Məhkəmə qərarları › İş №1(002)-249/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-249/2022

09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-249/2022 09.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili 15 saylı vəkil bürosunun vəkili X1, müdafiəçi: Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəl məhkum olunmamış, ali təhsilli, “Socar” Neftqaz tikinti trestində fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, 03 iyul 2022-ci il tarixdə saat 21 radələrində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs, yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massiv ev 56A saylı fərdi yaşayış evinin mətbəxində arvadı Zərərçəkmiş şəxs qəsdən müxtəlif əşyalarla və əli ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 ildir ki, evlidir. Evliliklərindən tibbi səbəblərə görə övladları olmamışdır. Bacısı və anası onlara qonaq gəlmiş lakin hər-hansı mübahisə yaratmamışlar. Həmin gün yəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında evdə həyat yoldaşı ilə birlikdə mətbəxdə yemək yeyən zaman saat 21:00 radələrində Zərərçəkmiş şəxs ona avtomobillə hara getməsi barədə sual vermişdir. O, bütün gün həyat yoldaşının ona psixoloji təsir etdiyini və gərginlik altında saxladığını səbəb kimi göstərərək bir anlıq əsəbləşmiş və əlindəki çəngəli masaya vuraraq ayağa qalxıb hamama yuyunmağa getmişdir. Bu zaman Zərərçəkmiş şəxs onun arxasınca gəldiyini və buna görə də onu itələyərək özündən aralaşdırmaq istəyərkən həyat yoldaşının onun sinə nahiyəsindən tutaraq cırmaq atdığını və buna görə də əsəbləşərək hamamın döşəməsini təmizləmək üçün istifadə olunan taxtanı götürərək Zərərçəkmiş şəxs başına və bədəninin digər nahiyələrinə vurduğunu bildirmişdir. O, həyat yoldaşının digər otağa keçərək qışqırdığını eşitdikdə təkrar həmin otağa gəlmiş və sakitləşməsi üçün sillə ilə onu vurmuşdur, aralarındakı münaqişə təqribən 30 dəqiqə davam etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs qardaşına zəng edərək bacısını gəlib aparmasını istəmiş özü isə qardaşını çağırıb onunla birlikdə ünvanı tərk etmişdir. Əməlindən peşiman olmasını, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli şəxs Təqsirləndirilən şəxs təqsirli olması özünün, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 20 ildir ki, Təqsirləndirilən şəxs ilə evlidir. Evliliklərindən tibbi səbəblərə görə övladları olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində baldızı X3 və qaynanası X2 onlara qonaq gəlmişlər. Birlikdə edilən söhbət əsnasında Mafizə Məmmədova bildirmişdir ki, “mənim uşağımın daşı düşüb hamının başına”. M.Məmmədova bu sözləri ona görə demişdir ki, 1 gün əvvəl baldızının qızı Məmmədova Rüqayyə və onun qardaşı Məmmədov Mirhəmzə onların evində oyun oynayan zaman o, onlardan biraz sakit olmalarını tələb etmişdir. Rüqayyə isə bu sözləri evə getdikdən sonra anasına demişdir. Bundan sonra baldızı evin içərisində onu təhqir etdiyi üçün o, əsəbləşərək “Uşaqdı gəlsin çıxsın başımıza” ifadələrini işlətmişdir. O, qeyd etmişdir ki, baldızı və qaynanası getdikdən sonra həyat yoldaşının əsəbləşdiyini hiss etmişdir. Bütün bunlardan sonra saat 21:00 radələrində evdə həyat yoldaşı ilə mətbəxdə yemək yeyən zaman Təqsirləndirilən şəxs avtomobil ilə hara getdiyini soruşmuş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs müxtəlif əşyalarla və əli ilə onun başına və bədəninin müxtəlif nahiyələrinə vurub, döyərək xəsarət yetirmişdir. Həyat yoldaşı onu döyərkən özünü müdafiə etmək məqsədi ilə ona əlqol atmış və sinəsindən tutaraq uzaqlaşdırmağa çalışmışdır. Onlar arasında münaqişə təqribən 30 dəqiqə davam etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını və sonuncu barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Sadələşdirilmiş icraat materialının 106-107-ci vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyə verilmişdir. Sadələşdirilmiş icraat materialının 22-ci vərəqəsində olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 23-cü vərəqəsində olan protokoldan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli şəxs Təqsirləndirilən şəxs barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 24-26-ci vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi Birliyinin 04 iyul 2022-ci il tarixli 454 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər- başın ənsə nahiyəsinin qançırı, başın təpə nahiyəsinin şişkinlik halında qançırı, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı nahiyənin dərialtı hematoması, sağ bazu, sol said, sol kürək, bel, sol bud və sol baldır nahiyələrinin qançırları bərk küt əşya (alət) təsirindən müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X8 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Sadələşdirilmiş icraat materialının 30-31-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 08 iyul 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair heç bir məlumat yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının CM-nın 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli şəxs Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya məhkəmə icraçısının iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli şəxs Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət cinayət qanunu ilə nəzərdə tutulmuş əməli şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 № Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 2 manat miqdarında əmək haqqı ödənilməlidir. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş və məhkəməyə təqdim edilmiş təhqiqat dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 xx.xx.2022-ci il tarixli 1414 saylı order əsasında işə qoşularaq təhqiqat dövründə 15 (on beş) iş saatı, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə xx.xx.2022-ci il tarixli № 1651 saylı order əsasında işə qoşularaq məhkəmədə 15 (on beş) iş saatı sadələşdirilmiş material üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təhqiqat zamanı vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi yardıma görə 90 (doxsan) manat pul vəsaiti, vəkil Müdafiəçi2 tərəfindən məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi yardıma görə 90 (doxsan) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təhqiqat zamanı vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi yardıma görə 90 (doxsan) manat pul vəsaiti, vəkil Müdafiəçi2 tərəfindən məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi yardıma görə 90 (doxsan) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar