Məhkəmə qərarları › İş №1(002)-255/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-255/2020

18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-255/2020 18.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1968-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonu, M.Quliyev küçəsi, ev.49 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Muşfiqabad qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, ev 2, mənzil 12 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsəsi, Məcburi Köçkünlər şəhərciyi, ev 2, mənzil 12 ünvanında bacısı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən əli ilə Zərərçəkmiş şəxs çənə nahiyyəsindən vurub arxaya itələyərək yerə yıxmaqla ona ənsə nahiyəsinin dərialtı hematoması, sağ kürək nahiyyəsinin sıyrığı, sol sağrı nahiyyyəsinin və sol diz oynağının qançırları ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs birlikdə yaşayır. Yaşadıqları ev 4-cü mərtəbədə yerləşir, 2 otaq, bir mətbəxdən ibarətdir. Evin bir otağında o, digər otağında isə bacısı Firuzə yaşayır. 2018-ci ilə qədər isə həmin evdə həyat yoldaşı Tamilə ilə birlikdə yaşamışlar. Bacısı Firuzə evdə tez-tez mübahisə yaratdığı üçün arvadı ondan boşanmış və hal-hazırda Cəlilabad rayonunda yaşayır. Bacısı Firuzənin otağının iki qapısı vardır, belə ki, otağın iki girişi vardır. Bir girişi balkondan, digəri isə dəhlizdəndir. O, həmin evdə bacısı ilə birlikdə yaşasa da münasibətləri yaxşı deyildir. Belə ki, bacısı deyirmiş ki, dövlət tərəfindən onlara verilən mənzili hər hansı bir qaçqın ailəyə satsınlar və pulu bölsünlər. Onlar isə razılaşmadığı üçün tez-tez evdə mübahisə yaradırmış. O, Bakının müxtəlif rayonlarında fəhləlik etdiyi üçün son vaxtlar həmin mənzilə arabir gedib gəlirmiş. Bacısı daha sonra xx xxx 2020-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə Biləcəri qəsəbəsində yaşayan rəfiqəsigilə getmiş, xx xxx 2020-ci il tarixdə saat 15 radələrində yaşadığımız ünvana gələrkən görmüşdür ki, yaşadığı həmin otağın qapısı sındırılmışdır və ona məxsus qadın geyimləri oğurlanmışdır. Həmin qadın geyimlərini guya onunla Tamilə oğurlamışdır. Bacısı Firuzənin ərizəsi əsasında Qaradağ RPİ-nin 10-cu PBnin təhqiqatçısı Orxan Ocaqzadə tərəfindən araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 14 radələrində evə gəlmişdir. O, mətbəxdə Firuzəyə yaxınlaşıb soruşmuşdur ki, nəyə görə onu polisə vermişdir. Firuzə demişdir ki, onu tutdurmaq fikri yoxdur, sadəcə olaraq yaşadığı otaqdan qadın paltarlarının oğurlanması ilə bağlı müraciət etmişdir. Aralarında sözlə başlamış mübahisə zamanı o, əsəbiləşərək Firuzəyə məxsus 60 manat dəyərində olan X615 Micromax markalı mobil telefonunu əlindən alaraq yerə çırpıb qıraraq yararsız vəziyyət salmış, bundan sonra Firuzənin çənə nahiyyəsindən tutub arxaya itələmiş, o, arxası üstə qaz sobasına dəyib dizi üstə yerə yıxılmış və elə bu vaxtı müxtəlif xəsarətlər almışdır. Bundan sonra Firuzə özünə dair qadın paltarlarını götürüb həmin ünvandan çıxmış və bu barədə Qaradağ RPİ-nin 10-cu PB-nə müraciət etmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, yuxarıda göstərilən ünvanda qardaşı Təqsirləndirilən şəxs və onun arvadı X1 ilə birlikdə yaşayır. Yaşadıqları ev 4-cü mərtəbədə yerləşir, 2 otaq, bir mətbəxdən ibarətdir. Evin bir otağında o, digər otağında isə Təyyar və arvadı Tamilə yaşayır. Onun otağının iki qapısı vardır, belə ki, otağın bir girişi balkondan, digəri isə dəhlizdəndir. Təyyar və arvadı Tamilə mütamadi olaraq həmin ünvana gəlib baş çəkirlərmiş. Lakin daimi olaraq həmin ünvanda yaşamırlar. Təyyar yaşca ondan böyükdür, onunla münasibəti elədə yaxşı deyildir. Təyyarla aralarında tez-tez sözlə mübahisələri yaranır. xx xxx 2020-ci il tarixdə Biləcəri qəsəbəsində yaşayan rəfiqəsigilə getmiş, xx xxx 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvana gələrkən görmüşdür ki, yaşadığı həmin otağın qapısı sındırılmış və ona məxsus qadın geyimlərı oğurlanmışdır. Bununla bağlı Qaradağ RPİ-nin 10-cu PB-nə müraciət etmişdir. Müraciəti ilə bağlı 10-cu PB-də araşdırma aparılırmış. Bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 14 radələrində qardaşı Təyyar evə gəlmişdir, o mətbəxdə ona yaxınlaşıb soruşmuşdur ki, nəyə görə onu polisə vermişdir. O da Təyyara söyləmişdir ki, onu tutdurmaq fikri yoxdur, sadəcə olaraq yaşadığı otaqdan qadın paltarlarının oğurlanması ilə bağlı müraciət etmişdir. Təyyar ona demişdir ki, əgər onun müraciəti ilə əlaqədar olaraq onu polislər tutsa türmədən çıxıb onu öldürəcəkdir. Elə bu vaxt Təyyar əsəbləşərək ona məxsus 60 manat dəyərində olan X615 Mcromax markalı mobil telefonunu əlindən alaraq yerə çırpıb qıraraq yarasız vəziyyət salmış, bundan sonra Təyyar onun çənə nahiyyəsindən tutub arxaya itələmiş, o, arxası üstə qaz sobasına dəyib dizi üstə yerə yıxılmışdır. Elə bu vaxtı boyun baş, baldır, sağ kürək nahiyyəsindən, eləcə də diz nahiyyəsində xəsarətlər almışdır. Bundan sonra özünə dair qadın paltarlarını götürüb həmin ünvandan çıxmışdır. Bu barədə Qaradağ RPİ-nin 10-cu PB-nə etmişdir. Hazırda həmin ünvanda daimi yaşamır, bəzi hallarda yaşadığı evə gedib öz otağına baş çəkir. Hal hazırda təqsirləndirilən şəxsdən şikayətçi olmaqla cinayət nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 Qaradağ rayon şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli 30/413 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin dərialtı hematoması, sağ kürək nahiyyəsinin sıyrığı, sol sağrı nahiyəsinin və sol diz oynağının qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərdiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər. Qeyd olunan xəsarətlərdən başın ənsə nahiyəsinin dərialtı hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir, kürək nahiyyəsinin sıyrığı, sol sağrı nahiyəsinin və sol diz oynağının qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməl tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda Təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ictimai işlər cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Təhqiqat zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təhqiqat Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzanın əvvəli ictimai işlərin yerinə yetirildiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təhqiqat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Zərərçəkmiş şəxs izah edilsin ki, cinayət nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı hökm qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar