Məhkəmə qərarları › İş №1(002)-251/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-251/2020

05.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-251/2020 05.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1980-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), məhkum olunmamış, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, məhəllə 3184/87, mənzil 109 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “X7 Mərkəzi”ndən bir kilometr məsafədə yolun Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində 2-ci kilometrliyində “X6” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində saatda 60 km-dən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda həmin qanunun tələblərinə zidd olaraq etibarnamə əsasında idarə etdiyi “xxxx” ASC-yə məxsus “Mitsubishi Mirage” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 70 km sürətlə hərəkətdə olarkən “X6” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq onun hərəkəti üçün təhlükə yarandığını gördüyü anda nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş və mövcud şəraitdə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs1 avtomobilin qabaq sol hissəsilə ehtiyyatsızlıqdan vurub ona sağ İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınıqları, sağ bazunun aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, sağ baldırın orta 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, sol baldırın yuxarı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, çanaq sümüklərinin açıq, yerinidəyişmiş sınıqları, xarici cinsiyyət orqanlarının əzilibcırılmış yaraları, bədənin çoxsaylı sıyrıqları ilə müşayiət olunan, şəxsin həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 ölümünə səbəb olan, habelə “xxxx” ASC-nin əmlakı olan “Mitsubishi Mirage” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1940 manat məbləğində maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, həqiqətən də yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində etibarnamə ilə idarə etdiyi “xxxx” ASC məxsus Mıtsubıshı Mirage minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Lökbatan istiqamətində gəlirmiş. O, idarə etdiyi avtomobillə Lökbatan qəsəbəində yerləşən Meyvəli Ticarət mərkəzindəki böyük dairəni keçib sonra “X1 dairəsini keçib sağ hərəkət zolağında təxminən 150 metr keçmişdir ki, elə bu vaxt sağ tərəfindən səs eşitmişdir, bu zaman o ayağını avtomobilin əyləcinə basmışdır. O əyləci basarkən elə bu vaxt avtomobilin ön alın şüşəsi sınmış qarşını görə bilməmişdir. O dərhal avtomobilindən düşmüşdür və görmüşdür ki, avtomobilinin qarşısında heç bir şey yoxdur, lakin avtomobilinin ön alın şüşəsi və qabaq sol qanad hissəsi əzilmiş vəziyyətdədir. Elə bu vaxt görmüşdür ki, kişi cinsindən olan bir nəfər şəxs uzanıqlı vəziyyətdədədir.Həmin vaxt ətrafa adamlar topalaşmış o və hadisə yerinə yığılan adamlar hərəkətdə olan avtomobillərin qarşısına çıxmışlar ki, yerdə uzanıqlı vəziyyətdə ölmüş şəxsin üzərindən avtomobillər keçməsin. Bir qədər o və tanımadığı şəxslər həmin ərazini mühafizə etməyə başlamışlar. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib baş vermiş yol nəqliyyat hadisə yerini mühafizə etməyə başlamışlar. O öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 16 ilə yaxındır ki, “xxxx” ASC-də işləyir. Hazırda həmin “xxxx” ASC-də əqliyyat və Lokistika xidmətinin rəisi vəzifəsində işləyir. Bundan başqa “xxxx” ASC-nin idarə heyətinin sədri Fuad Ələkpərovdur. “Qeyd etmək istəmişdir ki, Mıtsubıshı Mirage minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-nə məxsusdur. Mıtsubıshı Mirage minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması səlahiyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “xxxx” ASC-də mühafizə şöbəsinin rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs verilmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 23 radələrində Vüqar onunla əlaqə saxlayaraq bildirmişdir ki, həmin gün bir neçə saat bundan qabaq Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində idarə etdiyi Mıtsubıshı Mirage minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan istiqamətində gedərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə bir nəfər cavan oğlan hadisə yerində vəfat etmişdir. Bundan başqa baş vermiş yol nəqliyyat hadisəsi zamanı “xxxx” ASC-nə məxsus Mıtsubıshı Mirage minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobildə əzilmişdir. Bildirmək istəmişdir ki, Mıtsubıshı Mirage minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi ilə əlaqədar madi ziyan “xxxx” ASC dəymişdir. Baş vermiş hadisə barədə onun bildikləri bunlardan ibarət olmuşdur. X4 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Goranboy rayonunun Zeyvə kəndində yaşayan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məlum hadisələrlə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını və təqsirləndirilə şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o Goranboy rayonu, Zeyvə kəndində yaşayır, hazırda fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs1 onun ortancıl oğludur. Təxminən 7 ay olardı ki, oğlu Şəhriyar Bakı şəhəri, Qaradağ rayonunda yerləşən X2 topdan satış mərkəzində fəhlə işləyirdi. Şəhriyar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən müxtəlif ünvanlarda kirayədə yaşamışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 22 radələrində Goranboy RPŞ-nin əməkdaşları onunla əlaqə saxlayaraq onu polis şöbəsinə dəvət etmişlər. O da həmin vaxt polis şöbəsinə getmiş və orada oğlu Şəhriyarın fotoşəkilin göstərib söyləmişlər ki, Şəhriyar xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Daha sonra ona bildirmişlər ki, oğlu Şəhriyarın meyidi Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Məhkəmə Tibbi Ekspertiza və pataloji anatomiya birliyinin Qaradağ rayon şöbəsindədir. O Bakı şəhərində yaşayan qohumlardan biri ilə əlaqə saxayıb xahiş etmişdir ki, oğlu Zərərçəkmiş şəxs1 meyidi Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Məhkəmə Tibbi Ekspertiza və pataloji anatomiya birliyindədir, ora gedib Şəhriyarın meyidini Goranboy rayonuna göndərsinlər. Həmin gün axşam tərəfi oğlu Şəhriyarın meyidini Goranboy şəhərinə gətirmişlər. Daha sonra oğlu Şəhriyarı kənddə yerləşən qəbirstanlığa aparıb dəfn etmişlər. Yol-nəqliyyat hadisəsinin baş verməsi barədə onun başqa heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, DİO-da 2010-cu ildən xidmət edir. Hazırda Qaradağ RPİ-də kadr və peşə hazırlığı üzrə inspektoru vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə əməliyyat qrupunun tərkibində xidmətdə olarkən təxminən saat 21 radələrində növbətçi hissədən ona məlumat verilmişdir ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “X7 Mərkəzi”ndən 1 kilometr məsafədə yolun Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində yol nəqliyyat hadisəsi baş vermişdir. Elə bu vaxt o, idarənin baş müstəntiqi, polis mayoru Raqib Rəhimov və ekspert kriminalist polis kapitanı Ruslan Lətifovla birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqda görmüşdür ki, asfalt örtüklü yolun üstündə kişi cinsindən olan bir nəfər çəxs uzanıqlı vəziyyətdə, bədənin müxtəlif yerlərində xəsarətlər vardır. Eləcə də kişi cinsindən olan şəxs hadisə yerində vəfat etmişdir. Həmin vaxt asfalt örtüklü yolun kənarında qabaq sol qanadı əzilmiş “Mitsubishi Mirage” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Bundan başqa avtomobilin yanında sonradan adının Vüqar olduğunu öyrəndiyi şəxs dayanmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mitsubishi Mirage” minik markalı **-AA-*** dövlət qeydiyyat avtomobilin sürücüsü Vüqar adlı şəxs olmuşdur, eləcədə piyada Vüqarın idarə etdiyi həmin avtomobillə vurulmuşdur. Hadisə yerində onlara məlum olmuşdur ki, Vüqarın idarə etdiyi “Mitsubishi Mirage” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş piyada Zərərçəkmiş şəxs1dur. Baş vermiş yol nəqliyyat hadisəsi barədə bildikləri bunlardan ibarətdir. Hadisə xx xxxx 2020-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “X7 Mərkəzi”ndən 1 kilometr məsafədə yolun Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində 2-ci kilometrliyində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, DİO-da 2015-ci ildən xidmət edir. Hazırda Qaradağ RPİ-də sahə inspektoru vəzifəsində işləyir. Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “X7 Mərkəzi”ndən 1 kilometr məsafədə yolun Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqaməti onun xidmət etdiyi ərazidir, həmin əraziyə nəzarət onun tərəfindən həyata keçirilir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “X7 Mərkəzi”ndən 1 kilometr məsafədə yolun Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verməsi barədə onun hadisədən bir gün sonra bölmənin növbətçi hissəsindən eşitmişdir. Bundan başqa baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyadanı vuran “Mitsubishi Mirage” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, hadisə yerində ölən şəxsin isə Zərərçəkmiş şəxs1 olduğunu öyrənmişdir. Hadisə xx xxxx 2020-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “X7 Mərkəzi”ndən 1 kilometr məsafədə yolun Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində 2-ci kilometrliyində baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X3 rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 56 №-li rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitində sağ İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınıqları, sağ bazunun aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, sağ baldırın orta 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, sol baldırın yuxarı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, çanaq sümüklərinin açıq, yerinidəyişmiş sınıqları, xarici cinsiyyət orqanlarının əzilib-cırılmış yaraları, bədənin çoxsaylı sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişlər və qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada qismində əmələ gələ bilərdilər və bu da canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər və mərhum Zərərçəkmiş şəxs1 ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb bədənin çoxsaylı sınıqları nəticəsində travmatik şok (zədə şoku) olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 12-16 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitində olan xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alaraq demək olar ki, mərhum xəsarət alan zaman şaquli vəziyyətdə olmuş və bədənin sağ ön-yan səthi hərəkətdə olan avtomobilin hissələrinə tərəf yönəlmiş olmuşdur və ilkin zərbə sağ baldır nahiyyəsinə yetirməsi nəticəsində əmələ gələ bilər. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirt və narkotik maddələr aşkar edilməmişdir. (1830/K saylı xx.xx.2020-ci il tarixli AKT). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/2348 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, xx.xx.2020-ci il tarixli ziyan aktında məlumatlara əsasən, 2014-cü il buraxılışlı, “Mıtsubıshı Mirage” minik markalı **- AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən:

1. Dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablamaqla 1940,00 manat. O cümlədən: Dəyişməli hissələrin qiyməti -1550,00 manat; Təmir-bərpa işlərinin qiyməti -390,00 manat; 2.Dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1731,00 manat. O cümlədən; Dəyişməli hissələrin qiyməti -1341,00 manat; Təmir-bərpa işlərinin qiyməti -390,00 manat müəyyən edilir. Odur ki, bu xüsusat nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 8/1124 nömrəli rəyindən görünür ki, 1-2 Mıtsubıshı Mirage minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanunun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saatdan yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxsin nümayəndəsi və zərərçəkmiş şəxsin hüquqi varisiylə barışmaqla, onların heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Mıtsubıshı Mirage minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxx” ASC-nə qaytarılması nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 70 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 540 (beş yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Mıtsubıshı Mirage minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxx” ASC-nə qaytarılması nəzərə alınsın. İş üzrə 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 540 (beş yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar