Məhkəmə qərarları › İş №1(002)-248/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-248/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-248/2023 27.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 10:30-da X10 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Biləsuvar rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işsiz, Biləsuvar rayonu, Bəydili Ə/D, Bəydili kəndi, M.F.Axundov küçəsi ev 3 ünavanında qeydiyyatda olan və Qaradağ rayonu, Puta qəsəbəsi nömrəsiz ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 21:50-də özünü şübhəli apardığı üçün Qaradağ RPİ-nin 10-cu PB-nin polis əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində, “Oba” marketin qarşısında saxlanılaraq Qaradağ RPİ- nin 10-cü PB-nə dəvət edilib orada xidməti otaqlardan birində video çəkilişlə müdafiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,228 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. 13 iyul 2023-cü il tarixdə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində yerləşən nömrəsiz evdə valideynləri ilə birlikdə yaşayır . Heç bir yerdə işləmir. Tutulmadıqdan bir ay qabaq psixotrop maddə olan metanfetamindən çəkmək yolu ilə istifadə etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında tanışı Ləmanla Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda görüşmüşlər, bir qədər parkda gəzişdikdən sonra saat 21 radələrində Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən «Oba» marketinin qarşısında olduqları zaman iki nəfər polis geyimində olan şəxs onlara yaxınlaşmışlar və özlərini təqdim edərək Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati binasına gətirmişlər. Saxlanılan zaman üzərindən heç bir narkotik vasitə çıxmamış, lakin polis əməkdaşlarının təzyiqi altında məcbur olaraq video çəkiliş zamanı həmin psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. X2 2023-cü ilin yay aylarından tanıyır və onunla münasibətləri normal olmuşdur. Heç bir zaman Ləmanla birlikdə narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişlər. Psixotrop maddədən istifadə etdiyinə görə əməlindən peşmandır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, 27 iyul 2023-cü il tarixdə məhkəmə iclasında Təqsirləndirilən şəxs proses iştirakçılarının suallarını cavablandırarkən 13 iyul 2023-cü il tarixdə ifadə verərkən tam səmimi olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə olan metafetamin oğlduğunu və həmin maddəni Lökbatan qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zaman müdafiəçinin iştirakı ilə 18 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində yerləşən nömrəsiz evdə valideynləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Bir aydır psixotrop maddə olan metanfetamindən çəkmək yolu ilə istifadə edir.X2 2023-cü ilin yay aylarından tanıyır. Onunla normal münasibətdədir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Ləmanla Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda görüşmüş, bir qədər parkda gəzişdikdən sonra üstündə gəzdirdiyi «Şüşə» adlandırılan metamfetamindən istifadə etmək üçün rahat yer axtarmışdır. Həmin axşam saat 21 radələrində Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən «Oba» marketinin qarşısında olduqları zaman iki nəfər polis geyimində olan şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək onları Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati binasına gətirmişlər. Polis bölməsində ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçi dəvət edilməsi barədə yazılı ərizə alınmış və müdafiəçi dəvət edilmişdir. Üzərində videoçəkilişlə axtarış hərəkətləri keçirilməmişdən əvvəl üzərində qanunla saxlanması qadağan olan predmetləri əşyaları təqdim etmək təklif olunduqda, üzərində psixotrop maddə olduğunu söyləmiş və əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən qara rəngli kağıza bükülmüş bir ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində şəffaf rəngli kristalik kütlə aşkar olunmuşdur. Polis əməkdaşlarına həmin kütlənin psixotrop maddə olduğunu, həmin gün Lökbatan qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində aldığığını söyləmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də əlavə olaraq heç bir qanunsuz saxladığı əşya aşkar edilməmişdir. Onda müəyyən olunmuş psixotrop maddə qablaşdırılmış və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Onunla birlikdə saxlanılaraq polis bölməsinə gətirilmiş X1 narkotik vasitələr və psixotrop maddələr əldə edib istifadə etdiyini bilməmişdir. Həmin gün Ləmanda psixotrop maddə olduğunu bilməmişdir. Həmin gecə polis bölməsində Ləmanda da psixotrop maddə müəyyən edilməsini polis əməkdaşlarından eşitmişdir. Heç bir zaman Ləmanla birlikdə psixotrop maddə almamış və ona istifadə üçün psixotrop maddə və narkotik vasitələr verməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi şahid ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin sahə inspektoru vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, 16 aprel 2023-cü il tarixdə saat 21:50 dəqiqədə bölmənin cinayət axtarışı müvəkkili Şahid1 ilə birlikdə Lökbatan qəsəbəsi, Sabit Orucov küçəsində yerləşən «Oba» marketinin qarşısında sonradan şəxsiyyətləri müəyyən edilmiş Qaradağ rayonu, Puta qəsəbəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs və Lökbatan qəsəbəsi, Sabit Orucov küçəsi 1 ünvanında yaşayan X2 narkotik sərxoşluq vəziyyətində olduqlarından şübhələnərək polis bölməsinə dəvət edib gətirib təhqiqatçı polis baş leytenantı X3 təqdim edib Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsində iştirak etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşya və predmet olduğu soruşulmuş və şəxs üzərində psixotrop maddə olduğunu söyləmişdir. Bundan sonra ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Polis bölməsində ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçi dəvət edilməsi barədə yazılı ərizə alınmış və müdafiəçi dəvət edilmişdir. Şəxsin üzərində videoçəkilişlə axtarış hərəkətləri keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən qara rəngli kağıza bükülmüş bir ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində şəffaf rəngli kristalik kütlə aşkar olunmuşdur. Elçin Quliyev həmin kütlənin psixotrop maddə olduğunu, həmin gün Lökbatan qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində aldığını, psixotrop maddəni «İnstaqram» sosial şəbəkə vasitəsi ilə sifariş verib əldə etdiyini, həmin şəxsin üzünü görmədiyini, psixotrop maddəninin satışı ilə məşğul olmadığını, həmin maddəni Lökbatan qəsəbəsində tanımadığı şəxslərdən özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də əlavə olaraq heç bir qanunsuz saxladığı əşya aşkar edilməmişdir. Onda müəyyən olunmuş psixotrop maddə qablaşdırılmış və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə kimyəvi ekspertizanın 17 aprel 2023-cü il tarixli 6/2248 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №222” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi,0,228 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasınmn ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” -in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə narkoloji ekspertizasının 20 aprel 2023-cü il tarixli 2381 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub.Lakin hal-hazırda X7 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda X8 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan 18 aprel 2023-ci il tarixli «elektron daşıyıcıya baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 16 aprel 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq narkotik sərxoşluq vəziyətində olmasından şübhələnilərək Polis Bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə istintaq hərəkətini keçiriləcəyi bildirilmişdir. Şəxsə şübhəli şəxs qismində saxlanılması zamanı müdafiəçinin yardımından istifadə etməsi barədə hüquqları izah edilərək yazılı ərizə alınmış və ona şübhəli şəxs qismində hüquqları elan edildikdən sonra Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Elxan Əsgərov dəvət edilərək şəxsə təqdim olunmuşdur. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya (əşyalar) və ya predmetlər varsa künüllii təqdim etməsi təklif edilmiş və şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli kağıza bükülmüş 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində şəffaf rəngli iysiz, kristal şəkilli psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin «şüşə» aldlandırılan psixotrop maddə olduğunu və 16 aprel 2023-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılıraq möhürlənmiş və zərfin üzərinə iştirakçılar tərəfindən imza edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş və “Vətən müharibəsi iştirakçısı”, “Ağdamın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarla təltif olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Qaradağ rayon İHB-nın Puta qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, X4 iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı”, “Ağdamın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarla təltif olunmasını və gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının CPM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 16 aprel 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,178 qram metamfetamin məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 aprel 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir ) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,178 qram təşkil edən metamfetamin məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə 65 (altmış beş) manat xərc Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar