Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-247/2023 20.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1983-cü ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu Böyükmərcanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu Qızıldaş qəsəbəsi 1 saylı yataqxanada nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0, 155 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 27 mart 2023-cü il tarixdə saat 10:30-da yaşadığı Bakı şəhəri, Qaradağ rayonu Qızıldaş qəsəbəsi 1 saylı yataqxananın qarşısında olan zaman Bakı Şəhəri Qaradağ RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq saat 10:50-də 38-ci PB-yə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynindəki göy rəngli şalvarın qabaq sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxladığı 01(bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş büküm içərisində, təmiz çəkisi 0,155 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, lakin ifadə verməkdən imtina etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Cəbrayıl rayonu, Böyükmərcanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 1 nömrəli yataqxana, nömrəsiz evdə yaşayır. Hal-hazırda fəhləliklə məşğuldur, 5 (beş) ildən artıqdır ki, narkotik vasitə olan heroin istifadə edir. İstifadə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən alaraq falqada yandırmaqla tüstüsünü qəbul etmək yolu ilə istifadə edir. 27 mart 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhərində 20 Yanvar adlanan ərazidə olan zaman bir nəfər tanımadığı şəxslə təsadüfən söhbət edən zaman onun da narkotik vasitə heroin istifadəçisi olduğu ona məlum olmuş, həmin şəxsdən şəxsi istifadəsi üçün heroin istəmişdir. Həmin şəxs də narkotik vasitə olan heroin təşkil edə biləcəyini demiş, təxminən bir neçə dəqiqə sonra yanına gəlib ona 1(bir) ədəd qızılı rəngli siqaret kağızında olan büküm verib içərisində heroin olduğunu demiş və əvəzində 10 (on) manat pul istəmişdir. Həmin şəxs ilə razılaşaraq bükümü alıb, ona 10 (on) manat pul vermişdir. Bükümü də əynində olan şalvarın qabaq sağ yan cibinə qoyaraq yaşadığı evə qayıtmağa başlamışdır. O, narkotik vasitəni mütəmadi olaraq yaşadığı ünvan 1 ünvanının ayaqyolunda istifadə edir. Narkotik vasitəni istifadə etmək üçün yaşadığı evə tələsirdi. 27 mart 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edərək onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, onu 38-ci polis bölməsinə dəvət etmişlər. Burada xidməti otaqların birində hüquqları ona izah edildikdən sonra təhqiqatçının, polis əməkdaşlarının və vəkilin iştirakı ilə üzərində axtarış aparılmışdır. Axtarış zamanı ona təklif edilmişdir ki, üzərində olan əşyaları masanın üzərinə qoysun. O, əynindəki göy rəngli şalvarın sağ yan cibindən, 27 mart 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhərində 20 Yanvar adlanan ərazidə olan zaman tanımadığı şəxsdən 10 (on) manata öz istifadəsi üçün aldığı siqaretin qızılı rəngli kağızına bükülmüş vəziyyətdə olan narkotik vasitə heroini təqdim etmiş, bükümün içərisində nə olduğu ondan soruşulan zaman isə bükümün içərisindəki maddənin narkotik vasitə olan olan “kakos” olduğunu bildirmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitəni haradan, kimdən, nə məqsədlə əldə etdiyini soruşan zaman, həmin narkotik vasitəni 27 mart 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhərində 20 Yanvar adlanan ərazidə olan zaman tanımadığı şəxsdən 10 (on) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş və iştirakçılar və onun tərəfindən imzalanmışdır. O, son olaraq əməlindən peşman olduğunu, himayəsində üç övladının olduğunu və ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı X9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 27 mart 2023-cü il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-də xidmətdə olan zaman PB-yə narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs gətirildiyi və onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçiriləcəyi və keçirilən istintaq hərəkətinin tərəfindən videoyazıya alınmalı olduğu barədə ona məlumat verilmişdir. Həmin tarixdə polis bölməsində Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis mayoru Fariz İldırımov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Qaradağ RPİ-nin NMB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenant Şahid1, Qaradağ RPİnin NMB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenant Şahid2, 10 saylı Qaradağ rayon vəkil bürosunun vəkili X8 və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı Fariz İldırımov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya(lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli kətan şalvarın qabaq sağ yan cibindən 1(bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü, masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində Qaradağ RPİ-nin NMB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenant Şahid2 tərəfində şəxsi axtarış həyata keçirilmişdir, sonuncunun üzərindən heç bir əşya və yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni 27 mart 2023-cü il tarixdə saat 09 radələrində 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10(on) manata öz şəxsi istifadə üçün aldığını, üzərində daşıyaraq öz yaşadığı ünvanına gedərkən polis əməkdaşlarının onu saxlayaraq 38-ci PB-yə gətirdiklərini bildirmişdir. Daha sonra isə həmin büküm iştirakçıların qarşısında 1(bir) ədəd zərfə qoyularaq qablaşdırılmış və imzalanmışdır. Şahid Qaradağ RPİ-nin NMB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hal-hazırda Qaradağ RPİ-nin NMB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 27 mart 2023-cü il tarixdə Qaradağ RPİ-də xidmətdə olan zaman Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 1 saylı yataqxanada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra onun, Qaradağ RPİ-nin NMB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradıldı. Bundan sonra Təqsirləndirilən şəxs cinayət törədərkən onu ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə tərəfindən qərar qəbul edildi. Həmin gün əməliyyat qrupu ilə birlikdə Qızıldaş qəsəbəsində müşahidələr aparmağa başladılar. Müşahidələr zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 1 saylı yataqxana yaxınlığında üzərində narkotik vasitə ilə birlikdə hərəkətdə olduğu barədə yenidən əməliyyat məlumatı daxil oldu. 27 mart 2023-ci il tarixdə saat 10:30-da Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 1 saylı yataqxana yaxınlığında olan zaman o və Qaradağ RPİ-nin NMB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenant Şahid2, Təqsirləndirilən şəxs yaxınlaşıb ona özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, 38-ci PB-yə dəvət etmişdirlər, Təqsirləndirilən şəxs də onlarla birlikdə 38-ci PByə gəlmişdir. Bundan sonra polis bölməsində Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis mayoru Fariz İldırımov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Qaradağ RPİ-nin NMB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenant Şahid2, 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3, 10 saylı vəkil bürosunun vəkili X8 və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götümə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı Fariz İldırımov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın qabaq sağ yan cibindən 1(bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü, masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində Qaradağ RPİ-nin NMB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenant Şahid2 tərəfindən şəxsi axtarış həyata keçirilmiş, sonuncunun üzərindən heç bir əşya və yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni 27 mart 2023-cü il tarixdə saat 09 radələrində 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 (on) manata öz şəxsi istifadəsi üçün aldığını, üzərində daşıyaraq yaşadığı evə gedərkən polis əməkdaşlarının onu saxlayaraq 38-ci PB-yə gətirdiklərini bildirmişdir. Daha sonra isə həmin büküm iştirakçıların qarşısında 1(bir) ədəd zərfə qoyularaq qablaşdırılmış və imzalanmışdır. Şahid Qaradağ RPİ-nin NMB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin NMB-nin CA üzrə əməliyyat müvəkkili Əlizadə X15 RPİ-nin NMB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli, 6/1728 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №47” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,155 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,155 qram, tədqiqata sərf edildi– 0,05 qram, qalıq - 0,105 qram. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 03 may 2023-cü il tarixli, 2614 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda absitenensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,155 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmalı və qalıq qalmış 0,105 qram çəkidə narkotik vasitə olan heroinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilir. Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli kətan şalvarın qabaq sağ yan cibindən 1(bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü, masanın üzərinə qoyaraq təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşan zaman o “kakos” olduğunu, tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin büküm açılaraq baxış keçirilir və bükümün içərisindən qəhvəyi rəngli, toz şəklində olan maddə aşkar olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış həyata keçirilsə də heç bir əşya və yaxud predmet aşkar edilmir. Daha sonra isə həmin bükümlər iştirakçıların qarşısında 1(bir) ədəd zərfə qoyularaq qablaşdırılır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Qaradağ RİHB-nin Qızıldaş qəsəbəsi İƏDsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmaqla barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Qaradağ RİHB-nin Qızıldaş qəsəbəsi İƏDsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs bir saylı yataqxanada müvəqqəti qeydiyyatdadır və ailə üzvləri həyat yoldaşı X3, oğlu X11, qızları X4 və X5 ibarətdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X13, xx.xx.2009-cu il tarixdə doğulmuş X6 və xx.xx.2017-ci il tarixdə doğulmuş X7 atası Təqsirləndirilən şəxsdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə, saat 10:30-da şübhəli şəxs kimi tutulmuş və 28 mart 2023-cü il tarixdə, saat 19:15-də təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı 02 (iki) gün kimi CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.105 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən 42 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 252 (iki yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X8 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.105 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 252 (iki yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X8 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-247/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-247/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver