Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-247/2024 12.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1986-cı ildə Füzuli rayonu, Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçimühəndis vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Bəhmənli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “ev dustqalığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz həqiqi təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi neməti təkrarən istəməklə təkrarən almışdır (nüfuz alveri etmişdir). Belə ki, o, Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyətinin 27 iyul 2020-ci il tarixli, 46 nömrəli əmri ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi-mühəndis vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, X5 bacısı X7 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1 A ünvanında yerləşən 0,015 ha torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsinə köməklik göstərilməsi üçün 2024-cü ilin fevral ayının əvvəllərində özünə müraciəti ilə əlaqədar, X10 Rayon İcra Hakimiyyətinə yönəltməli olduğu halda, Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçimühəndis vəzifəsində işləməklə sonuncuya Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həqiqi təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək həmin vəzifəli şəxslər tərəfindən Pürzə Kazımovaya məxsus, bölgü üzrə icra nümayəndəliyinin ərazi hüdudları daxilində olan qeyd olunan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin həyata keçirilməsinə razılıq verilməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, qeyd edilən məsələnin müsbət həlli ilə bağlı Müşviq Piriyevdən özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini istifadəsində olan ***-***-**-** mobil telefona Müşvir Piriyevin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona vatsap proqramı vasitəsi ilə zəng edərək istəyib, sonuncunun razılığını aldıqdan sonra, öz həqiqi təsir imkanlarından istifadə edərək Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək məqsədilə 2024-cü ilin fevral ayının ortalarında həmin ünvanda X4 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.950 (min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini almışdır (nüfuz alveri etmişdir). Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, Şahid1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsinə köməklik göstərilməsi üçün 2024-cü ilin may ayının əvvəllərində özünə müraciəti ilə əlaqədar sonuncunu Qaradağ Rayon İcra Hakimiyyətinə yönəltməli olduğu halda, Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi-mühəndis vəzifəsində işləməklə Şahid1 Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həqiqi təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək, həmin vəzifəli şəxslər tərəfindən sonuncuya məxsus, bölgü üzrə icra nümayəndəliyinin ərazi hüdudları daxilində olan qeyd olunan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin həyata keçirilməsinə razılıq verilməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, qeyd edilən məsələnin müsbət həlli ilə bağlı, Şahid1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini ünvan 3 ünvanda yerləşən Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında təkrarən istəyib, sonuncunun razılığını aldıqdan sonra, öz həqiqi təsir imkanlarından istifadə edərək Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək məqsədilə 14 may 2024-cü il tarixdə həmin ünvanda Şahid1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini təkrarən almışdır (təkrarən nüfuz alveri etmişdir). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2014-cü ildən 05 iyul 2024-cü il tarixədək Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi-mühəndis vəzifəsində çalışmışdır. Baş idarəyə ərizə ilə müraciət etmiş Şahid1 təxminən 7-8 aydır tanıyır. Belə ki, Şahid1 2023-cü ilin sonunda 2024-cü ilin əvvələrində işlədiyi icra nümayəndəliyinə yaxınlaşaraq Lökbatan qəsəbəsi ərazisində torpaq sahəsi alıb orada fərdi yaşayış evi tikmək istəməsini bildirərək ona ev tikilməsinə icazə almasına köməklik etməsini xahiş etmişdir. O da qeyd olunan məsələdə köməklik göstərəcəyini bildirərək torpaq aldıqdan sonra müraciət etməsini bildirmişdir. 2024-cü ilin may ayının əvvəllərində Şahid1 ona Lökbatan qəsəbəsi 1-ci massivdə torpaq sahəsi tapdığını bildirmiş və onunla birlikdə həmin torpaq sahəsinə gedərək oraya baxış keçirmişdir. Orada Şahid1 söhbət zamanı bildirmişdir ki, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə görə rayon icra hakimiyyəti tərəfindən razılıq verilməsi üçün 5.000 manat pul verməlidir. Şahid1 onunla razılaşdıqdan təxminən 2-3 gün sonra xidməti otağına gələrək ilkin olaraq 1.000 manat pul gətirdiyini demiş, lakin ondan 1.000 manat pulu götürməyərək tam şəkildə gətirməsini demişdir. 14 may 2024-cü il tarixdə Şahid1 onun xidməti otağına gələrək 5.000 manat pulu tam şəkildə gətirdiyini demiş, o, sonuncudan 5.000 manat pulu götürüb cibinə qoymuşdur. Günel otaqdan çıxdıqdan sonra Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. O, həmin pulu aldıqdan sonra fərdi yaşayış evinin tikilməsinə razılıq verilməsi üçün icra hakimiyyətinin vəzifəli şəxslərindən bu məsələni həll etməsini xahiş etmək niyyətində olmuşdur. Lakin, əvvəlcədən İcra hakimiyyətinin hər hansı vəzifəli şəxsi ilə bu barədə danışığı olmamış, kiməsə də Şahid1 pul alacağını deməmişdir. Bundan başqa 2024-cü ilin fevral ayının əvvəlində Müşviq adlı şəxs ona zəng edərək bacısıgilin torpağı olduğunu, həmin torpaq sahəsində ev tikmək istədiklərini bildirərək ondan razılıq alınmasına köməklik etməsini xahiş etmişdir. O, Müşviqlə Lökbatan qəsəbəsində yerləşən “Şəmkir” marketin qarşısında görüşərək birlikdə torpaq sahəsinə baxış keçirmişlər. Bir neçə gün sonra isə o, ev tikmək üçün lazım olan sənədlərin toplanması və icazə verilməsi üçün Müşviqə 2.000 manat verməli olduğunu demiş, sonuncu da onunla razılaşmış və bir neçə gün sonra onun xidməti otağına gələrək pulu hazırladığını, lakin 2000 manat deyil 1950 manat düzəltdiyini demişdir, o da həmin pulu Müşviqdən götürmüşdür. O, Müşviqdən pulu istəməmişdən əvvəl və pulu aldıqdan sonra İcra hakimiyyətindən heç kəslə danışmamış, heç kəsdən həmin məsələnin həll edilməsi üçün razılıq almamışdır. O, fikirləşmişdir ki, evin tikintisi ilə əlaqədar heç kəs Müşviqə problem yaratmayacaqdır. O əlavə olaraq öz ifadəsində törətdiyi əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2023-cü ilin yay aylarında Lökbatan qəsəbəsində torpaq sahəsi alaraq fərdi yaşayış evi tikmək istəmişdir. Bu məqsədlə ilk öncə tikintiyə necə icazə alınmalı olması ilə maraqlanmışdır. Qəsəbə ərazisində maraqlandıqda o, qəsəbə ərazisində tikinti aparılmasına icazə verilməsi məsələləri ilə Qaradağ RİH başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühəndisi vəzifəsində işləyən Bəxtiyar adlı şəxsin məşğul olduğunu öyrənmişdir. Bununla paralel o, torpaq sahəsi axtarmağa başlamış və Lökbatan qəsəbəsi, 6-cı massiv adlanan ərazidə çıxarışı olan 6 sot torpaq sahəsi axtarıb tapmışdır. Ardınca elə həmin vaxt o, icra nümayəndəliyinin inzibati binasında Bəxtiyarla görüşmüş, sonuncuya almaq istədiyi torpaq sahəsi barədə məlumat verib orada fərdi yaşayış evi tikmək istədiyini demiş və ondan orada fərdi yaşayış evi tikilməsinə icazə alınmasında köməklik etməyi xahiş etmişdir. 2024-cü ilin may ayında Lökbatan qəsəbəsində Yeni yaşayış massivi adlanan ərazidən 6 sot torpaq sahəsi tapmışdır. Lakin həmin torpaq sahəsinin çıxarışı olmamış, torpaq sahəsinə dair yalnız 1992-ci ildə verilmiş Qaradağ RİH başçısı tərəfindən verilmiş sərəncam olmuşdur. Bu səbəbdən də, ilk öncə Bəxtiyarın yanına gedərək orada ev tikilməsinə icazə almağın mümkün olub-olmamasını soruşmuş, sonuncu da ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gündən sonra Bəxtiyar ona həmin sahədə tikinti aparılmasına icazə verilməsi üçün 5.000 manat pul verməli olduğunu bildirmişdir. O, da razılaşmışdır. Ardınca birlikdə Bəxtiyarın avtomobili ilə torpaq sahəsinə baxmağa getmişdir. Orada Bəxtiyar torpaq sahəsinə baxış keçirmiş və qayıtmışdır. Daha sonra o, almaq istədiyi torpaq sahəsinə görə sahibinə 500 manat beh vermişdir. Lakin sonradan o, rüşvət verməyin qanunsuz olduğunu, buna görə məsuliyyətə cəlb olunacağından, həmçinin Bəxtiyar tərəfindən aldadılacağından qorxaraq sonuncunun ondan rüşvət tələb etməsi barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə ona tədbir keçirilməsi təklif olunmuş, o, da razılaşmışdır. Ardınca əməliyyatçılar tərəfindən üzərinə xüsusi texniki vasitə quraşdırılmışdır. O, da ilk öncə beh kimi vermək üçün özü ilə 1.000 manat pul götürmüş və Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına getmişdir. Orada Bəxtiyarla görüşüb ona dediyi puldan 1.000 manat gətirdiyini bildirmiş, Bəxtiyar isə onunla razılaşmayaraq ona pulu tam olaraq gətirməsini bildirmişdir. O, da razılaşıb oradan çıxmışdır. xx.xx.2024cü il tarixdə 5.000 manat pul hazırlayaraq əməliyyatçılara bu barədə məlumat vermişdir. Daha sonra yenidən tədbir keçirilməsinə qərar verilmiş və üzərində yenidən xüsusi texniki vasitə quraşdırılmışdır. Daha sonra o, Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına gedərək Bəxtiyarla görüşmüşdür. Görüş zamanı 5.000 manat pulu sonuncuya təqdim etmişdir. Bəxtiyar ona narahat olmamasını, həmin sahədə artıq rahatlıqla fərdi yaşayış evi tikə biləcəyini bildirmişdir. O da razılaşaraq oradan çıxıb getmişdir. Daha sonra baş verənlər barədə məlumatı olmamışdır. O öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 5-6 il bundan qabaq bacısı Pürzə Kazımovanın əri Şahid3 Lökbatan qəsəbəsində massiv 1A adlanan ərazisindən 1.5 sot ölçüdə torpaq sahəsini 3.000 manata hazırda xatırlamadığı şəxsdən özü üçün fərdi yaşayış evi tikmək məqsədilə əldə etmişdir. Həmin torpaq sahəsinin çıxarışı olmamış, torpaq Qaradağ RİH başçısının sərəncamı ilə Rövşənin torpaq sahəsini aldığı şəxsin adına rəsmiləşdirilmişdir. Rövşən Füzuli rayonundan məcburi köçkün olduğundan torpaq sahəsi ona notarial qaydada etibarnamə verilməklə rəsmiləşdirilmişdir. Uzun müddət Rövşən həmin sahədə hər hansı tikinti işləri aparmamışdır. 2024-cü ilin fevral ayında Rövşən həmin sahədə ev tikintisinə başlamaq qərarına gəlmişdir. Qəsəbə ərazisində həmin ərazidə ev tikintisinə necə icazə alınması barədə maraqlandıqda bunun üçün qəsəbə icra nümayəndəliyindən icazə almaq lazım olduğunu, bu işlərlə də əsasən nümayəndəliyin Bəxtiyar adlı əməkdaşının məşğul olduğunu öyrənmişdir. Bu məqsədlə 2024-cü ilin fevral ayında o, qəsəbədə xatırlamadığı şəxslərdən Bəxtiyarın mobil telefon nömrəsini taparaq sonuncuya zəng edərək torpaq sahəsində ev tikintisi ilə bağlı görüşmək istədiyini bildirmişdir. Bəxtiyar da onunla razılaşmış və Lökbatan qəsəbəsində yerləşən “Şəmkir” adlı marketin yanında görüşmüşdür. Görüş zamanı o, Bəxtiyara Rövşənə məxsus torpaq sahəsi barədə məlumat vermiş və orada ev tikmək istədiyini bildirmişdir. Bəxtiyar da problem olmadığını, torpaq sahəsinə baxdıqdan sonra icazə məsələsini həll edə biləcəyini bildirmişdir. O, da bununla razılaşmış və Bəxtiyarı həmin torpaq sahəsinə baxmaq üçün dəvət etmişdir. Sonuncu da onunla razılaşmış və birlikdə Bəxtiyarın qara rəngli “Lexus” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə torpaq sahəsinin yerləşdiyi yerə getmişdir. Bəxtiyar torpaq sahəsinə baxdıqdan sonra araşdırıb icazə alınmasının mümkün olub-olmaması barədə ona məlumat verəcəyini bildirmişdir. Təxminən 1-2 iki gündən sonra Bəxtiyar “Whatsapp” şəbəkəsi vasitəsilə onun mobil telefonuna zəng edərək həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün 2.000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. O, isə pulunun olmadığını, 1.800-1.900 manat pul verə biləcəyini demiş, Bəxtiyar da həmin məbləğdə pula alınmadığını bildirib telefon zəngini yekunlaşdırmışdır. Təxminən 3 gün sonra Bəxtiyar yenidən Whatsapp” şəbəkəsi vasitəsilə mobil telefonuna zəng edərək ona 2.000 manata bu məsələni həll edəcəyini bildirmişdir. O, da gələcəyini bildirmişdir. Bundan sonra o, bu barədə Rövşənə bildirmiş və icra nümayəndəliyinə getməyə qərar vermişdir. Daha sonra elə həmin gün birlikdə qəsəbə icra nümayəndəliyinin inzibati binasına getmişdir. Gedərkən özü ilə 1.950 manat pul götürmüşdür. Məqsədi o olmuşdur ki, götürdüyü pulu Bəxtiyara verib onu razı salsın. Elə fikirləşdiyi kimi də Bəxtiyarla inzibati binada yerləşən xidməti otağında görüşmüşdür. Görüşdə Rövşən də iştirak etmişdir. Görüş zamanı o, Rövşənin 1.900 manatının olduğunu, həmin pulun üzərinə 50 manat qoyub 1.950 manat düzəltdiyini, bundan artıq məbləğdə pul verə bilməyəcəyini demiş və 1.950 manat pulu çıxardaraq Bəxtiyara uzatmışdır. Sonuncu da onunla razılaşaraq 1.950 manat pulu ondan götürmüş və ona artıq rahatlıqla evi tikə biləcəyini, heç kimin problem yaratmayacağını demişdir. Bir müddət sonra Rövşən həmin sahədə ev tikməyə başlamış və dam örtüyü bağlanmışdır. Bəxtiyara verdiyi pul vəsaiti yeznəsi Rövşənə məxsus olmuş, sonuncu işləri ilə bağlı çox məşğul olduğundan onun bu məsələni Bəxtiyarla danışaraq o, həll etmişdir. O öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şirabi oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, təxminən 5-6 il bundan qabaq fərdi yaşayış evi tikmək məqsədilə 3.000 manata Lökbatan qəsəbəsində massiv 1A adlanan ərazisindən 1.5 sot ölçüdə torpaq sahə almışdır. Həmin torpaq sahəsinin çıxarışı yox idi, torpaq Qaradağ RİH başçısının sərəncamı ilə torpağı aldığı şəxsin adına rəsmiləşdirilmişdi, həmin şəxs də qaynı Müşviq Piriyevin notarial qaydada etibarnamə verilmişdir. Təxminən 4-5 ay bundan qabaq o həmin sahədə ev tikintisinə başlamaq qərarına gəlmişdir. Qaynı Müşviqə ev tikmək üçün kimdən icazə almalı olduğunu maraqlanmağı xahiş etmişdir. Bir müddət sonra Müşviq ona bildirmişdir ki, icazə məsələsini danışıb, 1.950 manat pul istəyirlər. O da Müşviqə 1.900 manat vermişdir ki, üstünə özü də 50 manat qoyub aparıb versin və evin tikintisinə başlasın. Müşviqin evin tikintisinə razılıq alınmasını kiminlə danışması barədə heç bir məlumatı yoxdur. Müşviq pulu ondan alıb aparıb verib və geri qayıdanda ona demişdir ki, artıq narahat olma evinin tikintisinə başlaya bilərsən. Bundan sonra o evini tikmişdir. Əslində oda Müşviqlə gedirmiş, lakin adını bilmədi idarənin qabağına çatanda ona zəng gəlmiş və o geri qayıdası ollmuşdur. Müşviq çox güman ki, ona görə də deyir ki, o də onun yanında olmuşdur. Düzdür həmin idarənin qarşısına kimi getmişdir, idarənin qabağında pulu Müşviqə vermişdir, Müşviq sayıb cibinə qoymuşdur. Lakin pulu həmin idarənin işçisinə verərkən o orada olmamışdır. O öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 14 may 2024-cü il tarixli “üzləşdirmə” haqqında protokoldan aydın olur ki, X8 ilə Təqsirləndirilən şəxs ilə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş Müşviq Piriyev ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirməklə sonuncunun törətdiyi cinayət əməllərini ifşa etmiş, Təqsirləndirilən şəxs da Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 23 may 2024-cü il tarixli şahidin dindirilməsi haqqında protokoldan aydın olur ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 Şükür oğlu da X8 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiklərini təsdiq edərək fərdi yaşayış evinin tikintisinə icazə verilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs xidməti otağında 1950 manat məbləğində pul vəsaitinin verilməsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Binəqədi Rayon Məhkəməsinin 07 may 2024-ci il tarixli 5(001)-717/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərinin aparılması, poçt göndərişlərinin yoxlanılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə baxış əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “pul əskinazlarının təqdim edilməsi və texniki vasitənin quraşdırılması haqqında” 14 may 2024cü il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi A29353257, D05646756, C98499248, B02755124, A12591603, A75549490, A59572531, A29861879, C25566451,A37299692, C18786994, C76580649, C18239630, C72587637, C83998538, A87079585, C74681241, C79857758, A59515736, A89485750, B12345939, A35334325, C79363097, D18301810, C42520683, C27544701, C87077174, C06262281, B02502119, C70672508, A08908999, A90446587, C78368329, C52046895, A52060446, A26801584, C06992761, C95908316, A46634197, C66873848, A92615044, A61418564, C17593528, C12511344, C65226340, A32189557, A36811049, C99978213, C01882761, C30186045 nömrəli, cəmi 50 ədəd 100 manatlıq pul əskinasları olmaqla ümumilikdə 5.000 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən götürülməsini təsdiq etmək üçün Şahid1 üzərinə video çəkiliş aparmaq üçün xüsusi texniki vasitə quraşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş CD diskə baxış keçirilmə haqqında 20 may 2024-cü il tarixli protokoldan aydın olur ki, torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün Şahid1 Təqsirləndirilən şəxs xidməti otağında 5.000 manat məbləğində pul vəsaiti verir, Təqsirləndirilən şəxs da həmin pulu Şahid1 qəbul edir. Qeyd edilən CD-ə baxış keçirilərkən Şahid1 ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda danışıqların olması müəyyən edilmişdir: REC00032 adlı fayl (5 dəqiqə 01 saniyə) Şahid1- papa şey elədi ki, dedim papa keçən dəfə də getdim torpaq ala bilmədim, Bəxtiyar müəllim danışdı kimnənsə, mənə görə ağız açdı, qaldı ortada dedim yənı, ciddiyyəti olduğuna dedim yəni gətirim beh kimi verim ki, narahat olmuyun o baxımdan. Təqsirləndirilən şəxs- məndə qaldı, səndə qaldı fərqi yoxdur. Şahid1- hə orası elədir, amma ki, yenədə baxmıyın, mənimçün o qədər əziyyət çəkirsiniz, fərqi yoxdur. Təqsirləndirilən şəxs- o nə deməkdır, xoşdur. Şahid1- ama şey baxımından sabahları alqı-satqını eliyəcəm. Təqsirləndirilən şəxs- yenə deyirəm şəxsı mal-mülklə əlaqədar, məsələn də onu verim, 5 gündən sonra o birisin verim, yəni bu kankret şeydidə. Şahid1- hə bildim, mənim üçün fərqi yoxdur, mən bir dəfəlikdə gətirib verərəm, problem deyil, əslində zəng vurmuşdum torpaq yiyəsinə ki gəl görüşək, prosta saxladıq sabaha Təqsirləndirilən şəxs- eybi yoxdur, şey eləyin gəlin sonra problem yoxdur. Şahid1- onda sabahları şey eliyək gələrəm sizin yanınıza. Təqsirləndirilən şəxs- heç bir problem yoxdur. Şahid1- tamam onda oldu. Təqsirləndirilən şəxs- dediyim kimi ay yer qazaq, ay belə eliyək Şahid1- onsuz da sizin dediklərinizlə eliyəcəm, gedəcəm prosta papam qubadadır deyənə, ona görə papa dedi ki, Günel get dəqiqləşdir bir dənə, gör sən deyir icra ilə işini həll eliyirsən, prosta papanın qubada başına gəlibe ona görə, papam qubada tiktirəndə gördü hə. Təqsirləndirilən şəxs- yaxşı olacaq. Şahid1- hə papam dedi ki, bir də görürsən ki, icra hakimiyyəti işi burur. Təqsirləndirilən şəxs- yox mən icranın tərkibində olan idarədir bura, bundan əlavə mən nə maklerlik tutmuram, nə də bir şey Təqsirləndirilən şəxs- burda bir dənə şey var ki, məsələn qanuni sənədlərin var, kiməsə heçnə verməmişəm, budur, o qədər ağzı göyçəklər varki, qanuni sənədlərimlə keçmişəm, sənədlər də qaydasındadır, heç kimə yoxe, kiməsə, orqana yoxa Şahid1- yo bildim, başqalarına yoxe, kiməsə açot uçot vermirik ki, əsas odur ki, belə pis çıxmasın mənim üçün mən uje kvartrant qalıram, uje kvartrant məni boğaza yığıb uje, evin yiyəsi ilə də danışdım, biraz ora-bura, evin qiymətini də saldım aşağı, sən mənə qanuni sənəd vermirsən, çıxarışla verirsən sən mənə sənədi, mənim sonra 15-20 öz adıma keçirməyimə gedəcək. Təqsirləndirilən şəxs- heç nə lazım deyil. Şahid1- yo ümumiyyətlə qiymətini aşağı salmalıyamda, hardasa saldım 11500-ə, 6 sotdu, Təqsirləndirilən şəxs- ora 6 sotdu? Şahid1- 6 sotdu, dediyinə görə. Təqsirləndirilən şəxs- sənəddə 6 sotdur? Şahid1- hə, sənəddə 6 sotdur dediyinə görə, bilmirəm indi mənim başım çıxmır, sabah papamgil ilə gedəcəm, ordan çıxandan sonra Təqsirləndirilən şəxs- dəqiq ölçdürün. Şahid1- tamam oldu onda Bəxtiyar məllim, mən sizə nə sənəd gətirəcəm? şəxsiyyət vəsiqəsidir, özümün, yoldaşımın Təqsirləndirilən şəxs- yoldaşının adına deyil? Şahid1- yoldaşımın adına götürəcəyik. Təqsirləndirilən şəxs- yoldaşının vəsiqəsi oldu bəsdir, birdə ona aid sərəncamdı birdə şey Təqsirləndirilən şəxs- natarusun davernisi da. Şahid1- hə davernus. Təqsirləndirilən şəxs- bundan sonra nəyin var verək ki, belə bir adamdı, onlar kıtaba yazılır. Şahid1- hə bildim, hə oldu, tamam onda çox sağolun, gedim əynimi dəyişim qaçıram şəhərə. Təqsirləndirilən şəxs- bayır tərəfı yoxdur, götürən kimi birinci oranın zaborun qaldırarsız, yəni arxadan giriş-çıxış söhbətləri olmasın, sonra 50-60 manata kamera qoyarsan. Şahid1- hə bildim, çox sağolun birdə bir şey soruşacam. deyirlər ki, guya onu şey eliyəndə vaxt qoyurlar kı, tez tikilməlidir, elədir? Təqsirləndirilən şəxs- yox, səni heç kim sıxmayacaq. Şahid1- adam var dedi mənə vaxt veriblər ona görə. Təqsirləndirilən şəxs- evi tikirsən bir aya, qalanında 5-10 günə bağlayırsan. Şahid1- tamam. Təqsirləndirilən şəxs- kürsülü ev tikirsən? Şahid1- hə, birdəfəlik tikəcəm onsuzda, oldu sağolun. rec00035 adlı fayl (5 dəqıqə 01 saniyə) Təqsirləndirilən şəxs- saymağa ehtiyac yoxdur. Şahid1- yo, deyir alanda verəndə saymaq lazımdır. 1, 2, 3..... 3000 ..........5000. fso. İnşallah sabahları neçədə yaxınlaşım sizə, məllim saat neçəyə kimi burdasız? Təqsirləndirilən şəxs- sabah yaxınlaşım deyəndə ki, bax mənim yanıma gəlirsiniz də, götürəssiz bu gün sənədləri? Şahid1- hə gedirəm indi. Təqsirləndirilən şəxs- götürün zəng eləyin, axşam gəlim sənədi götürüm. Şahid1- hə problem deyil. Təqsirləndirilən şəxs- binanın qabağında, yoldaşınla, kimlə verirsən ver. Şahid1- yo təkəm, yoldaşım evdə yoxdur, rayondadır yoldaşım. Təqsirləndirilən şəxs- hə lap yaxşı, gəlib dayanaram bınanın qabağında, götürüm sənədləri, ora aid olan sənədlərdi? Şahid1- dedize keçən dəfə mən şəxsiyyət vəsiqəmi verəcəm, torpağın alqı satqısıdır, xeyr mənim öz adıma olacaq, hə birdə kı şey, ona nə deyırlər Təqsirləndirilən şəxs- sərəncam? Şahid1- yox, tarixçəsidir, nədisə, sizədə atmışdıme Təqsirləndirilən şəxs- sərəncamın arxiv arayışıdır. Şahid1- hə arxiv arayışı, vso onlar. hə elə ındı gedirəm ora. (telefonda sms gəlir, səs yazısına qulaq asır.) Şahid1- nərimanovda bir-iki saatlıq işim var, həll eliyib ordan keçərəm sizin yanınıza, İnşallah bizim üçündə xeyirli olsun. Təqsirləndirilən şəxs- Allah xeyrini versin. Şahid1- çox sağolun, təşəkkürlər,İnşallah axşam zəngini gözdüyüm. Təqsirləndirilən şəxs- hə birdənə onu götürün fso. Şahid1- hə tamam. oldu sağolun Bəxtiyar müəllim. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti üzrə 27 iyul 2020-ci il tarixli, 46 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2020-ci il tarixdən Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçimühəndis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 05 iyun 2024-cü il tarixli, 150 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18.0.3, 18.0.4, 18.0.12-ci bəndlərinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə, 72-ci maddəsinin "a" bəndinin tələblərinə əməl etmədiyi üçün "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən dövlət qulluğuna xitam verilsin. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş AZE 11540948 və AA ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli 29 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli 402 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Lökbatan qəsəbəsi, 9-cu massiv ev 21 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşiman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə, saat 21:00-da şübhəli şəxs kimi tutulmuş və Binəqədi Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 4(002)-339/2024 saylı qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan maddi sübut kimi tanınmış və cinayət hadisəsinin izlərini saxladığına görə əməliyyat çəkilişini özündə əks etdirən bir ədəd CD disk və A29353257, D05646756, C98499248, B02755124, A12591603, A75549490, A59572531, A29861879, C25566451, A37299692, C18786994, C76580649, C18239630, C72587637, C83998538, A87079585, C74681241, C79857758, A59515736, A89485750, B12345939, A35334325, C79363097, D18301810, C42520683, C27544701, C87077174, C06262281, B02502119, C70672508, A08908999, A90446587, C78368329, C52046895, A52060446, A26801584, C06992761, C95908316, A46634197, C66873848, A92615044, A61418564, C17593528, C12511344, C65226340, A32189557, A36811049, C99978213, C01882761, C30186045 nömrəli 100 manatlıq pul vəsaitlərinin surətləri cinayət işində saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və “ev dustaqlığında” qaldığı 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddət Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla ona qəti olaraq 5000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş materiallarında olan maddi sübut kimi tanınmış və cinayət hadisəsinin izlərini saxladığına görə əməliyyat çəkilişini özündə əks etdirən bir ədəd CD disk və A29353257, D05646756, C98499248, B02755124, A12591603, A75549490, A59572531, A29861879, C25566451, A37299692, C18786994, C76580649, C18239630, C72587637, C83998538, A87079585, C74681241, C79857758, A59515736, A89485750, B12345939, A35334325, C79363097, D18301810, C42520683, C27544701, C87077174, C06262281, B02502119, C70672508, A08908999, A90446587, C78368329, C52046895, A52060446, A26801584, C06992761, C95908316, A46634197, C66873848, A92615044, A61418564, C17593528, C12511344, C65226340, A32189557, A36811049, C99978213, C01882761, C30186045 nömrəli 100 manatlıq pul vəsaitlərinin surətləri cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-247/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-247/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver