Məhkəmə qərarları › İş №1(002)-242/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-242/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-242/2021 17.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublkası vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.04.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbrahimov X4 Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən «Cəzaçəkmə müəssisələrinin X9» ilə qadağan edilmiş əşya sayılan həssas təzyiqlə (sensorla) çalışan «Android» əməliyyat sistemi ilə təchiz olunmuş «Samsung Qalaxy S4 mini» markalı «GT-İ9192» modelli, «352603/06/284024/9», «352604/06/284024/7 imei kodlu, «Samsung Qalaxy J1 ace» markalı «SM-J110H/DS» modelli 359758/07/687980/8, 359759/07/687980/6» imei kodlu mobil telefonları istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış, «Samsung Qalaxy J1 ace» markalı «SM-J110H/DS» modelli 359758/07/687980/8, 359759/07/687980/6» imei kodlu mobil telefona qoşulmuş 050 ******* №-li danışıq kartı vasitəsi 08.09.2019-cu il tarixdən 13.09.2019-cu il tarixədək 050 7232535, 050 ******* və 051 ******* nömrəli telefonlara zənglər və SMS-lər etməklə qohumları X3, Şahid8 və tanışı Şahid7 ilə əlaqə saxlamaqla istifadə etmiş və 07.10.2019-cı il tarixdə saat 17-00 radələrində müəssisə əməkdaşları tərəfindən saxlanıldığı 1 saylı dəstənin yataqxanasında keçirilmiş axtarış-baxış zamanı həmin qadağan edilmiş əşyalar daxilində 050 5206164, 050 ******* və 050 ******* №-li danışıq kartları ilə birlikdə əynindəki gödəkçənin sağ cibində, habelə digər məhkuma məxsus çantasının alt hissəsində xüsusi üsulla gizlədilmiş 4 ədəd elektrik qidalandırıcı, «Samsung» markalı mobil telefon üçün 3 ədəd qidalandırıcı batareya, 2 ədəd qulaqcıq, 1 ədəd «HüaWei» markalı «E8231» modelli «**********03765» imei kodlu data kart tipli modem və 1 ədəd «Azercell» danışıq kartı aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut, axtarış və götürmə protokolu, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.04.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181..2.1, 181.2.4, 181.2.5--ci maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinə 29.07.2017-ci il tarixdə Həbsxanadan gəlmişdir. 07.10.2019-cu il tarixdə saat 17:00 radələrində müəssisədə keçirilən yoxlamadan sonra müəssisənin əməliyyat işçiləri onu və məhkum X7 əməliyyat otağına dəvət edərək, burada İlqar Abbasovun əynindəki gödəkçənin cibində «İphone» markalı mobil telefonu daxilində danışıq kartı ilə birlikdə, özünün isə əynindəki gödəkçənin cibində 2 ədəd «Samsung» markalı mobil telefon daxilində 050 5206173, 050 ******* və 050t3413613 nömrəli danışıq kartları ilə birlikdə aşkar edərək götürmüşlər. Bundan başqa müəssisə əməkdaşları yataqxanada olan dolabın altında İlqar Abbasova məxsus idman çantasında 4 ədəd elektrik qidalandırıcı, 3 ədəd «Samsung» markalı mobil telefon üçün batareya, 2 ədəd qulaqcıq, 1 ədəd daxilində danışıq kartı olan data kart tipli modem cihazı və 1 ədəd «Azercell» danışıq kartı aşkar edilmişdir. «Samsung» markalı mobid telefonuna aid batareyalar, həmçinin elektrik qidalandırıcılar və başqa əşyalar ona məxsusdur, Həmin qadağan olunmuş mobil telefonları və digər qadağan olunmuş əşyaları təxminən 1-2 ay bundan qabaq müəssisə ərazisində əşyaların saxlanılması nəzərdə tutulmuş otaqda sellofan paketin içində tapmışdır. Telefondan istifadə edərək qohumları 050 ******* №-li telefonla bibisi oğlu Şahid8, 050 ******* №-li telefonla dayısı Nazim Fərhadov, 051 ******* №-li telefonla dostu Aleksandr ilə danışmış, data kartını telefonuna qoşaraq internetə çıxaraq filmlərə baxmışdır. Təqsirləndirilən şəxs sonda əməlindən peşman olduğunu bildirib, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəisin növbətçi köməkçisi Şahid1 ifadəsində göstərmişdir ki, 07.10.2019-cu il tarixdə saat 17:10 radələrində əldə olunmuş əməliyyat məlumatı əsasında 1 saylı dəstənin yataqxanasında axtarış-baxış tədbirləri keçirilərək hal şahidlərinin iştirakı ilə həmin dəstədə qeydiyyatda olan məhkum X5 əynindəki qara rəngli gödəkçənin sol cibindən işlək vəziyyətdə daxilində 050 ******* «Azercell» danışıq kartı olan 1 ədəd «İphone» markalı mobil telefon aparatı və həmin yataqxanada qeydiyyatda olan məhkum İbrahimov Kamran Tərlan oğlunun əynindəki qara rəngli idman gödəkçəsinin sağ cibində daxilində 050 3413613, 050 3206164, 050 ******* «Azercell» danışıq kartları olan 2 ədəd «Samsung» markalı işlək vəziyyətdə olan mobil telefon aparatları müəssisə əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan sonra yataqxanada olan dolabın içərisində məhkum İlqar Abbasova məxsus idman çantanın alt hissəsində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerində 4 ədəd elektrik qidalandırıcı, «Samsung» markalı mobil telefona aid 3 ədəd batareya, 2 ədəd qulaqcıq, 1 ədəd daxilində «Bakcell» danışıq kartı olan data kart və «Azercell» danışıq kartı aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş əşyalar müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Fakt barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən doğruluğu imzaları ilə təsdiq edilmişdir. Şifahi sorğu zamanı məhkumlar İlqar Abbasov və Təqsirləndirilən şəxs həmin qadağan olunmuş əşyaları müəssisə ərazisində tapdığını və istifadə etdiyini bildirmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid4 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Penitensiar Xidsmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində onun məhəllə dostu Təqsirləndirilən şəxs cəza çəkmiş, bildiyinə görə sonuncu quldurluqla əlaqədar həbs edilmişdir. Təqsirləndirilən şəxsla işlətdiyi 051 ******* nömrəli telefonla danışmış və 13.09.2019-cu il tarixdə SMS göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Penitensiar Xidsmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində onun dayısı oğlu Təqsirləndirilən şəxs cəza çəkmiş, bildiyinə görə sonuncu quldurluqla əlaqədar həbs edilmişdir. Təqsirləndirilən şəxsla adına olan və işlətdiyi 050 ******* nömrəli telefonla 08.09.2019 il və 26.09.2019-cu il tarixlərdə danışmış, söhbətləri ümumi xarakter daşımışdır. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onuın iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, digər şahidlər Şahid2, Şahid4 və Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 məhkəməyə ərizə ünvanlayaraq, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Həmçinin ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Məmmədov Səftər Heydər oğlu məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, Şahid5 və Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadələrini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, 07.10.2019-cu il tarixdə hal şahidi qismində dəvət olunmuş, müəssisənin 1 saylı yataqxanasında axtarış-baxış tədbirlərinin keçirilən zaman məhkum X5 əynindəki qara rəngli gödəkçənin sol cibində daxilində daxilində 050 ******* «Azercell» danışıq kartı olan 1 ədəd «İphone» markalı mobil telefon aparatı və həmin yataqxanada qeydiyyatda olan məhkum İbrahimov Kamran Tərlan oğlunun əynindəki qara rəngli idman gödəkçəsinin sağ cibində daxilində 050 3413613, 050 3206164, 050 ******* «Azercell» danışıq kartları olan 2 ədəd «Samsung» markalı işlək vəziyyətdə olan mobil telefon aparatları müəssisə əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş, bundan sonra yataqxanada olan dolabın içərisində məhkum İlqar Abbasova məxsus idman çantanın alt hissəsində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerində 4 ədəd elektrik qidalandırıcının, «Samsung» markalı mobil telefona aid 3 ədəd batareyanın, 2 ədəd qulaqcığın, 1 ədəd daxilində «Bakcell» danışıq kartı olan data kartın və «Azercell» danışıq kartının aşkar edilmişdir. Şahid6 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən müəyyən olunmuşdur ki, o, digər Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07.10.2019-cu il tarixli protokoldan görünür ki, Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində əməliyyat məlumatı əsasında həmin gün saat 17:00 radələrində 1 saylı dəstənin yataqxanasında axtarış-baxış tədbirləri keçirilən zaman həmin dəstədə qeydiyyatda olan məhkum X5 əynindəki gödəkçənin sol cibindən daxilində 050 ******* №-li danışıq kartı olan işlək vəziyyətdə olan «İPhone» markalı mobil telefon, digər məhkum Təqsirləndirilən şəxs əynindəki idman gödəkçəsinin sağ cibində daxilində 050 3413613, 050 5206164, 050 ******* №-li danışıq kartları olan işlək vəziyyətdə 2 ədəd «Samsung Duos» markalı mobil telefonlar aşkar olunaraq götürülmüşdür. Bundan sonra yataqxanada olan dolabın içərisində məhkum İlqar Abbasova məxsus çantanın alt hissəsində xüsusi üsülla gizlədilmiş 4 ədəd elektrik qidalandırıcı, 3 ədəd «Samsung» markalı mobil telefon aparatının batareyası, 2 ədəd qulaqcıq, 1 ədəd daxilində «Bakcell» danışıq kartı olan datakart və 1 ədəd «Azercell» danışıq kartı aşkar olunaraq götürülmüşdür. (i.v. 10-11) Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 08 oktyabr 2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.04.2014-cü il tarixli hökmünə əsasən təyin edilmiş cəzasının əvvəli 01 may 2013-cü il, cəzasının sonu 01 may 2022-ci il tarixidir. Məhkum Təqsirləndirilən şəxs 13 saylı CM-nə 29.07.2017-ci il tarixdə Bakı İstintaq Təcridxanasından qəbul edilmişdir. Onunla ilk günlərdən fərdi tərbiyəvi söhbətlər aparılmış, hər cür məişət şəraiti ilə təmin edilmiş, cəzasının icrasını tənzimləyən qanunvericilik aktları barədə məlumat verilmiş, CM-nin 317-ci maddəsi izah edilmiş və məhkumdan iltizam alınmışdır. Ailə üzvləri ilə görüş və məhkumlar üçün nəzərdə tutulmuş telefon qovşağı vasitəsilə əlaqə saxlayır. Məhkum Təqsirləndirilən şəxs islah yoluna qədəm qoymamışdır. (i.v. 23-24) Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş kompyuter-texniki ekspertizasının 01.11.2019-cu il tarixli 26518 №-li rəyi ilə müəyyən edilmişdir ki, aşkar edilmiş: 1) həssas təzyiqlə (sensorla) çalışan «Android» əməliyyat sistemi ilə təchiz olunmuş «Samsung Qalaxy S4 mini» markalı «GT-İ9192» modelli, arxa tərəfindəki markirovka göstəricisinə görə «352603/06/284024/9», «352604/06/284024/7 imei kodlu (smartfon) olmaqla, hal hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. 2) ) həssas təzyiqlə (sensorla) çalışan «Android» əməliyyat sistemi ilə təchiz olunmuş «Samsung Qalaxy J1 ace» markalı «SM-J110H/DS» modelli arxa tərəfindəki markirovka göstəricisinə görə «359758/07/687980/8, 359759/07/687980/6» imei kodlu mobil telefon (smartfon) olmaqla, hal hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. 3) həssas təzyiqlə (sensorla) çalışan «İOS» əməliyyat sistemi ilə təchiz olunmuş «İPhone» markalı «A1387» modelli «GSM» danışıq kartının yuvasında «**********11993», imei kodlu mobil telefon olmaqla, hal hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. 4) «HüaWei» markalı «E8231» modelli «**********03765» imei kodlu data kart tipli modem olmaqla hal hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. (i.v. 51-55) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 02 dekabr 2019-cu il tarixli cavabından və Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2014-cü il tarixli, 1(101)-408/2014 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.04.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 01 may 2013-cü il tarixdən hesablanmışdır. (i.v. 78, 25-29) Maddi sübut kimi tanınma və işə əlavə edilməsi haqqında qərardan görünür ki, aşkar edilmiş 3 ədəd mobil telefon, 1 ədəd data kart tipli modem, 4 ədəd elektrik qidalandırıcı, 2 ədəd qulaqcığ, 1 ədəd danışıq kartı, habelə «Azercell-Telekom MMC-nin diskdə olan məlumtlar maddi subut kimi tanınmış və işə əlavə edilmişdir.(i.v.140) Baxış keçirilməsi haqqında 28 aprel 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən İbrahimov Kamran Tərlan oğlu istifadə etdiyi 050 ******* №-li telefonla 050 ******* №-li telefona qohumu Şahid8 ilə 08.09.2019-cu il tarixdən 26.09.2019-cu il tarixədək zənglər etməklə 2 dəfə, 050 ******* №li telefonla qohumu X2 ilə 13.09.2019-cu il tarixdə 1 dəfə, 051 ******* №-li telefonla 13.09.2019-cu il tarixdə tanışı Şahid7lə SMS ilə əlaqə saxlaması barədə məlumatlar qeydiyyata alınmışdır. Həmin məlumatlardan görünür ki, 050 ******* №-li telefon Şahid8, 050 ******* №-li telefon X1 adınadır.(i.v.152-161); Sübutların qiymətləndirilməsi haqqında 07 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, iş üzrə şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyi, mobil operatorların disklərdə və kağız daşıyıcısı formasında olan məlumatları maddi sübut kimi tanınmışdır. (i.v. 187-192) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdikləri və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2014-cü il tarixli, 1(101)-408/2014 saylı hökmü ilə ona təyin edilmiş cəzasını tam çəkməmişdir. O, cəzasını çəkməmiş yenidən qəsdən cinayət törətsə də, lakin törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və düzgün hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2014-cü il tarixli, 1(101)- 408/2014 saylı hökmü üzrə təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinə qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəza çəkməsinin əvvəli 17 iyun 2021-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübut olan “Samsung Qalaxy S4 mini» markalı «GT-İ9192» modelli, «352603/06/284024/9», «352604/06/284024/7 imei kodlu, «Samsung Qalaxy J1 ace» markalı «SM-J110H/DS» modelli 359758/07/687980/8, 359759/07/687980/6» imei kodlu 02 ədəd mobil telefon, 04 ədəd elektrik qidalandırıcı, “Samsung” markalı mobil telefon üçün 03 ədəd qidalandırıcı batareya, 02 ədəd qulaqcıq, 01 ədəd «HüaWei» markalı «E8231» modelli «**********03765» imei kodlu data kart tipli modem və 01 ədəd “Azercell” danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli, 01 ədəd "xxxx" MMC-nin telefon danışıqları barədə məlumatlar olan CD disk cinayət işi materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hüquqi yardım barədə hesabatdan görünür ki, vəkili Müdafiəçi məhkəmədə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2014-cü il tarixli, 1(101)-408/2014 saylı hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 10 (on) ay, 14 (on dörd) gün hissəsinə qismən birləşdirilməklə ona, qəti olaraq 01 (bir) il, 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 17 iyun 2021-ci il tarixindən hesablansın. İş üzrə maddi sübut - “Samsung Qalaxy S4 mini» markalı «GT-İ9192» modelli, «352603/06/284024/9», «352604/06/284024/7 imei kodlu, «Samsung Qalaxy J1 ace» markalı «SM-J110H/DS» modelli 359758/07/687980/8, 359759/07/687980/6» imei kodlu 02 ədəd mobil telefon, 04 ədəd elektrik qidalandırıcı, “Samsung” markalı mobil telefon üçün 03 ədəd qidalandırıcı batareya, 02 ədəd qulaqcıq, 01 ədəd «HüaWei» markalı «E8231» modelli «**********03765» imei kodlu data kart tipli modem və 01 ədəd “Azercell” danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin və bir ədəd "xxxx" MMC-nin telefon danışıqları barədə məlumatlar olan CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 59,94 (əlli doqquz manat, doxsan dörd qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar