkətini davam etdirmişdir. Şahid1 idarə etdiyi ** YP *** nömrəli xidməti avtomobili ilə həmin avtomobilə yaxınlaşıb saxlatdırmışdır. Həmin avtomobildə iki nəfər sərnişin olmuşdur. Şahid1 sürücüdən sənədlərini təqdim etməsini tələb etmiş, sürücü öz şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini təqdim etmişdir. Şahid1 sənədlərə baxarkən sürücünün narahat olmasını, özünü şübhəli apardığını görüb sürücüdən niyə narahat olmasını soruşduqda sürücü yorğun olmasını bildirmişdir. Avtomobildəki iki nəfər sərnişinlərin sənədlərini istədikdə sərnişinlər üzərlərində sənədlərinin olmamasını bildirmişlər. Ona görə də Şahid1 sürücüyə bildirmişdir ki, avtomobili arxasınca posta sürsün. Sürücü avtomobilini sürüb Şahid1 arxasınca posta gəlmişdir. Posta çatarkən həmin avtomobildə olan şəxslərdən biri avtomobildən bir ədəd selofana bükülmüş bükülünü yerə atmışdır. O, yerə atılmış bükülünü götürmüşdür. Bükülünün içərisində ağ rəngli psixatrop maddə şüşəyə oxşar kütlə aşkarlanmışdır. Sürücü və avtomobildə olan şəxslərdən bükümün içərisində nə olduğu barədə soruşanda onlara cavab verməmişlər və onlarda şübhə doğurduğundan YPX-nin inspektorları Şahid1 və Şahid2 həmin avtomobilin sürücüsünü və iki nəfər sərnişini, avtomobildən yerə atılmış içərisində ağ rəngli psixotrop maddəyə oxşar kütlə olan 01 ədəd bükümü avtomobil ilə birlikdə Qaradağ RPİ-nin 11-ci PB-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Qaradağ RPİ-nin 11-ci PB-də müəyyən olunmuşdur ki, Lada Qranta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid5, digər iki nəfər sərnişinlər isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Daha sonra isə YPX-nin inspektorları Şahid1 və Şahid2 xidməti postlarına qayıtmışlar. O, bildirir ki, xx.xx.2020-ci il tarixə kimi o, Şahid5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımamışdır, ilk dəfə həmin gün onları postda olarkən görmüşdür. O, Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobildən konkret olaraq kimin içərisində psixotrop maddə metamfetamin olan bükümü yerə atmasını görməsə də həmin bükülünü avtomobilin qabaq sağ tərəf şüşəsindən yerə atıldığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, DİO-da 2016-cı ilin oktyabr aymdan xidmət edir. 2018-ci il tarixdən isə Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvvəkkili işləyir. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin rəhbərliyi tərəfindən ona bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 04:48 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Azpetrol YDM-nin yanındakı Bakı-Qazax yolunun 65-ci km-də Koronovirus xəstəliyi ilə bağlı karantin postundan Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobilin postdan yayınıb yük avtomobillərinin keçdiyi hissədən Qazax rayonu istiqamətində keçib getmək istəməsini görüb polis əməkdaşları həmin avtomobilin sürücüsünü saxlatdırıb posta qaytarmışlar. Həmin avtomobildə iki nəfər də sərnişin olmuş, postda olarkən avtomobildə olan şəxslərdən biri avtomobildən yerə içərisində psixotrop maddə metamfetaminə oxşar bükülünü aimış, polis əməkdaşları buna görə Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid5, həmin avtomobildə olan iki nəfər sərnişinlər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobil və həmin bükülü ilə birlikdə Qaradağ RPİ-nin 11 -ci PB-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Bununla bağlı 11-ci PB-nin təhqiqatçısı Əlizamin Ağayev araşdırma aparmış, həmin şəxslərin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və avtomobilə baxış keçirilmişdir. Həmin istintaq hərəkətlərində o da iştirak etmişdir. Beləliklə xx.xx.22020-ci il tarixdə Şahid5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2un üzərinə videoçəkiliş vasitəsilə vəkillərinin iştiıakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, o da həmin istintaq hərəkətində iştirak etmiş, həmin şəxslərin üzərindən hər hansı bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Bundan başqa Şahid5 Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobilinə özünün, onun və vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, avtomobilin sağ arxa ayaqaltı rezininin altından bir büküm psixtrop maddə metamfetaminə oxşar bükülü aşkar edilmiş və tərəflərindən qablaşdırılaraq götürülmüşdür. Bildirir ki, xx.xx.2020-ci il tarixə kimi o Şahid5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımamış, ilk dəfə həmin gün onları 11-ci PB-də görmüşdür. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı öz ifadəsində göstərmişdir ki, o, hal-hazırda Azərbaycan Respublikası DİN-nin BDYP-nin YPX Alayının 6-cı X11 inspektoru vəzifəsində xidmət edir. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2020-ci il tarixdə saat 04:48 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Azpetrol YDM-nin yanındakı Bakı-Qazax yolunun 61-ci km-də karantin postunda üzü rayon istiqamətində xidmətdə olarkən Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobilin postdan yayınıb yük avtomobillərinin keçdiyi hissədən Qazax rayonu istiqamətində keçib getmək istəməsini görüb onunla birlikdə xidmətdə olan DİN-nin BDYP-nin 6-cı X11 polis nəfəri, polis baş serjantı Şahid1 sürücüyə saxla işərəsi vermişdir. Lakin sürücü asta sürətlə hərəkətini davam etdirmişdir. Şahid1 idarə etdiyi ** YP *** nömrəli xidməti avtomobili ilə həmin avtomobilə yaxınlaşıb saxlatdırmışdır. Həmin avtomobildə iki nəfər sərnişin olmuşdur. Şahid1 sürücüdən sənədlərini təqdim etməsini tələb etmiş, sürücü öz şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini təqdim etmişdir. Şahid1 sənədlərə baxarkən sürücünün narahat olmasını, özünü şübhəli apardığını görüb sürücüdən niyə narahat olmasını soruşduqda sürücü yorğun olmasını bildirmişdir. Avtomobildəki iki nəfər sərnişinlərin sənədlərini istədikdə sərnişinlər üzərlərində sənədlərinin olmamasını bildirmişlər. Ona görə də Şahid1 sürücüyə bildirmişdir ki, avtomobili arxasınca posta sürsün. Sürücü avtomobilini sürüb onun arxasınca posta gəlmişdir. Posta çatarkən həmin avtomobildə olan şəxslərdən biri avtomobildən bir ədəd selofana bükülmüş bükülünü yerə atmışdır. ÇPA-nın əməkdaşı yerə atılmış bükülünü götürmüş, bükülünün içərisində ağ rəngli psixatrop maddə şüşəyə oxşar kültə aşkarlanmışdı. Sürücü və avtomobildə olan şəxslərdən bükümün içərisində nə olduğu barədə soruşanda onlara cavab verməmişlər və onlarda şübhə doğurduğundan post yoldaşı YPX-nin polis baş serjantı Şahid1la birlikdə həmin avtomobilin sürücüsünü və iki nəfər sərnişini avtomobil ilə birlikdə Qaradağ RPİ-nin 11-ci PB-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Həmçinin yerə atılmış içərisində ağ rəngli psixotrop maddəyə oxşar kütlə olan 01 ədəd selofan bükülünü də məsul növbətçiyə təhvil vermişlər. Qaradağ RPİ-nin 11ci PB-də müəyyən olunmuşdur ki, Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid5, digər iki nəfər sərnişinlər isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Daha sonra onlar xidməti postlarına qayıtmışlar. O, bildirir ki, xx.xx.2020-ci il tarixə kimi o, Şahid5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımamışdır, ilk dəfə həmin gün onları postda olarkən görmüşdür. O, Şahid5 idarə etdiyi Lada Qranta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobili saxlatdırıb karantin postuna qaytararkən ona və ya post yoldaşına hər hansı bir formada müqavimət göstərilməmişdir. O, Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobildən konkret olaraq kimin içərisində psixotrop maddə metamfetamin olan bükümü yerə atmasını görməsə də həmin bükülünü avtomobilin qabaq sağ tərəf şüşəsindən yerə atıldığını görmüşdür. Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ oturacağında Təqsirləndirilən şəxs2, arxa oturacağında isə Təqsirləndirilən şəxs1 əyləşmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanıldığına görə, məhkəmə iclasının vaxtı və yeri barəsində Bakı İstintaq Təcridxanasına məlumat verilməsinə baxmayaraq Şahid5 iştirakı məhkəmə iclasında təmin edilməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid5 öz ifadəsində göstərmişdir ki, o, Qaradağ RPİ-də şübhəli və təqsirləndirilən şəxs qismində ifadəsini düzgün verməmişdir. Lakin indi baş verənləri dəqiqliklə danışmaq istəyir. Çünki, ona törətdiyi cinayətdən daha ağır maddə ilə ittiham elan edilib. İstəyir ki, danışdıqlarına hüquqi qiymət verib etdiyi cinayət əməlinə görə ona cəza versinlər. O, 2000-ci ildə narkotik vasitələrin istifadəsinə görə məhkum olunmuşdur. Xəstəliyi ilə bağlı Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən Psixatriya xəstəxanasında bir neçə dəfə müalicə almışdır. Hazırda isə özünü normal hiss edir. O, Lada Granta markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ı Kürdəmir rayon sakini kimi tanıyır. Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 görə tanımışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 23:30 radələrində Təqsirləndirilən şəxs1 onun istifadəsində olan ***-***-**-** CSM nömrəsinə öz istifadəsində olan yadında qalmayan nömrədən zəng edib bildirmişdir ki, “gedəsi yerimiz var, gedə bilərikmi?”. O, da Rövşənə demişdir ki, “taksi sürücüsüdür, pul versə gedər”. Rövşən demişdir ki, “pul sənə qurbandır, yaşadığı evin qarşısına gəlib onu götürsün”. O, da idarə etdiyi Lada Granta markalı avtomobilinə əyləşib Rövşənin Kürdəmir rayonunda yaşadığı ünvanının qarşısına sürmüşdür. Rövşən onun idarə etdiyi avtomobilə əyləşəndə telefonda kiminləsə danışırmış. Daha sonra Rövşən telefonu söndürüb ona demişdir ki, Bakı şəhərinə getmək lazımdır, adam var, onunla görüşüb Kürdəmir şəhərinə qayıdacaqlar. O, Rövşənə demişdir ki, Bakı şəhərinə 100 manata onu aparar. Rövşən isə ona demişdir ki, Bakı şəhərinin 20-ci Sahə deyilən ərazisinə gedib qayıdacaqlar, buna görə ona 60 manat verəcəkdir. Beləliklə o, Rövşənlə onu Bakı şəhərinə aparmağa 60 manata razılaşmışdır. O, avtomobili yanacaq doldurma məntəqəsinə sürmüş və orada Rövşən 25 manatlıq avtomobilinin çəninə benzin vurdurmuş, 25 manat da ona pul vermiş, Kürdəmir rayonuna qayıdanda 10 manat da verəcəyini demişdir. Daha sonra Rövşən Röyalın mobil telefonuna zəng vurub demişdir ki, yola çıxsın, Bakı şəhərinin 20-ci Sahə deyilən ərazisinə gedirlər. O, avtomobili Röyalın yaşadığı evin yerləşdiyi küçəyə sürmüşdür. Röyal avtomobilə əyləşdikdən sonra avtomobili Bakı şəhərinə sürmüşdür. Rövşən qabaq oturacaqda, Röyal isə arxa oturacaqda əyləşmişdir. Hacıqabul rayonuna çatmağa az qalmış Rövşən cibindən “şüşə” yəni metamfetamin psixotrop maddəsini çıxardıb falqanın üzərində yandırıb tüstüsünü qəbul etməyə başlamışdır. Rövşən ona demişdir ki, 1 manatlıq pul əskinazı çıxardıb tüstüsünü qəbul etsin, yuxusu gəlməyəcək, yaxşı olacaq. O da Rövşənin dediyi kimi edib psixotrop maddə olan “şüşə” yəni, metamfetamin tüstüsünü qəbul etmişdir. Ondan sonra Rövşən həmin psixotrop maddə olan metamfetamini arxada əyləşən Röyala ötürmüş və Röyal da psixotrop maddə olan metamfetaminin tüstüsünü qəbul etmişdir. Beləliklə təxminən saat 03 radələrində onlar Bakı şəhəri, Bayıl qəsəbəsinə, 20-ci sahə deyilən əraziyə çatmışlar. Rövşən avtomobili “Təndir” marketin qarşısında saxlatdırmış və Röyala pul verib ona demişdir ki, “mən ağrıyıram, sən get gəl”. Röyal da Rövşəndən pul alıb avtomobildən düşüb bir küçəyə daxil olmuş və təxminən 15 dəqiqə sonra gəlib avtomobilə əyləşib Rövşənə demişdir ki, heroin olmadı, əvəzinə metamfetamin almışdır. O, avtomobili hərəkətə gətirib Kürdəmir rayonu istiqamətinə sürmüşdür. Yenicə tərpənmişdir ki, Rövşən Röyala demişdir ki, “ver baxım, görüm necə maldır”. Röyal Rövşənə nə isə büküm vermişdir. O, bilmişdir ki, bükümdə olan psixotrop maddə metamfetamindir. Rövşən yenidən cibindən falqa çıxardıb üzərində psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü qəbul etmişdir. Daha sonra Rövşən psixotrop maddə olan metamfetamini Röyala vermiş və Röyalda metamfetaminin tüstüsünü qəbul etmişdir. Bakı şəhərini çıxandan sonra o, avtomobili yolun kənarında olan marketin yanında saxlamış, Rövşən və Röyal marketdən siqaret və su alıb hər ikisi avtomobilin arxa oturacağında əyləşmişlər. O, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “Karonavirus” xəstəliyi ilə bağlı karantin postuna çatanda avtomobili yük avtomobilləri üçün nəzərdə tutulan yoldan sürdüyü üçün YPX əməkdaşı avtomobili onun arxasınca sürüb onu saxlatdırmışdır. Həmin vaxt Röyal cəld iki oturacağın arasından qabaq oturacağa keçib əyləşmişdir. YPX əməkdaşı ondan sənədlərini istəyəndə şəxsiyyət vəsiqəsini polis əməkdaşına təqdim etmişdir. Rövşən və Röyalın şəxsiyyət vəsiqəsi olmadığı üçün YPX əməkdaşı avtomobili karantin postuna sürdürmüşdür. O, avtomobili karantin postuna sürərkən Röyal içərisində psixotrop maddə metamfetamin olan bükümü siqaret qutusuna qoymaq istəsə də bunu edə bilməmişdir. Ona görə də posta çatanda Röyal selofanda olan psixotrop maddə metamfetamini yerə atmışdır. YPX əməkdaşları bunu görmüşlər və Röyalın yerə atdığı içərisində psixotrop maddə şüşə olan selofanı yerdən götürmüşlər. Bundan sonra YPX əməkdaşları onları Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət edib 11-ci PB-nə onları təhvil verib getmişlər. Daha sonra ona vəkili təqdim edilmiş, hüquqları izah edilmiş, vəkilinin iştirakı ilə onun üzərinə videoçəkiliş vasitəsilə axtarış keçirilmiş, lakin üzərindən hər hansı qeyri-qanuni bir əşya aşkar edilməmişdir. Daha sonra vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə polis əməkdaşları onun idarə etdiyi Lada Granta markalı avtomobilinə onun razılığı ilə axtarış keçirmişlər və 2020-ci ilin may ayının əvvələrində dəqiq tarix yadında qalmayan günündə Bakı şəhərinin 20-ci Sahə deyilən ərazisində yolun kənarında dayanmış tanımadığı təxminən 40 yaşlarında olan özünü “Mamed” kimi ona təqdim edən kişidən şəxsi istifadəsi üçün 10 manata aldığı və idarə etdiyi avtomobilin sağ tərəf arxa ayaqaltısının altında gizlətdiyi bir büküm psixotrop maddə metamfetamin aşkar edilmişdir. Aşkar edilmiş sellofan büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. İlkin ifadələrində o, avtomobilindən aşkar edilmiş metamfetamin barədə məlumatı olmadığını və ona məxsus olmadığını bildirmişdi. Lakin indi bildirir ki, avtomobilindən aşkar olunmuş psixotrop maddə metamfetamin ona məxsus olmuşdur. Şahid5 ona verilən əlavə sualları cavablandıraraq bildirmişdir ki, onun idarə etdiyi Lada Granta markalı avtomobilinin sağ tərəf arxa ayaqaltısının altından aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetamin ona məxsus olmuşdur, həmin psixotrop maddə metamfetamini öz istifadəsi üçün avtomaşınının sağ tərəf arxa ayaqaltısının altında gizlətmişdir. Bakı-Qazax yolunun 65-ci km-də yerləşən karantin postunda idarə etdiyi avtomobilindən yerə atılmış psixotrop maddə olan metamfetamin Rövşən və Röyala məxsus olmuşdur, xx.xx.2020-ci il tarixdə Bayıl qəsəbəsində yerləşən 20-ci sahə deyilən ərazidə Rövşən Röyala pul verib həmin psixotrop maddə olan metamfetamini almağa göndərib, Röyalda gedib həmin psixotrop maddə olan metamfetamini alıb gəlmişdir. O, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün ilkin ifadələrində düzgün ifadə verməyib idarə etdiyi Lada Granta markalı avtomobilinin sağ tərəf arxa ayaqaltısının altından aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetamin barədə məlumatımın olmadığını və ona məxsus olmadığını bildirmişdir. O, narkotik vasitə heroin qəbul etmir, lakin arada-bir psixotrop maddə olan metamfetamin qəbul edir. Avtomobilində aşkar olunmuş həmin psixotrop maddə olan metamfetamini də ona görə saxlamışdır ki, kefinə düşəndə istifadə etsin. O, narkotik vasitələrin və ya psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olmur. Polis əməkdaşları onu Bakı-Qazax yolunun 61-ci km-də yerləşən karantin postunda saxlayıb 11-ci polis bölməsinə aparanda və polis bölməsində olan zaman ona heç bir zor tətbiq etməmişlər. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Bayıl qəsəbəsində yerləşən 20-ci sahə deyilən ərazidə psixotrop maddə olan metamfetamini aldıqları şəxsi görməmişdir. Röyal idarə etdiyi avtomobildən düşüb küçəyə daxil olub 15 dəqiqədən sonra gəlib avtomobilə əyləşmişdir. 2020-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, 20-ci Sahə deyilən ərazisində psixotrop maddə olan metamfetamini aldığı “Mamed” adlı şəxsi birinci dəfə imiş ki, görürmüş, həmin şəxs təxminən 40 yaşlarında orta boylu bir şəxs olmuşdur. Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, psixotrop maddə metamfetaminin tüstüsündən qəbul edim ki, yolda yuxum gəlməsin. Rövşən ona psixotrop maddə metamfetamini istifadə etmək üçün təmannasız vermiş, qarşılığında ona pul verməyəcəkmiş. Onun idarə etdiyi Lada Granta markalı avtomobilindən aşkar edilmiş psixotrop maddə metamfetamini o, 20-ci sahə deyilən ərazidə “Təndir” marketin yaxınlığında yolun kənarında dayanmış tanımadığı şəxsdən almışdır. Rövşən və Röyal da xx.xx.2020-ci il tarixdə gecə vaxtı 20-ci sahə deyilən ərazidə “Təndir” marketin yaxınlığında avtomobili saxlatdırmışlar və Röyal Rövşəndən pul alıb yaxınlıqdakı küçəyə daxil olub sonra gəlmişdir. Yəqin ki, ona psixotrop maddə metamfetamini satan şəxs Röyala da psixotrop maddə metamfetamini satmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/803 nömrəli rəyindən görünür ki Tədqiqata 2 ədəd zərfdə təqdim edilmiş: - üzərində “Şahid5 avtomobilindən aşkar edilərək götürülmüş psixotrop maddəyə bənzər kütlə...” və s. qeydlər olan zərfdəki təmiz çəkisi 0,340 qram maddə, psixotrop maddə-metamfetamindir. - üzərində “Karantin postunda Şahid5 avtomobilindən yerə atılmış və YPX əməkdaşları tərəfindən təqdim olunan psixotrop maddəyə bənzər maddə...” və s. qeydlər olan zərfdəki təmiz çəkisi 0,915 qram maddə, psixotrop maddə-metamfetamindir. Hər iki zərfdəki metamfetaminlər tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxildir. Metamfetaminin ümumi təmiz çəkisi 1,255 qr., tədqiqata sərf edildi 0,1qr., ümumi qalıq 1,155 qr. Ekspertiza tədqiqatının dəyəri 108,46 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2020ci il tarixli 1518 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2020ci il tarixli 1519 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Məcburi müailəcəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə araşdırması zamanı cinayət işinin materiallarına əlavə edilmiş 04 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə üzərlərinə və avtomaşına baxış keçirilməsi öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan “cinayət təqibi üzrə icraatın ayrılması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan aydın olur ki, istintaq zamanı təqsirləndirilən şəxs Şahid5 barəsində təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə onun əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən ona aid hissədə cinayət işi ayrılmışdır. İş üzrə Bakı-Qazax yolunun 65-ci km-də “Koronovirus” xəstəliyi ilə bağlı karantin postunda ** FZ *** dövlət qeydiyyat nişanlı Lada Granta markalı avtomobildən Təqsirləndirilən şəxs2 tərəfindən yerə atılmış 01 ədəd bükümdə təmiz çəkisi 0,915 qram, eləcə də ** FZ *** dövlət qeydiyyat nişanlı Lada Granta markalı avtomobildən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,340 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 1,155 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri, Qaradağ RPİ-nin Maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Kürdəmir rayon Məhkəməsinin 1(041)-15/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. xx xxxxx 2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 hazırki cinayət əməli cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbindən aydın olur ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünü son həddinin yarısından az ola bilməz. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlini etiraf edərək peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin residivi olmasıdır. Təqsirləndirilən şəxs2 əməlini etiraf edərək peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitənin miqdarını, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyaclarının olmasını, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq xx xxx 2020-ci il tarixdən tutulmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1,155 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 75 iş saatı, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 75 iş saatı, məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 20 iş saatı və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 450 manat pul X2 və 450 manat pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 manat məbləğində pul Müdafiəçi1 və 120 manat məbləğində pul Müdafiəçi2un vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1,155 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 108 manat 46 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 450 manat pul X2 və 450 manat pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 manat məbləğində pul Müdafiəçi1 və 120 manat məbləğində pul Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər tərəfindən isə hökmün surəti onlara təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-242/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-242/2020
26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver