Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-245/2022 22.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb, daşımışdır. Belə ki, vət.Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,202 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroini və bir ədəd bükümdə istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,222 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üstündə saxlayaraq, daşımış, Qaradağ RPİ-nin 10-cu PB-nin və X11 Alayının 10-cu patrul bölüyünün əməkdaşları tərəfindən 21 aprel 2022-ci il tarixdə saat 19:20-də Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi “D” binasının arxasında saxlanılaraq, Qaradağ RPİ-nin 10cu PB-nə aparılmış və orada Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı onun əynində olan gödəkçənin sol yan cibindən bir ədəd “Magna” markalı siqaret qutusunun içərisində, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan əldə edib, üstündə saxlayaraq, daşıdığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,202 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,222 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər 2011-ci ildə CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzasının icrasına nəzarət Xətai rayon İcra şöbəsində həyata keçirilmiş və 2013-cü ildə barəsində amnistiya tətbiq edilməklə cəzadan azad edilmişdir. Narkotik maddə “kakos”, yəni heroin, həmçinin “şüşə” yəni metamfetamin qəbul edirmiş. xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində “Adil” adlı şəxsdən bir büküm heroin və bir büküm metamfetamini 20 manata alaraq üstündə saxlamışdır ki, istifadə etsin. xx.xx.2022-ci il tarixdə saat 19:20-də o, Müşfiqabad qəsəbəsi “D” binasının arxasında olan zaman dörd nəfər polis əməkdaşı ona yaxınlaşmışlar. O, həmin vaxtı özünü şübhəli apardığı üçün polis əməkdaşları ondan kim olduğunu soruşmuşlar. O da bildirmişdir ki, o, Təqsirləndirilən şəxsdur. Bundan sonra ona, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və onu 10-cu PB-nə gətirmişlər. 10-cu PB-də üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilərkən, üzərində olan qanunla qadağan edilmiş əşya və predmet varsa masanın üzərinə qoymağı təklif olunmuşdur. O da əynindəki gödəkçənin sol yan cibindən bir ədəd “Magna” markalı siqaret qutusunu çıxarıb, masanın üstünə qoymuş, daha sonra həmin siqaret qutusunun içərəsindən 3 ədəd gümüşü rəngli siqaret kağızı bükümü, iki ədəd boş falqa və iki ədəd kağız boru aşkar edilmişdir. Həmin bükümlərdən bir ədədinin içərisinə açılıb baxılan zaman içərisində narkotik maddə heroin, bir ədəd bükümün içərəsində isə metamfetamin olması müəyyən edilmişdir. Digər bir ədəd bükümün içərisində heç nə olmamış, falqa və kağız boruları isə narkotik maddə qəbul edən zaman istifadə etdiyi üçün üstündə saxlamışdır. O, həmçinin bildirmişdir ki, həmin narkotik maddəni Adil adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Həmçinin onun üstünə şəxsi-axtarış keçirilən zaman üzərindən başqa qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş bir büküm narkotik maddə heroin və bir büküm metamfetamin zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Həmin zərfin üzərinə və protokola imzalar etmişlər. O, yalnız narkotik vasitəni və psixotrop maddə metamfetamini öz istifadəsi üçün almış, heç vaxt satışı ilə məşğul olmamışdır. Hal-hazırda fərdi qaydada narkotik asılılığından azad olmaq üçün müalicə alır. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı vəzifəsində işləyir. 21 aprel 2022-ci il tarixdə ƏÇPA-nın 10-cu patrul bölüyün əməkdaşları Şahid2, Emin Nəzərov, Elvin Məmmədov ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində xidmətdə olan zaman həmin günü saat 19:20 radələrində Müşfiqabad qəsəbəsi “D” binasının arxasında bir nəfər şəxsin narkotik vasitə təsiri altında sərxoş olmasından şübhələnərək həmi şəxsə yaxınlaşmışlar. Həmin şəxsin üzərində qanunla qadağan edilmiş əşya və predmet olmasına şübhələr olduğundan onu ərazi üzrə Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər. 10-cu PB-də həmin şəxsin Bakı şəhəri, Binəqədi rayonu 28 may qəsəbəsi, 11-ci küçə, ev 730-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 10-cu PB-də xidməti otaqda polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilərkən videoçəkilişdən də istifadə edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etsin. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan görəkçənin sol yan cibindən “Magna” markalı siqaret qutusu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusunun içərisindən 3 ədəd gümüşü rəngli siqaret kağızı bükümü, iki ədəd boş falqa və iki ədəd kağız boru aşkar edilmişdir. Həmin bükümlərdən bir ədədinin içərəsi açılıb baxılan zaman içərisində narkotik maddə heroinə bənzər maddə, bir ədəd bükümün içərəsindən isə psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Digər bir ədəd bükümün içərisində heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdən bir bükümündə heroin, digər bükümündə metamfetamin vardır, şəxsi istifadəsi üçün Müşfiqabad qəsəbəsində Adil adlı şəxsdən bir bükümün 10 manat olmaqla, ümumilikdə 20 manata iki büküm almışdır. Ondan aşkar edilmiş falqa və kağız boruları isə narkotik maddə qəbul edən zaman istifadə etdiyi üçün üstündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində maddələr olan 02 ədəd büküm zərfə qoyularaq, protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və zərf polis əməkdaşları və saxlanılan Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiqlənmişdir. Həmin vaxtı polis bölməsində Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroindən və psixotrop maddə metamfetamində istifadə etməsi barədə məlumatı olsa da onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nin 10-cü patrul bölüyünün manqa komandiri, polis baş serjantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2022-ci il tarixli 6/2301 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün No222” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,202 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,222 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı 1) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,202 qram, tədqiqata sərf edilmiş 0,050 qram, qalıq 0,152 qram. Metamfetaminin təmiz çəkisi 0,222 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,172 qram. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 21 may 2022-ci il tarixli 2697 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,202 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin, həmçinin 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,222 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatında istifadə olunmuşlar nəzərə alınmaqla, qalıq qalmış 01 ədəd bükümdə 0,152 qram narkotik vasitə kustar üsulla hazırlanmış heroin və 01 ədəd bükümdə 0,172 qram psixotrop maddə metamfetamin cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində, polis əməkdaşlarının və dəvət edilmiş müdafiəçin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və ona vəzifələri izah edildikdən sonra təklif olunur ki, üzərində qeyri-qanuni əşya (lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan görəkçənin sol yan cibindən “Magna” markalı siqaret qutusu çıxarıb təqdim etmiş, həmin siqaret qutusunun içərisindən 3 ədəd gümüşü rəngli siqaret kağızı bükümü, iki ədəd boş falqa və iki ədəd kağız boru aşkar edilmiş, həmin bükümlərdən bir ədədinin içərəsi açılıb baxılan zaman içərisində narkotik maddə heroinə bənzər maddə, bir ədəd bükümün içərəsindən isə psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Digər bir ədəd bükümün içərisində heç nə aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X3 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin edilmiş 20% dövlət nəfinə pul tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzası “Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Qərarı tətbiq edilməklə cəzadan azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 21 aprel 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 23 aprel 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,152 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,172 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 22 avqust 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,152 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,172 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-245/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-245/2022
22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver