Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-255/2023 21.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli hökmü ilə CM-nin, 29,177.2.1, 29.177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına və 600 manat cərimə cəzasına məkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə çəkilməmiş cəzası 6 ay azaldılmış, 21 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir, ondan ötrü ki, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirərək qaçırmış və özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o 31 mart 2023-cü il tarixdə saat 03 radələrində avtomobili talama məqsədi olmadan qanunsuz olaraq qaçırıb idarə etmək niyyəti ilə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, keçid 11-də yerləşən 3 nömrəli fərdi yaşayış evinin qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz 190” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarının üzərində olmasından və qapısının açıq olmasından istifadə edib avtomobilin mühərrikini işə salıb idarə edərək oradan uzaqlaşmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Musəvi küçəsində yerləşən 150 saylı MKİS-nin inzibati binasının qarşısına qədər sürüb talama məqsədi olmadan qanunsuz olaraq özgənin avtomobilini ələ keçirmişdir. Bundan başqa o, özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 23 aprel 2023cü il tarixdə saat 00:32-də Bakı şəhəri, Qaradağ rayonu, Lökabatan qəsəbəsi, 20 May küçəsində yerləşən Zərərçəkmiş şəxs1 tərəfindən icarə müqaviləsi əsasında “Osmanlı” adı ilə fəaliyyət göstərən, restoranın arxa giriş qapısını itələyərək saxlanc yerinə qanunsuz daxil olub, restoranın içərisindəki masanın üzərində olan kassa aparatını götürüb çıxaraq içərisindəki 900 manat pulu gizli olaraq talayıb oğurlamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 185.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 185.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və ifadə verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadəsi elan edilmişdir. O ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə təxminən saat 23 radələrində Lökbatan qəsəbəsində yerləşən mağazadan spirtli içki alaraq yaşadığı evə getmiş və evdə yemək yeyib aldığı spirtli içki olan araq qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində yaşadığı evdən çıxıb yaxınlıqdakı mağazadan siqaret alıb, Lökbatan qəsəbəsində küçələrdə bir qədər gəzmiş, piyada Lökbatan qəsəbəsində Zərərçəkmiş şəxs1 küçəsinə getmiş, təxminən saat 01:50 radələrində 40 nömrəli binanın qarşısında “Volkswagen” markalı dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobilə yaxınlaşıb qapının açıq olub-olmamasını yoxlayanda qapının açıq vəziyyətdə olduğunu görüb avtomobilin sol tərəf qabaq oturacağında əyləşmiş və avtomobilin salonunu axtarış aparmışdır. Lakin sərxoş olduğu üçün avtomobildən hansısa əşya oğurlayıboğurlamadığını dəqiq xatırlamır. Ancaq təxminən yadına gəlir ki, avtomobildən hansısa əşya götürmüşdür. Həmin avtomobili sürmək məqsədi ilə qaçırtmaq istəmiş, lakin avtomobilin açarı salonda olmadığı üçün qaçırda bilməmişdir. Buna görə də həmin avtomobildən düşüb oradan uzaqlaşmışdır. Həmin küçədə Vaz 2107 markalı dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobilə yaxınlaşmış və qapının açıq olubolmamasını yoxlayanda qapının açıq vəziyyətdə olduğunu görüb avtomobilin sol tərəf qabaq oturacağında əyləşmişdir. Avtomobilin açarı üzərində olmuşdur. Sonra küçə ilə kiminsə gəlməsini görüb avtomobildən düşüb qaçıb oradan uzaqlaşmışdır. Daha sonra küçələrdə bir qədər gəzmiş, avtomobil sürmək istəmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 03 radələrində Lökbatan qəsəbəsi, 4-cü massiv, keçid 11-də yerləşən fərdi yaşayış evinin qarşısında “Mercedes” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüş və avtomobilin salonuna baxanda açarın salonun içərisində olduğunu aşkar etmiş və avtomobili qaçırdıb sürmək qərarına gəlmişdir. Avtomobilin qapısının açıq olduğunu görüb sol tərəf qabaq otarucaqda əyləşmiş, bundan sonra avtomobilin sol tərəf ön şüşəsini aşağı salmaq istəmiş, lakin şüşə aşağı düşmədiyi üçün əli ilə şüşəni aşağı sıxanda şüşəni sındırmışdır. Avtomobili işə salmış və Lökbatan qəsəbəsində “Təzə evlər” adlanan əraziyə avtomobili sürmüş, avtomobil ilə “Təzə evlər” adlanan ərazidə fərdi yaşayış evində yaşayan dostu Cahidin yaşadığı evin qarşısına getmişdir. Cahidi evdən çağırıb ona avtomobil ilə gəldiyini bildirmiş və avtomobil ilə gəzməyi təklif etmişdir. Cahid onunla birlikdə avtomobilə əyləşmiş və avtomobili hərəkətə gətirmişdir. Lökbatan qəsəbəsi ərazisində avtomobili saxlayıb avtomobilin hər iki dövlət qeydiyyat nişanını dartıb yerindən qopartmış, yaxınlıqdakı bağa atmışdır. Daha sonra yenə avtomobili hərəkətə gətirmişdir. Cahid, tanışı Yaquba telefonla zəng edib demişdir ki, qəbristanlığın aşağı tərəfinə çıxsın. Daha sonra o, Cahidin tanışı Yaqubu da Lökbatan qəsəbəsindən götürmüşdür. Cahid qabaq sağ tərəf oturacaqda, dostu Yaqub isə avtomoblin arxa oturacağında əyləmişdir. Avtomobili yaşadığı evin yaxınlığına sürmüş və məhəllədə olan “Audi” markalı avtomobilin arxa hissəsində olan ** FJ *** qeydiyyat nömrəsini üzərindən çıxardıb qaçırdığı “Mercedes” markalı avtomobilin salonuna qoymuşdur. Həmin avtomobili Lökbatan qəsəbə sakini olan Daşqın adlı şəxsdən nisyə almaq barədə Daşqın ilə şifahi olaraq razılaşmışdır, lakin avtomobil nasaz olduğu üçün həmin razılaşmanı pozmuşdur. Daha sonra yenə də avtomobili hərəkətə gətirib sürmüşdür. Avtomobili Lökbatan qəsəbəsində idarə edən zaman avtomobil çalaya düşdüyü üçün, eləcə də, avtomobili əl tormozu çəkilmiş vəziyyətdə sürdüyü üçün avtomobilin ön sağ təkəri qatlanmış və cırılmış, diski isə əzilmişdir. Avtomobili saxlamış, avtomobilin sağ tərəf qabaq təkərini açıb ehtiyyat təkərini yerinə bağlamış, təkəri də kənara atmışdır. Avtomobil çalaya düşdüyündən avtomobilin qabaq buferinin bir hissəsi yerindən çıxmış, ona görə də buferi yerindən dartıb qopardıb kənara atmışdır. Daha sonra avtomobli həmin vəziyyətdə 10-cu PB-nın yaxınlığında yerləşən MKİS-nın yanına sürüb saxlamışdır. Avtomobili saxlayanda sağ təkər yenidən cırılmış, avtomobilin sağ tərəf qabaq təkəri dönmüş vəziyyətdə qalmışdır. Daha sonra o, Cahid və Cahidin tanışı olan Yaqub avtomobildən enmişdir. Avtomobildən endikdən sonra Cahidə və Yaquba avtomobili qaçırtdığını demişdir. Daha sonra hər üçü yaşadığı evlərə getmişdir. 22 aprel 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Kainat” adlı kafedə tək əyləşərək spirtli içki qəbul etmişdir. Spirtli içki qəbul etdikdən sonra Lökbatan qəsəbəsi ərazisində gəzməyə başlamışdır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Osmanlı” adı ilə fəaliyyət göstərən restoranının arxa hissəsi ilə hərəkətdə olan zaman restoranın arxa qapısının kilidinin zəif və qapısının köhnə olduğu diqqətini cəlb etmişdir. Restoranın qapısına yaxınlaşaraq əli ilə qapını itələmiş və içəri daxil olaraq restoranın giriş hissəsində yerləşən stolun üzərindən kassa aparatını oğurlayaraq restorandan çıxmışdır. Müəyyən qədər restorandan uzaqlaşdıqdan sonra isə kassa aparatını açaraq içərisində olan 500 manat pulu götürmüş və kassa aparatını ataraq yaşadığı evə qayıtmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməlləri səmimi etiraf edərək peşaman olmasını və zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 Sərdar oğlu ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq CM-nın 185.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini və digər maddə ilə məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci il tarixdə “Mercedes” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Həmin avtomobili atası Sədrəddin və böyük qardaşı Elvin etibarnamə əsasında idarə edir. Atası Sədrəddin xx.xx.2023-cü il tarixdə axşam vaxtı “Mercedes” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadıqları evin qarşısında saxlamışdır. Avtomobilin açarları həmişə avtomobilin üzərində olur. xx.xx.2023-cü il tarixində saat 06:30 radələrində yaşadıqları evin qarşısına baxış keçirən zaman avtomobilin yerində olmadığını görmüşdür. Daha sonra atası Sədrəddin ilə telefon əlaqəsi saxlamış və avtomobilin onda olub-olmamağını soruşmuşdur. Atası Sədrəddin isə avtomobilin onda olmadığını bildirmişdir. Bununlada avtomobilin oğurlandığı ona məlum olmuşdur. Daha sonra qardaşı Elvinə telefon vasitəsi ilə əlaqə saxlamış və ona avtomobilin oğurlandığı barədə məlumat vermişdir. Qardaşı Elvin isə DİN-nin 102 xidmətinə zəng edərək avtomobilin oğurlandığını bildirmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gedərək baxış keçirmişdir. Avtomobilin olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilmiş və avtomobilin dövlət qeydiyyat nişanlarının olmadığı, avtomobilin sağ tərəf qabaq qanadının əzildiyi, avtomobilin qabaq buferinin yerində olmadığı, qabaq sağ təkərinin yerinə ehtiyyat təkərinin bağlanıldığı aşkar edilmişdir. Avtomobilə təxminən 1500 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçiriliməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, uzun müddətdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Osmanlı” adı ilə fəaliyyət göstərən restoranı icarə müqaviləsi əsasında işlədir və oradan əldə etdiyi gəlir ilə də öz ailəsini dolandırır. Mütəmadi olaraq saat 7-də restoranı açaraq fəaliyyətə başlayır və saat 11-12 radələrində isə restoranın fəaliyyətini dayandıraraq yaşadığın evə qayıdır. Hər gün olduğu kimi xx.xx.2023-cü il tarixdə saat 07 radələrində restoranın giriş qapısını açaraq restorana daxil olmuş və kassanın olduğu masaya yaxınlaşaraq kresloda əyləşmişdir. Bu zaman masanın üzərində olan kassanın alt hissəsində yerləşən pulların yığılması üçün nəzərdə tutulan hissəsinin yerində olmadığını aşkar etmişdir. Bu zaman ona məlum olmuşdur ki, kassanın pul yığılması üçün nəzərdə tutulmuş hissəsi oğurlanmışdır. Dərhal restoranın daxilində yerləşən videomüşahidə kameralarına baxış keçirməyə başlamışdır. Bu zaman ona məlum olmuşdur ki, Lökbatan qəsəbə sakini, əvvəlcədən tanıdığı Ruslan adlı şəxs xx.xx.2023-cü il tarixdə gecə saat 00:30-da restoranın arxa hissəsində yerləşən qapıdan daxil olaraq, restoranın salonunda olan masaya yaxınlaşmış və masanın üzərində yerləşən kassanın pul yığılmaq üçün nəzərdə tutulmuş hissəsini oğurlayaraq restorandan uzaqlaşmışdır. Kassanın pul yığılması üçün nəzərdə tutulmuş hissəsində həmin vaxt 900(doqquz yüz) manat pul olmuşdur. Yəni baş vermiş oğurluq hadisəsi nəticəsində ona 900 manat maddi ziyan dəymişdir. Hal-hazırda təsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Şahid2 25 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edərək məhkəməyə ərizə təqdim etmiş və ərizəsində ibitdai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ildir ki tanıyır. Bir yerde “Dəniz Palace” restoranında işləmişdir. xx.xx.2023-cü il tarixində təxminən saat 03 raddələrində yaşadığı evdə olarkən dostu Ruslan yaşadığı evin qapısını döyərək, iftar süfrəsi ilə bağlı işlədikləri restorana ofisiant lazım olduğunu bildirmişdir. Gödəkcəsini geyinərək evdən çıxmışdır. Dostu Ruslanın “Mercedes” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəldiyini görmüşdür. Ruslan, ona bildirmişdir ki, idarə etdiyi avtomobil əmisi oğlunun avtomobilidir. Ruslan “Mercedes” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, avtomobili sadəcə gəzmək üçün götürdüyünü, heç bir işi olmadığını bildirmişdir. Ruslan avtomobili hərəkətə gətirmiş və idarə etməyə başlamışdır. Ruslanın sərxoş olduğunu sonradan hiss etmişdir. Ruslan avtomobilli Lökbatan qəsəbəsində yerləşən 166 nömrəli məktəbin qarşısında saxlayaraq avtomobilin hər iki dövlət qeydiyyat nişanını dartaraq çıxartmış yaxınlıqda bağa atmışdır. Yenidən Ruslan avtomobili hərəkətə gətirib sürməyə başlaşmışdır. O, dostu Yaquba telefon ilə zəng edərək, qəbirstanlığın aşağısına düşməsini, avtomobil ilə gəzdiklərini bildirmişdir. Daha sonra dostu Yaqubu götürərək gəzməyə davam etmişdirlər. O, avtomobilin ön sağ sərnişin yerində, dostu Yaqub isə avtomobilin arxa sərnişin yerində əyləşmişdir. Ruslan avtomobili yaşadığı evin yaxınlığına sürmüş məhəllədə olan “Audi” markalı avtomobilin arxa hissəsində olan **-FJ-*** qeydiyyat nömrəsini üzərində çıxarmış və əyləşdiklər avtomobilin ön şüşəsinin qarşısına qoymuşdur. Ruslan “Audi” markalı avtomobili Lökbatan qəsəbə sakini Daşqın adlı şəxsdən nisyə almaq barədə Daşqın ilə şifahi olaraq razılaşmış, həmin söhbətdə o da iştirak etmişdir. Avtomobil nasaz olduğundan Ruslanın avtomobili Daşqın adlı şəxsə qaytarmışdır. Ruslan yenidən avtomobili idarə etməyə başlamışdır. Ruslan avtomobili Lökbatan qəsəbəsində qəbristanlığın yaxınlığında idarə edən zaman avtomobil möhkəm çalaya düşdüyü üçün, eləcə də, avtomobil əl tormozu çəkilmiş vəziyyətdə idarə edildiyindən avtomobilin ön sağ təkəri qatlanmış və diski əzilmişdir. Ruslan avtomobili saxlamış, avtomobilin ön sağ qabaq təkərini açaraq ehtiyyat təkərini yerinə bağlayıb nasaz təkəri isə kənara atmışdır. Avtomobil çalaya düşdüyündən avtomobilin qabaq buferinin bir hissəsinin yerindən çıxmışdır. Ruslan buferi yerində dartıb çıxardaraq kənara atmışdır. Daha sonra Ruslan avtomobili həmin vəziyyətdə 10-cu PB-nin yaxınlığında yerləşən MKİS-nın yanına sürüb orada saxlamışdır. Ruslan avtomobili saxlayanda sağ təkər cırılmış, avtomobilin ön sağ təkəri dönmüş vəziyyət qalmışdır. Daha sonra dostu Yaqub ilə avtomobildən düşmüşdür. Ruslan avtomobildən düşdükdən sonra ona və Yaquba avtomobili qaçırdığını bildirmişdir. Daha sonra yaşadıqları evlərə getmişdirlər. xx.xx.2023-cü il tarixində axşam tərəfi polis əməkdaşları ondan gecə Ruslan ilə birlikdə avtomobildə olub-olmamağını soruşmuşdur. Təsdiqləmişdir ki, xx.xx.2023-cü il tarixində Ruslan “Mercedes” markalı avtomobil ilə yaşadığı evə gəlib, onu çölə çağırmış, həmin avtomobil ilə Lökbatan qəsəbəsində gəzmişdir. Hətta, Ruslanın həmin “Mercedes” markalı avtomobilin qabaq və arxa qeydiyyat nömrələrinin çıxardıb atdığı yeri xatırladığı üçün polis əməkdaşları ilə birlikdə həmin yerə gedərək Ruslanın atdığı 2 (iki) ədəd **-OP-*** dövlət qeydiyyat nişanlarını götürmüşdür. Şahid X2 məhkəmə iclasının yeri və vaxtı barədə təkrarən rəsmi qaydada məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə şahidin ifadəsi elan edilmişdir. Şahid X4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Ruslan və Cahidi bir ildir ki tanıyır və dostluq edir. 31 mart 2023-cü il tarixində təxminən saat 03:30 radələrində yaşadığı evdə olarkən dostu Cahid mobil telefonuna zəng edərək yük maşını olduğunu onu boşaltmaq lazım olduğunu bildirmişdir. Yaşadığı evdən küçəyə çıxaraq Cahidin “Mercedes” markalı avtomobil ilə gəldiyini görmüşdür. Avtomobil Ruslanın idarə edir, Cahid isə avtomobilin ön sağ sərnişin yerində əyləşmişdir. O, da avtomobilin arxa sərnişin yerində əyləşmişdir. Ruslandan avtomobilin ona məxsus olub olmadığını soruşmuş, Ruslan isə avtomobili aldığını bildirmişdir. Ruslan avtomobili Lökbatan qəsəbəsində qəbristanlığın yaxınlığında idarə edən zaman avtomobil möhkəm çalaya düşdüyü üçün, eləcə də, avtomobili əl tormozu çəkilmiş vəziyyətdə idarə edildiyindən avtomobilin ön sağ təkəri qatlanmış və diski əzilmişdir. Ruslan avtomobili saxlamış, avtomobilin ön sağ qabaq təkərini açaraq ehtiyyat təkərini yerinə bağlayıb nasaz təkəri isə kənara atmışdır. Ruslan təkər dəyişən zaman ona kömək etmişdir. Ruslandan nə üçün avtomobilin buferini kənara atdığını soruşmuşdur. Ruslan isə buferin ona lazım olmadığını bildirmişdir. Daha sonra Ruslan avtomobili həmin vəziyyətdə 10-cu PB-nin yaxınlığında yerləşən MKİS-nın yanına sürüb orada saxlamışdır. Ruslan avtomobili saxlayanda sağ təkər cırılmış, avtomobilin ön sağ təkəri dönmüş vəziyyət qalmışdır. Daha sonra Ruslan və dostu Cahid ilə avtomobildən düşmüşdür. Yol getdikləri zaman Ruslan avtomobili qaçırdığını bildirmişdir. Daha sonra hər biri yaşadıqları evə getmişdirlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 may 2023-cü il tarixli, 9/2388 №-li rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "X10” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ziyan aktı məlumatlarına əsasən 1990-cı il buraxılışlı gümüşü metallik rəngli, mühərrik həcmi 1797 sm³ "Mercedec Benz 190" markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin mart ayına olan təmir-bərpa xərci təxminən 980,00 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti - 610,00 manat; - təmir-bərpa işlərinin qiyməti - 370,00 manat. Ekspertiza tədqiqatına təqdim edilən 1990-cı il buraxılışlı gümüşü metallik rəngli, mühərrik həcmi 1797 sm³ "Mercedec Benz 190" markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti təxminən 5000,00 (beş min) manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 18 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində ifadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Osmanlı” adı ilə fəaliyyət göstərən restorandan kassa aparatını oğurladığı, pulu götürdükdən sonra kassa aparatını atdığı yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 18 iyun 2023-cü il tarixdə yenidən Təqsirləndirilən şəxs barəsində ifadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz 190” markalı **-OP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qaçırdığı yeri, müəyyən qədər idarə etdikdən sonra avtomobili dayandırdığı yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd DVD-R formatlı diskin üzərində heç bir yazı yoxdur. Həmin disk Qaradağ RPİ-nin MSY-də «HP» markalı kompüterdə disk oxuducuda açıldıqda 1(bir) ədəd "WhatssApp video 2023-04-24 at 16.56.31 video fayl aşkar olundu. "WhatssApp video 2023- 04-24 at 16.56.31 video görüntüyə baxış zamanı müəyyən edildi ki, video görüntü 01 dəqiqə, 23 saniyə davam edir. Həmin video görüntüdə 1 (bir) nəfər arıq bədən quruluşlu, sağ əlinə əlcək, başına papaq taxmış, rəngi dəqiq bilinməyən uzun gödəkçə və cins şalvar geyinmiş şəxsin Bakı şəhəri, Qaradağ rayonu, Lökabatan qəsəbəsi, 28 May küçəsində yerləşən "Osmanlı" adı ilə fəaliyyət göstərən, restorana giriş qapısı tərəfdən deyil digər tərəfdən daxil olduğu, kassanın olduğu masaya yaxınlaşdığı, ilk əvvəl masanın üzərində nə isə axtardığı, daha sonra masanın üzərindən qıfıl açarı götürərək kassanı açmağa cəhd etdiyi, kassanın pul yığılmaq üçün nəzərdə tutulmuş hissəsini aça bilmədikdən sonra isə həmin hissəni ümumi götürərək rerstoranın arxa tərəfindən çıxdığı aşkar şəkildə görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olduğunu, videogörüntünün 23 aprel 2023-cü il tarixdə saat 00:32-də Bakı şəhəri, Qaradağ rayonu, Lökabatan qəsəbəsi, 28 May küçəsində yerləşən "Osmanlı" adı ilə fəaliyyət göstərən, restoranın arxa giriş qapısını itələyərək, içəri daxil olub oğurluq edən zaman restoranın daxili videomüşahidə kamerası vastəsi ilə videoyazıya alındığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 iyun 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət materialı daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 iyun 2023-cü il tarixli № 276 saylı arayışından görünür ki, təqsirləndirilən şəxs Xalıqov X5 qəsəbəsi, 5-ci massiv, ev 153 ünvanında ailə üzvüləri olan atası X6, qardaşı X9 və bacısı X8 ilə birlikdə yaşamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün surətindən və qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli hökmü ilə CM-nin, 29,177.2.1, 29.177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına və 600 manat cərimə cəzasına məkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə çəkilməmiş cəzası 6 ay azaldılmış, 21 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Penitensiar Xidmətin Həbsxanasının 23 avqust 2023-cü il tarixli arayışından məlum olur ki, ümumi rejimdə cəza çəkmiş məhkum Təqsirləndirilən şəxs təsərrüfat biriqadasında xx.xx.2019-cu il tarixdə 50-saylı əmrlə ərazininin yığışdırılması üzrə fəhlə işi ilə təmin olunmuş və xx.xx.2022-ci ildə 05 saylı əmrlə azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 1/174/-151/2019-saylı icra vərəqəsi və hökmə əsasən məhkumun (müştərək qaydada) 190 manat 24 qəpik ekspertiza xərci və 600 manat cərimə cəzası vardı, məhkum həbsxanada təsərrüfat briqadasında işlə təmin olunduğu üçün aylıq əmək haqqından 190 manat 24 qəpik məhkəmə ekspertiza xərci və 600 manat cərimə cəzası tam tutularaq dövlət büdcəsinə köcürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 185.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-255/2023 saylı, 21 sentyabr 2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin CM-nin 8.1-ci maddəsinin tələblindən aydın olur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 01 aprel 2023-cü il tarixdə saat 18:00-da şübhəli şəxs kimi tutulmuş və 03 aprel 2023-ci il tarixdə saat 16:55-də təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 24 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 26 aprel 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsinə “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əvvəl tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 24 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 izah edilsin ki, yuxarıda qeyd olunan cinayət hadisəsi ilə əlaqədar ona vurulmuş maddi və ya mənəvi zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi məqsədi ilə gələcəkdə mülki qanunvericiliyin tələblərinə uyğun məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surətini rəsmi qaydada alındığı vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-255/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-255/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver