Məhkəmə qərarları › İş №1(002)-249/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-249/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-249/2024 03.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 13 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli CM-nin 181.3.2-ci maddəsindən həmin Məcəlınin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsif edilməklə üzərində qəti olaraq 11 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 28 iyul 2016-cü il tarixdən hesablanmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən 8 saylı cəzaçəkmə müəssisədə saxlanıldığı müddətdə istintaqa məlum olmayan vaxtda və mənbədən "Cəzaçəkmə müəssisələrinin X2" ilə qadağan olunmuş işlək vəziyyətdə - «SM- A600FN/DS» modelli, "**********85383, **********85381" imei kodlu, 1 ədəd "Samsung Galaxy A6" markalı mobil smartfonu əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış, (051) ***-**-** nömrəli «Sim» danışıq kartı vasitəsi ilə arvadı Şahid6 istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefonla əlaqə saxlamaqla "Samsung Galaxy A6" markalı mobil smartfondan istifadə etmiş və 13 avqust 2023-cü il tarixdə, saat 08:30 radələrində müəssisənin əməkdaşları tərəfindən İİ rejim korpusunun, 5 saylı kamerasında axtarışbaxış keçirildiyini görən zaman üzərində gizlətdiyi qadağan olunmuş əşya olan həmin mobil smartfonu əynindəki qara rengli idman şalvarının sağ yan cibindən çıxarıb müəssisənin əməkdaşlarına könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. O həmin ifadəsində göstərmişdir ki, törətdiyi cinayətə görə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2018ci il tarixli qərarı ilə 12 (on iki) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində çəkdiyi müddətdə oranın rəhbərliyi mobil telefon aparatının hazırlanması, saxlanması, gəzdirilməsi, daşınması və istifadəsinin cinayət məsuliyyəti yaratması ona elan edilmiş, o ise hadisədən taxminən bir ay əvvəl məhkumlar üçün nəzərdə tutulmuş telefon danışığına gedərkən müəssisənin arazisindəki ağacın dibindən tapdığı sellofan bükülünü açanda içərisində 1 ədəd «Samsung Galaxy A6» markalı mobil smartfon olduğunu görmüş, ətrafda heç kimin olmamasından istifadə edərək tapdığı eşyanı özü ilə götürmüş, özündə saxlamış, gezdirmiş, daşımış və daxilində (051) ***-**-** nömrəli "Sim" danışıq kartı olan hemin mobil smartfon vasitesi ilə arvadı Şahid6 istifadəsində olan (050) ***-**-** nömrəyə müxtəlif tarixlərdə dəfələrə zənglər edərək alaqə saxlamaqla istifadə etmiş, 13 avqust 2023-cü il tarixde, saat 08:30 radələrində gəzinti otağında olarkən müəssisə əməkdaşlarının İİ rejim korpusunun, 5 saylı kamerasında axtarış-baxış tədbirləti keçirdiyini görmüş və həmin vaxt onlara yaxınlaşaraq üzərində gizlətdiyi mobil smartfonu aynindəki qara rəngli idman şalvarının sağ yan cibindən çıxarıb müəssisənin əməkdaşlarına könüllü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin əməliyyat bölməsinin böyük inspektoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə, saat 08:30 radələrində müəssisənin İİ rejim korpusunun, 5 saylı kamerasında hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbiri keçirilən zaman müəssisənin gəzinti otağında olan məhkum Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq Üzərindəki 1 ədəd "Samsung Galaxy A6" markalı mobil smartfonu könüllü olaraq ona teqdim etmiş, bundan sonra qadağan edilmiş əşyanın aşkar edilməsi faktı ilə əlaqədar müvafiq protokol tərtib edilmiş, həmin əşya qablaşdıraraq protokola əlavə edilmiş və protokola bütün iştirakçılar tanış olduqdan sonra imzaları ilə təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin rəsin növbətçi köməkçisi Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə, saat 08:30 radələrində müəssisənin İİ rejim korpusunun, 5 saylı kamerasında hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbiri keçirilən zaman müəssisənin gəzinti otağında olan məhkum Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq Üzərindəki 1 ədəd "Samsung Galaxy A6" markalı mobil smartfonu könüllü olaraq ona teqdim etmiş, bundan sonra qadağan edilmiş əşyanın aşkar edilməsi faktı ilə əlaqədar müvafiq protokol tərtib edilmiş, həmin əşya qablaşdıraraq protokola əlavə edilmiş və protokola bütün iştirakçılar tanış olduqdan sonra imzaları ilə təsdiq etmişdirlər. Şahid3 Şəxmsəddin oğluna məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin böyük nəzarətçisi Şahid3 Şəxmsəddin oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə, saat 08:30 radələrində müəssisənin İİ rejim korpusunun, 5 saylı kamerasında hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbiri keçirilən zaman müəssisənin gəzinti otağında olan məhkum Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq Üzərindəki 1 ədəd "Samsung Galaxy A6" markalı mobil smartfonu könüllü olaraq ona teqdim etmiş, bundan sonra qadağan edilmiş əşyanın aşkar edilməsi faktı ilə əlaqədar müvafiq protokol tərtib edilmiş, həmin əşya qablaşdıraraq protokola əlavə edilmiş və protokola bütün iştirakçılar tanış olduqdan sonra imzaları ilə təsdiq etmişdirlər. Şahid, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssində cəza çəkən məhkum Şahid4 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə, saat 08:30 radələrində Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən İİ rejim korpusunun, 5 saylı kamerasında axtarış-baxış keçirilən zaman müəssisənin gəzinti otağında olan məhkum Təqsirləndirilən şəxs üzerindeki 1 ədəd "Samsung Galaxy A6" markalı mobil smartfonu könüllü olaraq əməliyyat şöbəsinin böyük inspektoru Şahid1 təqdim etdiyini görmüş, bundan sonra onun və digər hal şahidinin iştirakı ilə protokol tərtib edilmiş, həmin telefon qablaşdırılaraq protokola elavə edildikden sonra bütün iştirakçılar protokolla tanış olaraq imzaları ile təsdiq etmişdilər. Şahid, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssində cəza çəkən məhkum Şahid5 İnqilab oğlu məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid5 İnqilab oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid5 İnqilab oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə, saat 08:30 radələrində Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən İİ rejim korpusunun, 5 saylı kamerasında axtarışbaxış keçirilən zaman müəssisənin gəzinti otağında olan məhkum Təqsirləndirilən şəxs üzərindəki 1 ədəd "Samsung Galaxy A6" markalı mobil smartfonu könüllü olaraq əməliyyat şöbəsinin böyük inspektoru Şahid1 təqdim etdiyini görmüş, bundan sonra onun və digər hal şahidinin iştirakı ilə protokol tərtib edilmiş, həmin telefon qablaşdırılaraq protokola əlavə edildikdən sonra bütün iştirakçılar protokolla tanış olaraq imzaları ilə təsdiq etmişdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasını Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli, 5/1431 nömrəli rəyindən görünür ki, 1.Təqdim edilmiş bir ədəd sensor ekranlı "Android 10" əməliyyat sistemi ilə təhciz olunmuş "Samsung Galaxy A6" markalı "SM-A600FN/DS" modelli "**********85383, **********85381" "ımeı" kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 2.Tədqiq olunan "Samsung Galaxy A6" markalı "SM-A600FN/DS" modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, "SMS" mesajlar, audio, foto, video fayllar, "WhatsApp" proqram təminatı vasitəsi ilə aparılmış audio, foto, video fayllar, texniki qeydlər və sairǝ) mövcud olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskǝ). 3.Rəyin "Tədqiqi hissəsi"nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş "Samsung Galaxy A6" markalı "SM-A600FN/DS" modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, "SMS" mesaj, foto, audio, video fayllar, "WhatsApp" proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. 4.Təqdim edilmiş "Samsung Galaxy A6" markalı "SM-A600FN/DS" modelli mobil smartfonun yaddaşına quraşdırılmış "WhatsApp" proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, buraxılmış, gələn, gedən səsli zənglər və buraxılmış video zənglər) mübadilələri müəyyən olundu, lakin rəyin "Tədqiqi hissəsi"nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. 5.Gələcəkdə belə xarakterli hüquq pozmaların bir daha baş verməməsi və qarşısının alınması üçün ekspert aşağıdakı profilaktik tövsiyyələri verməklə idarə, müəssisə və təşkilatlara yazılacaq təqdimatlarda nəzərə almanızı xahiş edir. -Cəzaçəkmə müəssisələrində qanunsuz rabitə əlaqələrinin yaradılmasının qarşısının alınması üçün xüsusi dalğa (GSM) boğucu qurğular quraşdırılmalı; -Cəzaçəkmə müəssisələrindəki yoxlama məntəqəsində xüsusi avadanlıqlardan istifadə etməklə qanunsuz və ya gizli kecirilən mobil smartfonların (telefon, onlara aid naqil, "SİM" danışıq kartı və sairə) aşkar ediməsi üzrə nəzarətin gücləndirilməsi. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 13 avqust 2023-cü il tarixli “axtarış və götürmə” protokolundan görünür ki, saat 08:30 radələrində Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən müəssisədə keçirilmiş axtarış-baxış tədbirləri zamanı məhkum Təqsirləndirilən şəxs üzərində olan Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslər tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş mobil smartfonu könüllü olaraq müəssisənin əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 10 avqust 2019-cu il tarixli iltizamdan da görünür ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslər tərəfindən qadağan olunmuş əşyaların siyahısı Təqsirləndirilən şəxs elan olunmuş və sonuncu həmin siyahı ilə tanış əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadesi qadağan olunmuş olduqdan sonra iltizamı imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “maddi sübutun tanınması və cinayət işinə əlavə edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd “Samsung Galaxy A6” markalı, «SM-A600FN/DS» modelli, "**********85383, **********85381" imei kodlu mobil smartfon 22 iyul 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2023cü il tarixli, 5(004)-1404/2023 saylı qərarı əsasında "xxxx" MMC-dən götürülmüş telefon danışıqları barədə CD diskində olan məlumatlara 22 iyul 2024-cü il tarixdə keçirilən baxış zamanı məhkum Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində saxlanıldığı müddətdə «Samsung Galaxy A6» markalı mobil smartfondan istifadə edərək (051) ***-**-** nömrəli danışıq kartı vasitəsi ilə arvadı Şahid6 istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefon aparatına 04 iyul 2023-cü il tarixdə, saat 02:18:59 radələrində, 08 avqust 2023-cü il tarixdə, saat 21:00:48 ve 21:31:13 radələrində, 09 avqust 2023-cü il tarixdə, saat 23:48:40 radələrində, 10 avqust 2023-cü il tarixdə, saat 00:17:58 radələrində, 11 avqust 2023-cü il tarixde, saat 00:20:50 radələrində, 12 avqust 2023-cü il tarixde, saat 21:14:39 radələrində çox saylı zənglər edərək əlaqə saxlamaqla həmin smartfondan dəfələrlə istifadə etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X2»nın 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlar üçün saxlanılması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistika İdarəsindən alınmış tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 13 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli CM-nin 181.3.2-ci maddəsindən həmin Məcəlınin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsif edilməklə üzərində qəti olaraq 11 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 28 iyul 2016-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, məhkum Təqsirləndirilən şəxs mənfi xarakterizə edilməklə islah yoluna qədəm qoymayan məhkum kimi göstərilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung Galaxy A6” markalı, «SM- A600FN/DS» modelli, "**********85383, **********85381" imei kodlu markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. Qeyd olunan “Samsung Galaxy A6” markalı, «SM-A600FN/DS» modelli, "**********85383, **********85381" imei kodlu markalı mobil telefonda istifadə olunmuş 01 ədəd ***-***-**-** saylı “sim” danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işində saxlanılmalıdar. İş üzrə 80 (səksən) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Azərbaycan Respublikası Ali Məhkəmənin 18 dekabr 2018-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalmış 03 (üç) il 10 (on) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Cəzasının əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisində çəksin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung Galaxy A6” markalı, «SM- A600FN/DS» modelli, "**********85383, **********85381" imei kodlu mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd ***-***-**-** saylı “sim” danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diski cinayət işində saxlanılsın. İş üzrə 80 (səksən) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar