Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-25/2023 27.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, evli, Ağdam rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında müvəqqəti yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Yekun protokola əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:10 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1 A ünvanında yerləşən 9 nömrəli evin qonaq otağında birlikdə yaşadığı arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı yumuruq və təpik zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağ gözaltı nahiyyənin, sol dirsək oynağının, habelə döş qəfəsinin sol tarısının arxa səthində qırmızımtıl-göyümtül rəngli qeyri-müəyyən formalı qançırı, sol 4-cü qabırğalarda nazik köndələn çatın əlamətlərindən ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetrimişdir Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki Zərərçəkmiş şəxs iiə 2013-cü ildə ailə həyatı qurmuş və onların birgə nihakmdan iki övladları var.xx.xx.2022 ci il tarixdə arvadı X3 xalası oğlu Rüfət ilə parka uşaqlarla birgə çıxmışdır. Həmin vaxt işdən çıxıb parka gələn zaman həyat yoldaşının parkda olmadığını uşaqların isə parkda Rüfət ilə birlikdə olduğunu görüb Rüfətdən Simanın harada olduğunu soruşmuşdur. Rüfət ona Simanın Aysel adlı rəfiqəsi ilə birlikdə olduğunu demişdir. Təqsirləndirilən şəxs parkdan övladları ilə biriikdə yaşadıqları evə gedən zaman həmin parkda Sima və sonuncunun tanışı Aysellə rastlaşmışdır. Həmin vaxt o Simadan sonuncuya məxsus mobil telefonu alıb telefona baxarkən telefonda olan "Whatsapp" proqramına baxarkən proqrama başqa nömrədən sms gəldiyini görmüşdür. Bu vaxt gələn sms iə bağlı Simadan soruşduqda sonuncu ona tanışı Ayselin nişanlısı ilə onun telefonu vasitəsi ilə yazışdığını demişdir. Həmin vaxt Aysel sakit duraraq heş bir söz deməmişdir. Bundan sonra Sima ilə birlikdə yaşadıqları evə gəlib baş vermiş hadisə ilə bağlı əsəbiləşdiyi üçün evin qonaq otağında əli ilə Simanın üz nahiyyəsinə 3-4 dəfə, daha sonra isə yumruq və təpiklə bədənin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişdir. Hal-hazırda zərər çəkmiş şəxs yəni arvadı ilə barışmışdır. Qeyd olunanlara əsasən işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə on ilə yaxındır ki, evlidirlər və bu evlilikdən 2 uşaqları vardır.xx.xx.2022 ci il tarixdə saat təxminən 20:00 radələrində birgə yaşadıqları ünvan 2 ünvanında olan fərdi yaşayış evinin qonaq otağında həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə düşmüşdür. Mübahisənin düşməyinə səbəb onun rəfiqəsi Aysel adlı xanım onun istifadəsində olan mobil telefon vastəsi ilə öz nişanlısına sms yazmağı səbəb olmuşdur. Mübahisə zamanı həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadıqları evin qonaq otağında yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmiş və işə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya" publik hüquqi şəxsi tərəfindən verilmiş 27,09.2022 ci il tarixli 34/678 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər - sağ gözaltı nahiyyənin, sol dirsək oynağının, habelə döş qəfəsinin sol tarısının arxa səthində qırmızımtıl-göyümtül rəngli qeyri- müəyyən formalı qançırı, sol 4-cü qabırğalarda nazik köndələn çatın əlamətləri bərk küt əşya (alət) təsirindən, müayinədən qərarın təsviri hissəsində göstərilən 12,09,2022 ci ıl tarixində və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aiddirlər. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyan ödənildikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 43, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddənin tələbindən aydın olur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Təhqiqat zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təhqiqat zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-25/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-25/2023
27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver