Məhkəmə qərarları › İş №1(002)-249/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-249/2025

17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-249/2025 17.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu olmayan, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs sifarişi əsasında Koreya Respublikasından gətirilmiş “Mercedes E-220” markalı avtomobili özünün adına sənədləşdirməklə şəhid ailəsi olması səbəbindən Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində daha ucuz qiymətə gömrük rəsmiləşdirməsini həyata keçirəcəyinə dair yalan vəd verib aldadaraq, 10 mart 2025-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən şossesində yerləşən Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs tanışı Şahid1 vasitəsi ilə göndərdiyi 8000 (səkkiz min) manat pul vəsaitini alıb inzibati binaya daxil olduqdan bir qədər sonra Zərərçəkmiş şəxs “Whatsapp” mobil tətbiqi ilə mesaj yazaraq guya həmin iş üçün əlavə 1200 (bir min iki yüz) manat pul tələb olunduğunu bildirib həmin tarixdə saat 13:10 radələrində sonuncunun tapşırığı ilə tanışı Şahid1 inzibati binanın qarşısında əlavə olaraq həmin tarixə olan milli məzənnə ilə 1190 (bir min yüz doxsan) manat təşkil etmiş 700 (yeddi yüz) ABŞ dolları və 10 manat olmaqla 1200 (bir min iki yüz) manat, ümumilikdə Zərərçəkmiş şəxs 9200 (doqquz min iki yüz) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanışı Şahid1 vasitəsi ilə bir il əvvəl tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs avtomobil icarəsi ilə məşğul olduğuna görə Orxandan icarə əsasında avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Orxan 2024-cü ilin oktyabr ayında aralarındakı söhbət zamanı xarici ölkədən onun adına avtomobil gətirməyi təklif edərək şəhid ailəsi üzvü olduğuna görə avtomobilin gömrük rüsumunda ona endirim ediləcəyini bildirmişdir. O da Orxanla razılaşmış və dəqiq xatırlamadığı tarixdə Orxanla birlikdə Bakı şəhəri, Yasamal rayonu, “Nərimanov heykəli” adlanan ərazidə yerləşən “UNİBANK”-a getmiş, Orxan telefonda kiminləsə danışdıqdan sonra avtomobili almaq üçün tanımadığı şəxsin hesabına onun adından “UNİBANK” vasitəsilə 8400 ABŞ dolları məbləğində pul köçürməsi etmişdir. Həmin vaxt ona sözügedən avtomobilin iki-üç aydan sonra Bakı şəhərinə çatdırılacağı barədə məlumat verilmişdir. xx.xx.2025ci il tarixdə Orxan onunla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində, ünvanını dəqiq xatırlamadığı Çay evində görüşərək ona sözügedən yəni, Orxanın onun adına sifariş verdiyi avtomobilin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli gömrüyü” adlanan Gömrük idarəsinə çatdırılması barədə məlumat verilmişdir. Orxan ona sabah yəni xx.xx.2025-ci il tarixdə 8000 (səkkiz min) manat pul verəcəyini və onun gömrük idarəsinə gedib avtomobili rəsmiləşdirməli olduğunu, həmçinin həmin qiymətə rəsmiləşdirmə məsləsini həll edə biləcəyi təqdirdə Orxanın ona pul verəcəyini demiş, o, da razılaşmışdır. Həmin vaxt Orxanın və onun tanışı olan Şahid1 də onların yanında olmuş, aralarında Orxanın pulu Ramilə verməsi, avtomobili rəsmiləşdirməyə Ramilin onunla birlikdə getməsi barədə razılaşmaları olmuşdur. xx.xx.2025-ci il tarixdə səhər saatlarında o, Ramil ilə görüşüb, birlikdə onun Orxandan icarəyə götürdüyü avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən şossesində yerləşən Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə baş Gömrük İdarəsinə getmişlər. İdarənin qarşısında avtomobili saxladıqdan sonra Ramil Orxanın verdiyi 8000 (səkkiz min) manat pulu cibindən çıxarıb ona vermiş, o, da Ramildən 8000 manat pulu götürüb Gömrük idarəsinin giriş qapısından içəri daxil olmuş, müvafiq şöbəyə yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədləri və şəhid ailəsi üzvü olduğuna dair vəsiqəni gömrük işçilərinə təqdim etdikdən sonra onlar hesablayaraq ona avtomobilin 8000 manata rəsmiləşdirilməli olduğunu demişlər. Həmin vaxt maddi vəziyyəti aşağı olduğuna görə, müxtəlif şəxslərə borcları olduğu üçün pula ehtiyacı yaranmışdır. Buna görə də Zərərçəkmiş şəxs aldadaraq onun pul vəsaitini ələ keçrimək qərarına gəlmişdir. Bu məqsədlə Orxanla “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb ona yalandan gömrük rəsmiləşdirməsi üçün 9200 manat pul istədiklərini demişdir. Orxan ona SMS yazaraq oradan çölə çıxmalı olduğunu, Ramillə danışdığını, Ramilin ona 1200 manat pul verəcəyini bildirmişdir. Bundan sonra o, gömrük idarəsinin həyətindən çölə çıxaraq avtomobilə qayıtmış, orada Ramil ona 1200 manat pul verdikdən sonra Orxana SMS yazaraq Ramildən 700 ABŞ dolları və 10 manat ümumlikdə 1200 manat götürdüyünü bildirmişdir. O, Gömrük idarəsinin həyətinə daxil olmuş, Orxanın onun adına gətirtdirdiyi “Mercedes” markalı avtomobilin orada olduğunu görmüşdür. Orxan SMS yazaraq və səs ismarcıları göndərərək maşını ona göstərməyini xahiş etmiş, lakin o, həmin yerdən uzaqlaşıb getmək niyyətində olduğu üçün Orxana yalandan “videoçəkliş aparmağa və görüntü ilə danışmağa icazə vermirlər, imkan olsa maşını sənə göstərəcəm” sözlərini demişdir. Bir qədər sonra o, Orxanla Ramilə heç bir məlumat vermədən gizlincə gömrük idarəsinin qapısından çıxaraq oradan uzaqlaşmışdır. Yolda olan zaman Orxan və Ramil ona tez-tez zəng etmiş, o da Gömürük idarəsindən uzaqlaşıb getməyə vaxt qazanmaq üçün Orxana yalandan “sənədlər hazırdır, bir azdan maşını götürəcəm” sözlərini demişdir. Bu sözləri Orxana bildirərəkən artıq oradan uzaqlaşıb yaşadığı ünvanın yaxınlığına yəni Bakı şəhəri, Nizami rayonu ərazisinə çatmışdır. Bir qədər sonra onların zənglərinə cavab verməmiş və telefonunu söndürmüşdür. Əldə etdiyi 9200 manat pulun bir hissəsi ilə borclarını ödəmiş, qalan hissəsini isə digər şəxsi ehtiyaclarına xərcləmişdir. Murad Təqsirləndirilən şəxs əlavə olaraq, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs X3 ilə barışmasını, zərərçəkmiş şəxsə vurduğu 9200 manat ziyanı tamamilə ödəməsini, zərərəçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 2300 manat məbləğində dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1 ilə yaxındır ki tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. Murad ona icarəyə verdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs taksi sürücüsü olaraq təxminən 6 ay müddətdə onun yanında işləmiş, işlədiyi müddət ərzində Muradla aralarında heç bir narazılıq olmamışdır. 2024-cü ilin oktyabr ayında o, yeni avtomobil almaq istəmiş, bu barədə Muradla söhbət edərkən Murad hansı avtomobili alacağını soruşmuş, o da xaricdən şirkət vasitəsi ilə “Mercedes” markalı avtomobil gətirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona “gəl, avtomobili mənim adıma sifariş verək, mən şəhid ailəsi olduğum üçün gömrük rüsumundan güzəşt olunacaq” sözlərini demişdir. Murad onun yanında işləyib etibarını qazandığı üçün onun dediyi kimi etmiş, avtomobili sifariş edən zaman Muradın adına qeydiyyat etdirib, avtomobili Koreya Respublikasından sifariş etmişdir. Avtomobili almaq üçün 8400 ABŞ dolları məbləğində pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində olan “Unibank”-da ödəmişdir. Həmin vaxtda sonra Murad yenədə ona məxsus olan avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 07 mart 2025-ci il tarixdə Muradın adına sifariş verdiyi özünə məxsus olan “Mercedes E 220” markalı avtomobil Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli Ticarət Mərkəzinin yaxınlığında yerləşən Gömrük idarəsinə çatdırıldığından həmin avtomobili oradan sənədləşdirib çıxarmaq zərurəti yaranmışdır. Avtomobil Muradın adına gəldiyi üçün Murad oraya gedib sənədləşdirmə işlərini görməli olmuşdur. Murada bu barədə məlumat verdikdən sonra Murad kiməsə zəng edib danışmışdır. Danışıq yekunlaşdıqdan sonra avtomobili rəsmiləşdirmək üçün 8000 manat dövlət rüsumu lazım olduğunu ona demiş, o da razılaşmışdır. Həmin vaxt başqa işi olduğuna görə avtomobilin sənədləşmə işlərinin həll edilməsini dostu Şahid1 həvalə etmiş, Ramil də onun xahişini nəzərə alaraq bu məsələni həll edəcəyini demişdir. xx.xx.2025-ci il tarixdə dostu Şahid1 11000 manat pul verərək Muradla birlikdə avtomobili sənədləşdirməyə göndərmiş, X6 Ticarət Mərkzəinin yaxınlığında yerləşən Baş Gömrük İdarəsinə getmişlər. Onlar həmin yerə getdikdən sonra o, Ramillə telefonla danışmış, danışıq zamanı Ramil ona Murada 8000 manat pul verdiyini, Muradın da Gömrük idarəsinə getdiyini demişdir. Bundan iki saat sonra Murad istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsində onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə "WhatsApp"la SMS yazaraq rəsmiləşdirmək üçün əlavə 1200 manat pul istənildiyini bildirmiş, o, da buna cavab olaraq onun mobil telefonuna SMS yazaraq Murada “çıx bayıra, Ramilə deyirəm 1200 manat sənə pul versin” sözlərini demişdir. Bundan sonra Ramilə zəng edərək Murada əlavə 1200 manat pul verməsini demişdir. Təqsirləndirilən şəxs Gömrük idarəsindən bayıra çıxaraq Ramildən 700 ABŞ dolları və 10 manat, yəni 1200 manat pul götürərək yenidən Gömrük İdarəsinə daxil olmuşdur. Ramil Murada 1200 manat pul verdikdən sonra bu barədə ona zəng edərək məlumat vermişdir. Həmçinin Murad "WhatsApp"la ona sms yazaraq 700 ABŞ dolları və 10 manat yəni 1200 manat pulu Ramildən götürüdyünü bildirmişdir. Həmin vaxtdan bir neçə saat keçdikdən sonra o, və Ramil dəfələrlə Muradın istifadəsində olan mobil telefona zənglər etsələr də onların zənglərinə cavab vermədiyi üçün Muradla əlaqə saxlamaq mümkün olmamışdır. Murad Ramilin mobil telefonuna SMS yazıb müxtəlif bəhanələr gətirərək oradan getdiyini və avtomobilin bütün sənədlərinin hazır olduğunu, gəlib avtomobili götürəcəyini bildirmişdir. Bundan sonra o, Murad tərəfindən aldanıldığını başa düşüb Qaradağ RPİ-nin 10-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs baş vermiş hadisə barədə hadisədən bir gün sonra Muradın yaşadığı evə getmiş və orada Muradın anası Şahid2 Muradın onu aldatdığını və 9200 manat pulunu ələ keçirdiyini demişdir. Bundan bir gün sonra o, Şahid2 ilə birlikdə gömrük idarəsinə getmiş və orada X4 verdiyi etibarnamə əsasında Muradın adına sifariş edilərək ölkəyə gətirilmiş Zərərçəkmiş şəxs məxsus avtomobilin gömrük rəsmiləşdirilməsində iştirak etmişdir. Zərərçəkmiş şəxs orada öz cibindən 9200 manat məbləğində dövlət rüsumunu ödəmiş və avtomobili gömrükdən çıxarmışdır. Bundan sonra o, avtomobili öz adına qeydiyyat etdirmişdir. Orxan Hümbətov məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tamamilə ödədiyini, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 2025-ci ilin mart ayında, tarixini dəqiq xatırlamadığı bir gündə Orxan adlı şəxs onun yaşadığı ünvana gəlmiş və oğlu Muradın onun avtomobilinin gömrük rəsmiləşdirilməsini həyata keçirəcəyinə dair yalan məlumat verməklə onu aldatdığını və bu yolla 9200 manat məbləğində pul vəsaitinin Murad tərəfindən ələ keçirildiyini bildirmişdir. O, həmin məsələ barədə Muraddan soruşduqda, Murad müxtəlif şəxslərə borcu olduğunu və maddi ehtiyac səbəbindən Orxanın dediklərinin doğru olduğunu, yəni göstərilən məbləği aldığını etiraf etmişdir. Bundan sonra Orxan Murad barəsində polisə müraciət edəcəyini bildirdikdə, o, Orxandan şikayət etməməsini xahiş etmiş və qısa müddətdə 9200 manat məbləğində pul vəsaitinin qaytarılacağına söz vermişdir. Orxan ona avtomobil xaricdən Muradın adına sifariş edilərək gətirildiyi üçün gömrük rəsmiləşdirilməsini Muradın iştirakı olmadan həyata keçirə bilmədiyini demişdir. Bu zaman o, Təqsirləndirilən şəxs tərəfindən əvvəlcədən verilmiş etibarnamə əsasında gömrük rəsmiləşdirilməsində iştirak edə biləcəyini, lakin pulun qaytarılması imkanlarının həmin vaxt olmadığını bildirmişdir. Orxan onun şəhid ailəsi statusunu və yaşını nəzərə alaraq buna etiraz etməmişdir. Növbəti gün o, Orxanla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” gömrük postuna getmiş və orada o, Muradın ona əvvəlcədən təqdim etdiyi ümumi etibarnamə əsasında Orxanın Muradın adına sifariş edib gətirdiyi, markasını bilmədiyi avtomobili öz adına rəsmiləşdirmişdir. Gömrük rüsumu həmin vaxt Orxan tərəfindən ödənilmişdir. Daha sonra avtomobil Orxanın adına qeydiyyata alınmışdır. O, orada Orxandan yenidən Təqsirləndirilən şəxs barəsində polisə müraciət etməməsini xahiş etmişdir. Orxan artıq polisə ərizə ilə müraciət etdiyini və dəymiş 9200 manat məbləğində ziyan ödənildiyi təqdirdə şikayətini geri götürəcəyini bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi məhkəmə istintaqında tədqiq edilərək müəyyən edildi ki, Şahid1 Zərərçəkmiş şəxs ilə oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 09 may 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 1). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ona ittiham elan edilmişdir (i.v. 49-50). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 04 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 72-73). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 03 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 108-109). “Əşyaya baxış keçirilməsi haqqında” 10 may 2025-ci il tarixli protokoldan və “WhatsApp” mobil tətbiqində aparılmış yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında Zərərçəkmiş şəxs üçün avtomobilin alınması məqsədi ilə Təqsirləndirilən şəxs 9200 manat pul verilməsi barədə “WhatsApp” mobil tətbiqində yazışmalar aparılmışdır (i.v. 25-28, 31). “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 10 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs ona məxsus avtomobili gömrük rəsmiləşdirilməsi məsələsinin həll edilməsi adı altında aldadıb ona məxsus 9200 manat pul vəsaitini ələ keçirməsini təsdiq edən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasındakı “WhatsApp” mobil tətbiqində aparılmış yazışmalar cinayət işi üzrə maddi sübut hesab edilmiş və yazışmalar cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 32-33). “İfadənin yerində yoxlanılması barədə” 06 sentyabr 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, dələduzluq hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən şossesində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsinin inzibati binasının qarşısıdır. İş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları və xüsusatları bir daha hadisə yerində təsdiq etmişdir (i.v. 78-82). 01 oktyabr 2025-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, iş üzrə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindəki göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə demiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 9200 manat pulunu ələ keçirdiyini etiraf etmişdir (i.v. 102-105). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmmişdir (i.v. 85-86). Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir. Qeyd edilən halları, həmçinin vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2300 manat məbləğində dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhəkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli 19164 və 25648 nömrəli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə 1800 manat və 500 manat olmaqla, ümumilikdə 2300 manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi, yəni təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənildiyini, zərərçəkmiş şəxslə barışıq əldə edildiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2300 manat məbləğində dövlət büdcəsinə ödəniş edildiyini və bununla əlaqədar cinayət işinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən vurulmuş 9200 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 2300 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasının CM-nin 72ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan ləğv edilməlidir. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasındakı “WhatsApp” mobil tətbiqində aparılmış yazışmaların cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul vəkil X2, iş materialları ilə tanış olduğu və məhkəmənin baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat məbləğində pul vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, ekspertiza xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan ləğv edilsin. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul vəkil X2, iş materialları ilə tanış olduğu və məhkəmənin baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat məbləğində pul vəkil Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasındakı “WhatsApp” mobil tətbiqində aparılmış yazışmaların cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia, ekspertiza xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhər Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar