Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-25/2024 22.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Müdafiəçi2, Müdafiəçi1, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, (himayəsində bir azyaşlı uşağı olan) orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxozu, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdə saat 03:50 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən 31,8-ci kilometrində idarə etdiyi “Toyota Prius (hibrid)” minik markalı **- KY-*** dövlət qeydiyyat nişanlı avtomobili icazə verilən istiqamətdə hərəkət etdirməli, avtomobili hərəkətin əksinə doğru hərəkət etdirməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı olduğu halda, hərəkətin təhlükəsizliyini təmin etməyən, öz hərəkətləri və ya hərəkətsizliyi ilə yolun sağ çiynində dayanmış vəziyyətdə olan piyadanın təhlükəsizliyini təmin etməli olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyəib, avtomobili yolun Qazax rayonu istiqamətinə sağ ehtiyat hissəsinin kənarı ilə hərəkət istiqamətinin əksinə doğru 70 km/saat sürətlə hərəkət etdirərək yolun sağ ehtiyat hissəsində hərəkətsiz dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ümumilikdə insan həyatı üçün təhlükəli olan başın ənsə nahiyəsinin səthi əzilmiş yarası, sol gözün ağlı qişasına qansızma, sol dizaltı arteriyanın və sol arxa qamış arteriyanın trombozu (cərrahi əməliyyatla-sol diz arteriyasının bərpası), hər iki baldır sümüklərinin çoxsaylı, qəlpəli, yerdəyişmiş sınıqları və simfiz bağlarının travmatik cırılması xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında «Toyota Prius»> minik markalı 77KY904 dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 16 iyul 2023-cü ildə idarə etdiyi avtomobillə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən Bakı şəhərinə getmək üçün yola düşmüşdür. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmaqla sərnişin və yük olmamışdır. Saat 03:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qazax rayonu istiqamətinə olan hissəsinin sağ kənarında olan ərzaq mağazasına getməli olduğundan yolun sağ kənarı ilə avtomobillərin hərəkətinin əksinə doğru 70 km/saat sürətlə hərəkətdə olarkən yaxın məsafədən qarşıda yolun torpaq örtüklü ehtiyat hissəsində bir nəfər kişi piyadanın dayandığını görmüşdür. Piyadanı vurmamaq üçün ayağını tormoza atıb avtomobili sola istiqamətləndirmişdir. Məsafə yaxın olduğundan hadisənin qarşısını ala bilməmiş və avtomobilin qabaq sağ yan hissəsi ilə piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada bir qədər qarşıda yerə yıxılmışdır. Avtomobili saxlayıb düşdükdə görmüşdür ki, piyada hər iki ayağından xəsarət alıb, qan axır. Həmin piyadanı öz avtomobilinə qoyub onu Sahil qəsəbəsi ərazisindəki TTY stansiyasına aparmışdır. Orada həkimlər ilk tibbi yardım göstərdikdən sonra onu Bakı şəhəri Travmotologiya institutuna aparmışlarr. Orada məlum olmuşdur ki, piyada Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində yaşayan Zərərçəkmiş şəxsdur və hər iki ayağı sınıb xəsarət almışdır. Hadisə yerinə qayıtmış, polis əməkdaşlarına sənədlərini təqdim etməklə hadisə yerinə keçirilən baxışda iştirak etmiş və piyadanı vurduğu yeri göstərmişdir. Hadisədən sonra özü və valideyinləri xəstəxanada Zərərçəkmiş şəxs baş çəkmiş və onun müalicə xərclərinə köməklik göstərmişlər. O, öz ifadəsində son olaraq törətdiyi əməldən çox peşman olduğunu, ona qarşı verilmiş mülki iddanı qəbul etmədiyini, indiyə kimi zərərçəkmiş şəxsə ümumilikdə 2000 manat ödəniş etdiyini, maddi imkanının az olduğu üçün ancaq zərərçəkmiş şəxsə ayda 1000 manat ödəniş edə biləcəyini bildirirək məhkəmədən bu halların nəzərə almasını xahiş etmişdir. Məhkəmənin 23 noyabr 2023-cü il tarixli iclasında iştirak etmiş Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 14 iyul 2023-cü ildə sürücü işlədiyi «Az Logistika» şirkətində növbədə olmuş, gecə, yəni 15 iyul 2023-cü ildə saat 03:30 radələrində isə işdən çıxmışdır. Öz evinə getməli olduğundan şirkətin yaxınlığından keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun əks tərəfinə avtomobillərin Qazax istiqamətinə hərəkətdə olan hissəsinin sağ kənarına keçib ehtiyyat hissədə dayanmaqla avtomobillərə saxlamaq üçün əllə işarə edərkən hiss etmişdir ki, yolun sağ ehtiyat hissəsi ilə hərəkətin əksinə doğru minik avtomobil hərəkət edir və baxdıqda gömüşdür ki, yüksək sürətlə hərəkətdə olan həmin avtomobil ona çatır. Qaça bilməmiş və həmin avtomobil onu vurmuşdur. Zərbənin təsirindən avtomobilin qabaq alın və sağ yan hissələrinə dəyib yolun asfalt örtüklü hərəkət hissəsinə düşmüşdür. Bu vaxt yoldan keçən avtomobillərin sürücüləri saxlayaraq onu vuran avtomobilin sürücüsü ilə birlikdə köməklik edib yoldan çıxardıb həmin avtomobilə qoyub Sahil qəsəbəsi ərazisindəki TTY məntəqəsinə aparmışlar. Xəsarətləri ağır olduğu üçün onu TTY avtomobil ilə Bakı şəhəri Elmi-Tədqiqat Travmatologiya ve Ortopediya institutuna aparmışlar. Xəstəxanda müayinə olunduqdan sonra məlum olmuşdur ki, hər iki ayağı, çanag sümükləri sınmışdır. Xəstəxanada ayrı-ayrı vaxtlarda dörd dəfə əməliyyat olunmuşdur. Bir neçə gündən sonra bilmişdir ki, onu vuran «Toyota Prius» minik markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində qeydiyyatda olan 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olmuşdur. O öz ifadəsində daha sonra göstərmişdir ki, hal-hazırda ev şəraitində müalicəsi davam etsədə vəziyyəti çox ağırdır, hadisədən beş aya yaxın vaxt keçsədə ayaqları şiş vəziyyətində olmaqla hərəkət etmək iqtidarında deyildir. Hadisədən sonra Təqsirləndirilən şəxs qohumları onun əmisinə min manat, daha sonra atası ilə əmisi gələrək müalicə xərclərinə görə əlavə 1000 manat köməklik göstərmişlər. O isə müalicə xərclərinə ən azı on beş min manat lazım olduğunu bildirsədə bundan sonra ona hər hansı bir yardım göstərilməmişdir. Odur ki, hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu və ona vurumuş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmənin 20 dekabr 2023-cü il tarixli iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Müdafiəçi2 məhkəməyə mülki iddia təqdim edərək təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs sağlamlığa vurulmuş zərərə görə 15000 manat, mənəvi ziyana görə 4000 manat, əmək qabiliyyətini itirdiyinə görə məcburi buraxdığı iş günlərinə görə ödənilməyən əmək haqqı olaraq hər ay üçün 400 manat (7 ay * 400=2800 manat), cəmi 21800 manat pulun tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsini xahiş etmişdir. Məhkəmənin 17 yanvar 2024-cü il tarixli iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Müdafiəçi2 məhkəməyə verdiyi mülki iddia tələbinin həcminin artıraraq təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs sağlamlığa vurulmuş zərərə görə 15000 manat, mənəvi ziyana görə 4000 manat, əmək qabiliyyətini itirdiyinə görə məcburi buraxdığı iş günlərinə görə ödənilməyən əmək haqqı olaraq hər ay üçün 400 manat (8 ay * 400=3200 manat, həmin məbləğ səhhətin bərpa olunana qədər hesablanaraq işə qaytmağına qədər tutularaq ödənilməlidir), əldən çıxmış faydaya görə aylıq 300 manat olaraq (8 ay * 300=2400 manathəmin məbləğ səhhətin bərpa olunana qədər hesablanaraq işə qayıtmağına qədər tutularaq ödənilməlidir), cəmi 24600 manat pulun tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Müdafiəçi2 mülki iddiasında göstərmişdir ki, nümayəndəsi və vəkili olduğu mülki iddiaçı Zərərçəkmiş şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki cavabdeh (təqsirləndirilən şəxs) - Təqsirləndirilən şəxs sağlamlığa vurulmuş zərərə görə 15000 manat, mənəni ziyana görə 4000 manat, əmək qabiliyyətini itirdiyinə görə məcburi buraxdığı iş günlərinə görə ödənilməyən əmək haqqı olaraq hər ay üçün 400 manat (7 ay *400= 2800 manat), cəmi 21800 (iyirmi bir min səkkiz yüz) manat pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin hazırda bu mülki iddianın həcminin artırılmasına ehtiyac yaranıbdır. Belə ki, nümayəndəsi və vəkili olduğu şəxs "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. Lakin cavabdehin törətdiyi cinayət hadisəsi nəticəsində uzun müddət olaraq sağlamlığı ciddi şəkildə pozulmuşdur. Bu səbəbdən də özünə xüsusi zövq verən işlə məşğul ola bilmir. O işində irəli çəkilməyi üçün ixtisas imtiahanından keçməyə hazırlaşırdı. Bunun üçün o 4 imtihandan keçərək, növbəti mərhələyə yaxınlaşaraq "A" klass alacaq idi və bundan sonra da şirkətin qarajında olan bütün nəqliyyat vasitələrinin idarə olunmasına hüququ olacaq idi. Beləliklə, 2023-cü ilin avqust-sentyabr ayından etibarən "A" klass ixtisas dərəcəsini alaraq orta hesabla əmək haqqı 1100 manat olacaq idi. Lakin bu cinayət hadisəsinə görə onun bütün irəlləyişləri puç olmuşdur. Beləliklə, də o əldə edəcəyi qazancından məhrum olmuşdur. Bütün bunlar da onun maddi ziyanın, eləcə də əldən çıxmış faydanın itirilməsinə gətirib-çıxartmışdır. Ona görə də hazırki iddia tələbinin həcminin artırılmasına ehtiyac yaranıbdır. AR CPM-nin 89.1-ci maddəsinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179.1-ci maddəsine əsasən Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 185-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 28 avqust 2023cü il tarixli 548 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-başın ənsə nahiyəsinin səthi əzilmiş yarası, sol gözün ağlı qişasına qansızma, sol dizaltı arteriyanın və sol arxa qamış arteriyanın trombozu (cərrahi əməliyyatla - sol diz arteriyasının bərpası), hər iki baldır sümüklərinin çoxsaylı, qəlpəli, yerinidəyişmiş sınıqlanı, simfiz bağlarının travmatik cırılması bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Travmatologiya ve Ortopediya İnstitutuna müraciət etdiyi 15 iyul 2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, piyada qismində olarkən hərəkətdə olan minik avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2023-cü il tarixli, 8/2115 nömrəli rəyindən məlum olur ki, . İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza təqdiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. İş materiallarında olan 15 iyul 2023-cü il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyin məqdəsi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 09:35 radələrində tibbi müayinədən keçirilərkən onda alkoqol sərxoşluğu və narkotik vasitərəin qəbulu aşkar edilməmişdir. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış məktubla müəyyən edilmişdir ki, DİNin BDYPİ Qeydiyyat İmtahan İdarəsinin kompyuter uçot bazasında xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə AD seriyalı 039289 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Adı çəkilən şəxsdə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Suraxanı RİHBİ-nin Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən verilmiş 14 sentyabr 2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs Hövsan qəsəbəsi ərazisində yaşadığı dövrdə onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayətin daxil olmadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, 15 Nnoyabr 2017-ci ildə doğulmuş X2 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Müdafiəçi2 tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin 30 yanvar 2023-cü il tarixli sistemdən çıxarışından görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs aylıq əmək haqqısı 880.20 (səkkiz yüz səksən manat iyirmi qəpik) manat təşkil etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Müdafiəçi2 tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 20 dekabr 023-cü il tarixli 011 saylı arayışından görünür ki, Zərərçəkmiş şəxs həqiqətəndə "xxxx" MMC-də (VÖEN: **********) sürücü vəzifəsində 14 aprel 2023-cü ildən işləyir. 15 iyul 2023-cü ildən xəstəlik vərəqəsi mövcuddur. Nəzərinizə çatdırırq ki, işçi hesablanmış əmək haqqının 60%-ni DSMF-dan alacaq. Məbləğin bir hissəsi müəssə tərəfindən təmənnasız ödənib. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə qisməndə olsa maddi yardım göstərməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs xeyli müddətdə davam edən məhkəmə prosesi dövründə zərərçəkmiş şəxslə barışıq əldə etməsi üçün ona hər hansı bir maddi yardım göstərməməsini və buna hər hansı bir formada real cəhd etməməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, tərəflərin ifadələrini, cinayət işinin materiallarını və məhkəmə prosesi zamanı toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 15 iyul 2023-cü il tarixdə yəni, hadisə baş verən zaman "xxxx" MMC-də (VÖEN: **********) sürücü vəzifəsində işləmiş və onun orta aylıq əmək haqqısı təxminən 880,20 (səkkiz yüz səksən manat iyirmi qəpik) təşkil etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 20 dekabr 2023cü il tarixli məktubundan da göründüyü kimi işçi hesablanmış əmək haqqının 60%-ni DSMF-dan alacaqdır. Buna görədə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin əmək qabiliyyətini itirməsi ilə əlaqədar məcburi buraxdığı iş günlərinə görə ödənilməyən əmək haqqı əvəzi olaraq iddia tələbində qeyd edildiyi kimi səkkiz aya görə əmək haqqının ödənilməyən 40% hissəsi, yəni 2816,64 ( 880,20% 40= 352,08 * 8 = 2816,64) manat tutularaq iddiaçıya ödənilməlidir. Hadisə baş verdiyi andan hal-hazıradək yeddi aydan artıq vaxt keçməsinə baxmayaraq zərərçəkmiş şəxsin əmək qabiliyyətinin bərpa olunmaması yuxarıda qeyd olunan məbləğin səkkiz aya münasibətdə hesablanmasını məhkəmə məqsədə müvafiq hesab edir. Bundan başqa iddia tələbində irəli sürülmüş 4000 manat məbləğində mənəvi zərərə görə pulun tutulması ilə bağlı məhkəmə hesab edir ki, iddianın bu hissədə qismən, yəni 1000 manat məbləğində tutularaq iddiaçıya ödənməsi məqsədə müvafiqdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs hadisə zamanı hər iki ayağından ağır dərəcəli xəsarətlər almaqla uzun müddətdir ki, yerimə imkanından məhrum olmuşdur. Məhkəməyə təqdim edilmiş foto şəkillərdən də göründüyü kimi zərərçəkmiş şəxsin hər iki ayağı “dəmir millərə” qoyulmuşdur. Belə bir uzun müddətli vəziyyət şəxsin həqiqətəndə mənəvi və fiziki iztirablar çəkməsini labüt edir. Məhkəmə mülki iddianın “sağlamlığa vurulmuş zərərə” və “əldən çıxmış faydaya görə” olan hissəsinə münasibətdə hesab edir ki, qeyd olunan hallara dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən və mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barədə məsələ həll edilmədiyindən şəxsin gələcəkdə ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi baxımından bu hissədə ərizənin baxılmamış saxlanılmasını daha məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş tərəf aldığı xəsarətlərlə bağlı çəkdiyi xərclərə dair və eləcədə şəxsin gələcəkdə daha yüksək gəlirli işlə real olaraq təmin olunmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Bundan başqa zərəçəkmiş şəxsin hal-hazıradək əmək qabiyyətinin hansı dərəcədə itirilməsi ilə bağlı müvafiq Tibbi-sosial ekspert komissiyasına (TSEK-ə) müraicət etməsi və həmin orqan tərəfindən qiymətləndirmənin aparılmasıda həyata keçirilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məclləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 259.0.1-ci və 259.0.12-ci maddələrinin tələblərindən aydın olur ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; Ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərzəni baxılmamış saxlayır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” (HİBRİD) minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin vəkili və nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxsin məcburi buraxdığı iş günlərinə görə ödənilməyən əmək haqqı əvəzi olaraq səkkiz aya görə 2816,64 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, ümumilikdə 3816,64 (üç min səkkiz yüz on altı manat altmış dörd qəpik) tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia “sağlamlığa vurulmuş zərərə görə” və “əldən çıxmış faydaya görə” olan hissədə baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs izah edilsin ki yuxarıda qeyd olunan yol nəqliyyat hadisəsi ilə əlaqədar ona dəymiş maddi ziyanla bağlı gələcəkdə mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” (HİBRİD) minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-25/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-25/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver