Məhkəmə qərarları › İş №1(002)-245/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-245/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-245/2023 20.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxx 1993-cü ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, orta təhsilli, Naxçıvan MR, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 1993-cü ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ali təhsilli, Bakı şəhəri, Nərimanov rayonu, T.H.Məmmədov küçəsi, ev 9, İnzibati Binada qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vuraraq dələduzluq törətmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Zərərçəkmiş şəxs və sonuncunun qeyri-rəsmi nikahda olduğu Şahid etibarlarından sui-istifadə edib Gürcüstan Respublikasından 19000 manat pul müqabilində 2013-cü il buraxılışlı “Hyundai Sonata” markalı avtomobil gətirəcəklərini vəd edib aldadaraq, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 5 nömrəli evin qarşısında Rəşidə Dəmirovdan 6000 manat, daha sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük idarəsinin qarşısında, guya gətirilmiş avtomobilin gömrük sənədləşdirilməsi üçün 7940 manat olmaqla vahid niyyətlə ümumilikdə Zərərçəkmiş şəxs 13940 manat pulunu ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vuraraq dələduzluq törətmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Zərərçəkmiş şəxs və sonuncunun qeyri-rəsmi nikahda olduğu Şahid etibarlarından sui-istifadə edib Gürcüstan Respublikasından 19000 manat pul müqabilində 2013-cü il buraxılışlı “Hyundai Sonata” markalı avtomobil gətirəcəklərini vəd edib aldadaraq, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 5 nömrəli evin qarşısında Zərərçəkmiş şəxs 6000 manat, daha sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük idarəsinin qarşısında, guya gətirilmiş avtomobilin gömrük sənədləşdirilməsi üçün 7940 manat olmaqla vahid niyyətlə ümumilikdə Zərərçəkmiş şəxs 13940 manat pulunu ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və eləcə də vurulmuş ziyanın 25%-ni dövlət büdcəsinə ödədiyini bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və eləcə də vurulmuş ziyanın 25%-ni dövlət büdcəsinə ödədiyini bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslər ilə barışmaqla onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli, 4/1153 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində “Mahir və Aynurun səs yazıları” xüsusi qeydi olan “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.

2. Ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində “Mahir və Aynurun səs yazıları” xüsusi qeydi olan “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid, «Q2» kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs məxsusdur.

3. Ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində “Mahir və Aynurun səs yazıları” xüsusi qeydi olan “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən diktorların emosional vəziyyətlərində nisbi ekstrimallıq müəyyən olundu. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə fonoskopik ekspertizasında səs və nitq nümunələri verməsələr də istintaq tərəfindən Zərərçəkmiş şəxs Rəşid qızı tərəfindən təqdim olunmuş 1 ədəd üzərində “Mahir və Aynurun səs yazıları” xüsusi qeydi olan “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı K2-də işarələnmiş danışıqlarda olan səs və nitq Təqsirləndirilən şəxs1, Q1-də işarələnmiş danışıqlarda olan səs və nitq Təqsirləndirilən şəxs2 məxsus kimi, zərərçəkmiş şəxsin etibarından sui-istifadə edilməsi üçün yalan vədlər kimi qiymətləndirilmiş və sübut növü kimi tanınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Nərimanov filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9754 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət işi ilə əlaqədar dəymiş ziyanın 25%-nin ona aid yarı hissəsini yəni, 1743 manat məbləğində pul vəsaitini X2 hesabına ödəmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Nərimanov filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4175 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət işi ilə əlaqədar dəymiş ziyanın 25%-nin ona aid yarı hissəsini yəni, 1743 manat məbləğində pul vəsaitini X2 hesabına ödəmişdir. İş materiallarında olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 299.3.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəmələrini və zərərçəkmiş şəxslə barışmalarını, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni dövlət büdcəsinə ödəniş etmələrini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 02 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 100 (yüz) manat olmaqla tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 05 saat sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 02 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 100 (yüz) manat olmaqla tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar