Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-249/2021 11.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1977-ci il tarixdə Cəlilabad rayonu, Kazımabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, «ADY Express” MMC-də refrijirator seksiyalarının mexaniki vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Kazımabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan aydın olur ki, o İran İslam Respublikasından satış məqsədi ilə narkotik vasitə-heroini və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini İran İslam Respublikasından istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımaqla 22 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Bakı şəhərinə gətirmiş və 19 fevral 2021-ci il tarixdə Qaradağ rayonu, Ələt qəsəbəsi Füzuli küçəsində yerləşən “Nərmin” marketin qarşısında Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş olduqları əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş, polis bölməsində videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 02 ədəd siqaretin qızılı kağızına bükülmüş bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.130 qram və 0,127 qram, ümumi təmiz çəkisi 0,257 qram ağ rəngli kristallardan ibarət maddələr olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3 ünvana baxış keçirilən zaman mətbəxdə mətbəx stolunun yanında olan rəngli xalçanın altından “Manchestr” markalı siqaret qutusunun içərisində 02 ədəd ayrıayrılıqda təmiz çəkiləri 0,478 qram və 0,187 qram, təmiz çəkisi 0,665 qram ağ rəngli kristallardan ibarət maddələr olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,505 qram və 0,252 qram, ümumi təmiz çəkisi 1,757 qram qəhvəyi və tünd qəhvəyi rəngli maddələr olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd borucuq formalı kağız və 1 ədəd falqa parçası aşkar edilərək edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə deyil, özünü CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o Azərbaycan Dəmir Yolları QSC-nin "xxxx" MMC-də mexanik vəzifəsində işləmişdir. O tutulmamışdan təxminən dörd-beş ay əvvəl olar ki, psixotrop maddələrdən və narkotik vasitə olan heroindən istifadə etmişdir. O, işi ilə əlaqədar 3-4 aydan bir Rusiya Federasiyasına və İran İslam Respublikasına gedib gəlirmiş. Daha sonra o arada bir Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində qardaşının kirayədə yaşadığı evə gəlib bir iki gün qalırmış, sonuncu dəfə 17 dekabr 2020ci il tarixdə özündə olan içərisində psixotrop maddə və narkotik vasitə olan siqaret qutusunu gələcəkdə şəxsi istifadə etməsi üçün qardaşının yaşadığı evdə mətbəxdə xalçanın altında gizlətmişdir. 19 fevral 2021-ci il tarixdə axşam saat 22-23 radələrində Baş Ələt qəsəbəsində yerləşən «Nərmin» marketdən çıxarkən altı-yeddi nəfər şəxs özlərini təqdim etmədən onun əlini arxadan qandallayaraq maşına əyləşdirib Qobustan qəsəbəsində yerləşən polis bölməsinə gətirmişlər. Polis bölməsində onu ikinci mərtəbəyə qaldırıb üzərinə baxış keçirmişlər. Üzərində heç bir şey aşkar etmədikləri üçün onu döyərək xalasıgildə baş vermiş oğurluqla ittiham etməyə başlamışlar. Bundan sonra o, polislərə xalasıgildə baş vermiş oğurluq zamanı ölkədə olmadığını, yük qatarında işlədiyi üçün həmin vaxt İrandan Rusiya Federasiyasının Penza şəhərində yük apardığını söyləmişdir. Polislər İran adını eşidən kimi onun qarşısına bir büküm mənşəyi məlum olmayan narkotik vasitə qoyaraq onun olduğunu bildirmişlər. O buna etiraz etdikdə isə polis əməkdaşları tərəfindən yenidən döyülməyə və işgəncəyə məruz qalmışdır. Polisin işgəncələrinə dözə bilmədiyi üçün onu məcbur etmişlər ki, guya polis əməkdaşları onu saxlayarkən üzərində iki büküm tərkibi ona məlum olmayan narkotik vasitə üzərindən çıxıb. O polislərin dediklərini etməsə onu külli miqdarda narkotiklə rəsmiləşdiriləcəyini demişlər. Onların dediklərini qəbul etsə onu 234.1-ci maddə ilə rəsmiləşdirəcəklərini və onu tutmayacaqlarını bildirmişlər. O da polis əməkdaşlarına inanaraq razılaşmış və videoçəkiliş zamanı nə demişlərsə onu təkrar eləmişdir. Həmin 2 bükümü cibinə qoymuşlar və o da qorxduğu üçün həmin narkotikin onun olduğunu demişdir. Latın əlifbasında oxuya bilmədiyi üçün ona qol çəkdirmişlər. Məhkəmədən onu azad edəcəklərini demişlər. Bundan başqa o, həqiqətən də özünə məxsus qardaşının kirayədə yaşadığı mənzildə özünün istifadəsi üçün narkotik vasitə gizlətdiyini demişdir. Bundan sonra polis əməkdaşları günorta saat 13-14 radələrində onunla birlikdə həmin evə getmişlər. O, öz xoşu ilə evdə olan, istifadə etdiyi şüşə adlanan narkotik maddəni polis əməkdaşlarına vermişdir. Daha sonra onu yenidən bölməyə gətirmişlər. O, kiməsə narkotik maddə vermədiyini, nədə ki, İrandan gömrük qaydalarını pozaraq narkotik vasitə gətirmədiyini bildirmiş, ancaq qardaşının yaşadığı mənzildən çıxan narkotik ona məxsus olduğunu göstərmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, döyülməsi ilə bağlı hər hansı bir orqana rəsmi şikayət etməsə də Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənində xəsarət izləri olduğu üçün bu barədə prokurorluğa məlumat verilmişdir. Prokurorluğun müstəntiqi tərəfindən izahatı alınarkən müstəntiq onu aldadaraq şikayət edəcəyi təqdirdə işinin daha da ağırlaşacağını, əks halda isə ona köməklik göstəriləcəyini bildirmişdir. O da müstəntiqin sözünə inanaraq izahatında yıxılaraq xəsarət aldığını və məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etdiyini bildirmişdir. Odur ki, qeyd etdikləri nəzərə alınaraq Cinayət Məcəlləsinin 206.2 və 234.2-ci maddələri ilə təqsirli olmadığını, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə təqsirli bildiyini və törətdiyi əməlindən də peşman olduğunu göstərmişdir. İlk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilir. Rəsmi olmasa da faktiki olaraq ailəlidir, iki azyaşlı uşağı olsa da uşaqlar halhazırda analarının soyadını daşıyırlar. Ona görə də barəsində daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin 11-ci Polis bölməsində xidmət edir. Xidmətdə olarkən 19 fevral 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olurmuş. Ona görə də Qaradağ RPİ-nin 11-ci PB-də əməliyyat qrupu təşkil edilmişdir. O da həmin qrupun üzvü təyin edilmişdir. Bundan sonra əməliyyat tədbiri keçirərək 19 fevral 2021-ci il tarixdə saat 11 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsində yerləşən «Nərmin» marketin qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və 11-ci PB-nə gətirilmişdir. Polis bölməsində xidməti otaqların birində videoçəkilişlə və dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış və nəticədə onun əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 02 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü çıxardıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülüdə olan maddə psixotrop maddə metamfetamindir və o həmin maddəni 2020-ci ilin noyabr ayında işlə bağlı İran İslam Respublikasında olarkən orada tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış və gömrük nəzarətindən gizlin Azərbaycan Respublikasına gətirmişdir. Daha sonra sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsində qardaşının kirayədə yaşadığı nömrəsiz evdə heç kimin xəbəri olmadan mətbəx otağında xalçanın altında heroin gizlətmişdir. Bundan sonra əməliyyat tədbiri davam etdirilərək Raminin göstərdiyi ünvana gedilmiş və orada baxış aparılan zaman həqiqətən mətbəx otağında Təqsirləndirilən şəxs xalçanı qaldırmış və onun altından bir ədəd «Manchestr» markalı siqaret qutusunu çıxardaraq təqdim etmişdir. Həmin qutuya baxış zamanı orada 02 bükümdə psixotrop maddə metamfetamin və 02 bükümdə toz şəklində olan narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin vasitələri də o İran İslam Respublikasında olan zaman tanımadığı şəxsdən almış və özü istifadə etmək üçün gömrük nəzarətindən gizlin Bakı şəhərinə gətirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, aşkar edilmiş maddi sübutlar zərfə qoyularaq möhürlənmiş, o da həmin protokolu və zərfi imzalamışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan ona qarşı heç bir təzyiq, hədə və işgəncə xarakterli hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, lakin narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin 11-ci Polis bölməsində xidmət edir. Xidmətdə olarkən 19 fevral 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olurmuş. Ona görə də Qaradağ RPİ-nin 11-ci PB-də əməliyyat qrupu təşkil edilmişdir. O da həmin qrupun üzvü təyin edilmişdir. Bundan sonra əməliyyat tədbiri keçirərək 19 fevral 2021-ci il tarixdə saat 11 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsində yerləşən «Nərmin» marketin qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və 11-ci PB-nə gətirilmişdir. Polis bölməsində xidməti otaqların birində videoçəkilişlə və dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış və nəticədə onun əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 02 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü çıxardıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülüdə olan maddə psixotrop maddə metamfetamindir və o, həmin maddəni 2020-ci ilin noyabr ayında işlə bağlı İran İslam Respublikasında olarkən orada tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış və gömrük nəzarətindən gizlin Azərbaycan Respublikasına gətirmişdir. Daha sonra sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsində nömrəsiz evdə yaşayan qardaşının evində heç kimin xəbəri olmadan mətbəx otağında xalçanın altında heroin gizlətmişdir. Bundan sonra əməliyyat tədbiri davam etdirilərək Raminin göstərdiyi ünvana gedilmiş və orada baxış aparılan zaman həqiqətən mətbəx otağında Təqsirləndirilən şəxs xalçanı qaldırmışdır və onun altından bir ədəd «Manchestr» markalı siqaret qutusunu çıxardaraq təqdim etmişdir, həmin qutuya baxış zamanı orada 02 bükümdə psixotrop maddə metamfetamin və 02 bükümdə toz şəklində olan narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin vasitələridə o İran İslam Respublikasında olan zaman tanımadığı şəxsdən almış və istifadə etmək üçün gömrük nəzarətindən gizlin Bakı şəhərinə gətirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, aşkar edilmiş maddi subutlar zərfə qoyularaq möhürlənmiş o da həmin protokolu və zərfi imzalamışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan ona qarşı heç bir təzyiq, hədə və işgəncə xarakterli hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, lakin narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır, qaynı Ramin həyat yoldaşı Rüfətlə birilkdə qatarda işləyirmişlər, Raminin və onun həyat yoldaşı Rüfətin vəzifəsi mexanikdir. Qeyd etmişdir ki, Ramin əvvəllər bir neçə dəfə onların yaşadığı mənzildə qalmışdır. O cümlədən hadisədən təxminən iki gün əvvəl yenidən onların evinə qonaq gəlmişdir. Ramin özü ailəlidir və iki uşağı vardır. Ramin iki gün onların evində qalmışdır. 18 fevral 2021-ci il tarixdə o anasının yaşadığı evdə olan zaman Ramin ona zəng edib demişdir ki, «Fatimə evə gələndə mənə siqaret alarsan», o isə demişdir ki «gec olduğu üçün mən mağazaya gedə bilmərəm». 18 fevral 2021-ci il tarixdə saat 23 radələrində o evə qayıdıb gələndə görmüşdür ki, həyat yoldaşı evdə yatıb, lakin qaynı Ramin yoxdur, hara getdiyini o bilməmişdir. Daha sonra o, Raminə dəfələrlə mesaj yazmış lakin görmüşdür ki, Ramin cavab vermir. 19 fevral 2021-ci il tarixdə səhər saat 15:30 radələrində onun yaşadığı evə polis əməkdaşları gəlmişlər və o görmüşdür ki, Ramində polis əməkdaşlarının yanındadır və onun əli qandallıdır, nə baş verdiyini soruşmuş polis əməkdaşları demişlər ki, Ramin qanunsuz narkotik maddələrin istifadəsi ilə məşğul olduğu üçün tutulub və evdə də narkotik vasitə gizlətdiyini deyirmiş, ona görə də evə baxış keçirilməlidir. Daha sonra o, etiraz etməmiş və evə baxış keçirilməsinə razılıq vermişdir və bu barədə ərizə yazmışdır. Qeyd etmişdir ki, polis əməkdaşları Raminlə birlikdə evə daxil olmuşlar və həmin vaxt Ramin evin girişində olan dəhlizin yuxarı başına gedib orada olan mətbəx stolunun yaxınlığında yerdə olan rəngli xalçanı qaldırıb altından bir qara rəngli «Manchestr» siqaret qutusunu çıxardıb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin siqaret qutusunun içərisində 04 büküm vardır. Həmin bükümlərə baxış keçirilən zaman 02 ədəd bükümdə ağ rəngli kristal kütlə, 02 bükümdə narkotik maddəyə bənzər kütlə, pul əskinazına oxşar kağız aşkar edilmişdir, Ramin bildirmişdir ki, həmin maddələr, narkotik vasitədir və o özü istifadə edirmiş. Daha sonra bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2021-ci il tarixli 6/747 saylı ekspert rəyindən görünür ki tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar olunmuş...” yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,130 qr. və 0,127qr, ümumi təmiz çəkisi 0,257 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ siyahısına daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi: 0,257 qr., sərf edildi: ümumi 0,05 qr, qalıq: 0,207 qr. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2021-ci il tarixli 6/748 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,478 qr. və 0,187qr., ümumi təmiz çəkisi 0,665 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,505 qram və 0,252 qr., ümumi təmiz çəkisi 1,757qr. qəhvəyi və tünd qəhvəyi maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş bir ədəd borucuq formalı kağızda və 1 ədəd falqa parçasının üzərində metamfetamin izləri vardır, iz şəklində olduğu üçün metamfetaminin çəkisini müəyyən etmək mümkün olmadı. Digər 2 ədəd falqada və bir ədəd şəffaf sellofan boş bükümdə narkotik və psixotrop maddələrin izləri yoxdur. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına daxildirlər. Qeyd: heroinin ümumi təmiz çəkisi: 1,757 qr., sərf edildi: ümumi 0,1 qr., qalıq: 1,657 qr. Metamfetaminin ümumi təmiz çəkisi: 0, 665 qr., sərf edildi: ümumi 0,1 qr., qalıq: 0,565 qr. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,257 qram psixotrop maddə metamfetamin maddi subut hesab edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,207 qram psixotrop maddə metamfetamin Qaradağ RPİ-nin saxlancına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,665 qram psixotrop maddə metamfetamin maddi subut hesab edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,565 qram psixotrop maddə metamfetamin Qaradağ RPİ-nin saxlancına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 1,757 qram narkotik vasitə heroin maddi subut hesab edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,657 qram narkotik vasitə heroin Qaradağ RPİ-nin saxlancına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 29.03.2021-ci il tarixli 892 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 19 fevral 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 19 fevral 2021-ci il tarixdə Qaradağ rayon Ələt qəsəbəsi Füzuli küçəsində yerləşən “Nərmin” marketin qarşısında Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş olduqları əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş, polis bölməsində videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 02 ədəd siqaretin qızılı kağızına bükülmüş bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.130 qram və 0,127 qram, ümumi təmiz çəkisi 0,257 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 19 fevral 2021-ci il tarixli «baxış və götürülmə aparılması haqqında» protokoldan görünür ki, 19 fevral 2021-ci il tarixdə Qaradağ rayon Ələt qəsəbəsi Füzuli küçəsində yerləşən “Nərmin” marketin qarşısında Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş olduqları əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ünvan 3 ünvana baxış keçirilən zaman mətbəxdə mətbəx stolunun yanında olan rəngli xalçanın altından “Manchestr” markalı siqaret qutusunun içərisində 02 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,478 qram və 0,187 qram, təmiz çəkisi 0,665 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,505 qram və 0,252 qram, ümumi təmiz çəkisi 1,757 qram qəhvəyi və tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək edilərək götürülmüşdür. İş materiallarında olan videodisklərə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 02 ədəd siqaretin qızılı kağızına bükülmüş bükülülər çıxararaq təqdim edir və içində metamfetamin olduğunu bildirir. Daha sonra o sorğu sual zamanı həmin narkotik vasitəni İran İslam Respublikasında tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ünvan 3 ünvana baxış keçirilir və bu zaman mətbəxdə mətbəx stolunun yanında olan rəngli xalçanın altından “Manchestr” markalı siqaret qutusunun içərisində 02 bükümdə psixotrop maddə metamfetamin və 02 bükümdə narkotik vasitə heroin aşkar edilərək edilərək götürülür. Daha sonra sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Hər iki videodiskdə təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir ifadə işlətməmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs öz ifadəsində narkotik vasitənin İran İslam Respublikasından istintaqa məlum olmayan mənbədən əldə etməsini inkar edərək bununla bağlı ibtidai istintaq dövründə ifadəsini təzyiq və işgəncələrə məruz qalmaqla verdiyini bildirsə də məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla həmin ittiham öz təsdiqini tapmış və təqsirləndirilən şəxsin həmin ifadəni işgəncə və təzyiq altında verdiyi sübuta yetməmişdir. Belə ki, cinayət işi araşdırılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs fiziki işgəncələr məruz qalması və yaxud döyülməsi ilə bağlı heç bir orqana heç bir formada müraciət etməmişdir. Lakin təqsirləndirilən şəxs 22 fevral 2021-ci il tarixdə Qaradağ RPİnin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilərkən müəssisənin tibb-sanitar hissəsində müayinədən keçirilən zaman onda hər iki sarğı, hər iki said və sol göz qapağı nahiyələrində tünd-bənövşəyi rəngli qançır izləri aşkar olunduğu üçün Bakı İstintaq Təcridxanası tərəfindən bu barədə Bakı şəhər Prokurorluğuna və Qaradağ rayon Prokurorluğuna rəsmi məlumat verilmişdir. Məlumatla əlaqədar Qaradağ rayon Prokurorluğunda araşdırma aparılaraq Qaradağ rayon Prokurorluğunun müstəntiqi 1-ci dərəcəli hüquqşünas X8 tərəfindən 24 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs izahatı alınmışdır. Təqsirləndirilən şəxs həmin izahatında bədəni üzərində aşkar olunmuş xəsarətləri 18 fevral 2021-ci il tarixdə yaşadığı Ələt qəsəbəsində yeriyərkən yıxılıb aldığını, məhkəmə tibbi-ekspertizasından keçməkdən imtina etdiyini bildirmiş və izahatını öz xətti ilə yazdığı imzası ilə təsdiq etmişdir. Bundan başqa təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o hazırda ADY-da "xxxx" MMC-də mexanik vəzifəsində işləyirmiş. Qeyd etmişdir ki, təxminən 4-5 ay olar ki, o psixotrop maddələrdən və narkotik vasitə heroindən istifadə edirmiş. O işi ilə əlaqədar 3-4 aydan bir İran İslam Respublikasına gedib gəlirmiş. 2020-ci ilin noyabr ayında o yenədə işlə bağlı İran İslam Respublikasının Astara şəhərinə getmişdir, orada olan zaman tanımadığı İİR-sı vətəndaşı ona yaxınlaşaraq ucuz qiymətə psixotrop maddə və heroin satdığını bildirmişdir. O da bu maddələrin qəbulu ilə məşğul olduğu üçün onun təklifi ilə razılaşmışdır. Həmin şəxsdən qramı 8 manat olmaqla təxminən 5 qram psixotrop maddə metamfetamin, qramı 8 manat olmaqla 1,5 qram heroin və qramı 1 manat olmaqla 2 qram tiryək almışdır. O özü o qədər almışdır ki, növbəti 3-4 ay sonra İrana gedəcəyinə qədər istifadə etsin. Aldığı maddələri özündə olan qara rəngli «Manchestr» markalı siqaret qutusunun içərisinə qoymuşdur. Həmin siqaret qutusunu o gömrük nəzarətindən gizli olaraq Azərbaycan Respublikasına gətirmişdir və arada özu üçün istifadə etmişdir. Daha sonra o arada bir gəlib Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində qardaşının kirayədə yaşadığı evə gəlib bir iki gün qalırmış, sonuncu dəfə 17 dekabr 2021-ci il tarixdə və özündə olan içərisində pisxotrop maddə və narkotik vasitə olan siqaret qutusunu qardışının yaşadığı evdə mətbəxdə xalçanın altında gizlətmişdir. 19 fevral 2021-ci il tarixdə səhər saatlarında o Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsində yerləşən «Nərmin» marketin qarşısında polis əməkdaşları ona yaxınlaşaraq ad və soyadını soruşmuşlar, o ad və soyadını dedikdən sonra onlar onu Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. Polis bölməsində xidməti otaqların birində barəsində tutma protokolu tərtib edilmişdir, vəkil təqdim edilmişdir, hüquq və vəzifələri izah edilmişdir, daha sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Həmin vaxt ona üzərində qanunla daşınması və saxlanılması qadağan olunmuş əşyaları təqdim etməyini tələb etmişlər. O əynində olan qara rəngli cins şalvarın sol yan cibindən iki ədəd siqaretin qızılı kağızına bükülmüş bükülünü çıxardıb masanın üstünə qoymuşdur və həmin bükülülərdə psixotrop maddə olan metamfetamin olduğunu və şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Həmin vaxt bu barədə protokol tərtib edilmiş və o da həmin protokolu imzalamışdır. Bundan sonra o bildirmişdir ki, yaşadığı evdə siqaret qutusunda narkotik vasitə heroin və metamfetamin vardır. Bundan sonra onunla birlikdə onun müəvvəqəti yaşadığı Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsi 5 ünvanına polis əməkdaşları getmişlər. Orada qardaşının həyat yoldaşından evdə baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Qardaşının həyat yoldaşı Fatimə buna razılıq verərək ərizə yazmışdır, daha sonra onlar evə daxil olmuşlar və o özü mətbəxdə mətbəx stolunun yanında olan rəngli xalçanın altından qara rəngli «Manchestr» markalı siqaret qutusunu çıxardıb polis əməkdaşlarına təqdim etmişdir, həmin qutunun içərisinə baxış keçirilən zaman orada 2 büküm metamfetamin, 2 büküm heroin, bir ədəd pul əskinasına oxşar kağız və bir bükümün içərisi boş şəkildə aşkar edilərək götürülmüşdür, bu barədə protokol tərtib edilmiş və o digər iştirakçılar imza etmişlər. Beləliklə məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi iş üzrə toplanmış sübutlarla tam təsdiq edilir. Lakin, məhkəmədə təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. Belə ki, məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin, ondan aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlanmasına dair heç bir sübut və hər hansı bir inandırıcı dəlil müəyyən edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair DVD diskə baxış keçirilərkən də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan başqa iş materiallarında olan “əməliyyat qrupunun yaradılması barədə” 19 fevral 2021-ci il tarixli əmrdə, “əməliyyat qrupunun təşkil edilməsi barədə” 19 fevral 2021ci il tarixli protokolda və “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 19 fevral 2021-ci il tarixli qərarda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi olmadan əldə edərək üzərində saxlaması barədə məlumat olduğu göstərilmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir qeyd öz əksini tapmamışdır. Bundan başqa məhkəmə iclasında iş üzrə dindirilmiş şahid ifadələrində də təqsirləndirilən şəxsin narkotik vasitənin istifadəçisi olması ilə bağlı olaraq onlara əməliyyat məlumatının daxil olduğu bildirilmiş və təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitəni əldə edərək saxlaması ilə bağlı heç bir əhəmiyyət kəsb edən hal göstərilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 206.2 və 234.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılsada Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və sair hallara dair hər hansı mötəbər sübutlar və əsaslı şübhələr müəyyən edilərək araşdırılmamışdır. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması aşkardır, toplanmış və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş və toplanılmış mötəbər sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası DİN BƏSİİ-si tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətli və düzgündür. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,207 qram psixotrop maddə metamfetamin, 0,565 qram psixotrop maddə metamfetamin və 1,657 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 23 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 138 (yüz otuz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 19 fevral 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,207 qram psixotrop maddə metamfetamin, 0,565 qram psixotrop maddə metamfetamin və 1,657 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 138 (yüz otuz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-249/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-249/2021
11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver