Məhkəmə qərarları › İş №1(002)-252/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-252/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-252/2021 14.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, “Metaləritmə” zavodunda fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1A, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29- 177.2.1, 29-177.2.2, 29-177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını oğurlamağa cəhd etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli yolla talamaq məqsədilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02.11.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km deyilən ərazidə yerləşən və yaşayış sahəsi olan Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz fərdi yaşayış evinə daş hasardan həyətyanı sahəyə tullanmaqla yaşayış evinin pəncərəsini əli ilə itələyib açmaqla evə qanunsuz daxil olmuş, evin yataq otağında olan güzgülü mebel əşya dolabının çəkəcəyindən sonuncuya məxsus 3.700 manat dəyərində qızıl-zinət əşyalarını, yəni 01 ədəd 750 əyarlı, təxmini çəkisi 20 qram olan qızıl qadın boyunbağısını, 01 cüt 750 əyarlı, təxmini çəkisi 6 qram olan qızıl qadın sırğasını, 01 ədəd 750 əyarlı, təxmini çəkisi 9 qram olan qızıl qadın üzüyünü, 02 ədəd 750 əyarlı, təxmini çəkisi 15 qram olan alyans (kişi-qadın) üzüklərini, 01 ədəd 750 əyarlı, təxmini çəkisi 8 qram olan qızın qadın üzüyünü, 01 cüt 585 əyarlı, təxmini çəkisi 7 qram olan qızıl qadın sırğasını, 01 ədəd gümüş bijuteriyanı və 30 manat nağd pulu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə - 3.730 (üç min yeddi yüz otuz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli yolla talamaq məqsədilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01.03.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən və yaşayış sahəsi olan Zərərçəkmiş şəxs2 məxsus nömrəsiz fərdi yaşayış evinin daş hasarından tullanmaqla həyətyanı sahəyə daxil olmuş, o, evin giriş hissəsində pusquda dayanmış, Təqsirləndirilən şəxs2 isə evin pəncərəsinin nəfəsliyini çıxararaq pəncərəni itələyib evin otağına qanunsuz daxil olmuş, həmin otağı axtarsa da heç nə tapa bilmədiyindən və özgənin əmlakını gizli talaya bilmədiyindən öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli başa çatdıra bilməyərək təkrar oğurluğa cəhd etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli yolla talamaq məqsədilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06.03.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1A ünvanında yerləşən və yaşayış sahəsi olan Zərərçəkmiş şəxs3 məxsus nömrəsiz fərdi yaşayış evinin daş hasarından tullanmaqla yaşayış evinin pəncərəsini açaraq evə qanunsuz daxil olmuş, yataq otağında olan əşya dolabından bir ədəd 700 manat dəyərində “Samsung A50” markalı mobil telefonu, içərisində 120 manat dəyərində kağız və qəpik pullar olan bir ədəd 800 qramlıq şüşə bankanı və pul kisəsindən 6 manat nağd pulu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 826 (səkkiz yüz iyirmi altı) manat maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29-177.2.1, 29-177.2.2, 29-177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını oğurlamağa cəhd etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli yolla talamaq məqsədilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02.11.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km deyilən ərazidə yerləşən və yaşayış sahəsi olan Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz fərdi yaşayış evinə daş hasardan həyətyanı sahəyə tullanmaqla yaşayış evinin pəncərəsini əli ilə itələyib açmaqla evə qanunsuz daxil olmuş, evin yataq otağında olan güzgülü mebel əşya dolabının çəkəcəyindən sonuncuya məxsus 3.700 manat dəyərində qızıl-zinət əşyalarını, yəni 01 ədəd 750 əyarlı, təxmini çəkisi 20 qram olan qızıl qadın boyunbağısını, 01 cüt 750 əyarlı, təxmini çəkisi 6 qram olan qızıl qadın sırğasını, 01 ədəd 750 əyarlı, təxmini çəkisi 9 qram olan qızıl qadın üzüyünü, 02 ədəd 750 əyarlı, təxmini çəkisi 15 qram olan alyans (kişi-qadın) üzüklərini, 01 ədəd 750 əyarlı, təxmini çəkisi 8 qram olan qızın qadın üzüyünü, 01 cüt 585 əyarlı, təxmini çəkisi 7 qram olan qızıl qadın sırğasını, 01 ədəd gümüş bijuteriyanı və 30 manat nağd pulu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə - 3.730 (üç min yeddi yüz otuz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli yolla talamaq məqsədilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01.03.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən və yaşayış sahəsi olan Zərərçəkmiş şəxs2 məxsus nömrəsiz fərdi yaşayış evinin daş hasarından tullanmaqla həyətyanı sahəyə daxil olmuş, Təqsirləndirilən şəxs1 evin giriş hissəsində pusquda dayanmış, özü evin pəncərəsinin nəfəsliyini çıxararaq pəncərəni itələyib evin otağına qanunsuz daxil olmuş, həmin otağı axtarsa da heç nə tapa bilmədiyindən və özgənin əmlakını gizli talaya bilmədiyindən öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli başa çatdıra bilməyərək təkrar oğurluğa cəhd etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli yolla talamaq məqsədilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06.03.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1A ünvanında yerləşən və yaşayış sahəsi olan Zərərçəkmiş şəxs3 məxsus nömrəsiz fərdi yaşayış evinin daş hasarından tullanmaqla yaşayış evinin pəncərəsini açaraq evə qanunsuz daxil olmuş, yataq otağında olan əşya dolabından bir ədəd 700 manat dəyərində “Samsung A50” markalı mobil telefonu, içərisində 120 manat dəyərində kağız və qəpik pullar olan bir ədəd 800 qramlıq şüşə bankanı və pul kisəsindən 6 manat nağd pulu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 826 (səkkiz yüz iyirmi altı) manat maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29-177.2.1, 29-177.2.2, 29-177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29-177.2.1, 29-177.2.2, 29-177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır. Onunla birlikdə Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən tikintidə fəhlə işləyən vaxtdan tanış olmuşdur. Onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2lə birlikdə bir neçə oğurluq cinayətləri törətmişdir. Belə ki, 04.11.2020-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs2lə Qobustan qəsəbəsində 223 nömrəli orta məktəbin qarşısında görüşmüşdür. Aralarında olan söhbət əsnasında Maqsuna Qobustan qəsəbəsi 61-ci km deyilən yerdə ev olduğunu və oğurluq məqsədilə həmin evə girə biləcəklərini demişdir. Maqsun da bu təkliflə razı olmuşdur. Bundan sonra birlikdə avtomobil yolundan tanımadıqları şəxsin idarə etdiyi “Ford” markalı avtomobili saxlatdırıb 61-ci km deyilən əraziyə getmişlər. Həmin yerə çatdıqdan sonra avtomobildən düşərkən hərəsi 1 manat olmaqla, ümumilikdə sürücüyə 2 manat pul vermişlər. Maqsuna girməli olduqları evi göstərmişdir. Həmin vaxt evin işığı yanılı olmamışdır. Evdə və kənarda heç kimin olmadığını dəqiqləşdirdikdən sonra evə girməyə qərar vermişlər. Həmin vaxt saat 24 radələri olmuşdur. Ev, adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Zərərçəkmiş şəxs1la heç bir qohumluq münasibəti, düşmənçiliyi yoxdur. Evinə girdikdən sonra onun Zərərçəkmiş şəxs1 məxsus olduğunu bilmişdir. Maqsunla birlikdə Zərərçəkmiş şəxs1 məxsus evin arxa tərəfinə getmiş və orada da heç kimin olmadığını müəyyən etdikdən sonra hər ikisi daş hasardan tullanıb həyətə keçmişdir. Maqsun evin plastik pəncərəsinin setkasını çıxarıb yerə qoymuşdur. Bundan sonra o, dirsəyi ilə pəncərəni itələyib açmışdır. Hər ikisi evə, mətbəxə daxil olmuş və evin otaqlarını axtarmağa başlamışlar. Bu zaman öz əlində alışqan işığı, Maqsunda isə mobil telefon işığı olmuşdur. Evin yataq otağında kamotun çəkəcəyini çəkib oranı axtaran zaman qızıl-zinət əşyaları olduğunu görmüşlər. Həmin qızıl-zinət əşyaları ayrı-ayrı qablarda olmuşdur. Hal-hazırda həmin qızıl-zinət əşyalarının hansı növdə və adda olduğunu xatırlamır. Qızılları evdən götürdüyü sellofan paketə qoyduqdan sonra cibinə qoymuş və evdən çıxmışlar. Hərəsi öz evinə getmişdir. Səhəri gün, saat 10 radələrində Maqsunla Lökbatan dairəsində görüşüb oradan yol avtomobili ilə Dənizkənarı Bulvarın yaxınlığında yerləşən kukla teatrının qarşısında gəlib düşmüşdür. Piyada gəlib Mərkəzi Univermağa daxil olmuşdur. Univermağa çatdıqdan sonra Maqsuna univermağın qarşısında gözləməyini tapşırmışdır. Həmin vaxt üzərində şəxsiyyət vəsiqəsi olduğundan univermağa daxil olduqdan sonra tanımadığı, təxminən 40-42 yaşlarında olan bir nəfər kişi satıcıya yaxınlaşıb qızılları ona göstərib özünün olduğunu və satmaq istədiyini demişdir. O, həmin qızıllar tərəzidə çəkildikdən sonra satıcıya 850 manata satmağa razılaşmışdır. Həmin vaxt satıcının üzərində 850 manat olmadığına görə 700 manat pul verib əlaqə nömrəsini vermişdir ki, zəng etdikdən sonra qalıq 150 manat pulu gedib ondan götürsün. Univermaqdan çıxıb Maqsunla görüşmüş, həmin puldan 400 manat ona vermişdir. Bundan sonra univermaqdan çıxıb 28 may metrosunun yaxınlığında olan geyim mağazasına getmiş, orada hər ikisi özlərinə müxtəlif adlarda geyimlər almış, bundan sonra Maqsunla birlikdə yaxınlıqda olan “Xəmsə” adlı kafeyə gedib yemək yemişdir. Bu zaman qızılı alan tanımadığı şəxs zəng edərək 150 manat pulun hazır olduğunu, gedib ondan götürə biləcəyini demişdir. Maqsuna kafedə gözləməyini bildirərək, oradan çıxıb univermağa getmiş, həmin şəxsdən 150 manat pulu alıb Maqsunun yanına qayıtmışdır. Kafedən çıxdıqdan sonra hərəsi öz evinə getmişdir. Bundan başqa, Maqsunla aralarında olan razılığa əsasən 23 fevral 2021-ci il tarixdə, saat 24 radələrində Qobustan qəsəbəsi, Qum karyeri adlanan ərazidə görüşmüşdür. Fərhadla birlikdə həmin ünvanda yaşayan, adını sonradan öyrəndiyi Südabə Bağıyevaya məxsus həyət evinin qarşısına gəlmişdir. Evdə heç kimin olmadığına əmin olduqdan sonra daş hasarın üstündən keçib həyətə daxil olmuşdur. Bundan sonra Maqsun evin plastik pəncərəsini itələyib açmış və hər ikisi evə daxil olmuşdur. Evin otaqlarını axtarmağa başlamış, Maqsun qonaq otağında olan vaxt özü yataq otağını axtarmışdır. Bu zaman kamotun çəkəcəyindən iki ədəd qızıl üzük tapmışdır. Həmin üzükləri cibinə qoyduqdan sonra gəldikləri istiqamətdə də evdən çıxmışlar. Həyətin daş hasarından tullanıb yola düşmüş və hərəsi öz evinə getmişdir. Həmin üzükləri də səhəri gün götürüb Mərkəzi Univermağa gəlmişdir. Orada tanımadığı şəxsə həmin üzükləri göstərib özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. Həmin şəxs üzükləri yoxlayıb qızıl olmadığını, adi metal olduğunu bildirmişdir. Üzükləri götürüb yaşadığı ünvana gələn zaman yolda hal-hazırda xatırlamadığı yerdə tullamışdır. Bundan sonra, yəni 01 mart 2021-ci il tarixdə, saat 23 radələrində Maqsunla Qobustan qəsəbəsində görüşmüşdür. Başqa evə girmək barədə razılığa gəlmişlər. Birlikdə Baş Ələt qəsəbəsi deyilən əraziyə getmişlər. Orada ayrı-ayrı həyət evləri olduğundan Maqsunla birlikdə adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs2 yaşadığı evə girməyə qərar vermişdir. Əvvəlcə evdə və ətrafda heç kimin olmadığını dəqiqləşdirdikdən sonra evin sol tərəfindən daş hasardan həyətə keçmişdir. Həyətyanı sahədə evin giriş hissəsində Maqsunun rahat evə girib baxması üçün dayanmışdır. Maqsun pəncərənin setkasını cırmış və pəncərəni əli ilə itələyib açmışdır. Həmin vaxt Maqsun otağı axtarsa da heç nə tapa bilmədiyini deyib onun yanına gəlmiş və birlikdə hasardan tullanıb getmişlər. Hərəsi öz evinə qayıtmışdır. Bundan sonra, 06.03.2021-ci il tarixdə Maqsunun Qobustan qəsəbəsində yaşadığı evinə getmişdir. Evin qarşısında görüşmüşlər. Saat 23 radələrində Maqsun həmin vaxt qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 evində heç kimin olmadığını demişdir. Evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra daş hasardan keçib həyətə daxil olmuşlar. Həmin vaxt Maqsun mismarla evin plastik pəncərəsini açmağa çətinlik çəkdiyindən, buna görə də Maqsunla birlikdə pəncərəni açmış və evə daxil olmuşlar. Maqsun qonaq otağını, özü isə yataq otağını axtarmağa başlamışdır. Yataq otağında olan əşya dolabından bir ədəd içərisində dəmir və kağız pullar olan 800 qramlıq şüşə balon, bir ədəd də Samsung A51 markalı mobil telefon tapmışdır. Həmin balonu və telefonu götürüb Maqsunun yanına gəlmişdir. Balonu Maqsuna vermiş, “Samsung” markalı mobil telefonu isə özü götürmüşdür. Hər ikisi evdən çıxıb yaxınlıqda yerləşən dərəyə gəlmişdir. Orada Maqsun balonu sındırmış, balonun içərisində olan pulları onunla bölüşdürmüşdür. Həmin puldan təxminən hərəsinə 50 manat pul qalmışdır. Bundan sonra hərəsi öz evinə getmişdir. Hadisədən sonra “Metaləritmə” zavodunda fəhlə kimi işə düzəlməklə qazancından zərərçəkmiş şəxslərə vurulmuş ziyanların ödənilməsində istifadə etmişdir. İş rejimi bir həftə gündüz, bir həftə isə gecə növbəsi kimi müəyyən edilmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29-177.2.1, 29-177.2.2, 29-177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə Qobustan qəsəbəsi ərazisində yerləşən bina tikintisində fəhlə işləyən zaman tanış olmuşdur. Onunla hər hansı bir qohumluq münasibəti, düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1lə bir neçə dəfə oğurluq cinayəti törətmişdir. Belə ki, 2020-ci ilin noyabr ayının 4-də Qobustan qəsəbəsində olan vaxt saat təxminən 23 radələrində Fərhadla 223 saylı məktəbin qarşısına görüşmüşdür. Həmin vaxt aralarında olan söhbət zamanı Fərhad Qobustan qəsəbəsi 61-ci km deyilən ərazidə ev olduğunu və oğurluq etmək üçün həmin evə girə biləcəklərini demişdir. Onunla razılaşmışdır. Həmin vaxt avtomobil yolunda tanımadıqları şəxsin idarə etdiyi “Ford” markalı avtomobili saxlatdırıb, həmin avtomobillə 61-ci km deyilən ərazidə gedib düşmüşdür. Həmin avtomobili idarə edən şəxsə onları 61-ci km deyilən yerə qədər gətirdiyinə görə Fərhadla hərəsi 1 manat olmaqla, ümumilikdə 2 manat sürücüyə pul vermiş və avtomobildən düşmüşlər. Fərhad evi göstərib evin işığının yanmadığını və həmin evə girə biləcəklərini bildirmişdir. Həmin vaxt saat 24 radələri olmuşdur. Birlikdə tanımadıqları şəxsin, sonradan isə adını öyrəndiyi Zərərçəkmiş şəxs1 məxsus evin arxa tərəfinə getmiş və orada da heç kimin olmadığını müəyyən etdikdən sonra hər ikisi daş hasardan dırmaşıb həyətə keçmişlər. Evin həyətə tərəf istiqamətdə olan plastik pəncərəsinin setkasını (nəfəsliyini) çıxarıb yerə qoymuşdur. Bundan sonra sağ qolunun dirsəyi ilə pəncərəni itələyib açmışdır. Hər ikisi pəncərədən evə daxil olmuşdur. Həmin yer evin mətbəxi olmuşdur. Hər ikisi evin otaqlarını axtarmağa başlamışdır. Öz əlində özünə məxsus telefonun işığı, Fərhadın əlində isə alışqanın işığı olmuşdur. Evin yataq otağında olan kamotun (güzgülü əşya dolabının) çəkəcəyini çəkib oranı axtaran zaman qızıl-zinət əşyaları olduğunu aşkar etmişlər. Həmin qızıl-zinət əşyaları ayrı-ayrı qablarda olmuşdur. Hal-hazırda həmin qızıl-zinət əşyalarının hansı adda olduğunu xatırlamır. Fərhad qızılları həmin evdən götürdüyü sellofan paketə qoyduqdan sonra cibinə qoymuş və birlikdə evdən çıxaraq getmişlər. Hərəsi öz evinə getmişdir. Səhəri gün saat 10 radələrində Fərhadla 223 saylı orta məktəbin qarşısında görüşmüşdür. Birlikdə Lökbatan dairəsi deyilən yerə gəlmişlər. Oradan da tanımadıqları yol avtomobili ilə gəlib Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Bulvarın yaxınlığında yerləşən kukla teatrının qarşısında düşərək piyada Mərkəzi Univermağa gəlmişlər. Orada olan vaxt Fərhad ona bayırda gözləmək lazım olduğunu bildirmişdir. Təxminən 20 dəqiqə sonra Fərhad yanına gəlib qızılları univermaqda hal-hazırda adını bilmədiyi, tanımadığı şəxsə 850 manat pula satdığını demiş və ona həmin puldan 400 manat pul vermişdir. 28 may metrosunun yaxınlığında olan geyim mağazasına gəlmişlər. Hər ikisi özünə müxtəlif adlarda geyimlər almış, bundan sonra həmin ərazidə olan kafeyə gedib yemək yemişlər. Həmin vaxt Fərhad kafedə onu gözləmək lazım olduğunu, gedib univermaqda qızıl satdığı adamla görüşüb gələcəyini bildirmişdir. Təxminən 1 saat sonra Fərhad onun yanına gəlmiş, birlikdə oturub pivə içmişlər. Kafedən çıxdıqdan sonra hərəsi öz evinə qayıtmışdır. Bundan sonra, Fərhadla əvvəlcədən aralarında olan razılığa əsasən 23 fevral 2021-ci il tarixdə Qobustan qəsəbəsi, Qum karyeri adlanan ərazidə görüşmüşdür. Saat 24 radələrində Fərhadla birlikdə həmin ünvanda yaşayan, adını sonradan öyrəndiyi Südabə Bağıyevaya məxsus fərdi yaşayış evinin qarşısına gəlmişdir. Evdə heç kimin olmadığına əmin olduqdan sonra evin sağ tərəfindən, daş hasarın üstündən tullanıb həyətə keçmişlər. Bundan sonra evin plastik pəncərəsini itələyib açmış və hər ikisi evə daxil olmuşdur. Evin otaqlarını axtarmağa başlamışdır. Həmin vaxt öz əlində telefon işığı, Fərhadın əlində isə alışqan işığı olmuşdur. Qonaq otağında olan vaxt Fərhad yataq otağında kamotun (güzgülü əşya dolabının) çəkəcəyindən iki ədəd qızıl üzük tapdığını demişdir. O, həmin üzükləri cibinə qoyduqdan sonra gəldikləri kimi də evdən çıxıb getmişlər. Həyətin daş hasarından tullanıb yola düşmüş və hərəsi öz evinə qayıtmışdır. Bundan sonra, 01 mart 2021-ci il tarixdə Fərhadla Qobustan qəsəbəsində görüşmüşdür. Həmin vaxt başqa evə girmək barədə aralarında danışıb razılıq əldə etmişlər. Belə ki, birlikdə baş ələt qəsəbəsi deyilən əraziyə getmişlər. Orada fərdi yaşayış evləri olduğundan yaşayış olmayan ev axtarmışlar. Saat 23 radələrində Fərhadla birlikdə adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs2 yaşadığı evdə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin sol tərəfindən daş hasardan həyətə tullanıb keçmişlər. Fərhad həyətyanı sahədə olan evin giriş hissəsində onu gözləmişdir. Evin pəncərəsinin setkasını (nəfəsliyini) əli ilə cırmışdır. Pəncərəni itələdikdən sonra pəncərə açılmış və otağa daxil olmuşdur. Həmin vaxt otağı axtarsa da orada heç nə tapa bilməmiş və gəldiyi kimi də, yəni pəncərədən otaqdan çıxmışdır. Fərhadla birlikdə hasardan tullanıb getmiş, hərəsi öz evinə qayıtmışdır. Bundan sonra, 06 mart 2021-ci il tarixdə Fərhad onun yaşadığı ünvana gəlmişdir. Yaşadığı evin qarşısında Fərhadla görüşmüşdür. Fərhadla birlikdə Qobustan qəsəbəsi, massiv 1A ünvanında yerləşən, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evin yaxınlığına gəlmişlər. Həmin vaxt saat 23 radələri olmuşdur. Evdə heç kimin olmadığına əmin olduqdan sonra daş hasardan keçib həyətə daxil olmuşdur. Həmin vaxt yaşadığı evdən özü ilə götürdüyü mismarla evin plastik pəncərəsini açmağa başlamışdır. Pəncərə çətin açıldığına görə Fərhadla birlikdə pəncərəni açmış, pəncərə açıldıqdan sonra ikisi də evə daxil olmuşdur. Qonaq otağında telefonun işığı ilə, Fərhad isə alışqanın işığı ilə otağı axtarmağa başlamışdır. Fərhad yataq otağını axtarmağa getmişdir. Təxminən 15 dəqiqə sonra Fərhad yanına gəlmişdir. Onun əlində təxminən 800 qramlıq şüşə balon, balonun içərisində 4 ədəd 20 manatlıq əskinas, bir ədəd 5 manatlıq əskinas digərləri isə qəpik pullar olmuşdur. Fərhad balonu ona vermişdir. Özünə isə Samsung A51 markalı telefon götürdüyünü demişdir. Hər ikisi evdən çıxıb yaxınlıqda yerləşən dərəyə gəlmişdir. Orada o, balonu sındırıb içərisində olan pulları Fərhadla bölüşmüşdür. Həmin puldan təxminən hərəsinə 50 manat pul qalmışdır. Bundan sonra hərəsi öz evinə getmişdir. O, öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanlarla bağlı hal-hazırda heç bir imkanı olmadığı üçün hər hansı bir ödəniş edə bilməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olsa da Qobustan qəsəbəsi 61-ci km deyilən ərazidə nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ev bir otaq, bir zal, bir mətbəx və hamam tualetdən ibarətdir. Evin kilidinin üç açarı olmuşdur. Həmin açarlardan biri özündə, biri həyat yoldaşında, digəri isə evdə qalır. 01 noyabr 2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxmış, ailəsi ilə birlikdə Lökbatan qəsəbəsində yaşayan atasının evinə getmişdir. Orada dörd gün qalmış, 05.11.2020-ci il tarixdə saat 21 radələrində Qobustan qəsəbəsində yerləşən evinə gəlmiş, qapını öz istifadəsində olan açarla açıb evə daxil olmuşdur. Evdən çıxmazdan əvvəl mətbəxdə qoyduğu 20 qəpik pulun, bundan sonra yataq otağında olan güzgülü mebel dolabının çəkəcəyində 30 manat pulun və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarının olmadığını aşkar etdikdən sonra evdə olmadığı vaxt naməlum şəxs tərəfindən evə daxil olaraq oğurluq hadisəsi baş verdiyini müəyyən etmişdir. Sonradan diqqətlə baxıb müəyyən etmişdir ki, evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslər onun yaşadığı evin mətbəxinin pəncərəsindən evə daxil olmuşdur. Onun yaşadığı evdə baş vermiş oğurluq hadisəsi nəticəsində evin yataq otağında olan termonun (güzgülü mebel əşya dolabının) çəkəcəyində olan ümumi dəyəri 3.700 (üç min yeddi yüz) manat təşkil edən özünə məxsus olan qızıl-zinət əşyaları və bir ədəd gümüş bijuteriya, eyni zamanda 30 manat nağd pul oğurlanmışdır. Həmin qızıl-zinət əşyaları - 01 ədəd 750 əyarlı, təxmini çəkisi 20 qram olan qızıl qadın boyunbağısı, 01 cüt 750 əyarlı, təxmini çəkisi 6 qram olan qızıl qadın sırğası, 01 ədəd 750 əyarlı, təxmini çəkisi 9 qram olan qızıl qadın üzüyü, 02 ədəd 750 əyarlı, təxmini çəkisi 15 qram olan alyans (kişi-qadın) üzükləri, 01 ədəd 750 əyarlı, təxmini çəkisi 8 qram olan qızın qadın üzüyü, 01 cüt 585 əyarlı, təxmini çəkisi 7 qram olan qızıl qadın sırğasıdır. Hadisə nəticəsində ümumilikdə 3730 manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs2 şikayətçidir. Belə ki, o, vurulmuş ziyandan heç bir ödəniş etməmiş və ümumiyyətlə buna hər hansı bir formada cəhd belə göstərməmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək Təqsirləndirilən şəxs1 yüngül cəza verilməsini, lakin Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyandan heç bir ödəniş edilmədiyini, ona qarşı şikayətçi olduğunu və ona ağır cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Baş Ələt qəsəbəsi deyilən ərazidə 6 sot torpaq ərazisində fərdi yaşayış evi və həyətyanı sahəsi vardır. Lakin həmin evdə yaşayış olmadığına görə mütəmadi olaraq həmin ünvanda torpaq sahəsinə və evə nəzarət etmək üçün gedib-gəlir. 01 mart 2021-ci il tarixdən 03 mart 2021-ci il tarixə qədər olan müddət ərzində işdə olduğu üçün qeyd etdiyi ərazidə evinə və torpaq sahəsinə nəzarət etmək üçün gedə bilməmişdir. 03 mart 2021-ci il tarixdə, saat 15 radələrində işdən çıxdıqdan sonra həmin ünvanda evə baxmaq üçün getmişdir. Həmin vaxt həyətyanı sahəyə daxil olduqdan sonra evin pəncərəsinin nəfəsliyinin cırılmış vəziyyətdə olduğunu görmüşdür. Evə naməlum şəxs tərəfindən oğurluq məqsədilə daxil olunduğunu müəyyən etdiyi üçün nəfəsliyi cırılmış evin otağına daxil olmuşdur. Oradan hər hansı bir əşyanın oğurlanmadığını müəyyən etmişdir. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. Polis əməkdaşları həmin ünvana gəlmiş, hadisə yeri müayinə olunmuşdur. Həyətyanı sahəyə və evin digər otaqlarına baxış keçirilmişdir. Hər hansı bir əşyanın oğurlanmadığı müəyyən edilmişdir. Lakin naməlum şəxs tərəfindən evə daxil olunması onu narahat etmişdir. Hadisə 01.03.2021-ci il tarixdə ona məxsus yaşayış olmayan Bakı şəhəri, Qaradağ rayonu, Baş Ələt qəsəbəsi deyilən ərazidə nömrəsiz fərdi yaşayış evində baş vermişdir. Hadisə nəticəsində hər hansı bir əmlak və ya digər əşya oğurlanmadığından maddi ziyan dəyməmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qobustan rayonu, Şıxzahırlı kəndində qeydiyyatda olsa da hal-hazırda ailə üzvləri ilə birlikdə Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1A, nömrəsiz fərdi yaşayış evində yaşayır. Şəxsi təsərrüfatında iri və xırdabuynuzlu heyvanlar olduğuna görə təsərrüfatla əlaqədar qışlaqda olur. 05 mart 2021-ci il tarixdə ailə üzvləri ilə birlikdə fermaya getmişdir. Həmin vaxt evdə heç kim olmamışdır. Yaşadığı evdən çıxan zaman darvazanı və evin giriş qapısını kilidləyib getmişdir. Həmin tarixdən 11 mart 2021-ci il tarixədək nə özü, nə də ki ailə üzvləri həmin evə getməmişdir. 11 mart 2021-ci il tarixdə ailə üzvləri ilə birlikdə evə getmiş, saat təxminən 13 radələrində həyətə daxil olduqda evin plastik pəncərəsinin açıq olduğunu görmüş və evdən oğurluq baş verdiyi güman etmişdir. Ailə üzvlərinə evə daxil olmağa icazə verməmişdir. Birinci özü evə daxil olduqdan sonra plastik pəncərəni açmaqla evin qonaq otağına naməlum şəxs daxil olduğunu, evin otaqlarında axtarış aparıldığını müəyyən etmişdir. Bundan sonra bir-bir otaqlardan nə oğurlandığını müəyyən etmək üçün baxmışdır. Yataq otağına baxdıqda geyim dolabının qapılarının açıq vəziyyətdə olduğunu görmüşdür. Oraya baxdıqdan sonra evdən ona məxsus 700 manat dəyərində üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olan Samsung A50 markalı mobil telefonun, 800 qramlıq şüşə banka və içərisində olan 120 manat dəmir və kağız pulların, pul kisəsindən də 6 manat nağd pulun naməlum şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. Hadisə nəticəsində də təxminən 826 manat maddi ziyan dəymişdir. 05 mart 2021-ci il tarixdə ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxıb Abşeron rayonu ərazisində yerləşən fermaya getmişdir. 11 mart 2021-ci il tarixdə isə ailə üzvləri ilə birlikdə yaşadığı Qobustan qəsəbəsi, massiv 1A ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə qayıtmışdır. Evə qayıtdıqdan sonra oğurluq olduğunu aşkar etmişdir. Hadisə 05.03.2021-ci il tarixdən 11.03.2021-ci il tarixədək olan müddət ərzində baş vermişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 aprel 2021-ci il tarixli, 9/1988 nömrəli rəyi ilə razı deyildir. Belə ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona məxsus oğurlanmış bir ədəd Samsung A50 markalı mobil telefonun qiyməti 700.00 manat olmuşdur. Bundan başqa hadisə nəticəsində ona məxsus bir ədəd 800 qramlıq şüşə banka və içərisində təxminən 120 manat olan qəpik və kağız pullar, eyni zamanda pul kisəsindən də 6 manat nağd pul oğurlanmış, ümumilikdə ona 826 manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs2 şikayətçidir. Belə ki, o, vurulmuş ziyandan heç bir ödəniş etməmiş və ümumiyyətlə buna hər hansı bir formada cəhd belə göstərməmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək Təqsirləndirilən şəxs1 yüngül cəza verilməsini, lakin Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyandan heç bir ödəniş edilmədiyini, ona qarşı şikayətçi olduğunu və ona ağır cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 9/1988 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Vyetnam istehsalı olan “Samsung” markalı, “SM-A505F/DS” (Galaxy A50) markalı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla 2021-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 250.00 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2020-ci il tarixli 3/1909 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən qıfıl və silindrik mexanizm saz vəziyyətdədir və təyinatı üzrə istifadəyə yararlıdır. Qıfılın mexanizmin səthində, açar yuvasının kənarlarında və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla belə qıfıl ştat açarı və ya ştat açarına uyğunlaşdırılmış açarla açılması mümkündür. Təqdim edilən qıfılın konstruksiyası onu kənar predmetlə iz qoymadan açılmasını istisna etmir. Ekspertiza tədqiqatının dəyəri 56 (əlli altı) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli, 769 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hal-hazırda onda hər hansı psixi xəstəlik aşkar olunmur. İş üzrə maddi sübut zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Samsung A50” markalı mobil telefon zərərçəkmişə təhvil verilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29-177.2.1, 29-177.2.2, 29-177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməklə zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlini etiraf edərək səmimi peşiman olmasını və Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının, Təqsirləndirilən şəxs2 isə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs1 üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 12 mart 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 13 mart 2021-ci il tarixdə barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə 106 (yüz altı) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut olan zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Samsung A50” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X3 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 360 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1, 240 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29-177.2.1, 29-177.2.2, 29-177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə: yaşadığı Qaradağ rayonu, Ələt qəsəbəsi, “Bağlar massivi”, ev 2 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək vəzifəsi, onun gecə növbəsində işdə olduğu vaxtlara aid edilməsin. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29-177.2.1, 29-177.2.2, 29-177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 14 iyul 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 106 (yüz altı) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut olan zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Samsung A50” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1, 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar