Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-248/2024 17.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağı olan), əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan bir nəfər şəxsin dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölməsinə səbəb olmuşdur. Belə ki, o, 13 dekabr 2023-cü il tarixdə saat 12 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamamlı olduğu halda bunu etməmiş və idarə etdiyi «Hyundai Sonata» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən 45-ci kilometrliyində Qazax rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun sağ kənarındakı işıq dirəyinə vurmuş, nəticədə ehtiyatsızlıqdan avtomobilin sərnişini Zərərçəkmiş şəxs baş beyin toxumasına onun mədəciklərinə və qişaları altına qansızma, baş beyin toxumasının ödemi, başın alın-təpə sümüyünün kəllə əsası sümüyünə keçən xətti sınığı, onurğanın boyun şöbəsinin Vİİ (J7) fəqərəsinin onurğa kanalını sıxan kompression sınıqları, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə V-Vİ-Vİİ, sağ yarısının orta körpücük sümük xətt üzrə İ-Vİ-Vİİ qabırğaların sınıqları, hər iki ağciyərin əzilməsi, hemotoraks, sağ körpücük sümüyünün yerinidəyişən sınığı, başın təpə və sol gözün bayır bucağı nahiyələrinin əzilmiş yaraları, sol baldır, sol iç topuq və büzdüm nahiyələrinin sıyrıqları kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, «BC» kateqoriyalı, BA 410696 nömrəli sürücülük vəsiqəsilə özünə məxsus olan «Hyundai Sonata» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edirmiş. O Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri Lokomotivinin istismarı deposunda maşinist təlimatçısı vəzifəsində işləmişdir. Mərhum Zərərçəkmiş şəxsda onunla eyni vəzifə tutmaqla aralarında daima mehriban münasibətlər olmuşdur. Onu 13 dekabr 2023-cü il tarixdə hər zaman olduğu kimi rəis müavini Kamran müəllimin tapşırığı ilə iş yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə iş yerindən lokomotivləri yoxlamaq üçün Qaradağ rayonu ərazisinə göndərmişlər. O, iş yoldaşı Zərərçəkmiş şəxsla birlikdə Biləcəri qəsəbəsindən çıxıb yola düşən vaxt hava yağışlı olmuşdur. O, Bakı şəhərindən Bakı-Qazax yoluna çıxıb Qazax rayonu istiqamətində hərəkətdə olduğu zaman avtomobil texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə bir nəfər sərnişin, yəni iş yoldaşı Sahib olmuşdur. Həmin gün hava yağışlı olmuş və yolda hərəkətdə olarkən anidən hadisə baş vermiş, bundan sonrasını isə aldığı xəsarətlərdən xatırlamadığını bildirmişdir. Hadisədən sonra bir çox xəsarətlər, o cümlədən ağır kəllə-beyin travması almışdır. Ona sonradan eşitdiklərindən məlum olmuşdur ki, idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olduğu zaman Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində avtomobil yağış nəticəsində yolda toplanmış su gölməçəsinə düşmüş və idarəetmədən çıxaraq yolun sağ kənarındakı işıq dirəyinə çırpılmışdır. O, aldığı xəsarətlərdən baş vermiş yolnəqliyyat hadisəsilə bağlı heçnə xatırlamadığını bidirmişdir. Hadisədən sonra uzun müddət müalicə almış və hadisə iş vaxtı baş verdiyi üçün ona 42000 min manat, mərhum Zərərçəkmiş şəxs ailəsinə isə təxminən 47000-48000 manat sığorta pulu ödənilmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə dəfələrlə barışmağa cəhd etdiyini, barışıq üçün zərərçəkmiş şəxsin hüquqi varisinə hal-hazırda dərhal 5000 manat pul ödəməyə hazır olduğunu, özünündə hadisə zamanı ağır travma aldığını, üç gün komada qaldığını, ondan sonra altı ay xəstə kimi stasionar şəraitdə və evdə müalicə aldığını, özünündə maddi durumunun zəif olduğunu, kirayədə yaşadığını, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olmasını, almış olduğu xəsarətlərdən hal-hazırda ona üçüncü qrup əlillik təyin edildiyini, zərərçəkmiş tərəfə bundan sonrada lazimi maddi və mənəvi köməklik göstərməyə hazır olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 öz ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs Rövşəni əvvəllər tanımamışdır, hadisə zamanı ölən şəxs onun əri olmuşdur. Əri Sahib həmişəki kimi səhər tezdən işə getmiş sonra günorta ərinin ölməsi ilə bağlı ona zəng gəlmiş oda dərhal xəstəxanaya getmişdir. Dəmir yolu idarəsi onun ərinə dəyər verməmişdir. Əri öldükdən sonra həmin idarədən heç kim gəlib bir başsağlığı verməmiş və heç bir dəstək olmamışlar. O, üç ay heç bir idarəyə getməmişdir. Sonra müstəntiq gəlib onun ifadəsini götürmüşdür. Müstəntiq ondan barışıqla bağlı kiminsə gəlibgəlmədiyini soruşanda o, barışıqla bağlı heç kimin gəlmədiyini bildirmişdir. O bundan sonra dəmiryol idarəsindən şikayət etməyə başlamışdır. O dəmiryol idarəsinin sədrinin qəbuluna getmək istəsədə onu qəbul edən olmamışdır. Onun Rövşənlə bağlı heç bir qərəzi yoxdur. O sadəcə olaraq Rövşəndən düzgün izahat verməsini və hadisə vaxtı onların ora getməsini kimin tərəfindən tapşdırıldığını açıb deməsini istəmişdir. Çünki onlar həmin günü deyilən yerə qanunsuz olaraq getmişlər. Əgər Rövşən vaxtında düzgün izahat verərsə idi dəmiryolu idarəsi onun ərinin dəfnini və digər xərclərinin hamısını qarşılayardı. Hadisədən sonra təqsirləndirilən şəxsin yaxınları cəmi bir dəfə onlara gəlmiş və bundan sonra heç bir əlaqələri olmamışdır. O ərinin haqqının yerdə qalmasını istəmir. Təqsirləndirilən şəxsin təklif etdiyi yardımı qəbul etməməklə onun barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 Qaradağ rayon şöbəsinin 15 yanvar 2024-cü il tarixli 121 №-li rəyindən görünür ki:
1. Mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər - baş beyin toxumasına onun mədəciklərinə və qişaları altına qansızma, baş beyin toxumasının ödemi, başın alın-təpə sümüyünün kəllə əsası sümüyünə keçən xətti sınığı, onurğanın boyun şöbəsinin Vİİ (C7) fəqərəsinin sağ yan çıxıntının xətti sınığı, onurğanın döş şöbəsinin Vİ-Vİİ (Th6-7) fəqərələrinin onurğa kanalını sıxan kompression sınıqları, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə V-Vİ-Vİİ, sağ yarısının orta körpücük sümük xətt üzrə İ-Vİ-Vİİ qabırğaların sınıqları, hər iki ağciyərlərin əzilməsi, hemotoraks, sağ körpücük sümüyünün yerinidəyişən sınığı, başın təpə və sol gözün bayır bucağı nahiyələrinin əzilmiş yaraları, sol baldır, sol iç topuq və büzdüm nahiyələrinin sıyrıqları. Göstərilən xəsarətlər həyati olub, bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə sərnişini olduğu avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumulikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zǝrǝrvurmanın əlamətlərinə malikdirlər.
2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın alın-təpə sümüyünün kəllə əsası sümüyünə keçən xətti sınığı ilə müşayiət olunan baş beyin toxumasına, onun mədəciklərinə, qişaları altına qansızma və baş-beyin toxumasının artan ödemi olmuşdur.
3. Mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə saat 20:00-da X10 baş vermişdir.
4. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (xx.xx.2023-cü il tarixli 4606/K saylı AKT). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 Qaradağ rayon şöbəsinin 11 yanvar 2024-cü il tarixli 953 №-li rəyindən görünür ki: 1.Vǝt. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - baş beyin toxumasının ağır dərəcəli əzilməsi, epidural və subaraxnoidal qansızma ilə müşahidə olunan başın təpə və gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınıqları (cərrahi əməliyyat - trepanasiya), hər iki ağciyərlərin kontuziya sahələri, onurğanın bel şöbəsinin L2 fəqərəsinin cisminin üst lövhəsinin kompression fasadsız sınığı, sol elin İV barmaq falanqasının yerdəyişən sınığı, sol baldır sümüklərinin aşağı 1/3-nin qəlpəli, yerdəyişən sınıqları, sağ daban sümüyünün qəlpəli, yerdəyişən sınığı bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X13 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. 2.Vət. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alib demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, idarə etdiyi avtomaşının idarəetməsinin itirilməsi nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 yanvar 2024-cü il tarixli 8/39 saylı rəyindən görünür ki, 1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Sonata markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 15 mart 2024-cü il tarixli 175/KEŞ №-li rəyindən görünür ki:
1. Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və özünün məhkəmə-tibbi müayinəsinə əsasən o, yol nəqliyyat hadisəsi nəticəsində "Baş beyin toxumasının ağır dərəcəli əzilməsi, epidural və subaraxnoidal qansızma ilə müşahidə olunan başın təpə və gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınıqları ("Trepanasiya" cərrahiyyə əməliyyatı), hər iki ağciyərlərin kontuziyası, onurğanın bel şöbəsinin L2 fəqərəsinin cisminin üst lövhəsinin kompression fǝsadsız sınığı, sol ǝlin İV barmaq falanqasının yerdəyişən sınığı, sol baldır sümüklərinin aşağı 1/3-nin qəlpəli, yerdəyişən sınıqları, sağ daban sümüyünün qəlpəli, yerdəyişən sınığı" kimi xəsarətləri almışdır. Təqsirləndirilən şəxs almış olduğu travmatik xəsarətlərlə əlaqədar keçirilmiş cərrahi əməliyyatlarından sonra o, ambulator müalicədədir və köməkçi vasitə ilə hərəkət edir. Təqsirləndirilən şəxs hazırki sağlamlıq durumu onun istintaq orqanlarına gəlməsinə və istintaq hərəkətlərində iştirakına mane olur. Müalicəsi başa çatdıqdan sonra onun istintaq hərəkətlərində iştirakının mümkünlüyü əlavə məhkəmə-tibbi ekspertiza təyin edilməklə müəyyən edilə bilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 11 iyul 2024-cü il tarixli 637/KEŞ №-li rəyindən görünür ki:
1. Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, onda "Açıq kəllə-beyin travması, baş beynin əzilməsi, sol epidural hematoması, suparixnoidal qanama, sol alın-təpə-gicgah sümüyünün sınığı, dekompressiyası. Kraniotomiya, epidural hematomanın boşaldılması əməliyyatından sonrakı vəziyyət”in olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı vəziyyətinin kafi və aktiv olması nəzərə alınaraq onunla istintaq hərəkətlərinin aparılması mümkündür. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış 25 dekabr 2023-cü il tarixli 3-13-5/2- 22606/2023 nömrəli məktubdan məlum olur ki, xx xxxxxx 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan olan) «BC» kateqoriyalı BA seriyalı 410696 nömrəli sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 06 yanvar 2008-ci il təvəllüdlü X5, 16 mart 2009-cü il təvəllüdlü X6 və 07 iyul 2014-cü il təvəllüdlü X8 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün real cəhdlər etməsini və baş vermiş hadisə nəticəsində özünündə ağır dərəcəli bədən xəsarətləri almasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə beş ilədək müddətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Hyundai Sonata» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış «Hyundai Sonata» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 izah edilsin ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar vurulmuş maddi və mənəvi ziyanla bağlı cinayət və mülki qanunvericiliyin tələblərinə əməl etməklə gələcəkdə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Rufan Mürsəlov