Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-250/2020 02.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1975-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində 3 azyaşlı uşağı olan), məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 55A ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, xx xxxx 2020-ci il tarixdə saat 15:10-da Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi mərkəzi küçə qəsəbə bələdiyyəsinin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin və hal şahidlərinin iştirakları ilə həmin gün saat 16:45 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən, şəxsi istifadəsi üçün saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükülüdə təmiz çəkisi 0,313 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 15-16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, mərkəzi küçə, qəsəbə bələdiyyəsinin qarşısında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis işçiləri kimi təqdim edərək onu Qaradağ rayon Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində ona bildirmişlər ki, o, narkotik vasitələrin istifadəsində və qanunsuz daşınmasında şübhəlidir. Bundan sonra onu xidməti otaqların birinə dəvət edib 10 saylı vəkil bürosunun vəkillərinin siyahısını ona təqdim edərək vəkillərin birini seçməyini təklif etmişlər. Təqdim edilmiş vəkillərin siyahısında adı qeyd olunan X1 xahiş etmişdir ki, həmin vəkil onun hüquqlarını müdafiə etsin. Bundan sonra vəkil Q.Ə.Əliyev və dəvət edilmiş, əvvəllər tanımadığı iki nəfər hal şahidinin iştirakı ilə ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qeyri qanuni əşya varsa çıxarıb masanın üstünə qoysun. O əynindəki göy rəngli cins şalvarın sol yan cibindən üzərində 1 ədəd qırmızı rəngli içərisində limon duzu olan kağızı, içərisində 3 ədəd siqaret və 1 ədəd gümüşü rəngli kağız büküm, üzərinə “Bakı” yazılan olan, ağ-göy rəngli siqaret qutusu, 1 ədəd tibbi iynəni masanın üstünə qoymuşdur. Ondan aşkar edilmiş bükülü açıldıqda içərisində “heroin” deyilən narkotik vasitə olmşdur. Verilən suallara cavab olaraq o, həmin narkotik vasitə “heroin”in ona məxsus olduğunu və həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixində Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, adını bilmədiyi “Əmi” ləqəbli şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını etiraf etmişdir. Ondan aşkar edilərək götürülən 1 ədəd içərisində narkotik maddə olan büküm onun, vəkil Əlisəfa Əliyevin və dəvət edilmiş hal şahidlərin iştirakı ilə zərfə qoyulmuş və möhürlənmiş, onlar həmin zərfi imzalamışlar. Bundan başqa narkotik maddəni o şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. “Əmi” adlı şəxs barəsində heç bir məlumatı olmadığını, telefon nömrəsini bilmədiyini, onunla təsadüfən rastlaşmışdığını, əvvəllərdə “Əmi” adlı şəxsdən və tanımadığı digər şəxslərdən öz şəxsi istifadəsi üçün narkotik vasitə aldığını, narkotik vasitəni ineksiya yolu ilə qəbul etdiyini bildirmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, hal-hazırda törətdiyi əməldən çox peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin CAŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Cinayət Axtarış Şöbəsinə Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ev 55 ünvanında, yaşayan Təqsirləndirilən şəxs qeyri qanuni olaraq narkotik vasitələrin qəbulu və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən şöbənin cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 ilə birlikdə xx xxxx 2020-ci il tarixdə saat 15:10 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi mərkəzi küçəkəndə bələdiyyəsinin qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti tərəflərindən müəyyən edildikdən sonra sonuncu Qaradağ rayon Polis İdarəsinə gətirilmiş, oraya Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs da hüquq və vəzifələri izah edildikdən sonra sonuncunun üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qırmızı rəngli içərisində limon duzu olan kağız, içərisində 03 ədəd siqaret və 01 ədəd gümüşü rəngli kağız büküm olan üzərində “Bakı” sözləri yazılmış siqaret qutusu , 01 ədəd tibbi iynə çıxardaraq bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, həmin maddəsini xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazisində “Əmi adlı” şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra həmin maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru X3 tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs 1 bükümdə olan narkotik vasitə heroini özünün istifadə üçün əldə edib saxlamaqla üzərində daşıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-də kiçik əməliyyat müvəkkili Şahid2 şahid Qaradağ RPİ-nin CAŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışan Şahid1 ilə eyniməzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2020-ci il tarixində saat təxminən 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Bünyadzadə küçəsində yerləşən Heydər Əliyev adına parkda gəzən zaman bir nəfər şəxs mülki geyimdə ona yaxınlaşıb, özünü təqdim edərək polis əməkdaşı olduğunu və bir nəfər şəxsin üzərinə baxış keçiriləcəyini bildirmişdir. Həmin baxış zamanı ona hal şahidi qismində iştirak etməyi təklif etmişdir. Polis əməkdaşı hal şahidinin nə olduğunu, onun hüquq və vəzifələrini ona izah etmişdir. O, hal şahidi qismində keçiriləcək baxışda iştirak etməyə razılıq vermişdir. Qaradağ RPİ-nin inzibati binasında, xidməti otaqların birində əvvəllər tanımadığı anket məlumatlarını RPİ-nin inzibati binasında öyrəndiyi 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Həmin vaxt xidməti otaqda ondan başqa bir nəfər tanımadığı hal şahidi və Təqsirləndirilən şəxs vəkilidə olmuşdur. Ona təklif edilmişdir ki, üzərində hər hansı daşınması qanunla qadağan olunmuş əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qırmızı rəngli içərisində limon duzu olan kağızı, içərisində 3 ədəd siqaret və 1 ədəd gümüşü rəngli kağız büküm olan, üzərinə “Bakı” yazıları olan, ağ-göy rəngli siqaret qutusu, 1 ədəd tibbi iynə, çıxardaraq bildirmişdir ki, 1 ədəd gümüşü rəngli kağız bükümün içərisində olan həmin maddə “heroin”dir. Həmin maddəni xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi “Əmi” ləqəbli şəxsdən 10 manata almışdır. Onun və digər hal şahidin və vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitə iştirakları ilə zərfə qoyularaq möhürlənmişdir. Onlar həmin zərfin üzərinə imza etmişlər. Möhürlənmiş 1 (bir) ədəd zərf protokola əlavə edilmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir münasibətinin olmadığını onu tanımadığını, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman iştirak edən digər hal şahidini tanımadığını və heç bir münasibətinin olmadığını bildirmişdir. Şahid X4 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. X5 öz ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixində saat təxminən 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən Qaradağ şadlıq sarayının yaxınlığında evə getdiyi zaman bir nəfər şəxs mülki geyimdə ona yaxınlaşıb, özünü təqdim edərək polis əməkdaşı olduğunu və bir nəfər şəxsin üzərinə baxış keçiriləcəyini bildirmişdir. Həmin baxış zamanı ona hal şahidi qismində iştirak etməyi təklif etmişdir. Polis əməkdaşı hal şahidinin nə olduğunu, onun hüquq və vəzifələrini ona izah etmişdir. O, hal şahidi qismində keçiriləcək baxışda iştirak etməyə razılıq vermişdir. Qaradağ RPİ-nin inzibati binasında, xidməti otaqların birində əvvəllər tanımadığı anket məlumatlarını RPİ-nin inzibati binasında öyrəndiyi 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Həmin vaxt xidməti otaqda ondan başqa bir nəfər tanımadığı hal şahidi və Təqsirləndirilən şəxs vəkilidə olmuşdur. Ona təklif edilmişdir ki, üzərində hər hansı daşınması qanunla qadağan olunmuş əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qırmızı rəngli içərisində limon duzu olan kağızı, içərisində 3 ədəd siqaret və 1 ədəd gümüşü rəngli kağız büküm olan, üzərinə “Bakı” yazıları olan, ağ-göy rəngli siqaret qutusu, 1 ədəd tibbi iynə, çıxardaraq bildirmişdir ki, 1 ədəd gümüşü rəngli kağız bükümün içərisində olan həmin maddə “herain”dir. Həmin maddəni xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi “Əmi” ləqəbli şəxsdən 10 manata almışdır. Onun və digər hal şahidin və vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitə iştirakları ilə zərfə qoyularaq möhürlənmişdir. Onlar həmin zərfin üzərinə imza etmişlər. Möhürlənmiş 1 (bir) ədəd zərf protokola əlavə edilmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir münasibətinin olmadığını onu tanımadığını, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman iştirak edən digər hal şahidini tanımadığını və heç bir münasibətinin olmadığını bidirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/1001 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş və.s yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi – 0.313qram maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə –heroindir. Heroin Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına (siyahı 1) daxildir. Heroinin təmiz çəkisi 0,313 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,263 qram. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 7/514 №-li rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş 03 (üç) ədəd tamlığı pozulmamış “Bakı” adlı siqaretlərin içərisində narkotik vasitələrin hissəcikləri yoxdur, onların tərkibi yalnız tütündən ibarətdir. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil edir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/1553 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzəri “Azərbaycan Respublikası DİN Arayışlar üçün No 48” -mətnli dairəvi möhür əksləri ilə möhürlənmiş zərfdə olan “Bakı” siqaret qutusundakı: 1 ədəd boş 1 ml-lik şprisdə narkotik vasitə izləri yoxdur; sınıq şüşə ampuladakı maddə izləri narkotik vasitə olan heroinin izləridir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq ədilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxildir. İz şəklində olduğu üçün iz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmır. Həmin zərfdəki limon duzu paketindəki ağ rəngli kristallik maddə təmiz çəkisi 6,730 qram olan limon duzudur. Llimon duzu xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql ediiməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahısına daxil deyildir. Ekspertiza tədqiqatının dəyəri 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat təşkil edir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 xx xxxxxx 2020-ci il tarixli 2150 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təmiz çəkisi 0.313 qram olan narkotik vasitə heroin, 01 ədəd 1 ml-lik şpris, 01 ədəd sınıq şüşə ampula, və çəkisi 6.730 qram olan limon duzu iş üzrə maddi sübut əhəmiyyəti daşıyır, onlar maddi sübut kimi tanınmalı və narkotik vasitə olan heroinin ekspert tədqiqatdan sonra 0.263 qram olan qalığı, 01 ədəd 1 ml-lik şpris, 01 ədəd sınıq şüşə ampula, və çəkisi 6.730 qram olan limon duzu saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını və əməlini etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitənin növünü və miqdarını, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının nisbətən aşağı həddində təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək və xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulmuş, Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,263 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd 1 ml-lik şpris, 01 ədəd sınıq şüşə ampula və çəkisi 6,730 qram olan limon duzu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 307,36 (üç yüz yeddi manat otuz altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən 70 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 420 (dörd yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020ci il tarixədək və xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 04 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,263 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd 1 ml-lik şpris, 01 ədəd sınıq şüşə ampula və çəkisi 6,730 qram olan limon duzu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 307,36 (üç yüz yeddi manat otuz altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 420 (dörd yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-250/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-250/2020
02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver