Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-248/2020 03.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 mənzil 3/4 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri seçilmiş, digər ********* saylı cinayət işi üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(001)-818/2020 nömrəli qərarına əsasən barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Xəyal” restoranının yaxınlığında yerləşən avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs məxsus olan və idarə etdiyi “Mersedes Benz E190” markalı, **-OM-*** dövlət deydiyyat nişanlı avtomaşının salon hissəsindən Zərərçəkmiş şəxs məxsus 200 manat və məzənnəsi 680 manat təşkil edən 400 ABŞ dolları nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 880 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Xəyal” restoranının yaxınlığında yerləşən Rafiq adlı şəxsin avtoyuma məntəqəsində yuyucu işləmişdir. Onun iş rejimi 08:00 radələrindən başlayıb 21:00-dək davam etmişdir. Onun işi yuyucu məntəqəyə gələn avtomaşınların təmizlənməsi, yuyulması və qurudularaq sahibinə təhvil verilməsindən ibarət olmuşdur.xx.xx.2020-ci il tarixdə təxminən saat 18:30 radələrində yuyucu məntəqəsinə gümüşü metal rəngli “Mercedes Benz 190” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomaşın gəlmiş, tanımadığı sürücü ona açarları təhvil verərək avtomaşını yumasını bildirmiş, və çıxıb getmişdir. O, həmin şəxsə avtomaşını 30 dəqiqəyə yuyub təhvil verəcəyini bildirmişdir. O, avtomaşının salon hissəsini təmizləyən zaman avtomaşının saxlanc yerini açarla açmış və orada 200 manat və 400 ABŞ dolları pul olduğunu görmüşdür. O, pulları həmin yerdən götürmüş və avtomaşını açarı açar oyuğuna salınmış vəziyyətdə açıq şəkildə yuyucu məntəqəsində qoyaraq, oradan yol taksisinə əyləşib, Bakı şəhərinə çıxıb getmişdir. O, həmin gün 400 ABŞ dolları pulu Azərbaycan Respublikası manatına çevirərək 680 manat pul əldə etmişdir. Bundan sonra o, həmin avtomaşının saxlanc yerindən götürdüyü 880 manat pulu 2 gün ərzində şəxsi məqsədləri üçün xərcləmişdir. O, oğurluq edən zaman yanında və ətrafında kənar şəxslər olmamış, tək özü olmuş və pulu oğurladığını heç kim görməmişdir. Həmçinin ifadəsində bildirmişdir ki, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyandan 300 (üç yüz) manatı yaxın qohumu vasitəsilə sonuncuya ödənilmişdir. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, dəymiş maddi ziyanın qismən onun qohumları tərəfindən zərərçəkmiş şəxsə ödənilməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Mercedes Benz E190” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. Onun özü fəhləlik edərək ailəsini dolandırır. Bir müddətdir ki, özünə məxsus avtomaşını təmir etdirmək üçün 200 manat və 400 ABŞ dolları məbləğində pul yığmışdır. Həmin pulları pul qabında sənədləri ilə birlikdə idarə etdiyi avtomaşının qabaq saxlanc yerinə qoyaraq, açarla həmin saxlanc yerini bağlı saxlamışdır. xx.xx.2020-ci il tarixdə işdən gəldikdən sonra təxminən saat 18:30 radələrində avtomaşınını yuyulması üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Xəyal” restoranının yaxınlığında olan avtoyuyucu məntəqəsinə aparmışdır. Orada avtomaşını və açarlarını həmin məntəqədə işləyən tanımadığı işçiyə verərək, avtomaşını yumasını və özünün isə mağazaya gedib qayıdacağını bildirmişdir. O, avtomaşını yuyucu məntəqəsində qoyub mağazaya getmiş və təxminən 10-15 dəqiqədən sonra geri qayıtdıqda avtomaşının tam yuyulmamış olduğunu görmüş və bundan sonra özü avtomaşının salonunun ayaqaltıları olan rezinləri avtomaşının içərisinə qoymuşdur. Orada həmin avtomaşını verdiyi işçini axtarsa orada tapa bilməmiş və zəhməthaqqı olan 5 manat pulu orada olan tanımadığı şəxsə verərək avtomaşına əyləşib oradan getmişdir. O, yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qobu Park yaşayış kompleksinin qarşısında avtomaşını saxlayıb düşən zaman avtomaşının saxlanc yerində olan sənədlərini və pulunu yoxlamışdır. Orada ona məlum olmuşdur ki, avtoyuyucu məntəqəsində işləyən tanımadığı, sonradan adını bildiyi Elvin adlı şəxs 200 manat və 400 ABŞ dolları pulunu oğurlamışdır. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir. Oğurluq nəticəsində Elvin adlı şəxs 200 manat və 400 ABŞ dolları pulunu oğurlamışdır. 400 ABŞ dolları xx.xx.2020-ci il tarixə olan məzənnə ilə 680 manat edirdi. Buna görə də ona ümumilikdə 880 manat maddi ziyan dəymişdir. Onun avtomaşınında və ya üzərindən həmin zaman heç bir qiymətli əşya və sənəd oğurlanmamışdır. İbtidai istintaq dövründə ona vurulmuş maddi ziyanın 300 manat hissəsi təqsirləndirilən şəxsin qohumu tərəfindən ödənilsə də, lakin bu günədək vurulmuş maddi ziyan tam ödənilməmişdir. Zərərçəkmiş şəxs sonda vurulmuş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmədiyini, buna görə də maddi ziyanı tam olaraq tələb etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məkhəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Xəyal” restoranının yaxınlığında yerləşən Rafiq adlı şəxsin avtoyuyuma məntəqəsində təxminən 5 il olar ki, fəhlə işləyir. xx.xx.2020-ci il tarixdə o, işdə olan zaman onun tanışı Elçin adlı şəxs yanında bir nəfər tanımadığı şəxsi onun yanına gətirərək, həmin şəxsin adının Elvin olmasını, evinə çörək almağa pulunun olmamasını, imkan varsa onu işə düzəltməsini xahiş etmişdir. O da Elvinə yuyucu kimi avtoyuma məntəqəsinə gəlməsini və hər yuyacağı avtomobildən xidmət haqqının 40 faizini ona verəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Elvin səhər saat 08 radələrində işə gəlmiş və işləməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 18:30 radələrində tanımadığı bir nəfər “Mercedes” markalı avtomaşını yumaq üçün məntəqəyə gətirmiş, həmin avtomaşını Elvin təmizləyib yumağa başlamışdır. Bir müddətdən sonra o, avtomaşının yanına gəldikdə görmüşdür ki, avtomaşın yarımçıq təmizlənmiş və Elvin özüdə məntəqədə yoxdur. O, özü avtomaşını təmizləmiş və yuduqdan sonra sahibinə təhvil vermişdir. Həmin şəxs avtomaşınını idarə edərək çıxıb getmiş və təxminən 5 dəqiqədən sonra geri qayıdaraq bildirmişdir ki, avtomaşının salon hissəsində olan saxlanc yerindən 200 manat və 400 ABŞ dolları pul oğurlanmışdır. Həmçinin ifadəsində bildirmişdir ki, Elvinin müştərinin avtomaşınından oğurluq etməsini görməmiş və əvvəlcədən bu barədə məlumatı olmamamış, onun oğurluq etdiyini müştərinin deməsindən sonra bilmişdir. Məkhəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2020-ci il avqust ayının 5-dən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Xəyal” restoranının yaxınlığında yerləşən Rafiq adlı şəxsə məxsus avtoyuyuma məntəqəsində işləyir. xx.xx.2020-ci il tarixdə həmin məntəqədə işləyən Fərid bir nəfər tanıdığı Elvin adlı şəxsi ona təqdim edərək onlarla bilrikdə işləyəcəyini bildirdi. Elvin həmin gün avtoyuma məntəqəsində onlarla birlikdə işlə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 18:30 radələrində məntəqəyə Mercedes markalı avtomaşın gəlmiş və avtomaşının sürücüsü avtomaşını yumaq üçün avtomobilin açarını Elvinə təqdim edib, özünün mağazaya gedib qayıdacağını bildirmişdir. Bundan sonra Elvin həmin avtomaşını yumağa başlamış, lakin bir müddətdən sonra Elvinin məntəqəni tərk etdiyini və yuduğu həmin avtomaşını yarımçıq yuyulduğunu görmüşdür. Bir neçə dəqiqə keçdikdən sonra adını bilmədiyi həmin avtomobilin sahibi gəlmiş və avtomaşının tam hazır olmadığını görmüşdür. Bu səbəbdən də o Fəhradla köməkləşib avtomaşını təmizləyərək sahibinə təhvil vermişlər, avtomobilin sürücüsü də bunun müqabilində onlara 5 manat pul verib oradan çıxıb getmişdir. Təxminən 5 dəqiqə keçdikdən sonra həmin şəxs geri qayıdaraq avtomobilin salon hissəsində olan saxlanc hissəsindən 200 manat və 400 ABŞ dolları pul oğurlandığını onlara bildirmişdir. Həmçinin ifadəsində bildirmişdir ki, Elvinin müştərinin avtomaşınından oğurluq etməsini görməmiş və əvvəlcədən bu barədə məlumatı olmamamış, Elvinin oğurluq etdiyini müştərinin deməsindən sonra bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 27, 29) Vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal Qaradağ RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 77-78) Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qohumu X1 tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın 300 manatı ödənilmişdir. (i.v.80) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs halhazırda ödənilməmiş məhkumluğu yoxdur. (i.v.81) Sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham əsaslı və qanuni olduğundan qüvvəsində saxlanılmış və onun barəsində Qaradağ rayon prokuroru tərəfindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs verilmiş ittihamda hadisənin baş verdiyi gün, yəni 10.085.2020-ci il tarixdə 1 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi nəzərə alınmış, iş üzrə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu və fotoşəkillər, ifadənin yerində yoxlanılması protokolu və fotoşəkillər, eləcə də digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-818/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 03:30-dan hesablanmışdır. Məhkəmənin şifahi sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qaradağ Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 17/65-428/7 nömrəli cavab məktubundan görünür ki, məhkum İdrisov X4 rayon Məhkəməsinin 1(002)-143 saylı, xx xxxxxxxx 2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2, 29, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsilri bilinərək 03 il 02 ay 03 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və təyin olunmuş cəza 02 il sınaq müddəti ərzində şərti hesab edilmişdir. Hökmün icrası və hpkmün icraqsı barədə hakimin göstərişi Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəlmişdir. Təqsirləndirilən şəxs cəzası xx xxxxxxx 2017-ci il tarixdə sona çatdığı üçün üzərində nəzarət dayandırlımış və müvafiq qaydada qeydiyyatdan çıxarlmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı qismən ödəməsini (CM- 59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər oxşar cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, islah yoluna qədəm qoymamaqla, öz cinayətkar əməllərini davam etdirərək yenidən qəsdən cinayət törətməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun xx xxxxxx 2020-i il tarixdən xx xxxxxx 2020-ci il tarixdək tutma altında saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla qəti cəza təyin edilməli (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı hökm tarixindən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 818/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi və onun “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X3: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəməyə təqdim edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi 10 saylı vəkil bürosunun vəkili X6 xx xxxxxx 2020-ci il tarixli № 1524 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 40 iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2020-ci il tarixli № 1745 saylı order əsasında işə qoşularaq məhkəmədə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X6 tərəfindən göstərilmiş cəmi 40 (qırx) iş saatı hüquqi yardıma görə 240 (iki yüz qırx) manat vəsait və vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə 90 (doxsan) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, maddəsi ilə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün tutma altında saxlanıldığı müddət nəzərə alınaraq ona təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(001)-818/2020 nömrəli qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilməsi və onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X6 tərəfindən göstərilmiş cəmi 40 (qırx) iş saatı hüquqi yardıma görə 240 (iki yüz qırx) manat vəsait və vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə 90 (doxsan) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-248/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-248/2020
03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver