Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-253/2023 04.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1977-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşaqları olan), məhkumluğu olmayan, "xxxx" MMC-də fəhlə işləyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Təzə yurd” adlanan yaşayış massivində nömrəsiz ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 18 mart 2023-cü il tarixdə saat 16:00 radələrində, yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs bazarlıq etməyə görə 30 manat pul verməsi, lakin aralarında yaranmış mübahisəyə görə verdiyi 30 manat pulu Elnarə Dəmirovdan geri qaytaramasını tələb etməsi, Zərərçəkmiş şəxs pulu qaytarmamasına görə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yumruq zərbələri ilə bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan başın alın və təpə nahiyələrinin dərialtı hematomaları, sol said nahiyəsinin qançırı, alt çənə, sol əlin arxa səthinin və boyun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır, birgə nikahdan iki övladı var, əvvəllər münasibətləri yaxşı olmuşdur. Sonradan sipirtli içki qəbul etdiyi üçün həyat yoldaşı Elnarə narazılıq edir, qazandığı pulları ona verməyini tələb edirmiş. Elnarə ona verdiyi pula qane olmur, evdə yeməyin olmadığını uşaqların ac qaldığını bildirir, qazandığı pulla kafedə yeyib-içməyinə etiraz edir, oda pullarının hamısını Elnarə vermədiyi üçün aralarında münqişələr yaranmış. Onlar yola gedə bilmədikləri üçün Elnarə bonaşmaq üçün Qaradağ rayon məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən nikahlarınaa xitam verilmişdir. Lakin buna baxamayaraq Elnarə ilə bir evdə yaşayır. xx.xx.2023-cü il tarixdə işdə çıxmış, kafedə yeyib-içmiş, həmin gün saat 16:00 radələrində evə gəlmişdir. Evdə olarkən Elnarə ona ”mənə pul ver bayram bazarlığı edəcəm” sözlərini demişdir. O da bazarlıq etməsi üçün Elnarəyə 30 maat pul vermiş, Elnarə pul az olmasını bildirmiş, ona “pulu spritli içkiyə xərcləmisən gətirərdin evə bazrlıq edərdik” sözlərini demişdir. Elnarəyə sakit olmasını bildirmiş, Elnarə isə spirtli içki içməyinə görə ona iradlar bildirdiyi üçün aralarındda münaqişə yaranmışdır. Münaqişə zamanı Elnarəyə “sənə verdiyim 30 manat pulu özümə qaytar” sözlərini demiş, Elnarə isə pulu qaytarmayacağını bildirmiş və 30 manat pulu ona verməmişdir. Həmin vaxt aralarında münqişə yarandığına görə Elnarə DİN-nin 102 xidmətinə müraciət edib ondan şikayət edəcəyini bildirmişdir. Elnarənin Samsung markalı mobil telefonu uşağın əlində olmuş, uşaq telefonda oyun oynayırmış. Elnarə ondan şikayət etməməsi üçün uşağın əlindən Elnarənin telefonunu almış, otqadan çıxmaq istəyərkən Elnarə onu tutub saxlamış, telefonu qaytarmasını tələb etmiş, telefonu qaytarmaq istəmədiyi üçün aralarındakı münaqişə daha da qızışmış, ona görə də evdən çıxa bilməmişdir. Əsəbləşdiyi üçün Elnarənin telefonu dişləyərək telefonun ekran hissəsini zədələmişdir, Elnarənin telefonu onun əlindən almasına bərk əsəbləşmiş, əl zərbələri ilə yəni yumruq zərbələri ilə Elnarənin başına və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurdmuş və evdən çıxmışdır. Hadisə evlərinin içərisində baş vermiş, hadisə zamanı yanlarında heç kim olmamış, qonşulardan və kənar şəxslərdən onları görən və aralaşdıran olmamışdır. O öz ifadəsində hal-hazırda Qobustan qəsəbəsində MKTB-də fəhlə işlədiyini, son olaraq törətdiyi əməlindən peşiman olduğunu, böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyini, zərərçəkmiş şəxslə barışmaqla, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində iki azyaşlı uşaqlarının olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşıdır, birgə nikahdan iki övladı var. Mətləb spirtli içki aludəçisidir, qazandığı pulları spirtli içkiyə xərcləyir, mütamadi olaraq onunla münaqişə yaratmış, dəfələrlə onu döymüşdür. Mətləbin spirtli içki aludəçisi olması, mütamadi olaraq onunla dava-dalaş etməsi səbəbindən boşanmaq üçün məhkəməyə müraciət etmiş, 2023-cü ilin may ayında məhkəmə tərəfindən nikahlarına xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində evdə olmuş, Həmin vaxt Mətləb evə gəlmiş, Mətləbə “qarşıdan Novruz Bayramı gəlir, evdə heçnə yoxdur, pul ver gedim bazarlıq edimsözlərini demiş, Mətləb də ona 30 manat pul vermişdir. Bir neçə dəqiqədən sonra Mətləb heç bir səbəb olmadan onunla mübahisə etmiş, mübahisə zamanı Mətləb bazarlıq etmək üçün ona verdiyi 30 manat pulunu qaytarmasını tələb etmişdir. Həmin vaxt fikirləşmişdir ki, Mətləb puluondan aldıqdan sonra spirtli içki alıb qəbul edəcək, uşaqlar da ac qalacaq, ona görə də 30 manat pulu Mətləbə verməmişdir. Pulu Mətləbə qaytarmadığı üçün Mətləb onunla münaqişə yaratmış, ünvanına nalayiq ifadələr işlətmiş, o da Mətləbdən sakit olmasını tələb edərkən Mətləb əl zərbələri yəni yumruqla başına və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt özünə məxsus Samsung markalı mobil telefonu azyaşlı uşağının əlində olmuş, uşaq telefonda oyun oynayırmış Mətləb pulu ala bilmədiyi üçün evdən çıxıb gedərkən uşağın əlindən ona məxsus mobil telefonu almış, evdən çıxıb qaçmaq istəyərkən həyətdə Mətləbi tutub saxlamış, telefonunu qaytarmasını tələb etmişdir. Mətləb telefonu ona qaytarmaq əvəzinə Samsung markalı mobil telefonu ağzına qoymuş, telefonun ekranının dişləyərək zədələmiş və telefonu yerə atmışdır. Nəticədə ona məxsus olan mobil telefon zədələnmiş, telefonu təmir etdirmək üçün 150 manat pul xərcləmiş, bu hərəkətləri ilə Mətləb ona 150 manat ziyan vurmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində iki azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq təqsirləndirilən şəxsə törətdiyi əmələ görə ən yüngül cəza verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X8 Qaradağ rayon şöbəsinin 28 mart 2023cü il tarixli, 191 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- başın alın və təpə nahiyələrinin dərialtı hematomaları, sol said nahiyəsinin qançırı, alt çənə sol əlin arxa səthinin və boyun nahiyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə sağlamığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə 25 sentyabr 2020-ci il tarixdə CM-nin 73.2 və CPM-nin 40.3-cü maddələrinə əsasən cinayət işinin başlanmasına xitam verilmişdir. İş materiallarında əlavə olunmuş sənədlərdən aydın olur ki, 15 aprel 2020-ci il doğulmuş X4 18 aprel 2021-ci ildə doğulmuş X5 ataları Təqsirləndirilən şəxsdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, əməlini səmimi olaraq etiraf etməklə peşiman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcədə təqsirləndirilən şəxsin hal-hazırda rəsmi iş yeri olmaqla işlədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 ( yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-253/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-253/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver