Məhkəmə qərarları › İş №1(002)-251/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-251/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-251/2023 26.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Salmanova Könül Xasay qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metanfetamin əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 2023-cü ilin mart ayının əvvəllərində satış məqsədi olmadan qanunsuz olaraq Bakı şəhəri, Xəzər rayonu, Aeroport şossesində, Binə qəsəbəsi ərazisində əvvəllər tanıdığı X6 15 (on beş) manata şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,271 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq idarə etdiyi avtomobildə saxlamış, 13 mart 2023-cü il tarixdə saat 16:50 radələrində Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində yolun kənarında saxlanılaraq polis bölməsinə gətirilmiş, bölmənin həyətində onun idarə etdiyi "Toyota Prius" markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılarkən X6 15 (on beş) manata aldığı "Rothmans" markalı siqaret qutusunun içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O ifadəsində göstərmişdir ki, X9 dörd ilə yaxındır ki, tanıyır. O, Əlini çilingər kimi tanımışdır. Sonradan onunla münasibəti yarandıqda onun narkotik istifadəçisi olmasını bilmişdir. Əvvəllar narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluğu olmasını bilmişdir. 2022-ci ilin sonlarından başlayaraq o, Əli ilə birlikdə onun tərəfindən gətirilmiş psixotrop maddə metamfetamindən istifadə etmişdir. Bu bir neçə dəfə olmuşdur. Əli onun idarə etdiyi "Toyota Prius" markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə indi yadında qalmayan tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsina getmişdir. Əli oradan tanımadığı bir nəfər saxsdən psixotrop maddə metamfetamin götürüb ona vermişdir. Əli bunu ona maşınla onu Hövsana apardığına görə pulun əvəzinə vermişdir. O, özü psixotrop maddə olan metamfetamindən istifadə etmişdir Tüstüsünü çəkərək qəbul edir. 2023-cü ilin mart ayında indi yadında qalmayan gündə o, Əlinin 051 *** ** ** nömrəsi ilə əlaqə saxlayıb özü istifadə etməsi üçün psixotrop maddə metamfetamin təşkil etməyini istəmişdir. Bundan başqa o, Əli ilə ona məxsus 070 *** ** ** nömrəli telefonla da danışmışdır. O, Əliyə zəng edəndə ona bildirmişdir ki, pulu verən kimi psixotrop maddəni ondan götürə biləcəkmi, o da cavabında psixotrop maddənin onun üzərində oluğunu və görüşüb 15 manata ona verə biləcəyini demişdir. Onlar razılaşmışlar. Bakı şəhəri, Xəzər rayonu, Aeroport şossesində Binə qəsəbəsinə dönən yolda görüşmüşlər. Əli tək gəlmişdir. O, isə idarə etdiyi Toyota Prius markalı avtomobillə getmişdir. O, Əliyə pulu verib psixotrop maddəni götürmüşdür və maşında saxlamışdır. Bundan bir neçə gün sonra, yəni 13 mart 2023-cü il tarixdə saat 16:50 radələrində o, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinə sifariş götürmüşdir. Müştərini “Sədərək” TM-nin içərisində düşürtmüşdür. Maşını ticarət mərkəzinin çıxışına tərəf sürüb yolun kənarında saxlamışdır. O, "Toyota Prius" markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı maşında sağ qabaq oturacaqda oturub siqaret çəkmişdir. Həmin vaxt iki nəfər tanımadığı şəxs mülki geyimdə ona yaxınlaşaraq özlərini təqdim edib şifahi olaraq üzərində qanunla gəzdirilməsi qadağan olunan narkotik vasitə və ya psixitrop maddə olması şübhəsi ilə əlaqədar onu Qaradağ RPİ-nin 10-cu polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra video çəkilişlə otaqda vəkilinin və polislərin də iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah emişlər. Hüquq və vəzifələrini izah etmişlər. Dəvət edilmiş vəkilin itirakı ilə video çəkilişlə otaqların birində onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona üzərində qanunsuz nə varsa, təqdim etməyi təklif etmişlər. O da həmin vaxt üzərində qanunsuz predmet və ya əşya, maddə olmadığını bildirmişdir. Bundan başqa üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən “Redmi” markalı telefon və həmin gödəkçənin sol yan cibindən üzərində qızılı rəngli sepi olan maşın açarı aşkar edilmişdir. Mobil telefon müvafiq olaraq zərfə qoyularaq möhürlənmişdir və hamı tərəfindən imzalanmışdır. Üzərinə şəxsi axtarış keçirilərkən ondan avtomobilində narkotik vasitə olubolmaması soruşulmuşdur. O da istifadəsində olan "Toyota Prius" markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı maşında psixotrop maddə metamfetamin olmasını demişdir. Bundan sonra video çəkilişlə onun avtomobilinə baxış və götürmə istintaq hərəkəti aparılan zaman maşının qabaq oturacağının yan hissəsində olan açıq sarı rəngli qolaltının qarşısındakı boş hissədən "Rothmans" siqaret qutusunun içərisindən gümüşü rəngli kağıza bükülmüş kütlə aşkar olunmuşdur. O, həmin bükülüdə olan maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Video çəkilişdə qeyd etmişdir ki, həmin psixotrop maddə metamfetamin onun deyil, həmin maddəni “Binə” qəsəbəsindən Əli adlı şəxsdən alaraq Elçin adlı şaxsə apardığını demişdir. Əlinin Elçinə pul borcu olduğu üçün onu həmin pulun əvəzinə onun vasitəsilə psixotrop maddəni Elçinə göndərmişdir. İdarə etdiyi nəqliyyat vasitəsində aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. İştiakçılar tərəfindən imzalanmışdır. Lakin istintaqa ifadəsində o, əslində maşından aşkar olunaraq götürülmüş psixotrop maddəni Əli adlı şəxsdən 15 manata aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsində o, həmin adamın adının Əliyar olmasını demişdir. Belə ki, “Binə” qəsəbəsində bir çox hallarda əlini Əliyar kimi də çağırırlar. Psixotrop maddəni Bakı şəhərində, Aeroport şossesində yolun kənarında əslən Naxçıvan Muxtar Respublikasından olan Əli adlı şəxsdən almağını bir daha təsdiq etmişdir. Şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Psixotrop maddəni Əli adlı şəxsdən alıb Elçin adlı şəxsə aparmağı barədə üzərinə və avtomobilinə şəxsi axtarış keçiriləndə dedikləri yalandır. Məsuliyətdən yaxa qurtarmaq, həbs edilməməyi üçün bu cür izahat vermişdir. Maşınından aşkar olunan psixotrop maddə ona maxsus olmuşdur. O öz ifadəsində daha sonra əvvəllər ailəli olmaqla arvadından boşandığını, lakin bir azyaşlı uşağına görə aliment ödədiyini və son olaraq əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar tanımışdır. Onunla heç bir ədavəti olmamışdır. 13 mart 2023-cü il tarixdə saat 16:50 radələrində xidməti ərazidə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək" ticarət mərkəzinin yaxınlığında yolun kənarında "Toyota Prius" markalı, **-LV-*** dövlət qeydiyyyat nişanlı avtomobildə oturan şəxsin narkotik vasitlərin qəbulunda və üzərində narkotik vasitə olması ilə bağlı şübhələri olduğundan ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt onun yanında iş yoldaşı Şahid2 da olmuşdur. Onlar "Toyota Prius" markalı avtomobildə olan şəxsin ad soyadını soruşduqda o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik vasitələrin qəbulunda və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhə olmasını izah edib ərazi aidiyyəti üzrə onlarla birlikdə Qaradağ RPİ-nin 10-cu PB-nə getməli olduğunu demişlər. O da buna etiraz etməmiş və birlikdə 10-cu polis bölməsinə gəlmişlər. Bölməyə gətirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrində nəzərdə tutulmiş hüquq və vəzifələri izah olunmuşdur. Onun hüquqlarının müdafiə olunması üçün təhqiqatçı tərəfindən Bakı şəhəri 10 saylı Vəkil Bürosundan müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. O da video çəkilişin və üzərinə şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış keçirilərkən CAŞ-nin kiçik inspektoru Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Bölmənin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, əşya olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində heçnə olmadığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən “Redmi” markalı mobil telefon, sol yan cibindən isə qızılı rəngli sepi olan qara rəngli maşın açarı aşkar edilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxsla sorğu-sual zamanı o, idarə etdiyi "Toyota Prius" markalı, **-LV-*** dövlət qeydiyyyat nişanlı avtomobildə psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra onların, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə həmin avtomobilə baxış keçirilərkən avtomobilin salonundakı "Rothmans" siqaretinin qutusunun içərisindən siqaretin gümüşü rəngli kağızına bükülmüş halda iysiz, kristal formada şəffaf rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni “Binə” qəsəbəsində Əli adlı şəxsdən alaraq Elçin adlı şəxsə apardığını bildirmişdir. Bundan sonra avtomobildən aşkar olunan psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq DİN-in 222 saylı möhürü ilə möhürlənərək qablaşdırılmışdır. İştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Tərəflər, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsi elan edilmişdir. O, öz ifadəsində Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2023-cü il tarixli, 6/1546 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 222” möhür əksi və “Vət Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,271 qram, ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi-0,271 qram, tədqiqata sərf edildi-0,05 qr, qalıq-0,221 qr.Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 18 aprel 2023-cü il tarixli, 2289 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs avtomobilindən 13 mart 2023-cü il tarixli protokolla aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,271 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin tədqiqata sərf olunan 0,05 qramı çıxılmaqla qalıq 0,221 qram metamfetaminin maddi sübut kimi tanınaraq cinayət işinin materialları ilə tanış olma mərhələsindən sonra saxlanması üçün maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan “DVD” diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilir. Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən arxası narıncı rəngli “Redmi” yazısı olan mobil telefon və həmin gödəkçənin sol yan cibindən üzərində qızılı rəngli sepi olan qara rəngli maşın açarı aşkar edildi, mobil telefon müvafiq olaraq zərfə qoyularaq 222 saylı möhürlə möhürləndi bağlamanın üstü iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq etibarnamə əsasında idarə etdiyi qırmızı rəngli “Toyota Prius markalı” **-LV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində “metamfitamin” olduğunu bildirdi. Həmin avtomobilə baxış keçirilərkən avtomobilin salonundan "Rothmans" markalı siqaret qutusunun içərisindən bir ədəd bükümdə şəffaf rəngli, iysiz, kristal şəkilli, psixotrop maddəyə bənzər kütlə aşkar edildi. Həmin kütlə zərfə qoyularaq 222 saylı möhürlə möhürləndi bağlamanın üstü iştirakçılar tərəfindən imzalandı. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminin Xəzər rayonu, “Binə” qəsəbəsində yaşayan Əli adlı şəxsdən 15 manata aldığını bildirdi. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08 mart 2011-ci il tarixdə doğulmuş X3 atası Təqsirləndirilən şəxsdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, psixotrop maddəsinin miqdarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə, saat 16:50-də şübhəli şəxs kimi tutulmuş və 15 mart 2023-cü il tarixdə, saat 16:10-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra barəsində “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı 02 (iki) gün kimi CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.221 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.221 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz ) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar