Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-250/2022 16.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 12 avqust 1990-cı il tarixdə Ağdərə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fəhlə işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs A.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,503 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 24 aprel 2022-ci il tarixdə, saat 00:20-da Qaradağ RPİ-nin X3 əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş və orada inzibati otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş A.Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Psixotrop maddə qəbul etdiyinə görə əvvəllər məhkum olunmamışdır. Öz istifadəsi üçün psixotrop maddə olan metamfetamini müxtəlif yerlərdən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən alırmış. Psixotrop maddə olan metamfetamini falqaya büküb yandırıb iyləmək yolu ilə qəbul edir. xx.xx.2022-ci il tarixdə, saat 20.00 radələrində şəxsi işi ilə əlaqədar Bakı şəhərində “Sovetski” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxs ona “patı” satdığını bildirmiş, ona almağı təklif etmişdir. O da psixotrop maddə qəbul etdiyi üçün tanımadığı şəxsdən 10 manata bir ədəd siqaretin ağ kağızına bükülü psixotrop maddə olan metamfetamini alıb əynində olan göy rəngli cins şalvarın sağ cibinə qoyub Lökbatan qəsəbəsinə qayıtmışdır ki, ağrıları olanda ondan istifadə etsin. xx.xx.2022-ci il tarixdə saat, 00.20 radələrində Lökbatan qəsəbəsində, 1-ci massiv, ev 154 ünvanının qarşısından keçən zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduqlarını təqdim edib, ondan Rusif olub-olmamasını soruşmuşlar. O da, bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxsdur. Onun psixotrop maddə istifadə etdiyindən şübhələnib Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. O etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına getmişdir. Orada polis əməkdaşları ona bildirmişdir ki, o, psixotrop maddənin qəbulundə şübhəli bilindiyi üçün Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında yerləşən xidməti otaqların birində ona dövlət hesabına təyin edilmiş müdafiəçi, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə təhqiqatçı üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində qeyri-qanuni əşya varsa təqdim etmək təklif edilmişdir. Bundan sonra, o, əynində olan göy rəngli cins şalvarının sağ cibindən bir ədəd bükümdə olan psixotrop maddəni çıxararaq təqdim etmişdir. Sorğu zamanı o, hadisəni baş verdiyi kimi danışmışdır. Bundan sonra, ondan götürülmüş bir büküm psixotrop maddə olan metamfetamin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar və onun tərəfindən imzalar edilmişdir. O, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs A.Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, məhkumluğunun olmamasını, ahıl yaşında olan anasının onun himayəsində yaşamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs A.Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin X3 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 24 aprel 2022-ci il tarixdə icraatına Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Rusif” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını rəhbərliyə məruzə etdikdən sonra “Rusif” adlı şəxsin cinayət əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Şahid2lə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində müşahidələr aparmağa başlamışlar. Müşahidələr zamanı əməliyyat məlumatı daxil olmuşdur ki, Rusif Lökbatan qəsəbəsi, 1-ci massiv, 2-ci döngə, ev 154 saylı ünvanın qarşısındadır. Şahid2lə birlikdə həmin ünvana getdikdə Rusifin deyilən yerdə olduğunu görmüşlər. Birlikdə ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra Qaradağ RPİ-nin polis əməkdaşları olduqlarını demiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib 10-cu PB-nə dəvət etmişlər. Həmin vaxt saat 00:20 radələri olmuşdur. Rusif onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinə gəldikdən sonra həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilmiş və onun – xx.xx.1990-cı il təvəllüdlü, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 yanvar küçəsi, ev 28-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra polis bölməsində təhqiqatçı Heydər Dadaşzadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Lakin, vəkilin iştirakı təmin edilmədiyindən həmin gün səhər 11:40-da vəkilin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçı H.Dadaşzadə şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı H.Dadaşzadə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin ağ rəngli kağızına bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm açılaraq baxış keçirilmiş, bükümün içərisində şəffaf rəngli, iysiz, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, o, həmin kütlənin patı, yənin psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan yerdə tanımadığı şəxsən 10 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin büküm bir ədəd zərfdə qablaşdırılmış, protokol tərtib edilmiş, zərf və protokol imza edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin X3 əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 10-cu vərəqəsində olan 24 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, A.Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2022-ci il tarixli, 6/2370 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.503 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin təmiz çəkisi 0,503 qram, tədqiqata sərf edilmiş 0,050 qram, qalıq 0,453 qram olmuşdur. Cinayət işinin 61-ci vərəqəsində olan Qaradağ Rayon Prokurorunun 25 aprel 2022-ci il tarixli qərarından görünür ki, A.Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. Cinayət işinin 62-63-cü vərəqələrində olan Qaradağ rayon Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqi K.Zülfiqarovun 25 aprel 2022-ci il tarixli qərarından görünür ki, A.Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad olunmuşdur. Cinayət işinin 67-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, A.Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair heç bir məlumat yoxdur. Cinayət işinin 69-cu vərəqəsindən olan 16 iyun 2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işi Qaradağ RPİ-nin müstəntiqi Coşğun Abbasovun icraatına qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 76-cı vərəqəsində olan 20 iyun 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, A.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,503 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalan 0,453 qram metamfetamin Qaradağ RPİ-nin növbətçi hissəsinə maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 83-84-cü vərəqəsində olan 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, A.Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından, istintaqdan yayındığından barəsində istintaq aparılması mümkün olmadığından və qətikan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış elan edilmiş, qərarı icrası Qaradağ RPİ-nin CAŞ-na həvalə edilmişdir. Cinayət işinin 87-88-ci vərəqəsində olan 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, A.Təqsirləndirilən şəxs yeri müəyyən edilib tutulanadək cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 92-ci vərəqəsində olan 16 iyul 2022-ci il tarix tutma protokolundan görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gəlmiş və o tutularaq Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 99-100-cü vərəqələrində olan 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, A.Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Qaradağ RPİ-nin MSY-dən azad olunmuşdur. Cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 18 iyul 2022ci il tarixli, 3874 nömrəli rəyindən, görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 108-113-cü vərəqələrində olan 19 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, A.Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 24 aprel 2022-ci il tarixdə, saat 11:40-dan başlıyaraq qeydə alınmışdır. Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti iş otağında bölmənin təhqiqatçısı X1 özünü təqdim edir, bundan sonra Qaradağ RPİ-nin 10cu PB-nin əməliyyat müvəkkili X10, Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və Şahid2 və müdafiəçi qismində dəvət edilmiş X5 iştirakı ilə A.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Bundan sonra, iştirakçılar, o cümlədən A.Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə özlərini təqdim edir, təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində, paltarlarında, ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsini xahiş edir. A.Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən, siqaretin ağ rəngli kağızına bükülmüş 1 ədəd bükümü masanın üzərinə qoyur. Həmin bükümün içərisində, şəffa rəngli, iysiz, kristal şəkilli, psixotrop maddəyə bənzər kütlə aşkar edimişdir. A.Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni digər hər hansı əşyanın olubolmaması soruşulduqda, sonuncu heç bir əşyanın olmadığını bildirir. Bundan sonra, təhqiqatçı tərəfindən A.Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, onun əynində olan şalvarın cibləri, ayaqqabıları, corabları yoxlanılır, lakin heç nə aşkar edilmir. Təhqiqatçı A.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün nədən ibarət olması barədə soruşduqda, sonuncu bükülünün içərisində psixotrop maddə “patı”, yəni “metamfetamin” olduğunu, 23 aprel 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Sovetski adlanan yerdə tanımadığı şəxsdən 10 manata aldığını, özünün istifadəsi üçün saxladığını bildirdi. Beləliklə, A.Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə hesab edilən metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxs A.Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla A.Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən A.Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə A.Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 24 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək, 16 iyul 2022-ci il tarixdən 18 iyul 2022-ci il tarixədək, yəni 03 (üç) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs A.Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs A.Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 18 iyul 2022-ci il tarixli, 3874 saylı rəyinə əsasən A.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs A.Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs A.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİ-nin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,453 qram psixotrop maddə hesab edilən metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 işə qoşularaq ibtidai istintaq dövründə 56 (əlli altı) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 10 (on) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 56 (əlli altı) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 336 (üç yüz otuz altı) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 (on) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. A.Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək, 16 iyul 2022ci il tarixdən 18 iyul 2022-ci il tarixədək, yəni 03 (üç) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,453 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 56 (əlli altı) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 336 (üç yüz otuz altı) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 (on) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-250/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-250/2022
16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver