Məhkəmə qərarları › İş №1(002)-251/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-251/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-251/2022 28.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirini seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs sabiq iş yoldaşı olmuş Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən veriləcək sosial mənzillərdən yeddisini, hər bir mənzil üçün ilkin ödəniş kimi 3000 manat olmaqla növbədənkənar təşkil etməsi vədi ilə aldadıb 2017-ci ilin yanvar, fevral və mart aylarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Kingsmart” market ilə üzbəüz “Qaradaşlar” kafesində özgənin əmlakını yəni Zərərçəkmiş şəxs məxsus 3000 manatdan iki dəfəyə 6000 manat, 14000 manat, cəmi 20.000 manat nəğd pulunu və üç dəfəyə ümumi dəyəri 5625 manat olan qızıl-zinət əşyalarını etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs 25.625 (iyirmi beş min altı yüz iyirmi beş) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil. Psixoloji durumu normaldır və sağlamdır. İfadə vermək iqtidarındadır. 2001-ci ildən 2013-cü ilin mart ayına kimi X5 İdarəsində işləmişdir. 2004-cü ildə Zərərçəkmiş şəxs da Qaz Qəza Xidmətində çalışdığı üçün iş yoldaşı kimi tanış olmuşlar. Təxminən 5-6 il bir yerdə eyni idarədə işləmişlər. Lakin işlədikləri müddət ərzində aralarında heç bir alqı-satqı və ya hər hansı digər münasibətləri olmamışdır. 2016cı ilin yay aylarında Lökbatan qəsəbəsində Təzə evlər deyilən ərazidə təsadüfən küçədə Nərgiz ilə görüşmüşlər. Söhbət zamanı Nərgiz özünə ipoteka ilə ev istədiyini bildirmişdir. O, Nərgizə ipoteka ilə ev təşkil edəcəyini bildirsə də ona sərf etmədiyindən imtina etmişdir. Bir müddət sonra işsiz, pulsuz olduğu üçün pul əldə etmək məqsədilə Nərgizi aldatmaq qərarına gəlmişdir. Bu səbəbdən təxminən 2016-cı ilin sonu 2017-ci ilin əvvəlləri Nərgizə tanışı vasitəsilə Bakı şəhərində sosial evlərdən növbədənkənar ev təşkil edə biləcəyini təklif etmişdir. Nərgiz də ona anasının və özü ilə birlikdə iki bacılarının və iki qardaşlarının Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən veriləcək sosial evlərdə növbədə olduqlarını bildirmişdir. O da onların hər biri üçün sosial ev təşkil edə biləcəyini bildirmişdir. Sosial evlərdə qeydiyyatdan keçmək üçün 3000 manat pul istəmişdir. Nərgiz onunla razılaşaraq təqribən yanvar, fevral, mart aylarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Kingsmart” marketi ilə üzbəüz “Qardaşlar” kafesində ona 2500 manat vermişdir. Bundan sonra eyni vədlərlə yəni Nərgiz üçün sosial evlər təşkil etmək adı ilə hazırda xatırlamadığı tarixlərdə Lökbatan qəsəbəsi ərazisində xatırlamadığı yerlərdə hissə-hissə müxtəlif məbləğlərdə pullar almaqla ondan təxminən 4600 manat nəğd pul və qızıl-zinət əşyalarını alıb Lökbatan qəsəbəsi 28 may küçəsində Ticarət cərgəsi deyilən yerdə olan Lombarda şəxsiyyət vəsiqəsi ilə təqdim edib əvəzində təqribən 2000 manat alıb ehtiyaclarına xərcləmişdir. Ehtiyac dedikdə ancaq yemək-içməyə xərcləmişdir. Həmin ərəfədə adına olan 070 587 93 24, 077 587 93 24 saylı nömrələrlə Nərgizin 055 540 91 19 və 050 389 35 91 mobil nömrələri ilə əlaqə saxlamışdır. Nərgizin 055 540 91 19 saylı vatsap nömrəsi ilə əlaqə saxlamış, həmçinin vatsap proqramında yalan vədlərdən ibarət çoxsaylı mesajlar yazmışdır. Eyni zamanda həmin ərəfədə Lökbatan qəsəbəsində 106 nömrəli tam orta məktəbdə bir yerdə oxuduqları Şahid Təbriz oğlunun istifadəsində olan 077 363 19 99 nömrəni xahişi ilə və 055 269 65 70 saylı mobil nömrəni isə ALKATEL markalı mobil telefonu ilə birlikdə xatırlamadığı qiymətə almış və özündən uydurduğu “Yadigar” adı ilə Zərərçəkmiş şəxs ilə müxtəlif yollarla SMS, vatsap proqramı ilə səsini dəyişərək əlaqə saxlayaraq onu aldatmışdır. Nərgizi aldatmağında Şahid Təbriz oğlunun heç bir iştirakı və məlumatı olmamışdır. O, Nərgizi inandırmaq üçün heç bir yerdə qeydiyyatda olmayan guya adına müraciətin qeydiyyata alınması haqqında özündən uydurduğu A.S.Hətəmovun adından xx.xx.2018-ci il tarixli, 01533 nömrəli bildirişdə A.S.Hətəmovun qarşısında özü saxta imza edib Nərgizə təqdim etmişdir. Yalandan Qaz idarəsindən çıxaraq KPMG xarici şirkətdə, FHN-i Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində işlədiyini bildirmişdir. Törətdiyi əməlin dələduzluq cinayəti olmasını dərk edir, özünü təqsirli bilir, əməlindən peşmandır. İşləyib pul qazandığı halda Zərərçəkmiş şəxsın pulunu qaytaracağına söz verir. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, digər yerlərə qızıl-zinət əşyası verməmiş, Nərgizdən aldığı bütün qızıl-zinət əşyalarını ibtidai istintaqa girov biletlərini təqdim etdiyi lombarda vermişdir. İfadəsində qızıl-zinət əşyalarının dəyərini 2000 manat həddində göstərməsi şəxsi fikridir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı qaytarmadığı üçün onunla arasında barışıq əldə edə bilməmişdir. Daha sonra özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı işləyərək ödəyəcəyini, himayəsində iki azyaşlı övladının olmasını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Sağlamdır, ifadə vermək iqtidarındadır. 1998-ci ildə Lökbatan qəsəbəsində yerləşən Qaz İstismarı İdarəsində əməliyyatçı işləmişdir. 2004-cü ildə Təqsirləndirilən şəxs həmin Qaz İstismar İdarəsində ADS-də sahə rəisi, 2010-cu ildə isə onu həmin idarənin texniki şöbəsinin rəisi kimi görmüşdür. İşlədikləri müddət ərzində aralarında heç bir alqı-satqı olmamışdır. 2016cı ilin yay aylarında Lökbatan qəsəbəsində Təzə evlər deyilən ərazidə təsadüfən küçədə İlqar ilə görüşmüşdür. İlqar həmin vaxt ona Qaz idarəsindən çıxaraq KPMG xarici şirkətdə işlədiyini bildirmişdir. İlqar əvvəllər Qaz idarəsində işləyərkən layihələrin sənədləri ilə məşğul olduğuna görə, onun sənədləşmə işlərindən məlumatı olduğu üçün İlqardan özünə ipoteka ilə ev istədiyini bildirmişdir. Bir müddətdən sonra İlqar ipoteka ilə ona ev təşkil edəcəyini bildirdikdə İlqarın dediyi şərtlər ona uyğun olmadığı üçün imtina etmişdir. Bundan sonra 2016-cı ilin dekabr ayında Təqsirləndirilən şəxs ona tanışı vasitəsilə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilən sosial evlərdən növbədənkənar ev təşkil edə biləcəyini demişdir. O da ona anasının və özü ilə birlikdə iki bacılarının və iki qardaşlarının Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən veriləcək sosial evlərdə növbədə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs də hər bir şəxs üçün yəni 7 sosial ev təşkil etməsini və hər bir ev üçün ilkin ödəniş kimi 3000 manatdan olmaqla 21000 manat pul istəmişdir. O da İlqara inandığı üçün onunla razılaşaraq 2017-ci ilin yanvar, fevral və mart aylarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Kingsmart” marketi ilə üzbəüz “Qaradaşlar” kafesində iki dəfəyə yəni 6000 manat bir, 14000 manat bir cəmi özünəməxsus 20.000 manat nəğd pul əskinazları və üç dəfəyə 5625 manat dəyərində qızıl-zinət əşyalarını vermişdir. İlqar da həmin pulları və qızıl-zinət əşyalarını ondan alaraq 7 sosial evləri təşkil etməsini ona bildirmişdir. İlqar ona əlavə xərcləri çıxmasını bildirərək ondan 20000 manatdan əlavə də pullar istədiyi üçün ona qeyd etdiyi məbləğdə pul və qızıl-zinət əşyaları da vermişdir. Həmin vaxdan bu günə qədər İlqar ona yalan vədlər vermiş onu aldatmış, nə sosial ev təşkil etmiş, nə də ki, pulunu qaytarmamışdır. İlqar ona sosial evləri Lökbatan qəsəbəsində “SOCAR”ın binaları ətrafında ayrıca C binasında təşkil edəcəyini bildirsə də qeyd olunan binaları ona göstərməmişdir. O, sonradan maraqlandıqda həmin yerdə C binasının olmadığını müəyyən etmişdir. Həmin vaxt İlqar ona Qaradağ Rayon İcra Hakimiyyətində tikinti layihə şöbəsində podratçı işləyən Asif adlı tanışının vasitəsi ilə evləri təşkil etməsini bildirsə də sonradan o, İcra hakimiyyətində maraqlandıqda orada belə bir adamın işləmədiyini öyrənmişdir. Bundan sonra həmin Asif adlı şəxs onun istifadəsində olan 050 389 35 91 mobil nömrəsinə dəfələrlə gizli nömrədən təqribən xatırladığı xx.xx.2021-ci il tarixdə zəng vurub özünü icra hakimiyyətinin işçisi kimi təqdim edib və sosial evlərin onun adına olduğunu və ona təhvil veriləcəyini təsdiq etmişdir. İlqarın yalan vədlərlə ona vatsap proqramında yazdığı çoxsaylı mesajlarla bağlı sübutları iş materiallarına əlavə olunması üçün ibtidai istintaqa təqdim etmişdir. İlqar onu inandırmaq üçün onun adından olan müraciətin qeydiyyata alınması barədə A.S.Hətəmov tərəfindən rəsmiləşdirilmiş bildirişi də ona təqdim etmişdir. Həmin bildirişin surətini izahatına əlavə etmişdir. 055 *** ** ** və 050 *** ** ** mobil nömrələr adına olmaqla özü istifadə edir. 055 *** ** ** mobil nömrəsi isə vatsap proqramı üçün aktiv edilmişdir. İlqar istifadəsində olan hər iki nömrələri ilə əvvəllər *** *** ** **, sonradan isə 077 *** ** ** saylı nömrələr ilə onunla əlaqə saxlamış, sonradan isə 077 *** ** ** saylı nömrə ilə əlaqə saxlamışdır. İlqarın ondan aldığı qızıl-zinət əşyaları əyyarlarını xatırlamadığı 2 ədəd qızıl qolbağ, 4 ədəd qızıl dəst, yəni üzük və sırğalar, 6 ədəd qızıl üzüklər, 3 ədəd qızıl klon, 1 ədəd qızıl boyunbağı, 1 cüt sırğalar olmaqla Türk, İtalyan və Rus qızıl məhsulları olmuşdur. Beləliklə İlqar onun üçün 7 sosial evlər təşkil edəcəyi adı ilə ikilikdə ondan 20.000 manat nəğd pullarını və 5625 manat dəyərində qızılzinət əşyalarını alıb etibarından sui-istifadə edərək ona yalan vədlər verib, 25.625 manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, ilkin izahatını həyəcanlı yazdığı üçün qızılzinət əşyalarının qiymətini səhvən 2050 manat göstərmişdir, lakin o, onu 2250 manat qeyd etmək istəmişdir. 2250 manat qızıllarının hazıl məhsul şəklində olmayan qiymətidir, həmin zinət əşlarının hazır məhsul şəklində bazar qiyməti 5625 manat olmuşdur. Bundan əlavə o, qeyd etmişdir ki, üzləşdiyi bu problem, yəni Təqsirləndirilən şəxs onun etibarından suiistifadə nəticəsində xeyli pullarını ələ keçirməsi onun keçmiş həyat yoldaşı ilə nikahının pozulmasına səbəb olmuşdur. Cinayət işi başlandığı tarixdən hazırkı vaxtadək ona dəymiş maddi zərərdən Təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş edilməmişdir. Eyni zamanda məhkəməyə ərizə təqdim edərək ona vurulmuş maddi və mənəvi ziyanı nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilməsini, həmçinin onun azadlıqda qalaraq işlə təmin olunması üçün şərait yaradılmasını, ona dəymiş zərərin qanuni şəkildə məhkəmənin nəzarəti altında hər ay gecikmədən ödətdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Təbriz oğlu ifadəsində göstərmişdir ki, onun heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyildir. Psixoloji durumu normaldır və sağlamdır. İfadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxslə isə əvvəllər yaşadığı Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsində bir məhəllədə yaşamaqla 106 nömrəli tam orta məktəbdə bir yerdə oxumuşlar. Onunla heç bir əlaqəsi yoxdur, sadəcə görüşəndə salamlaşırlar, başqa münasibətləri olmamışdır. 2020-2021-ci ildə Lökbatan qəsəbəsində İlqar ilə görüşərkən sonuncunun ailəsində olan problemləri ilə əlaqədar İlqarın istəyi ilə müvəqqəti olaraq istifadəsində olan 077 363 19 99 saylı mobil nömrəni ona vermişdir. Sonradan İlqarla aralarında olan razılaşmaya əsasən ona məxsus ALKATEL markalı mobil telefonunu 105 manata İlqara satmışdır. Həmin mobil telefonda olan 055 269 65 70 saylı nömrə isə arvadı X2 adına təzə alınmışdır. Nömrəni çıxarmaq istəsə də İlqar ona narahatçılığa səbəb olmadığını, həmin nömrəni öz adına keçirəcəyini demişdir. Həmçinin İlqar ona da tanışı vasitəsilə Bakı şəhərində inşa edilən sosial evlərdən növbədənkənar təşkil edə biləcəyini təklif etmişdir. O isə cavabında buna ehtiyacı olmadığını bildirmişdir. İlqar ona Nərgiz adlı xanım üçün Bakı şəhərində sosial evlərdən növbədənkənar ev təşkil edəcəyini, hazırda bununla əlaqədar sənədləşmə işlərinin aparıldığını və dediklərini telefon vasitəsi ilə Zərərçəkmiş şəxs deməyini xahiş etmişdir. O da İlqara inanaraq İlqarın dediyi mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq İlqarın ona dediyi kimi İlqarın onun üçün Bakı şəhərində sosial evlərdən növbədənkənar ev təşkil edəcəyini hazırda bununla əlaqədar nəsə sənədləşmə işlərinin yubanmasını bildirmişdir. Lakin o, həmin vaxt İlqarın həqiqətən Zərərçəkmiş şəxs üçün Bakı şəhərində növbədənkənar sosial ev təşkil etdiyini düşünmüş, işlərdə olan yubanma səbəbindən Zərərçəkmiş şəxs narahatlıq keçirməsini istəmədiyi üçün ona zəng edərkən bu sözləri demişdir. İlqarın əvvəllər də dövlət idarəsində, yəni Qaz İstismar İdarəsində işlədiyini nəzərə alaraq, növbədənkənar sosial ev təşkil edə biləcəyinə inanmışdır. Əlavə verilən suallara yəni Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri ilə əlaqədar cavab olaraq bildirmişdir ki, İlqar onu aldadaraq guya Zərərçəkmiş şəxs üçün Bakı şəhərində növbədənkənar sosial ev təşkil edəcəyini hazırda bununla əlaqədar nəsə sənədləşmə işlərinin aparıldığını və dediklərini telefon vasitəsi ilə Zərərçəkmiş şəxs deməyini xahiş edib gələcəkdə sosial evlərdən onun üçündə təşkil etməkdə kömək edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs ilə telefonda danışması üçün ümumiyyətlə pul ödəməmiş və sosial evlərdən təşkil etməmişdir. Əlavə olaraq bildirmişdir ki, əgər əvvəldən İlqarın Zərərçəkmiş şəxs aldatdığını bilsə idi ona zəng etməzdi. İlqarın Zərərçəkmiş şəxs aldadaraq pulunu ələ keçirməsini ibtidai istintaqa dəvət olunduqda bilmişdir. İş materiallarına əlavə olunmuş səs yazısı ilə bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs İlqardan ona daxil olan zəngləri məhdudlaşdırdığı üçün İlqarın xahişi ilə dediklərini Zərərçəkmiş şəxs deyirmiş. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında vatsap proqramı SMS yazışmalarında Asif, Tamara, Mesanat, Səməd adları ilə müəyyən edilmiş şəxsləri tanımır və bununla bağlı heç bir söz deyə bilməz. Cinayət işinin 114-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 mart 2022-ci il tarixli 4/188 №-li məhkəməfonoskopik ekspertizasının rəyində göstərilir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində “1” xüsusi qeydi olan “Princo” markalı və 1 ədəd üzərində “2” qeydi olan “verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində “1” xüsusi qeydi olan “Princo” markalı və 1 ədəd üzərində “2” qeydi olan “verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid Təbriz oğluna və “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs məxsusdur. Cinayət işinin 113-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 120 (yüz iyirmi) manat müəyyən edilmişdir. Cinayət işinin 169-170-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2022-ci il tarixli 4/1001 №-li məhkəməxətşünaslıq ekspertizasının rəyində göstərilir ki, ekspertizaya təqdim olunmuş, xx.xx.2018ci il tarixli bildirişin kserosurətindəki imza- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin 168-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 112 (yüz on iki) manat müəyyən edilmişdir. Cinayət işinin 143-148-ci vərəqələrində xx.xx.2018-ci il tarixli, 080248 seriya nömrəli, xx.xx.2018-ci il tarixli, 080262 seriya nömrəli, xx.xx.2018-ci il tarixli, 096853 seriya nömrəli girov biletlərindən görünür ki, Təqsirləndirilən şəxs girovverən kimi qeyd olunmuş və o, həmin tarixlərdə müxtəlif növ qızıl-zinət əşyalarını lombarda təhvil verərək ümumilikdə 1370 manat pul almışdır. Cinayət işinin 171-ci vərəqəsində olan 04 aprel 2018-ci il tarixli, A.S.Hətəmov tərəfindən imzalanmış Bildirişdən görünür ki, X3 həmin sənəddə müraciət edən şəxs kimi, onun tərəfindən göndərilmiş elektron müraciət isə kargüzarlıq altsistemində 111724 nömrəsi ilə qeydiyyata alınmışdır. Cinayət işinin 1-3-cü vərəqələrində olan 06 may 2022-ci il tarixli qərardan görünür ki, Qaradağ RPi-nin İŞ-nin müstəntiqi Elnur Abdullayev tərəfindən HK-1/2026 saylı material üzrə qəbul edilmiş 27 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş, toplanmış material üzrə fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 108-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 21 dekabr 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 195-ci vərəqəsində olan 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri, məhkəməyədək istintaq dövründə aparılmış üzləşdirmə protokolları və digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddələsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşiman olmasını, himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 28 noyabr 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, həmin tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, üzərində “2” xüsusi qeydi olan “Verbatim” markalı CD diskdə olan Q1 (Zərərçəkmiş şəxs) ilə K1 (Təqsirləndirilən şəxs) arasında olan danışıqlar, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi qızıl-zinət əşyalarının lombarda təhvil verərək əvəzində pul əskinazları almasına dair 3 ədəd girov biletləri, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs inandırmaq üçün “A.S.Hətəmovun” adından saxta imza etdiyi xx.xx.2018-ci il tarixli, 01533 nömrəli BİLDİRİŞ, Zərərçəkmiş şəxs vatsap proqramında Təqsirləndirilən şəxs tərəfindən aldadılmasına dair SMS danışıqlar maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmalı (CPM-132) və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 232 (iki yüz otuz iki) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 işə qoşularaq 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 işə qoşularaq 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 240 (iki yüz qırx) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 (bir yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 232 (iki yüz otuz iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut: üzərində “2” xüsusi qeydi olan “Verbatim” markalı CD diskdə olan Q1 (Zərərçəkmiş şəxs) ilə K1 (Təqsirləndirilən şəxs) arasında olan danışıqlar, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi qızıl-zinət əşyalarının lombarda təhvil verərək əvəzində pul əskinazları almasına dair 3 ədəd girov biletləri, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs inandırmaq üçün “A.S.Hətəmovun” adından saxta imza etdiyi xx.xx.2018-ci il tarixli, 01533 nömrəli bildiriş, Zərərçəkmiş şəxs votsap proqramında Təqsirləndirilən şəxs tərəfindən aldadılmasına dair SMS danışıqlar maddi sübut kimi tanınsın və cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 240 (iki yüz qırx) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 (bir yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar