Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-243/2021 17.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 13.04.2021-ci il tarixdə saat 14:40-da Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşlarının keçirtdikləri əməliyyat- axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 57 nömrəli yataqxananın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci polis bölməsinin inzibati binasına gətirilərək dəvət olunmuş müdafəçinin iştirakı ilə həmin gün saat 15:55 radələrində üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki yaşıl rəngli gödəkçəsinin qabaq sol döş cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,270 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iki il olar ki, “şüşə” yəni, psixotrop maddə metamfetamindən istifadə edir. O, əvvəllər metamfetamini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul etməklə istifadə etmişdir. Son vaxtlar isə qaynanmış suda psixotrop maddə metamfetamini həll edib inneksiya yolu ilə qəbul etmişdir. İşin mahiyyəti üzrə bildirir ki, 12.04.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən “Kubinka” deyilən əraziyə getmişdir və orada tanımadığı şəxsdən 10 manat pulun müqabilində 01 bükümdə öz istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Həmin psixotrop maddə metamfetamini gödəkçəsinin sol döş cibinə qoymuş, lakin həmin gün qəbul etməmişdir. 13.04.2021-ci il tarixdə təxminən saat 14:20 radələrində valideynləri ilə birlikdə yaşdığı ünvandan, yəni ünvan 1 ünvanından çıxıb binanın qarşısına düşüb psixotrop maddə metamfetamindən istifadə etməyə əlverişli şərit axtarmağa başlamışdır. Fikirləşirmişdir ki, psixotrop maddə metamfetamini qəbul etmək üçün aptekə gedib şpris alsın. Həmin gün təxminən saat 14:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 57 nömrəli Yataqxananın qarşısında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb öz xidməti vəsiqələrini təqdim edərək 38-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan adını və soyadını soruşmuşlar. O da polis əməkdaşlarına bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 38-ci PB-nə gətirmişlər. 38-ci PB-nin inzibati binasında otaqların birində onun hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Onun üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O, da əynindəki yaşıl rəngli gödəkçəsinin sol döş cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü masının üzərinə qoyaraq bükümün içərisində “Şüşə” yəni, psixotrop maddə metamfetamin olmasını, həmin maddəni 12.04.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən “Kubinka” deyilən ərazidən tanımadığı şəxsdən 10 manat pulun müqabilində öz istifadəsi üçün almışdır. Bundan sonra üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Bundan sonra həmin büküm açılmış, bükümün içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Həmçinin bildirir ki, o, psixotrop maddə metamfetaminin istifadəsi ilə məşğul olsa da, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, narkomaniya xəstəliyinə düçar olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Nağı oğlu ifadəsində göstərmişdir ki, o, 2006-cu ildən DİO-da, 2018-ci ildən tutduğu vəzifədə xidmət edir. Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, Yataqxana 57, mənzil 31 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlayaraq qəbulu ilə məşğul olur. Ona görə də 38-ci polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən o, 38-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə 13.04.2021-ci il tarixdə təxminən saat 14:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən 57 nömrəli Yataqxananın qarşısına getmişdir. Təxminən 10 dəqiqə sonra həmin yataqxandan bir nəfər kişi cinsli şəxsin çıxdığını görüb həmin şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdə ona yaxınlaşıb özlərini ona təqdim edərək adını soruşduqda həmin şəxs özünü təqdim edib 1990-cı il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, Yataqxana 57, mənzil 31 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində qanunsuz olaraq saxlamaqda şübhəli olduğunu bildirib üzərinə axtarış keçiriləcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşa gəlməz halların baş verməsini nəzərə alıb onu Qaradağ RPİ-nin 38-ci polis bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 38-ci polis bölməsində xidməti otaqların birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi telefon vasitəsilə Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid3 aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli gödəkçəsinin sol döş cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü masının üzərinə qoyaraq bükümün içərisində “Şüşə” yəni, psixotrop maddə metamfetamin olmasını, həmin maddəni 12.04.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən “Kubinka” deyilən ərazidən tanımadığı şəxsdən 10 manat pulun müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Daha sonra həmin büküm açılmış, bükümün içərisindən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra vəkilin, Təqsirləndirilən şəxs, onun, Şahid1 və Şahid3 iştirakı ilə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq qablaşdırılıb 47 saylı möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Protokol tərtib edilərkən baxışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 digər Şahid1 Nağı oğlunun verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə sahə inspektoru, polis baş leytenantı Şahid3 məhkəmə iclasının yeri və vaxtə barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə şahid Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə sahə inspektoru, polis baş leytenantı Şahid3 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştiraklı olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidin Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsi tədqiq olunmaqla elan edilmişdir. Şahid3 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2012-ci ildən DİO-da, 2017ci ildən tutduğu vəzifədə xidmət edir. İşin mahiyyəti üzrə bildirir ki, o, 13 aprel 2021-ci il tarixdə təxminən saat 15 radələrində Qaradağ RPİ-nin 38-ci PB-də olarkən polis bölməsinin rəhbərliyindən ona bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, Yataqxana 57, mənzil 31 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlayaraq qəbulu ilə məşğul olması ilə bağlı 38-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 38-ci PB-nə gətirmişlər, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçiriləçək, şəxsi axtarış və götürmə istintaq hərəkətini o, telefon vasitəsilə videoçəkiliş etsin. Beləliklə Qaradağ RPİnin 38-ci polis bölməsində xidməti otaqların birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin, Şahid1 və Şahid2 iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəklişi telefon vasitəsilə o özü aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdu ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli gödəkçəsinin sol döş cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü masanın üzərinə qoyaraq bükümün içərisində “Şüşə” yəni, psixotrop maddə metamfetamin olmasını, həmin maddəni 12.04.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən “Kubinka” deyilən ərazidən tanımadığı şəxsdən 10 manat pulun müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Daha sonra həmin büküm açılmış, bükümün içərisindən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra vəkili, Təqsirləndirilən şəxs, onun, Şahid1 və Şahid2 iştirakı ilə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq qablaşdırılıb 47 saylı möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Protokol tərtib edilərkən baxışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdu ki, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 13 aprel 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 13, 22) Şəxsi axtarış və götürmə aparılması haqqında 13 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, əynindəki yaşıl rəngli, gödəkçənin qabaq sol döş cibindən ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı qanun ilə qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli bükümün içərisindən ağ rəngli, kristal şəkillində, iysiz maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “metamfetamin” olduğunu və 12.04.2021-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Kubinka adlanan ərazidə olarkən tanımadığı şəxsdən 10 manat qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, ağ rəngli, kristal şəkillində, iysiz maddə olan ağ rəngli büküm zərfə qoyularaq qablaşdırıldı, 47 saylı möhürlə möhürləndi, bağlamanın üzəri iştirakçılar tərəfindən imzalandı. (i.v. 31-32) Təqsirləndirilən şəxs üzərində axtarış və baxış keçirilməsi video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2021-ci il tarixli, 6/1449 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.270 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, metamfetaminin ümumi təmiz çəkisi – 0,270 qram, tədqiqata sərf olundu – 0,050 qram, qalıq – 0,220 qram. Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat, səksən iki qəpik) manat təşkil edir. (i.v. 40-42) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 54-55) Təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında 15 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair 15 aprel 2021-ci il tarixli vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və onun müvəqqəti saxlama yerindən azad olunması qərara alınmışdır. (i.v. 68-69) Qətimkan tədbiri seçilməsi barədə 15 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 70-71) Maddi sübutun tanınması haqqında 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, 13.04.2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0.270 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0.220 qram psixotrop maddə metamfetamin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (i.v. 77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 22.04.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 89) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X5-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 21 aprel 2021-ci il tarixli, 1184 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metemfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 93-94) Təqsirləndirilən şəxsin qətimkan tədbirlərini pozduğuna görə tutulması haqqında 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün tutulması qərara alınmışdır. (i.v. 101-102) Təqsirləndirilən şəxsin tutulması haqqında 27 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2021-ci il tarixdə tutulmuşdur. (i.v. 103) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 4(002)-77/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 aprel 2021-ci il tarixdən hesablanmaqla 02 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 114-116 ) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 X7 Məhkəmə Psixiatrik Ekspertizasının 21 aprel 2021-ci il tarixli 857 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 121- 122) Sübutların qiymətləndirilməsi barədə 19 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 15.04.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə məhkəmə kimyəvi ekspertizasının 14.04.2021 -ci il tarixli 6/1449 nömrəli rəyi, məhkəmə narkoloji ekspertizasının 21.04.2021-ci il tarixli 1184 nömrəli rəyi, ambulator məhkəmə-psixiatrik ekspertizasının 21.04.2021-ci il tarixli 857 nömrəli rəyi işin faktiki hallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilmiş, cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, 13.04.2021-ci il tarixli protokola Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,270 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetminin maddi sübut kimi tanınması, məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq qalmış çəkisi 0,220 qram psixotrop maddə metamfetminin saxlanması üçün Qaradağ RPİnin maddi sübutları saxlama otağına təhvil verilməsi xüsusatı nəzərə alınmış, ********* saylı cinayət işinin istintaqı zamanı Qaradağ RPİ-nin 38-ci PB-nə əməliyyat tapşırığı göndərilməsi, lakin Təqsirləndirilən şəxs 12.04.2021 - ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən “Kubinka” deyilən ərazidən psixotrop maddə metamfetamini aldığı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilərək istintaqa təmin edilməsinin mümkün olmaması barədə əməliyyat tapşırığına cavab alınması xüsusatı nəzərə alınmış, istintaqı tamamlanmış ********* nömrəli cinayət işindən narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədi ilə material ayrılmış və ********* nömrəli cinayət işindəki sənədlərin ksero surətləri çıxarılıb əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci polis bölməsinə göndərilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüyə alındığı 01 DVD disk sübut növü kimi tanınmış, cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, cinayət işinin bütün sənədlərində X1 Təqsirləndirilən şəxs kimi oxunması qərara alınmışdır. (i.v. 123-131) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), cəzanın fərdiləşdirilməsi prinsipini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanın fərdiləşdirilməsi prinsipini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir) nəzərə alınmaqla ona ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun ibtidai istintan dövründə 13 aprel 2021-ci il tarixdən 15 aprel 2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət, 27 aprel 2021-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CPM-158.2.1, CM-69.3), onun cəzaçəkmə müddətinin başlanğıcı 27 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin və psixotrop maddənin qalığı məhv edilməli (CPM-132), sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə 44 (qırx dörd) iş saatı Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 44 (qırx dörd) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 264 (iki yüz altmış dörd) manat məbləğində və məhkəmədə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdən 15 aprel 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan psixotrop maddənin qalığı 0,220 qram 01 ədəd bükümündə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 81,82 (səksən bir manat, səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 44 (qırx dörd) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 264 (iki yüz altmış dörd) manat məbləğində pul və məhkəmədə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-243/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-243/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver