Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-246/2024 19.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Maşlıq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, 27 aprel 2024-cü il tarixdə saat 13:00 radələrində Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında saxlanılıb, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 14:20 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış təmiz çəkisi 0,279 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkoitik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. 27 aprel 2024-cü il tarixdə saat 11:00 radələrində Hökməli qəsəbəsi ərazisində olarkən orada tanımadığı bir nəfər şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində 01 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə olan kakos almış, həmin narkotik maddəni əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibinin kiçik hissəsinə qoymuşdur. 27 aprel 2024-cü il tarixdə saat 13:00 radələrində o, ünvan 4 ünvanının qarşısından keçən zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərib ondan ad və soyadını soruşmuşdurlar. O da özünü təqdim etdikdən sonra polis əməkdaşları ondan narkotik vasitədən istifadə edib-etmədiyi soruşulmuş, o da cavab olaraq narkotik vasitələrdən istifadə etdiyini, üzərində üzərində narkotik vasitə hesab edilən kakos olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu 10-cu Polis Şöbəsinə o da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Həmin vaxt üzərində olan narkotik vasitəni polis nəzarətində olduğu üçün kənara ata bilməmiş, lakin vəkilinin iştirakı ilə təqdim etmək istəmişdir. PŞ-də şübhəli şəxs qismində tutulmuş, müdafiəçi dəvət edilmiş, ona hüquq vəzifələri ona izah edilmişdir. Həmin gün polis şöbəsində xidməti otaqların birində müdafiəçimin iştirakı ilə, videoçəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olubolmaması olduğu halda masanın üzərinə qoyması təklif edilmişdir. Bu təklifdən sonra əynindəki boz rəngli cins şalvarının sol ya cibindən bir ədəd mobil telefn, sağ yan cibindən 60 qəpik pul və alışqanı və sağ kiçik cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə olan heroini masanın üzərinə qoyaraq həmin bükümün içərisindəkinin narkotik vasitə olan kakos olmasını, özünə məxsus olmasını, öz istifadəsi üçün xx.xx.2024-cü il tarixdə Hökməli qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçrilmiş, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və həmin protkola imzalar etmişdirlər. O, öz ifadəsində daha sonra hal-hazırda hər hansı bir narkotik vasitədən və ya pxisotrop maddədən istifadə etməməməklə törətdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, rəsmi nigahı olmasada 31 ildən artıqdır ki, ailəli olmaqla X8 ilə faktiki ailəli olduğunu və həmin faktiki nigahdan dörd övladının olduğunu və hal-hazırda arvadının onkoloji xəstə olmaqla onun himayəsidə olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, Şahid1 İmamaverdi oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 27 aprel 2024-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyinə məruzə olunduqdan sonra o və həmin bölmənin polis sahə inspektoru, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, müvafiq əməliyyat tədbirləri keçrilmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində ünvan 5 ünvanının yaxınlığında əvələcədən daxil olmuş əməliyyat məlumatındakı zahiri görkəmcə Müşviq adlı şəxsə oxşar bir nəfərə yaxınlaşıb, xidməti vəsiqələrini təqdim edərək özlərini təqdim etdikdən sonra ondan anket məlumatlarını soruşmuş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirib, onu Qaradağ RPİ-nin 10-cu PB-nə aparmışlar. PB-də həmin şəxsin xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Maşlıq kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması onlara məlum olmuşdur. Bu barədə müvafiq sənədləşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan toplanmış materiallarla birlikdə 10-cu PB-nin baş təhqiqatçısı, polis mayoru Əlizamin Ağayevə təhvil verilmiş, bundan sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı Əlizamin Ağayev tərəfindən tutulmuş, müdafiəçi dəvət edilmiş, müdafiəçi və onların iştirakıyla video çəkliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd alışqan, 60 qəpik pulu, sol yan cibindən 01 ədəd X-HORSE markalı mobil telefonu, sağ yan kiçik cibindən bir ədəd siqaretin qızılı kağız kəsiyindəki bükümü masanın üzərinə qoyaraq bükümdəki maddənin narkotik vasitə olan kakos olduğunun, kakosun özünə məxsus olmasını, öz istifadəsi üçün xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Hökməli qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin qızılı kağızındakı büküm açılmış, bükümün içərisində qəhvəyi rənlgli toz şəkilli narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitəyə oxşar kütlə, içərisi boş olan zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin zərfin üzərinə və protokola imzalar etmişdirlər. Şahid, Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməməiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin 10-cu PŞnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2329 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N222" dairəvi möhür əksi, “ Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,279 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,279 qram, tədqiqata sərf edildi– 0,05 qram, qalıq - 0,229 qram. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 20 iyun 2024-cü il tarixli, 4281 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və sintetik opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə tədqiqatdan sonra təmiz çəkisi 0,229 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, görüntü 27 aprel 2024-cü il tarixdə saat 14:20-da Qaradağ RPİ-nin 10 PŞ-nin inzibati binasında xidməti otaqların birində qeydə alınmış, şəxsi axtarış və götürmənin aparılması, Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, 10-cu PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid2, 10 saylı vəkil bürosunun vəkili, X4, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Əlizamin Ağayev tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmmuş, o, əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd alışqan, 60 qəpik pulunu, sol yan cibindən 01 ədəd “X-HORSE” markalı mobil telefon, sağ yan kiçik cibindən bir ədəd siqaretin qızılı kağız kəsiyindəki bükümü masanın üzərinə qoymuşdur. Ona sual verilən zamanı Təqsirləndirilən şəxs bükümdəkinin narkotik maddə “kakos” olmasını, həmin “kakosu” öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin büküm açılmış, bükümünü içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuş, həmin büküm bağlanmışı, zərfə qoyularaq möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmiş. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli rentgen arayışından görünür ki, X5 “qalxanabənzər vəzinin bədxassəli yeni törəməsi C50.3-süd vəzisinin aşağı-içəri kvadratının bədxassəli yenitörəməsi” diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, narkotik vasitənin miqdarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə, saat 13:00-da şübhəli şəxs kimi tutulmuş və 29 aprel 2024-cü il tarixdə, saat 10:30-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Qaradağ rayon Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin 29 aprel 2024-cü il tarixli 4(002)-109/2024 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçiləməsindən imtina edilmişdir. Qaradağ rayon RPİ-nin İŞ-nin müstəntiqi Sərraf Cəfərov tərəfindən “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün kimi nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.229 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla (cəmi dörd gün), hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.229 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 saata görə 240 (iki yüz qırx manat) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 saata görə 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-246/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-246/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver