Məhkəmə qərarları › İş №1(002)-242/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-242/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-242/2023 13.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamcısı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 10 ay 22 gün azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində qeydiyyatda olan, Səbail rayonu, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə niyyəti ilə tanışı Zərərçəkmiş şəxs “Gilan“ X1 və Texniki Təhlükəsizlik üzrə mühəndis vəzifəsinə təyin ediləcəyi barədə qəsdən yalan məlumat verib aldadaraq etibarından sui-istifadə edib 2020-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 May metrostansiyasının yaxınlığında 3000 (üç min) manat, 2020-ci ilin iyul ayının əvvəllərində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Aqrovest“ Ticarət Mərkəzinin qarşısında 3100 (üş min bir yüz) manat olmaqla ümumilikdə 6100 (altı min bir yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Aralarında yaxın münasibət olmuşdur. 2020-ci ilin iyun ayında Namiq ona müraciət edərək işlədiyi yerdə ixtisara düşdüyünü,ona kömək edib həmin təşkilata işə düzəlməyə köməklik etməsini xahiş etmişdir. O, Namiqə işə düzəlməsinə köməklik edəcəyinə söz verərək 2020-ci ilin iyun ayının axırlarında metronun 28 May stansiyasının yaxınlığında Namiqlə görəşərək ilkin olaraq işə düzəldilməsi üçün ondan 3000 manat pul almışdır. Aradan təxminən on gün keçmiş Namiq ona mobil telefonla zəng edərək işi ilə maraqlanmış və lazım gələrsə əlavə olaraq 3000 manat pul verəcəyini də söyləmişdir. Onlar razılaşmış və həmin gün Lökbatan qəsəbəsində yerləşən “Aqrovest“ TM-nin qarşısında görüşmüşlər. Namiq ona 3100 manat pul vermişdir. Pulu aldıqdan sonra pandemiya ərəfəsi olduğu üçün Namiqi vəd verdiyi işə düzəldə bilməmiş,ondan aldığı məbləği öz maddi ehtiyacı üçün xərcləmişdir. Törətdiyi əməldən peşmandır.Hal-hazırda zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş və aralarında barışıq əldə olunmuşdur.O, əlavə olaraq bildirmişdir ki, zərər çəkmiş şəxsə dəymiş ziyanın 25% miqdarında dövlət nəfinə ödəniş etmişdir. Qeyd olunanlara əsasən işə xitam verilməsini xahiş edir. Məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhərində yerləşən “Gilan” X2 lahiyyəsində menecer vəzifəsində işləmişdir.xx.xx.2020-ci il tarixdə işlədiyi “Gilan” Holdinqdə işdən ixtisar olunmuşdur. Təqsirləndirilən şəxs təxminən uzun müddətdir ki, tanıyır.İşdən çıxarılan zaman Təqsirləndirilən şəxs ona işlədiyi şirkətin rəhbəri ilə arasının yaxşı olmasını və onu işə geri qaytara biləcəyini söyləmişdir.Ancaq bunun müqabilində 3000 manat pul lazım olacağını da bildirmişdir. İşsiz olduğu üçün ona inanıb razılıq vermişdir. 2020-ci ilin iyun ayının axırlarında 28 May metro stansiyasının yaxınlığında Sənanla görüş 3000 manat pulu ona vermişdir. Bundan sonra Sənan çıxıb getmişdir. Təxminən 10 gün keçdikdən sonra o, işin nə yerdə olduğunu soruşmaq üçün Sənanın istifadəsində olan mobil telefon nömrəsinə zəng edib əlaqə saxladığı zaman Sənan ona işin düzəlməyi üçün əlavə 3100 manat lazım olduğunu söyləmişdir. Lökbatan qəsəbəsində yaşadığı üçün Təqsirləndirilən şəxslə qəsəbədə yerləşən “Aqrovest” Ticarət Mərkəzinin qarşısında görüş təyin etmişdir. 2020-ci ilin iyul ayının əvvəllərində “Aqrovest” Ticarət Mərkəzinin qarşısında Sənanla görüşüb 3100 manat pulu da ona vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxslə telefon vasitəsi ilə əlaqə saxlayıb işin nə yerdə olduğu ilə maraqlandıqda o, müxtəlif bəhanələr gətirərək tez bir zamanda işə başlayacağını söyləmişdir. Lakin aradan 6 ay keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək vəd etdiyi işi yerinə yetirməmiş və ondan aldığı pulu da qaytarmamışdır. Bundan sonra məcbur qalaraq polis orqanına şikayət etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 10 ay 22 gün azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxsə dəymiş 6100 (altı min yüz) manat zərərin 25%-i, yəni 1525 (bir min beş yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununun 1.7.3 bəndinə əsasən 73-1.2-ci maddədə “bir misli” sözləri “iyirmi beş faizi” sözləri ilə əvəz edilmişdir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar