Məhkəmə qərarları › İş №1(002)-243/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-243/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-243/2023 27.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Vulkan əhəng daşı yatağında faktiki olaraq fərdi sahibkarlıqla məşğul olaraq “Faydalı qazıntı yataqların açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 4, 5, 6, 7, 8-ci bəndlərinin tələblərinə görə işçilərə müvafiq proqramlar əsasında peşə hazırlığı və təlim keçməli, işlərin təhlükəsiz üsul və metodlarla yerinə yetirilməsini öyrənməli, təlim və hazırlıq keçdikdən sonra ildə bir dəfədən az olmayaraq müəssisənin daxilində yaradılmış komissiya tərəfindən işçilərin biliklərinin yoxlanılmasını və bu yoxlamadan müvəffəqiyyətlə keçmiş işçilərin sərbəst işə buraxılmasını, biliklərin yoxlanılmasının müvafiq qaydada tərtib olunmuş sənədlərdə (protokollarda və s.) qeydə alınmasını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzr keçirilmiş təlimatların xüsusi kitablarda (jurnallarda, şəxsi kartoçkalarda və s) qeydə alınmasını, bütün işçiləri müvafiq qaydada tərtib olunmuş əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlarla təmin etməli, həmin qaydaların 84-cü bəndinə əsasən dağ-mədən işlərində istifadə olunan maşınların saz olmasını, onların hərəkətdə olan hissələrinin (muftalar, ötürücülər, şkivlər və s) və meydançaların örtük çəpərlərlə örtülməsini, maşınların saz olmasının hər növbə maşinist, hər həftə - sahə mexaniki və hər ay - karyerin baş mexaniki (yaxud onun müavini), yaxud başqa təyin olunmuş şəxs tərəfindən yoxlanılmasını, yoxlamanın nəticələrinin jurnalda qeyd olunmasını, bundan başqa "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun 9, 13 və 22-ci maddələrinin tələblərinə görə yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsi üçün rəhbər olaraq bilavasitə məsuliyyət daşıyıb yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsini, faydalı qazıntıların çıxarılması zamanı həyat və sağlamlığın təhlükəsizliyini, yer təkinin istifadəsi ilə əlaqədar işlərin təhlükəsiz görülməsi üzrə təsdiq edilmiş standartların (normativlərin, qaydaların) tələblərinin yerinə yetirilməsini, işə ancaq xüsusi ixtisas hazırlığı olan şəxslərin buraxılmasını, dağ-qazma ilə məşğul olan şəxslərin xüsusi geyim və qorunma vasitələri ilə təmin edilməsini, təhlükəsizlik texnikası qaydalarının və sanitariya normalarının tələblərinə uyğun gələn maşın, avadanlıq və materialların tətbiq edilməsini, işlərin normal texnoloji rejiminin və təhlükəli halların proqnozlaşdırılmasının təmin olunması üçün müşahidələrin aparılmasını təmin etməli olduğu halda göstərilmiş qaydada texniki tədbirləri yerinə yetirmədən, hadisənin birbaşa səbəbi olaraq daş karxanasında maşınların istismarına dair müvafiq proqram əsasında peşə hazırlığı və təlim keçmədən, işlərin təhlükəsiz üsul və metodlarla yerinə yetirilməsi öyrətmədən, komissiya tərəfindən bilikləri yoxlanılmamış onunla faktiki olaraq əmək münasibətlərinə girib Zərərçəkmiş şəxs işlətdiyi daş karxanasında kombaynçı vəzifəsində işə qəbul edərək onu hərəkətdə olan hissəsinin üzəri qoruyucu örtüklə bağlanmamış "SM-89" modelli kombaynda karxananın ərazisində işlərin görülməsinə buraxılmış, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində daş kəsən mişar – kombaynla mişar daşı kəsərkən daş üzərində nişanlama aparmaq üçün aşağı doğru əyilərkən əlini kombaynın ön hissəsində yerləşən işlək hissələrin yanına qoymuş, bu vaxt əynində olan gödəkçəsinin qolu həmin hissələrə ilişmiş, işlək hissələrin geyimi dartaraq özünə dolaması nəticəsində dartılan sol qolu qırılaraq qopmuş, nəticədə o, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsini (70%) daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid sol bazu nahiyəsinin yuxarı 1/3dən sol yuxarı ətrafın travmatik amputasiyası xəsarəti almış, bununla da ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə özünü təqsirli bilərək bildirmişdir ki, az bir müddətdir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Vulkan dağ-mədən yatağında daş karxanası işlədir. Onun işlətdiyi daş karxanasının dəqiq ünvanı yoxdur. İşlətdiyi daş karxanasının ərazisi işlənmiş və atılmış ərazidir. Bir neçə ay idi ki, o, həmin ərazidə mişar daşı kəsməyə başlamışdır.Ərazidə bir ədəd mişar daşı kəsən avadanlıq – kombaynı var. Daş karxanasını fasilələrlə işlədir. Çünki daimi işçi saxlamağa maddi imkanı yoxdur.Zərərçəkmiş şəxs bir neçə aydır tanıyır. O, daş karxanasında kombaynçı işləmişdir. Əslində daş karxanasında növbəli olaraq iki kombaynçı işləyir. Lakin o, işçi tapa bilmədiyimdən son zamanlar yalnız bir kombaynçı ilə işləyirmiş.xx.xx.2023-cü il tarixində, təxminən saat 11.00 radələrində Zərərçəkmiş şəxs işə gəlmiş və bir az sonra işə başlamışdır. O, daimi olaraq ərazidə olur və özü işlərə nəzarət edir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə işə başlayanda o ərazidə olmuşdur. O, kombaynla iki reys mişar daşı kəsmişdir. Təxminən saat 16.00 radələrində kombayna tərəf gəlib çatanda kombaynın mühərrikin söndüyünü eşitmişdir. O, buna təəccüblənib kombaynın qarşısına keçmiş və Zərərçəkmiş şəxs gödəkçəsinin əynində olmadığını və sağ əli sol qolunu tutduğunu görmüşdür. Ona yaxınlaşanda ilk olaraq heç nə başa düşməmiş, amma birdən anlamışdır ki, onun sol qolu çiyindən bir az aşağı hissədən qopubdur və yerində yoxdur. O həyacanlanmış, anidən nə olduğunu soruşmuş, Şahmar isə çaşqın halda ona qolunun “vala” ilişdiyini demişdir. O, qaçaraq yaxınlıqda saxladığı avtomobili sürüb onun yanına gətirmiş və Şahmarı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən təcili tibbi yardım stansiyasına gətirmişdir. Orada həkimlər Şahmara ilkin tibbi yardım etdikdən sonra onu təcili tibbi yardım avtomobili ilə “X3” aparmışlar. İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Törətdiyi əməldən peşmandır və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barşmışdır. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ucar rayonu, Təzə Şilyan kəndində ailəsi ilə birlikdə yaşayır.İşləmək üçün bir neçə günlük Bakı şəhərinə gəlir və işlədiyi müddətdə daş karxanalarının ərazisindəki tikililərdə qalır, adətən iki həftə işləyir, daha sonra rayona qayıdır. Təxminən 6-7 aydır ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ərazisində, ünvanını dəqiq bilmədiyi daş karxanasında kombaynçı vəzifəsində işləyir. Daş karxanası Təqsirləndirilən şəxs məxsusdur.xx.xx.2023-cü il tarixində, səhər saatlarında işə gəlmiş və bir az sonra işə başlamışdır. Həmin günü işdə tək olmuş və ondan başqa işdə yalnız Təqsirləndirilən şəxs olmuşdur. Həmin günü axşam saatlarına qədər işləmiş və hər hansı problem olmamışdır. Axşam radələrində işlək vəziyyətdə olan daş kəsən mişar – kombaynın önünə keçmiş, onun mərkəz hissəsində olan “reduktor”un fırlanan hissəsinin yanına sol qolunu söykəmiş və sağ tərəfdən əyilərək yerdə işarələmə etmək istəmişdir. Məqsədi kəsim prosessinin düz xətt üzrə düzgün getməsini təmin etmək olmuşdur. Həmin vaxt əynində adı geyim və üst geyimi olaraq gödəkcə oluşdur. O, işarələmə etməyə başlayanda birdən gödəkçənin sol qolu “reduktor”un fırlanan hissəsinə ilişmiş və fırlanan detal ona gödəkçə ilə özünə tərəf çəkməyə başlamışdır. O, vəziyyətdən çıxa bilməmiş və fırlanan hissə onu tam olaraq çəkməyə başlamış və dartınaraq vəziyyətdən çıxmağa çalışanda qolu çiynindən bir az aşağıdan qırılmış və qolu qoparaq işlək hissədə ilişib qalmışdır. O, vəziyyətdən çıxan kimi solunda qalan elektrik qutusunun üzərindəki çəkici qolu aşağı çəkərək mühərriki söndürmüşdür. Bu vaxt ona Təqsirləndirilən şəxs yaxınlaşmış və nə olduğunu soruşmuş və ona vəziyyəti bir cümlə ilə izah etmişdir. Təqsirləndirilən şəxs onun vəziyyətini görüb qaçaraq avtomobilini gətirmiş və onlar birlikdə təcili tibbi yardım stansiyasına getmişlər. Oradan isə onu X3 aparmışlar. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət-tələbinin olmadığını bildirmişdir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Publik Hüquqi şəxsinin Qaradağ rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 252 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onda sol bazu nahiyəsinin yuxarı 1/3-dən sol yuxarı ətrafın travmatik amputasiyası xəsarəti aşkar edilmişdir, həmin xəsarət bərk küt əşya təsirindən onun tibbi yardım üçün “X3” müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (70%) daimi dayanıqlı itirilməsinə səbəb olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir.Zərərçəkmiş şəxs almış olduğu xəsarətin lokalizasiyası, eləcə də adına tərtib olunmuş stasionar xəstənin tibbi kartasında qeyd olunanları nəzərə alıb demək olar ki, həmin xəsarətin müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə törənməsi mümkündür. İş materillarında olan məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/2775 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Faydalı qazıntı yataqlarının açıq üsulla işlənməsində vahid təhlükəsizlik qaydaları”nın 84-cü bəndinin tələbləri pozulmuşdur.Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, əhəngdaş yatağında yerləşən daş karxanasında istifadə olunan “SM-89” modelli kombaynın hərəkətdə olan hissəsinin üzərinin qoruyucu örtüklə bağlanması təmin edilmədiyinə görə, “Faydalı qazıntı yataqlarının açıq üsulla işlənməsində vahid təhlükəsizlik qaydaları”nın 84cü bəndinin tələbləri hadisə baş vermiş daş karxanasında istifadə edilən avadanlıqların saz vəziyyətdə saxlanmasına və işlərin təhlükəsiz aparılmasına cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırmalarla istintaq tərəfindən müəyyən edilə bilər). İş materillarında olan əlavə məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/3788 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Faydalı qazıntı yataqlarının açıq üsulla işlənməsində vahid təhlükəsizlik qaydaları»nın 4, 5, 6, 7, 8 və 84-cü bəndlərinin və «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 9, 13, 22-ci maddələrinin tələbləri pozulmuşdur.Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, əhəng-daş yatağında yerləşən daş karxanasında maşınların istismarına dair müvafiq proqram əsasında peşə hazırlığı və təlim keçməmiş, işlərin təhlükəsiz üsul və metodlarla yerinə yetirilməsi öyrədilməmiş, komissiya tərəfindən bilikləri yoxlanılmamış Zərərçəkmiş şəxs karxananın ərazisində işlərin görülməsinə buraxıldığına və karxanada istifadə olunan "SM-89" modelli kombaynın hərəkətdə olan hissəsinin üzərinin qoruyucu örtüklə bağlanması təmin edilmədiyinə görə, «Faydalı qazıntı yataqlarının açıq üsulla işlənməsində vahid təhlükəsizlik qaydaları»nın 4, 5, 6, 7, 8 və 84cü bəndlərinin və «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 9, 13, 22-ci maddələrinin tələbləri hadisə baş vermiş daş karxanasında istifadə edilən avadanlıqların saz vəziyyətdə saxlanılmasına və işlərin təhlükəsiz aparılmasına cavabdeh şəxs(lər) tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər) İş materillarında olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə,məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək aralarında barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki,yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilsin. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabınaödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar