Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-252/2025 10.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2, Müdafiəçi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 şikayətini onunla əsaslandırmışdır ki, barəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin başlanmasına səbəb ünvan 1 ünvanında X4 qarşı onun qərəzli olaraq, həmçinin ona məxsus alman cinsli iti və onun boynunda olan ipi, yəni həm itin özünü, həm də itə aid boynuna bağlanan ipi silah qismində istifadə edərək xuliqanlıq etməsi barədə ********* nömrəli cinayət işi üzrə ittiham irəli sürülmüşdür. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 xx.xx.2025-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsinə xalası X10 ilə yaxınlaşaraq onun da çağırıldığı Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi X7 otağında, müstəntiqin və adlarını bilmədiyi digər polis əməkdaşlarının yanında Ş.R.Məhərrəmov ona törətmədiyi cinayətlərlə bağlı böhtan ataraq ona məxsus olan alman cinsli iti sonuncunun üzərinə qəsdən qərəzli olaraq hücum etdirdiyini, bununla yanaşı onun ictimai qaydanı pozaraq cəmiyyət içərisində onun barəsində nalayiq ifadələr işlətdiyini bildirərək ona böhtan atmışdır. Törətmədiyi cinayətlərdə ittiham edilərək xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-288/2025 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Verilən ittihamla razı deyil, ona görə ki, onun əvvəllər Ş.R.Məhərrəmov ilə aralarında mübahisələri olmamışdır. O, xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində evinə gedən zaman anası X3 və qardaşı X15 yanında olmuşlar. Bu zaman Ş.R.Məhərrəmov onu yanına çağıraraq xalası ilə onun anasının davalarına qarışmasını bildirərək niyə qadın məsələsinə qarışdığını soruşmuşdur. O isə Ş.R.Məhərrəmovun xalası ilə bu barədə danışığı olmadığını, evə gələn zaman anasının gözünün şişdiyi görüb öyrəndiyini bildirmişdir. Ş.R.Məhərrəmov isə onu təhqir edərək baş nahiyyəsinə bir neçə zərbə vurmuşdur. Hadisə qəfil və gözlənilməz olduğundan yunruq zərbələrinin təsirindən əlini başına tutaraq yerə yıxılan anda ip əlindən çıxmışdır. Bu zaman Ş.R.Məhərrəmov itin ağızlıq olan tərəfindən başın tutmuş və təsadüfən hadisəyə reaksiya verərək arxaya hərəkət edən zaman ağızlıq çıxaraq Şəmsini it dişləmişdir. İtinin bu reaksiyası instinktiv olaraq zəruri müdafiə vəziyyətində olmuşdur. Bu zaman o, itin Şəmsini dişləməsini görüb iti sakitləşdirmiş və Şəmsiyə kömək edərək itin ağzını bağlamışdır. Hadisə zamanı Şəmsinin əlində kəsici dəmir olmuş və öz işlətdiyi telefon mağazasından götürmüşdür. Ş.R.Məhərrəmov yuxarıda qeyd etdiyi kimi 6 nəfərin gözü qarşısında ona böhtan atmışdır. X1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Ş.R.Məhərrəmov ilə onu görüşdürdüyünü, həmçinin Şəmsinin barəsində qeyd etdiklərini aşkar şəkildə bildirmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göstərilənlərə əsasən Cinayət Məcəlləsinin böhtan adlı 147.1-ci maddəsinin tərkibi yarandığından məhkəmədən: X5 Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işi başlanmasını, azadlıqdan məhrum olunmasını və barəsində bildirdiyi böhtanı rəsmi təkzib etməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs M.E.Quliyev ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq M.E.Quliyev qeyd etdiyi cinayət işinin istintaqının davam etdiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Ş.R.Məhərrəmovun müdafiəçisi Müdafiəçi bildirmişdir ki, xüsusi ittihamçı tərəfindən qeyd edilən cinayət işinin hazırda istintaqı davam etdirilir. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin dindirilməsi aparılır. Həmçinin kütləvilik, çıxışlarda yayılma və digər hallar mövcud deyildir. Odur ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Ş.R.Məhərrəmov bildirmişdir ki, X9 böhtan atmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlnamsı haqqında qərardan görünür ki, fakta görə CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim olunmuş xüsusi ittiham qaydasında şikayət və sübutlarda böhtan xarakterli əməl kimi X6 özünə məxsus itin ağızlıq hissəsini çıxarıb X2 üzərinə buraxması qeyd olunmuşdur. Hazırki əməlin mövcudluğu ilə bağlı Qaradağ RPİ-nin icraatında cinayət işinin icraatı davam etdirilir. Məhkəmə hesab edir ki, həmin cinayət işi üzrə yekun məhkəmə qərarı qəbul edilmədiyindən hazırki iş üzrə şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl iş materiallarında olan dəlillərlə öz təsdiqi tapmadığından, həmçinin qeyd olunan hallarla bağlı istintaq orqanında araşdırılma aparıldığından məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında şikayəti üzrə xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-252/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-252/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver