Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-253/2021 05.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Mirzəağa oğlunun, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-228/2019 saylı, 11 sentyabr 2019cu il hökmünə əsasən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-228/2019 saylı, 11 sentyabr 2019-cu il hökmünə əsasən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 11.11.2016-cı il tarixdə gecə saat 11 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi olan evin arxasına gələrək orada rolları öz aralarında bölüşdürdükdən sonra Təqsirləndirilən şəxs2 pusquda dayanmış, o isə həmin evin içərisinə pəncərəsini sıxıb açmaq yolu ilə qanunsuz daxil olub yataq otağında olan paltar dolabının içərisində olan gödəkçənin cibindən 11.100 manat və həmin tarixə məzənnəsi 78 manat olan 3000 Rusiya rubulunu, pencəyin cibindən 2550 manat nağd pulu və çemodanın içərisindən ümumi dəyəri 4000 manat olan iki ədəd qadın üzüyü, bir ədəd 19.9 qram boyunbağı, bir cüt sırğa və bir ədəd uşaq üçün olan qızıl boyunbağını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 17728 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 11.11.2016-cı il tarixdə gecə saat 11 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi olan evin arxasına gələrək orada rolları öz aralarında bölüşdürdükdən sonra o, pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə həmin evin içərisinə pəncərəsini sıxıb açmaq yolu ilə qanunsuz daxil olub yataq otağında olan paltar dolabının içərisində olan gödəkçənin cibindən 11.100 manat və həmin tarixə məzənnəsi 78 manat olan 3000 Rusiya rubulunu, pencəyin cibindən 2550 manat nağd pulu və çemodanın içərisindən ümumi dəyəri 4000 manat olan iki ədəd qadın üzüyü, bir ədəd 19.9 qram boyunbağı, bir cüt sırğa və bir ədəd uaq üçün olan qızıl boyunbağını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 17728 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, usta köməkçisi kimi avtomobil təmir sexində çalışır. 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığı məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sənqəçal qəsəbəsindən tanıdığı Vasif adlı şəxslə 10 noyabr 2016-ci il tarixdə məhəllədə görüşərkən söhbət əsnasında oğurluq etmək qərarına gəlmişlər və bunun üçün qonşuları Mirzəligilin evindən oğurluq etməyi qərarlaşdırmışlar. 11 noyabr 2016-ci il tarixdə saat 11 radələrində o, Vasiflə məhəllədə görüşmüş və Mirzəlinin evinin arxa hissəsinə keçmişlər. Vasif hasarın yanında gözləmiş, o, hasardan tullanaraq həyətə daxil olmuşdur. Evin həyətində olan çarpayının dəmir ayağını götürərək evin plastik pəncərəsini sıxaraq açmış və evin içərisinə daxil olmuşdur. Evin daxilində pul və qızıl-zinət əşyaları axtarmağa başlamışdır. Ona görə də yataq otağına keçmiş paltar dolabını açmış, paltar dolabında asılqana asılmış gödəkçənin cibində olan 11.100 manat pulu və 3000 Rus rublunu götürmüşdür. Daha sonra dolabda olan pencəyin cibinə əl gəzdirdikdə orada da pul görmüş və pencəyin cibindən də 2550 manat pul götürmüşdür. O, evdə olan çemodanı da açaraq içində axtarış aparmağa başlamış və çemodanın içərisində müxtəlif növ qızıl-zinət əşyaları aşkar etmiş və onları da götürmüşdür. Onlar oradan aralaşmış və pulları çıxarıb sayanda onlara məlum olmuşdur ki, evdən 13.650 manat, 3000 Rus rublu və iki qadın üzüyü, bir ədəd boyunbağı, bir cüt sırğa və bir ədəd uşaq üçün olan boyunbağı oğurlamışlar. Pulları aralarında iki yerə bölmüşlər. Qızılları isə Bayıl qəsəbəsində yerləşən Lombarda 280 manata öz şəxsiyyət vəsiqəsi ilə təhvil vermiş və həmin pulla isə restoranda yeyib-içmişlər. Həmin lombard halhazırda fəaliyyət göstərmir, lombardın yerində bina tikilmişdir. Təqsirləndirilən şəxs sonda əməlindən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini, himayəsində 2 azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək, onunla barışıq əldə etməsini nəzərə alaraq, onun yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sənqəçal qəsəbəsindən tanıdığı Rusif adlı şəxslə 10 noyabr 2016-ci il tarixdə məhəllədə görüşərkən söhbət əsnasında oğurluq etmək qərarına gəlmişlər. Onlar qonşu Mirzəligilin evindən oğurluq etməyi qərarlaşdırmışlar. Belə ki, onlar səhər işə getdikləri üçün evdə heç kim olmurdu. Buna görə də qərara gəlmişlər ki, səhəri gün həmin evdən oğurluq etsinlər. 11.11.2016-ci il tarixdə saat 11 radələrində o, Rusiflə məhəllədə görüşmüş və Mirzəlinin evinin arxa hissəsinə keçmişlər. O, hasarın yanında gözləmiş, Rusif hasardan tullanaraq həyətə daxil olmuşdur. Təxminən 15-20 dəqiqədən sonra Rusif gələrək bildirmişdir ki, pəncərəni sıxıb açaraq evə daxil olmuş və orada paltar dolabında paltarların cibindən pul və qızıl oğurlamışdır. Daha sonra onlar oradan uzaqlaşmışlar. Onlar oğurlanmış pulları çıxarıb sayan zaman məlum olmuşdur ki, evdən 13.650 manat, 3000 Rus rublu və iki qadın üzüyü, bir ədəd boyunbağı, bir cüt sırğa və bir ədəd uşaq üçün olan boyunbağı oğurlamışlar. Pulları aralarında iki yerə bölmüşlər. Qızılları isə Bayıl qəsəbəsində yerləşən Lombarda 280 manata Rusif öz şəxsiyyət vəsiqəsi ilə təhvil vermiş, həmin pulla restoranda birlikdə yeyib-içmişlər. Həmin lombard hal-hazırda fəaliyyət göstərmir, lombardın yerində bina tikilmişdir. Təqsirləndirilən şəxs sonda əməlindən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək, onunla barışıq əldə etməsini nəzərə alaraq, onun yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11.11.2016-cı il tarixdə qızı İlknur ilə birlikdə saat 06.30 radələrində evdən çıxıb işə getmişlər. Onlardan sonra arvadı və oğlu da evdən çıxıb işə getmişdir. Evdən heç kəs olmamışdır. O, evindən oğruluq olması xəbərini qonşusundan eşidəndə dərhal işdən çıxıb evlərinə gəlmişdir. O, evə gəldikdən sonra evinə baxış keçirmiş və baxış zamanı yataq otağının pəncərəsini sınmış halda oldğunu aşkar etmişdir. Daha sonra yaşadığı evin içərisinə daxil olmuş və evin içərisinə baxış keçirmiş və baxış zamanı dolabın içərisindən pul və qızıl-zinət əşyalarının götürüldüyünü aşkar etmişdir. Bundan sonra çemodanın içərisinə baxmış və baxış zamanı çemodanın içərisindəki qızılzinət əşyalarının yerində olmadığını aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxslər evin içərisinə pəncərəsini sıxıb açmaq yolu ilə daxil olmuş və yataq otaqında olan paltar dolabının içərisində olan gödəkçənin cibindən 11.100 manat və həmin tarixə məzənnəsi 78 manat olan 3000 Rusiya rubulunu, pencəyin cibindən 2550 manat nağd pulu və çemodanın içərisindən ümumi dəyəri 4000 manat olan iki ədəd qadın üzüyü, bir ədəd 19.9 qram boyunbağı, bir cüt sırğa və bir ədəd uaq üçün olan qızıl boyunbağını oğurlamaqla, ümumilikdə ona 17728 manat məbləğində maddi ziyan vurmuşlar. Aparılmış istintaq zamanı onun evindən oğurluq edən şəxslərin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Ona vurulmuş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığı barədə ərizəsini məhkəməyə təqdim edərək, nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 26 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 34-35, 36) Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 26 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 50-51, 52) Vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 28 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 dərhal Qaradağ RPİ-nin MSY-dən azad olunaraq barəsində müvafiq qətimkan tədbiri seçilməsi qərara alınmışdır. (i.v. 92-93) Vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 28 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 dərhal Qaradağ RPİ-nin MSY-dən azad olunaraq barəsində müvafiq qətimkan tədbiri seçilməsi qərara alınmışdır. (i.v. 94-95) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında 28 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 96-98) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında 28 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 101-103) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 24 may 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 02 il 05 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 106) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 24 may 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 02 il 05 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 107) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-228/2019 saylı, 11 sentyabr 2019cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 108-126) Sübutların qiymətləndirilməsi haqqında 24 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 28 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham və barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. (i.v. 127-130) Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli, 21-1 144577/7 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-228/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 25 iyun 2021-ci il tarixədək 10 ay 03 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli, 21-1 144597/7 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-228/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 25 iyun 2021-ci il tarixədək 09 ay 05 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyan tam ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 24 iyul 2017-ci il təvəllüdlü Əkbər, 23.12.2011-ci il təvəllüdlü Yusif və 27 sentyabr 2004-cü il təvəllüdlü Aysel adlı iki azyaşlı və bir yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxslərin məhkəmə iclasında və ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəməsini (CM- 59.1.13) və zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12) və nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (59.1.4) zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəməsini (CM-59.1.13) və zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Cinayət işi materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 228/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini 11 noyabr 2016-cı il tarixdə, yəni Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-228/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətmişlər. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-228/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən və hazırki hökm üzrə azadlıqdan məhruetmə növündə cəza təyin ediləcəyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-228/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutulmaqla hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-228/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 07 (yeddi) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrumetə cəzasının bir gününə bərabər tutulmaqla 03 (üç) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetə cəzası kimi hesablanaraq Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəza ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Həmçinin digər Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-228/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 08 (səkkiz) ay 22 (iyirmi 22) gün azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrumetcə cəzasının bir gününə bərabər tutulmaqla 04 (dörd) ay 11 (on bir) gün azadlıqdan məhrumetə cəzası kimi hesablanaraq, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəza ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-228/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkməmiş 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrumetə cəzasının bir gününə bərabər tutulmaqla 03 (üç) ay 27 (iyirmi yeddi) gün olaraq hesablanmalı, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə qəti cəza təyin edilməli (CM-nin 66.5, 68.1.1-1), ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 gün müddət nəzərə alınmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökm tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-228/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkməmiş 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrumetə cəzasının bir gününə bərabər tutulmaqla 04 (dörd) ay 11 (on bir) gün olaraq hesablanmalı, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə qəti cəza təyin edilməli (CM-nin 66.5, 68.1.1-1), ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 gün müddət nəzərə alınmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökm tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbinə dəyişdirilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 36 (otuz altı) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 oğluna hüquqi yardım göstərmişdir. Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə 36 (otuz altı) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 hüquqi yardım göstərmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2f Zülfi oğlu işə qoşularaq məhkəmə istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 oğluna hüquqi yardım göstərmişdir. Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 işə qoşularaq məhkəmə istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 36 (otuz altı) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 216 (iki yüz on altı) manat məbləğində pul və məhkəmə baxışı zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 36 (otuz altı) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 216 (iki yüz on altı) manat məbləğində pul və məhkəmə baxışı zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2f Zülfi oğluna 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-228/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1- 1.1-ci - maddəsinin tələbləri baxımından azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü bərabər tutulmaqla (03 ay 27 gün müddət) hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, qəti olaraq Təqsirləndirilən şəxs2 2 (iki) il 03 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 26 aprel 2021-ci il tarixindən 28 aprel 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-228/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 08 (səkkiz) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-1.1-ci maddəsinin tələbləri baxımından azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü bərabər tutulmaqla (04 ay 11 gün müddət) hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, qəti olaraq Təqsirləndirilən şəxs1 2 (iki) il 02 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 26 aprel 2021-ci il tarixindən 28 aprel 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 gün gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 oğluna ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 36 (otuz altı) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 216 (iki yüz on altı) manat məbləğində pul və məhkəmə baxışı zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 36 (otuz altı) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 216 (iki yüz on altı) manat məbləğində pul və məhkəmə baxışı zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2f Zülfi oğluna 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi vaxtdan) 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-253/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-253/2021
05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver