Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-250/2021 25.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Cəbrayıl rayonu, Maşanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolu, Qobu Park 3 yaşayış kompleksi, ev 36, mənzil 30-da yaşayan və Cəbrayıl rayonu, Maşanlı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıyarkən 09 fevral 2021-ci il tarixdə saat 19:00 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının giriş blokunda saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilmiş, orada onun üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan torbada 2,443 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, o, narkotik vasitələri “instaqram” sosial şəbəkəsi vasitəsi ilə tanımadığı şəxslərlə mobil telefon vasitəsi ilə “Vatsap” sosial şəbəkəsi ilə əlaqə saxlayaraq pulunu həmin şəxsin göndərdiyi bank hesabına “Milliön” paypoint aparatı vasitəsi ilə ödədikdən sonra həmin şəxsin yenə də “Vatsap” sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi ünvandan, yəni şəklini göndərdiyi gizli yerdən götürməklə alırmış. 06.02.2021-ci il tarixdə təxminən saat 15:00 radələrində onun bədənində ağrılar olduğundan həmişə olduğu kimi “İnstaqram” sosial şəbəkəsindən götürdüyü rəqəmləri yadında qalmayan mobil nömrə ilə “Vatsap” sosial şəbəkəsi vasitəsi ilə zəng edərək narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş etmiş və tanımadığı şəxs ona bank kartının şəklini göndərmişdir. O, həmin gün Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Kaktus” kafesinin yaxınlığında fəaliyyət göstərən “Favorit” supermarketin içərisində olan “Mİlliön” aparatı vasitəsi ilə tanımadığı şəxsin ona göndərdiyi bank kartına 40 manat göndərmişdir. 08.02.2021-ci il tarixdə təxminən 15 radələrində onun mobil telefonuna “Vatsap” sosial şəbəkəsi vasitəsi ilə yuxarıda göstərdiyi mobil nömrəsindən şəkil göndərilmişdir. Həmin şəkildə narkotik vasitənin qoyulduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan–Qobu yolunda Qobu Park yaşayış kompleksinin girişində yerləşən Arkonun yaxınlığında daşın altı göstərilmişdi. O, da həmin vaxt göstərilən yerə getmiş, oradan 1 bükümdə narkotik vasitə heroin və 1 bükümdə psixotrop maddə metamfetamin götürmüşdür. Bundan sonra o, həmin maddələri əynində olan mavi rəngli cins şalvarının sağ yan cibinə qoyaraq gizlətmişdir. O, həmin narkotik vasitədən istifadə etməmişdir. 09.02.2021-ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında giriş blokunun qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirdilər. O, özünü polis əməkdaşlarına təqdim etmiş və həmin şəxslər ondan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndiklərini bildirərək onu Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə dəvət etmişlər. O, da heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə gəlmişdir. 10-cu Polis Bölməsində xidməti otaqlardan birində polis əməkdaşlarının iştirakları ilə video çəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələrim izah edilib, üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə könüllü surətdə təqdim olunması ona təklif edilmişvə o, əynində olan mavi rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş şəffaf sellofan torbada heroini və 01 ədəd siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş psixotrop maddə olan metafetamini könüllü surətdə polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qaradağ RPİ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 09.02.2021-ci il tarixdə xidmət etdiyi PB-nə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 09 fevral 2021-ci il tarixdə, saat 19:00 dəqiqədə ünvan 4 ünvanının giriş blokunda Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan vəkil dəvət edilərək vəkilin iştirakı ilə «Şəxsi axtarış və götürmə aparılması haqqında» 09 fevral 2021-ci il tarixli qərara əsasən Qaradağ RPİ-nin 10-cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda birində şəffaf sellofan torbada qəhvəyi rəngli, iysiz toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən kakos olduğunu bildirmişdir. Digər büküm açılarkən içərisində şəffaf, duza bənzər maddə aşkar edilmiş və şübhəli şəxs Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan şüşə olduğunu və hər iki bükümü 08 fevral 2021-ci il tarixdə “Milliön” aparatı vasitəsi ilə tanımadığı şəxsdən 40 manata öz istifadısi üçün aldığını bildirmişdir. Həmin 2 (iki) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhür ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə deyil, istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili, Şahid2 digər Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 09 fevral 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 16, 24) Şəxsi axtarış və götürmə aparılması haqqında 09 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlərdən biri açılarkən içərisindən şəffaf sellofan torbada qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən kako olduğunu bildirmişdir. Digər büküm açılarkən içərisindən şəffaf, duza bənzər maddə aşkar edilmiş, şübhəli şəxs həmin maddənin narkotik vasitə olan şüşə olduğunu bildirmiş, hər iki bükümü 08 fevral 2021-ci il tarixdə MilliÖn aparatı vasitəsilə tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, 222 saylı möhürlə möhürlənmiş, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 33-34) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2021-ci il tarixli, 6/601 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 222” möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 2.443 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0.018 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlnamış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi – 2.443 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 2.393 qram, metamfetaminin təmiz çəkisi- 0.018 qram, tədqiqata sərf olundu – 0,005 qram, qalıq-0.013 qram. Ekspertiza tədqiqatının dəyəri 65.0 (altmış beş manat) manat təşkil edir. (i.v. 41-44) Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 4(002)-29/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 09 fevral 2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 73-76) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 19 yanvar 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 78) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X4-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 08 may 2021-ci il tarixli, 1442 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 88-89) Sübutların qiymətləndirilməsi, əməlin tövsif olunması və maddi sübut hesab edilməsi haqqında 19 may 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif olunmuş, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində 11.02.2021 -ci il tarixdə Qaradağ rayon Məhkəməsi tərəfindən seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək məqsədilə cinayət işindən material ayrılmış, əməliyyat axtarış tədbirləri keçirilməsi üçün Qaradağ RPİ-nin 10-cu PB-nə göndərilmiş, iş üzrə 2,443 qram çəkidə narkotik vasitə heroin və 0,018 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, narkotik vasitə olan heroinin hazırkı 2,393 qram (2,443-0,05) və psixotrop maddə metamfetaminin hazırkı 0,013(0,018-0,005) olan qalığı "məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanılması qərara alınmış, işdə olan şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman protokola əlavə olunmuş 1 ədəd disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə olunmuş, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər əldə edərək istifadə etdiyi narkotik vasitələrə görə həmin narkotik vasitələr əldə olunmadığından barəsində həmin hissədə cinayət təqibi rədd edilmişdir.(i.v. 90-96) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 100-101) Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 4(002)-100/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 29 iyun 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin və İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun 09 fevral 2021-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CPM-158.2.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 09 fevral 2021-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli (CPM-132), və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 45 (qırx beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə baxışı zamanı 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 270 (iki yüz yetmiş) manat məbləğində pul, məhkəmə baxışı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 2,393 qram heroin və 0.013 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri – 65.00 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 270 (iki yüz yetmiş) manat məbləğində pul, məhkəmə baxışı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-250/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-250/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver