Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-255/2025 28.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Müşfiqabad qəsəbəsi, 28 May küçəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 20:30 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni Həyat küçəsində yerləşən "Al Market" mağazasının giriş qapısından içəri tərəfdə olan zaman tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlü mübahisə zamanı yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sol qol nahiyəsindən vuraraq, eləcə də sol qol nahiyəsindən tutub sıxmaqla sonuncuya “sol dirsək oynağı nahiyəsində hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu və dirsək nahiyələrinin qançır-şişkinlik halında yumşaq toxumalarının əzilməsi” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, iş yerində gündəlik kassa təhvili zamanı kassda əskikliyin olması müəyyən edilmişdir. Kassada əskikliyin səbəbi Zərərçəkmiş şəxs ödəniş zamanı onlayn ödəniş tətbiqindən istifadə edərkən pulun çıxılmaması ilə əlaqədar olmuşdur. Zərərçəkmiş şəxs iki gün sonra marketə yaxınlaşıb mobil telefonunda pulun kartından çıxıldığını göstərmişdir. Daha sonra qarşıdakı mağazadan eyni qaydada ödəniş etmiş və bu formada ödəniş edəndə pulun kartından çıxıldığını bildirmişdir. Bundan sonra kassadakı əskiklik bağlanmaqla məsələ həll edilmişdir. Zərərçəkmiş şəxs məsələni izah etsə də, Zərərçəkmiş şəxs onunla razılaşmamışdır. Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlədərək mağazada səs-küy salmağa başlamışdır. Zərərçəkmiş şəxs mağazadan çıxartmağa çalışsa da mümkün olmamışdır. İlk növbədə Zərərçəkmiş şəxs onun saçına əl atmış, o, da özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs saçından tutaraq marketdən çölə çıxartmışdır. Hadisədən 15-20 dəqiqə sonra oraya gələn Zərərçəkmiş şəxs atasından dəfələrlə üzr istəmişdir. Məsələnin razılıq yolu ilə bitdiyini düşünsə də, Zərərçəkmiş şəxs onu polisə şikayət etmişdir. Polis idarəsində barışıq təklif olunsa da, Zərərçəkmiş şəxs onunla barışmamışdır. Onun yaşca böyük olan atası Zərərçəkmiş şəxs atasının evlərinə getmiş, lakin Zərərçəkmiş şəxs yenə də barışmamışdır. Zərərçəkmiş şəxs onu iş yerinə şikayət edərək onun işdən çıxarılması ilə bağlı ərizə yazmışdır. Bunun nəticəsində o, şiddətli töhmət alaraq, 20 gün müddətinə işdən uzaqlaşdırılmış və 14 gün müddətinə öz hesabına məzuniyyətə çıxmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə verib, törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, həmçinin barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsini və barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təhqiqatda vermiş olduğu ifadəsində, məhkəmə iclasında qeyd etdiklərinə oxşar məzmunlu ifadə verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarix saat 20:30 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni Həyat küçəsində yerləşən "Al Market" mağazasında olan zaman Zərərçəkmiş şəxs mağazaya daxil olaraq bir qədər alış-veriş etdikdən sonra ödəniş etmək üçün kassaya yaxınlaşmışdır. O, Zeynəbin məhsullarını kassa aparatına daxil edə-edə Zeynəbə təxminən bir neçə gün bundan əvvəl aldığı məhsulun pulunu post terminal ilə ödəniş edən zaman ödənişin həyata keçməməsini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona belə bir şeyin mümkün olmamasını demişdir. Bundan sonra o, kamera görüntüsünü Zərərçəkmiş şəxs göstərmişdir. Görüntünü göstərdikdən sonra Zeynəb ona "ola bilər" demiş və ona kinayəli baxmışdır. Bundan sonra onun özü kassadan çıxaraq Zeynəbin yanına getmiş, Zeynəb isə onun ünvanına səbəbsiz yerə nalayiq ifadə işlətmişdir. Bu sözdən sonra o, Zeynəbin üzərinə getmiş və Zeynəbin qolundan tutub sıxaraq itələmişdir. Lakin Zeynəb mağazadan çıxmaq istəmədiyi üçün o, Zeynəbi mağazadan çıxartmaq üçün sonuncunun qolundan yumruq zərbəsi vurmuşdur. Bundan sonra Zeynəb mağazadan çıxaraq getmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs hadisəni təsdiq edib məhkəmə iclasında ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmiş, gələcəkdə də şikayət və tələbi olmayacaqdır. «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı tətbiq edilməklə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə etiraz etməmiş və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X2" X4 Qaradağ rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 877 nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş “sol dirsək oynağı nahiyəsində hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu və dirsək nahiyələrinin qançır-şişkinlik halında yumşaq toxumalarının əzilməsi” xəsarəti küt əşyanın təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də əl çatan nahiyədə olduğu üçün şəxsin özü tərəfindən yetirilməsi konkret olaraq inkar etmək olmasa da az inandırıcıdır (i.v. 24-25). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (i.v. 62). Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X2" X6 Qaradağ rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 877 nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və digər sənədlər ilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetirilmişdir və onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının CPM-nin 39.1.12-ci maddəsinə əsasən «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə barəsində sadələşdirilmiş icraat aparılan şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun Azərbaycan Respublikasının CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə barəsində sadələşdirilmiş icraat aparılan şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun Azərbaycan Respublikasının CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. 81.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə əsasən, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 24-cü bəndinə əsasən, birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Məhkəmə, tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktı ilə əlaqədar xitam verilməsinə razılığını, müdafiəçinin və dövlət ittihamçısının fikirlərini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə dair razılığını, həmçinin Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Sadələşdirilmiş icraat materialına əlavə edilmiş vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq məhkəməyədək sadələşdirilmiş icraat dövründə 15 (on beş) iş saatı, müdafiəçi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu dövrdə 22 (iyirmi iki) iş saatı müddətində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat zamanı dövlət hesabına göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 165 (bir yüz altmış beş) manat məbləğində pul və məhkəmə iclaslarında göstərilmiş 22 (iyirmi iki) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 242 (iki yüz qırx iki) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 312, 314 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə Azərbaycan Respublikasının CM-nin 81.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat zamanı dövlət hesabına göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 165 (bir yüz altmış beş) manat məbləğində pul və məhkəmə iclaslarında göstərilmiş 22 (iyirmi iki) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 242 (iki yüz qırx iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC-nin Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan şikayət və protest verilmədikdə 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №1(002)-255/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-255/2025
28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver