Məhkəmə qərarları › İş №1(002)-253/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-253/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-253/2024 19.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı olan), işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 mart 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin inzibati ərazisindən keçən, Lökbatan- Xocasən yolunun 6-cı km-də texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xocasən qəsəbəsi istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq idarə etdiyi avtomobilin hərəkət istiqamətini dəyişdirməsi ilə əlaqədar apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edib Qanunun qeyd olunan tələblərinə əməl etməyərək geriyə doğru manevr etdiyi zaman arxadan onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Honda” markalı, 10-B-249 dövlət qeydiyyat nişanlı motosikletin ön tərəfi onun idarə etdiyi avtomobilin arxa sol qapısına təxminən 75-80 dərəcə bucaq altında toqquşmuş, nəticədə ehtiyatsızlıqdan motosikletin sürücüsü Zərərçəkmiş şəxs qarın boşluğunun orqanlarının evakuasiyası (xaricə çıxması), çanaq sümüklərinin açıq sınıqları, sağ bud sümüyünün açıq, qəlpəli sınığı, sol baldır sümüklərinin açıq sınığı, hər iki said sümüklərinin sınığı, alt dodağın və sol diz oynağının əzilmiş yaraları, alın nahiyəsinin sıyrığı ilə nəticələnən dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin həmin xəsarətlər səbəbindən çanaq sümüklərinin və sağ bud sümüyünün açıq qəlpəli yerinidəyişmiş sınıqları, daxili orqanların evakuasiyası və kəskin xarici qanitirmə fonunda inkişaf edən travmatikhemorragik şok nəticəsində hadisə yerində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil idarə etmək üçün “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Şahid1 və Şahid2 onun yaxın rəfiqələridir. xx.xx.2024-cü il tarixdə rəfiqəsi Ayşənə zəng vurub bildirmişdir ki, Novruz bayramı ilə əlaqədar Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” Ticarət Mərkəzinə getmək istəyir, istəyirsənsə gedək birlikdə bazarlıq edək. Ayşən də onunla birlikdə sabah bazarlıq etmək üçün Meyvəli Ticarət Mərkəzinə getməyə razılıq vermişdir. Ayşənə bildirmişdir ki, bu barədə Səriyyə ilə də danışacaqdır. Daha sonra Səriyyəyə də zəng vurub bu barədə danışmış və rəfiqəsi Səriyyə də onun təklifi ilə razılaşmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 17 mart 2024-cü il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxıb idarə etdiyi “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə rəfiqələri Ayşən və Səriyyəni götürüb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzinə gəlmişdir. Təxminən bir saata yaxın Meyvəli bazarında meyvə-tərəvəz, çərəz aldıqdan sonra birlikdə qərar vermişdirlər ki, yaşadıqları evə getsinlər. Təxminən saat 16:30 radələrində idarə etdiyi “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin inzibati ərazisində, Lökbatan-Xocasən yolu ilə Xocasən istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt idarə etdiyi avtomobilinin qabaq sərnişin oturacaqında Səriyyə, arxa oturacağında isə Ayşən əyləşmişdir. Hərəkətdə olduğu yol iki tərəfli yol olmuşdur. Meyvəli bazarından təxminən 500 metr aralıda hərəkətdə olduğu yolun sol tərəfi istiqamətinə keçmək istəyən zaman avtomobilinin arxa sol qapısına motosikletin çırpıldığını görmüşdür. Dərhal tormozdan istifadə edib avtomobili saxlamış, avtomobildən yerə düşüb motosikletin sürücüsünə köməklik etmək istəsə də sürücünün yolun ortasında ölmüş olduğunu hiss etmişdir. Bu zaman rəfiqələri Ayşən və Səriyyə hadisədən qorxduqları üçün taksi ilə onları evə yola salmış, özü isə hadisə yerində polisi gözləmişdir. Təxminən 2 dəqiqə sonra hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gəlmişlər, o polis əməkdaşlarına baş vermiş hadisəni danışmışdır. Hadisənin 17 mart 2024-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən yolu ilə Xocasən istiqamətində baş verdiyini, hadisənin yaranmasına səbəb motosikletin onun sola dönməyinə baxmayaraq hərəkətdə olub avtomobili ilə toqquşduğunu, hadisə zamanı idarə etdiyi avtomobili 50-60 km/sürətlə hərəkət etdirdiyini, 17 mart 2024-cü il tarixdə saat 14 radələrində idarə etdiyi “Toyota RAV- 4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərindən kənar dairəvi yolla, yəni Bakı-Qazax magistral avtomobil yolu ilə “Meyvəli” Ticarət Mərkəzinə gəldiyini, idarə etdiyi “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Meyvəli” Ticarət Mərkəzində meyvə-tərəvəz, çərəz aldıqdan sonra evə getmək qərarına gəldiyini, “Meyvəli” Ticarət Mərkəzindən yola çıxdıqda səhvən Lökbatan-Xocasən yolu ilə Xocasən qəsəbəsi istiqamətində hərəkət etməyə başladığını, hərəkətdə olduğu yolun iki zolaqlı yol olduğunu, avtomobili hərəkətdə olduğu yolun birinci zolağı ilə sürdüyünü, həmin vaxt səhv getdiyini başa düşüb geri qayıtmaq üçün əvvəlccə yolun ikinci zolağına daxil olmaq istədiyini zaman arxadan gələn “Honda” markalı motosiklet idarə etdiyi avtomobilin arxa sol qapısı ilə toqquşduğunu, idarə etdiyi “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə səhvən Lökbatan-Xocasən yolu ilə Xocasən qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolun birinci zolağından ikinci zolağına keçmək istədiyi anda toqquşma baş verdiyini, ümumiyyətlə spirtli içki nədək ki, narkotik vasitə qəbul etmədiyini, “Ramazan” bayramı ilə əlaqədar oruc tutduğunu, hadisə zamanı idarə etdiyi avtomobilin texniki cəhətdən saz vəziyyətdə olduğunu, yol nəqliyyat hadisəsi zamanı nə özünün, nədə ki, rəfiqələri Şahid1 və Şahid2 xəsarət almadıqlarını bildirmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən çox peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəb edildiyini, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olduğunu, hadisə nəticəsində zərərçəkmiş tərəfə hər zaman maddi və mənəvi dəstək göstərməyə hazır olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı halhazırda heç bir şikayət və tələbi olmamaqla ona yüngül cəza verilməsi barədə xahişinin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X11 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, rəsmi olaraq “X17” mexanik vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun doğma oğludur. Rüfət Sumqayıt şəhərində fəaliyyət göstərən “ESTP-H” metallurgiya zavodunda keyfiyyətə nəzarət şöbəsində işləyirmiş, oğlu Rüfətin “Honda” markalı, 10-B-249 dövlət qeydiyyat nişanlı motosikleti və həmin motosikleti idarə etmək üçün “A1, A, B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. 17 mart 2024-cü il tarixdə saat 15 radələrində o, Qaradağ rayonu, Lökbatan qəsəbəsində marketdən çıxıb yaşadıqları evə gəlmiş, həmin vaxt oğlu Rüfətin paltarlarını geyinib küçəyə çıxdığını görmüşdür. O, Rüfətdən hara getməsinin səbəbini soruşduqda Rüfət bildirmişdir ki, 5-10 dəqiqəyə evə qayıdacaqdır. Həmin gün təxminən saat 17 radələrində ona məlumat verilmişdir ki, oğlu Rüfət Lökbatan-Xocasən yolunda idarə etdiyi “Honda” markalı, 10-B-249 dövlət qeydiyyat nişanlı motosikletlə qəzaya uğramış və nəticədə hadisə yerində ölmüşdür. Oğlu Rüfətin meyitini müayinə üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X4 Qaradağ rayon şöbəsinə aparmışlar. O, bu xəbəri eşidən kimi həmin ünvana getmiş, orada oğlu Rüfətin meyiti müayinə olunduqdan sonra valideyni olduğu üçün ona təhvil verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onu yaxın rəfiqəsidir, İlahənin “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 16 mart 2024-cü il tarixdə rəfiqəsi İlahə onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb bildirmişdir ki, sabah Meyvəli bazarına gedib bayram üçün evlərinə meyvətərəvəz, eləcə də çərəz alsınlar, o, da İlahənin sözü ilə razılaşmışdır. Həmçinin İlahə bildirmişdir ki, bu barədə rəfiqələri Səriyyəyə də məlumat verəcəkdir. 17 mart 2024-cü il tarixdə saat 14 radələrində İlahə idarə etdiyi “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu və rəfiqəsi Səriyyəni Bakı şəhərindən götürüb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzinə gəlmişdir. Orada 1 saata yaxın Meyvəli bazarında meyvə-tərəvəz, çərəz aldıqdan sonra yaşadıqları evə getməyə qərar vermişlər. Təxminən saat 16 radələrində İlahə idarə etdiyi “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən yolu ilə Xocasən istiqamətində hərəkət etməyə başlamışlar. Hərəkətdə olduqları yol iki tərəfli asfalt yol olmuşdur. Həmin vaxt o özü avtomobilin arxa oturacağında, Səriyyə isə qabaq sərnişin oturacağında əyləşmişdir. Meyvəli bazarından təxminən 500 metr aralıda hərəkətdə olduqları zaman avtomobilin arxa sol qapısına nəyinsə möhkəm çırpıldığını görmüşdür. İlahə dərhal tormozdan istifadə edib avtomobili saxlamış, avtomobildən yerə düşən zaman İlahənin avtomobili ilə toqquşan motosikletin sürücüsünə köməklik etmək istəsədiyini görmüş, lakin motosikletin sürücüsü yolun ortasında ölmüş vəziyyətdə olmuşdur. Təxminən 2 dəqiqə sonra hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gəlmiş, İlahə də polis əməkdaşlarına baş vermiş hadisəni danışmışdır. O, özü isə rəfiqəsi Səriyyə ilə birlikdə yaşadıqları evə getmiş və İlahə isə hadisə yerində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onu yaxın rəfiqəsidir, İlahənin “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 16 mart 2024-cü il tarixdə rəfiqəsi İlahə onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb bildirmişdir ki, sabah Meyvəli bazarına gedib bayram üçün evlərinə meyvətərəvəz, eləcə də çərəz alsınlar, o, da İlahənin sözü ilə razılaşmışdır. Həmçinin İlahə bildirmişdir ki, bu barədə rəfiqələri Ayşənə də məlumat verəcəkdir. 17 mart 2024-cü il tarixdə saat 14 radələrində İlahə idarə etdiyi “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu və rəfiqəsi Ayşəni Bakı şəhərindən götürüb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzinə gəlmişdir. Orada 1 saata yaxın Meyvəli bazarında meyvə-tərəvəz, çərəz aldıqdan sonra yaşadıqları evə getməyə qərar vermişlər. Təxminən saat 16 radələrində İlahə idarə etdiyi “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən yolu ilə Xocasən istiqamətində hərəkət etməyə başlamışlar. Hərəkətdə olduqları yol iki tərəfli asfalt yol olmuşdur. Həmin vaxt o özü avtomobilin arxa oturacağında, Səriyyə isə qabaq sərnişin oturacağında əyləşmişdir. Meyvəli bazarından təxminən 500 metr aralıda hərəkətdə olduqları zaman avtomobilin arxa sol qapısına nəyinsə möhkəm çırpıldığını görmüşdür. İlahə dərhal tormozdan istifadə edib avtomobili saxlamış, avtomobildən yerə düşən zaman İlahənin avtomobili ilə toqquşan motosikletin sürücüsünə köməklik etmək istəsədiyini görmüş, lakin motosikletin sürücüsü yolun ortasında ölmüş vəziyyətdə olmuşdur. Təxminən 2 dəqiqə sonra hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gəlmiş, İlahə də polis əməkdaşlarına baş vermiş hadisəni danışmışdır. O, özü isə rəfiqəsi Ayşən ilə birlikdə yaşadıqları evə getmiş və İlahə isə hadisə yerində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı vəzifəsində işləyir. 17 mart 2024-cü il tarixdə onlara təhkim olunmuş ərazidə iş yoldaşı Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı Şahid4la birlikdə xidmət aparırmış, həmin gün saat 16:29-da Qaradağ RPİ-nin X7-Xocasən yolunda yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat verilmişdir. Onlar dərhal hadisə baş verən əraziyə, yəni Lökbatan-Xocasən yolunun 6-cı km-nə getmiş, hadisə yerinə çatan zaman “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun ortasında Lökbatan qəsəbəsi istiqamətində dayanmasını, yolun ortasında isə “Honda” markalı, 10-B- 249 dövlət qeydiyyat nişanlı motosikletin yarasız vəziyyətdə olmasını və motosikletin sürücüsünün öldüyünün şahidi olmuşlar. Özünü onlara “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi təqdim edən Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə zamanı “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə etmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, orada müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmiş və bu barədə sxem tərtib edilmişdir. Onlarda həmin protokolu və sxemi imzaları ilə təsdiq etmişlər. Daha sonra hər iki nəqliyyat vasitəsini cərimə meydançasına yerləşdirmişlər və yolun hərəkətini bərpa etdikdən sonra xidmətlərinə davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı vəzifəsində işləyir. 17 mart 2024-cü il tarixdə onlara təhkim olunmuş ərazidə iş yoldaşı Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı Şahid3lə birlikdə xidmət aparırmış, həmin gün saat 16:29-da Qaradağ RPİ-nin X7-Xocasən yolunda yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat verilmişdir. Onlar dərhal hadisə baş verən əraziyə, yəni Lökbatan-Xocasən yolunun 6-cı km-nə getmiş, hadisə yerinə çatan zaman “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun ortasında Lökbatan qəsəbəsi istiqamətində dayanmasını, yolun ortasında isə “Honda” markalı, 10-B- 249 dövlət qeydiyyat nişanlı motosikletin yarasız vəziyyətdə olmasını və motosikletin sürücüsünün öldüyünün şahidi olmuşlar. Özünü onlara “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi təqdim edən Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə zamanı “Toyota RAV-4” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə etmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, orada müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmiş və bu barədə sxem tərtib edilmişdir. Onlarda həmin protokolu və sxemi imzaları ilə təsdiq etmişlər. Daha sonra hər iki nəqliyyat vasitəsini cərimə meydançasına yerləşdirmişlər və yolun hərəkətini bərpa etdikdən sonra xidmətlərinə davam etmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X21 Qaradağ rayon şöbəsinin 17 aprel 2024-cü il tarixli 22 №-li rəyindən görünür ki: 1.Mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar edilmiş xəsarətlər-kəskin xarici qanitirmə, qarın boşluğunun orqanlarının evakuasiyası (xaricə çıxması), çanaq sümüklərinin açıq sınıqları, sağ bud sümüyünün açıq, qəlpəli sınığı, sol baldır sümüklərinin açıq sınığı, hər iki said sümüklərinin sınığı, alt dodağın və sol diz oynağının əzilmiş yaraları, alın nahiyəsinin sıyrığı. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni idarə etdiyi motosikletdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyatla bir araya sığmayan xəsarət olduğu üçün sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər və mərhum Zərərçəkmiş şəxs ölümü ilə birbaşa səbəbli əlaqəlidir.

2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb çanaq sümüklərinin və sağ bud sümüyünün açıq qəlpəli yerinidəyişmiş sınıqları, daxili orqanlarının evakuasiyası va kəskin xarici qan itirmə fonunda ikişaf edən travmatik - hemorragik şok olmuşdur.

3. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2022-ci il tarixdə saat 19:00-da) 2-4 saat əvvəl baş vermişdir. 4.Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (xx.xx.2024- cü il tarixli 1068/K saylı AKT). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyun 2024-cü il tarixli 8/1260 saylı rəyindən görünür ki, 1.2.Təqdim edilmiş nəqliyyat vasitəslərinin üzərində olan zədələr və onların xarakteri rəyin tədqiqi hissəsində göstərilmişdir. İlkin kontakt anında nəqliyyat vasitələrinin bir-birinə nəzərən qarşılıqlı vəziyyəti sxem 1-də göstərilmişdir. Nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma Toyota RAV-4 markalı 990T500 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapı hissəsi ilə Honda markalı 10B249 dövlət qeydiyyat nişanlı motosikletin qabaq hissəsi arasında təxminən 75-80 dərəcə bucaq altında baş vermişdir.

3. Nəqliyyat-trosoloji ekspertizası yolu ilə ilkin kontakt anında nəqliyyat vasitələrinin qarşılıqlı vəziyyəti müəyyən olunmuşdur və həmin ilkin kontakt anında nəqliyyat vasitələri arasında olan toqquşma bucağı istintaq tərəfindən müəyyən edilmiş hadisə mexanzimi ilə yani Toyota RAV-4 markalı 99OT500 dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağından sola doğru istiqamətlənərəkən arxadan sol tərəfi ilə gələn Honda markalı 10B249 dövlət qeydiyyat nişanlı motosikletin toqquşması ilə ziddiyyət təşkil etmir. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyun 2024-cü il tarixli 8/1091 saylı rəyindən görünür ki, 1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Toyota RAV-4 marka 990T500 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərinə görə, Toyota RAV-4 markal avtomobilin sola manevr etdiyin andan toqquşma yerinə kimi 50-60 km/saat sürətlə 5-6 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. Həmçinin istintaq tərəfindən Honda markalı 10B249 dövlət qeydiyyat nişanlı motosikletin hərəkət sürəti təqdim edilməmişdir. Ona görə də Honda markalı 10B249 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qaşısını alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil etmişdir. İş materiallarında olan 17 mart 2024-cü il tarxli 2/14663 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:15-də tibbi müayinədən keçirilərkən onda hər hansı bir sərxoşluq əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan DİN-nin BDYPİ-i tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli məktubdan məlum olur ki, xx xxxxxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək müddətə etibarlı olan olan) «B» kateqoriyalı AD seriyalı 179885 nömrəli sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “elektron daşıyıcıya baxış keçirilməsi haqqında” 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, 1 ədəd DVD diskdə 3 ədəd fayl mövcud olmuşdur. Baxış zamanı İ faylın üzərində “TŞ11-052 1-2024- 03-17_16h15min00s000”sözləri, İİ faylın üzərində “TŞ11-052 2-2024-03- 17_16h15min00s000” sözləri və İİİ faylın üzərində “TŞ11-052 2-2024-03- 17_16h15min00s000” sözləri yazılmışdır. Hər 3 fayldakı videolar vaxtı 30 dəqiqədir. Video fayla daxil olduqda xx.xx.2024-cü il tarixdə saat 16:18:06-də Zərərçəkmiş şəxs idarə etdiyi “Honda” markalı, 10-B-249 dövlət qeydiyyat nişanlı motosikletlə “SOCAR” X9 daxil olur, saat 16:20:11-də Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota RAV-4” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin inzibati ərazisindən keçən Lökbatan-Xocasən yolu ilə Xocasən qəsəbəsi istiqamətində hərəkət etməsi, saat 16:21:57-də Zərərçəkmiş şəxs idarə etdiyi “Honda” markalı, 10-B-249 dövlət qeydiyyat nişanlı motosikletlə “SOCAR” X5 çıxaraq Xocasən qəsəbəsi istiqamətində hərəkət etməyə başlayır. Həmin faylda baş vermiş yol nəqliyyat hadisəsi qeydə alınmamışdır. Buna səbəb müşahidə kamerasının hadisə baş verən yerdən təxminən 2 km uzaq məsafədə yerləşməsi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən aydın olur ki, 06 fevral 2007-ci ildə doğulmuş X2, 14 avqust 2012-ci il tarixdə doğulmuş X3 və 18 oktyabr 2014-cü ildə doğulmuş X12, anası Təqsirləndirilən şəxsdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, qadın olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağının olmasını, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbli olmamaqla yüngül cəza istəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum etməklə beş ildən aşağı müddətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 278 (iki yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Toyota RAV-4» markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Siqnal İdarəsinin 18 saylı duracağında saxlanılan “Honda” markalı, 10-B-249 dövlət qeydiyyat nişanlı motosikleti zərərçəkmiş şəxsin hüquqi varisinə geri qaytarılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X19 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X13 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 278 (iki yüz yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış «Toyota RAV-4» markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Siqnal İdarəsinin 18 saylı duracağında saxlanılan “Honda” markalı, 10-B-249 dövlət qeydiyyat nişanlı motosiklet zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılsın. Zərəçəkmiş şəxsin hüquqi varisinə izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X13 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 saata görə 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar