Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-256/2020 26.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Məmmədova (Bababəyova) Aygün Əhməd qızının, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(006)-94/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən qəti olaraq 2500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və cəriməni ödəməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarının dəyərindən ödənilməmiş qalan 12935,00 manat, habelə 12500,00 manat məbləğində pulu Zərərçəkmiş şəxs (Bababəyovaya) ödənilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(002)-2732/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(002)-275/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona xx xxxxxxx 2019-cu il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə hərəkətlərini davam etdirməklə borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2010-cu ilin yay aylarından tanıyır və onunla qeyd olunan ərəfədə Xaçmaz rayonunun Nabran qəsəbəsində təsadüfən tanış olmuşdur. Həmin vaxtdan sonra aralarında yaxın münasibət yaranmış və biri-birlərinin evinə gediş-gəliş etməyə başlamışlar. O, aralarında yaxın münasibət yaranandan sonra bilmişdir ki, Zərərçəkmiş şəxs faizlə borca pul verməklə məşğul olur. Təxminən 2014-cü və 2015-ci illər ərzində o Zərərçəkmiş şəxs 1500,00 manat məbləğində pulu 15 faiz olmaqla borca almış və həmin vaxtdan sonra bir neçə ay qeyd olunan məbləğin faizini sonuncuya ödəməyə başlamışdır. Sonradan borcundan 300,00 manatını Zərərçəkmiş şəxs qaytarmış və yerdə qalan 1200,00 manatını isə yaxın müddət ərzində qaytaracağını sonuncuya söz vermişdir. Həmin vaxtdan bir müddət keçəndən sonra bilmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və həmin məhkəmə tərəfindən onun iştirakı olmadan Zərərçəkmiş şəxs aldığı qızıl-zinət əşyalarının dəyərindən ödənilməmiş qalan 12935,00 manat və əlavə olaraq ondan aldığı 12500,00 manat məbləğində pul vəsaitinin ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair qətnamə çıxarılmışdır. O, Zərərçəkmiş şəxs 1200,00 manat borcu olduğunu, barəsində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən inzibati qaydada işə baxılan zaman hakimə məhkəmə qətnaməsində göstərilən məbləğdə borcunun olmadığını qeyd edərək bir daha Zərərçəkmiş şəxs həmin məbləğdə borcunun olmadığını bildirmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, hazırda heç bir yerdə işləmədiyinə və heç bir qazancı olmadığına görə borclu olduğu 1200 manatı ödəmək iqtidarında deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Məmmədova (Bababəyova) Aygün Əhməd qızı öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2013-cü ilin yay aylarından tanıyır və onunla həmin ərəfədə Xaçmaz rayonunun Nabran qəsəbəsində təsadüfən tanış olmuşdur. 2015-ci il tarixdə anası rəhmətə gedəndən sonra özünə məxsus olan qızıl-zinət əşyalarını satmaq məqsədi ilə həmin ilin dekabr ayında Bakı şəhərində yerləşən Mərkəzi Univermağın yaxınlığında həmin qızıl-zinət əşyalarını satmaq istəyərkən təsadüfən Təqsirləndirilən şəxs ilə görüşmüş və aralarında yaranmış söhbət əsnasında sonuncu həmin qızıl-zinət əşyalarını baha qiymətə sata biləcəyini ona bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə onun yaşadığı ünvana gedərək sonuncu 18000,00 manat dəyərində qızıl-zinət əşyalarını ondan götürməsi barədə öz dəsti xətti ilə qeyd yazılı qəbz vermişdir. Həmin qızıl-zinət əşyalarının təxminən 3700,00 manat dəyərində hissəsi Təqsirləndirilən şəxs tərəfindən üç ay müddət ərzində satılaraq ona verilmişdir. Bundan əlavə 2016-cı ilin aprel ayında Təqsirləndirilən şəxs onu aldadaraq oğlu Samiri Moskva şəhərində yerləşən Biznes Universitetinə düzəltmək adı ilə ondan 12500,00 manat məbləğində pul almış və sonradan Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını hiss edərək məcburiyyət qarşısında qalaraq sonuncunun barəsində aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş və qeyd olunan rayon məhkəməsi tərəfindən qızıl-zinət əşyalarının dəyərindən ödənilməmiş qalan 12935,00 manat, habelə 12500,00 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq ona qaytarılması barədə xx xxxxxx 2017-ci il tarixli, 2(002)-2732/2017 saylı qətnamə çıxarılmışdır. O, məhkəmə qətnaməsindən sonra Təqsirləndirilən şəxs qətnamədə qeyd olunan məbləğdən ona heç bir ödəniş etmədiyini qeyd edərək sonuncudan ona borclu olduğu məbləğin alınaraq qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, təqsirləndirilən şəxs tərəfindən hal-hazıradək yaranmış borcla bağlı heç bir ödəniş edilməmiş və buna heç bir formada cəhd belə göstərilməmişdir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(002)-2732/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən qızıl-zinət əşyalarının dəyərindən ödənilməmiş qalan 12935,00 manat, habelə 12500,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs (Bababəyovaya) ödənilməlidir. Borcluya məhkəmə qətnaməsinə dair icra tələbini könüllü olaraq qanunla müəyyən olunmuş müddət ərzində icra edilməsi üçün bildiriş göndərilmiş, lakin o, heç bir üzrlü səbəb olmadan icra tələbini icra etməmiş və bunun üçün heç bir səy də göstərməmişdir. İcra sənədini icra etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs əmlak vəziyyəti, bank hesabları və digər gəlir mənbələrini müəyyən etmək üçün bank və digər bank qurumlarına sorğular verilmişdir. Bundan əlavə görülmüş tədbirlər nəticə vermədiyindən borclu Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(002)-275/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilmişdir. Borclu məhkəmə qərarı ilə cərimə olunduqdan sonra qanuna müvafiq olaraq ona icra sənədinin icrası üçün yeni müddət təyin olunmuş və həmin müddət başa çatdıqdan sonra barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimat veriləcəyi barədə qabaqcadan rəsmi qaydada bildiriş verilmişdir. Bütün bunlara baxmayaraq borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə tam olaraq pul vəsaiti ödəyəcəyini vəd etsə də vədinə əməl etməmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(002)-2732/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən qızıl-zinət əşyalarının dəyərindən ödənilməmiş qalan 12935,00 manat, habelə 12500,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs (Bababəyovaya) ödənilməlidir. Borcluya məhkəmə qətnaməsinə dair icra tələbini könüllü olaraq qanunla müəyyən olunmuş müddət ərzində icra edilməsi üçün bildiriş göndərilmiş, lakin o, heç bir üzrlü səbəb olmadan icra tələbini icra etməmiş və bunun üçün heç bir səy də, göstərməmişdir. İcra sənədini icra etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs əmlak vəziyyəti, bank hesabları və digər gəlir mənbələrini müəyyən etmək üçün bank və digər bank qurumlarına sorğular verilmişdir. Bundan əlavə görülmüş tədbirlər nəticə vermədiyindən borclu Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(002)-275/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilmişdir. Borclu məhkəmə qərarı ilə cərimə olunduqdan sonra qanuna müvafiq olaraq ona icra sənədinin icrası üçün yeni müddət təyin olunmuş və həmin müddət başa çatdıqdan sonra barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimat veriləcəyi barədə qabaqcadan rəsmi qaydada bildiriş verilmişdir. Bütün bunlara baxmayaraq borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə tam olaraq pul vəsaiti ödəyəcəyini vəd etsə də, vədinə əməl etməmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcu könüllü ödənilməsinə dair bildirişdən, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati xəta haqqında xx xxxxxx 2019-cu il tarixli, 3(002)-275/2019 saylı qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(002)-2732/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs Məmmədova (Bababəyova) Aygün Əhməd qızının soyadı Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(002)- 2732/2017 saylı qətnaməsində “Məmmədova” kimi deyil “Bababəyova” kimi qeyd edilmişdir. Məmmədova (Bababəyova) Aygün Əhməd qızına Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən soyadı cinayət işinin materiallarında “Bababəyova” kimi deyil “Məmmədova” kimi qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(006)-94/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən qəti olaraq 2500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Qaradağ rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli xx/xx-1100/7 saylı məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş 2500 manat məbləğində cərimə cəzasından heç bir ödəniş etməmiş və cəzası icra olunmamış qalmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs özünün etiraf etdiyi həddə də yaranmış borcundan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Məhkəmə araşdırması və cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yuxarıda qeyd olunan cinayət işi ilə əlaqədar axtarışda olmaqla xx xxxxxx 2020-ci il tarixdə saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmiş və xx xxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə tutulmadan azad edilmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün “Mərkəz” Vəkil Bürosunun vəkili X2 tərəfindən 24 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 144 (yüz qırx dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 2500 manat məbləğində cərimə cəzası ilə tam birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 2500 (iki min beş yüz) manat cərimə cəzası və 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 144 (yüz qırx dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-256/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-256/2020
26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver