Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-251/2025 10.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2006-cı ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayında 01 avqust 2011-ci il təvəllüdlü olmaqla on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə tanış olub aralarında olan sevgi münasibətlərindən istifadə edərək cinsi ehtirasını təmin etmək məqsədilə 2024-cü ilin sentyabr ayının sonlarında dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanındakı yataq otağında olan çarpayıda Zərərçəkmiş şəxs öz razılığı ilə öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına salaraq eykulyasiya vəziyyətinə çatıb, on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs Qobu park Yaşayış Kompleksindən tanıyır. 2024cü ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs ilə instagram sosial şəbəkəsində danışmağa başlamış və aralarında sevgi münasibəti yaranmışdır. 2024-cü ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs özü onu yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanına dəvət etmişdir. Zərərçəkmiş şəxs təklifi ilə razılaşıb sonuncunun yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs ilə onun yaşadığı evin qonaq otağında bir qədər söhbət etdikdən sonra sonuncunun razılığı ilə onlar evin yataq otağında cinsi əlaqədə olmuşlar. Daha sonra Zərərçəkmiş şəxs ilə sağollaşıb çıxıb getmişdir. 2024-cü ilin oktyabr ayında fəhlə kimi işləmək üçün Dağlıq Qarabağ bölgəsinə getmiş və orda olarkən atası zəng edərək barəsində şikayət edildiyini bildirmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs hədə-qorxu gəlməmişdir. Təqsirləndirilən şəxs son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Nümayəndə və mütəxəssisin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024cü ilin sentyabr ayında anası ilə birlikdə mağazada olarkən Təqsirləndirilən şəxs onları görmüş, həmin gün axşam saatlarında sonuncu ona instagram sosial şəbəkəsindən yazaraq onun Murad Xəlilovla cinsi münasibətdə olduğunu bildiyini demiş, onunla da cinsi əlaqədə olmasını təklif etmiş, bunu etməyəcəyi halda Muradla onların arasında beş verənlər barədə anasına məlumat verəcəyini bildirmişdir. O da bu məlumatın yayılmasından qorxduğu üçün 2024-cü ilin sentyabr ayının sonunda tarixini xatırlamadığı gündə günorta saatlarında Təqsirləndirilən şəxs yaşadıqları evə dəvət etmişdir. Xəyalla evdə bir qədər söhbət etmişlər və sonradan onlar evin yataq otağına keçib orda cinsi əlaqədə olmuşlar. Daha sonra Təqsirləndirilən şəxs onunla sağollaşıb çıxıb getmişdir. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi ilə birlikdə yazılmış ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yügül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, CM-nin 152.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 18-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nümayəndə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 26-28-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 02 dekabr 2024-cü il tarixli, 543 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Cinayət işinin 1-ci cildinin 41-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 69-70-ci vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 78-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 82-83-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək (saat 10:50-də) ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 101-104-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmiş, o, həbsdən azad edilmiş və barəsində 02 ay 26 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 10-14-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli İfadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, hadisə yerinə baxış zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında yataq otağındakı çarpayını göstərib, məhz həmin çarpayıda Təqsirləndirilən şəxs və X2 ilə təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Cinayət işinin 2-ci cildinin 23-24-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 25 dekabr 2024-cü il tarixli 3777 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 26-28-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 31 yanvar 2025-ci il tarixli, 593 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Cinayət işinin 2-ci cildinin 30-32-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 09 yanvar 2025-ci il tarixli 34 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs ona qarşı cinayət törədilərkən öz hərəkətlərini ölçüb biçmək, onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs məhkəmə-psixiatrik ekspertizasından təqsirləndirilən şəxs qismində keçmədiyindən bu sual cavablandırılmır. Zərərçəkmiş şəxs ona qarşı törədilən cinayətin mənasını dərk etmək iqtidarındadır. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən olunmur. Ona qarşı cinayət əməlləri törədilərkən Zərərçəkmiş şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs əqli və psixi inkişafını nəzərə almaqla öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Cinayət işinin 2-ci cildinin 92-94-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinin 122-123-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən X2 və X1 barəsində ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin 2-ci cildinin 129-130-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin 2-ci cildinin 133-134-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan və 137-ci vərəqədə olan könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına könüllü gəldiyindən cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 2-ci cildinin 141-142-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 152.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 154-156-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi ilə birlikdə yazılmış ərizəsi məhkəməyə təqdim edilərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yügül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün və zərərçəkmiş şəxsin ifadələri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 152.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 152.2-ci maddəsinə əsasən, on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ev dustaqlığında olma müddəti Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən xx.xx.2025-ci il tarixədək uzadılsa da onun qətimkan tədbirinin şərtlərini pozması səbəbindən xx.xx.2025-ci il tarixdə barəsində axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Bu səbəbdən məhkəmə xx.xx.2025-ci il tarixdə ev dustaqlığı qətimkan tədbiri üzrə müddət axımının dayanması, təqsirləndirilən şəxsin həmin tarixdən etibarən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində ev dustaqlığı qətimkan tədbirində olmaması qənaətinə gəlir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı və təqsirləndirilən şəxs qismində ev dustaqlığında olduğu 4 ay 22 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2026-cı il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixdən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixədək göstərilmiş 29 iş saatı hüquqi xidmətə görə 174 manat, xx.xx.2025-ci il tarixdən etibarən isə göstərilmiş 12 iş saatı hüquqi xidmətə görə 132 manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 iş saatı hüquqi xidmətə görə Müdafiəçi1 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı və təqsirləndirilən şəxs qismində ev dustaqlığında olduğu 4 ay 22 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 07 ay 8 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün konvoy taboru vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 10 fevral 2026-cı il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixədək göstərilmiş 29 iş saatı hüquqi xidmətə görə 174 manat, xx.xx.2025-ci il tarixdən etibarən isə göstərilmiş 12 iş saatı hüquqi xidmətə görə 132 manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3, məhkəmə istintaqı dövründə göstərilmiş 20 iş saatı hüquqi yardıma görə 220 manat həmin büronun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-251/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-251/2025
10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver