Məhkəmə qərarları › İş №1(002)-244/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-244/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-244/2024 05.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, 25 avqust 1988-ci ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Qırlar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə saat 22:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Tur” marketin qarşısında aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı əli ilə yeznəsi Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən vuraraq sonuncuya üst dodağın selikli qişasının əzilmiş yarası və qansızması, alt çənə nahiyyəsinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək və ibtidai ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısının hayat yoldaşıdır. Onların əvvəllər normal münasibəti olsada son bir ildən artıqdır ki, aralarında olan pul borcuna görü münasibətləri pisləşmişdir. 30 iyun 2024-cü il tarixdə saat 22:20 radələrində o, yaşadığı Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Tur” marketin qarşısından ötüb keçən zaman təsadüfən Sərvanı görmüş, lakin Sərvan onu görməzdən gəlib yoluna davam edən zaman o, Sərvana yaxınlaşıb qolundan tutaraq pulunu istəmiş, Sərvan isə ona “ağlın var idi verməyərdin” ifadəsini işlətmişdir. Oda Sərvanın dediyi sözdən əsəbləşib əl zərbəsi ilə sifət nahiyyəsinə vurmuşdur. Zərbədən Sərvan müvazinətini itirərək yerə yıxılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisə təxminən bir-iki dəqiqə davam etməklə yanaşı ətrafda kimsə olmadığından hadisənin şahidi olmamışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və onunla barışdığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə və barəsində məcburi gətirilmə barədə qərar qəbul edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və onun məhkəmə iclasına gətirilməsi təmin edilməmişdir. Zərərçəkmiş şəxs 05 sentyabr 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirərək sadələşdirilmiş icraat materialına xitam verilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşının qardaşıdır. Onların əvvəllər normal münasibəti olsada son bir ildən artıqdır ki, aralarında olan pul borcuna görü münasibətləri pisləşmişdir. 30 iyun 2024-cü il tarixdə saat 22:20 radələrində o, yaşadığı Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Tur” marketin qarşısından ötüb keçən zaman təsadüfən Səyyadini görmüşdür. O, Səyyadini görməzdən gəlib yoluna davam etmək istəsədə Səyyadi ona yaxınlaşıb qolundan tutaraq ondan borcunu istəmişdir. Həmin vaxt onların arasında sözlə mübahisə olmuşdur. Mübahisə zamanı Səyyadi əl zərbəsi ilə onun sifət nahiyyəsinə vurmuş və o, aldığı zərbədən müvazinətini itirib yerə yıxılmışdır. O, dərhal istifadə etdiyim mobil telefonla Daxili İşlər Nazirliyin 102 xidmətinə zəng vurub hadisə yerinə polisin gəlməsini istəmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisə təxminən 1-2 dəqiqə davam etməklə yanaşı ətrafda kimsə olmadığından hadisənin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 Qaradağ rayon Şöbəsinin 03 iyul 2024-cü il tarixli 410 saylı rəyindən görünür ki, 1. vǝtəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - üst dodağın selikli qişasının əzilmiş yarası və qansızması, alt çənə nahiyəsinin qançırı küt əşya (əşyalar) təsirindən müayinədən 1-2 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.

2. vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 nigahı 16 dekabr 2016-cı il tarixdə qeydə alınmış, 11 fevral 2007-ci ildə doğulmuş X3 və 13 avqust 2011-ci ildə doğulmuş X2 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi barədə xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı sərf olunmuşdur. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 60 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar