Məhkəmə qərarları › İş №1(002)-256/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-256/2021

12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-256/2021 12.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 13.04.2021-ci il tarixdə saat 22:10-da Qaradağ RPİ-nin X3 və Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, ünvan 2 ünvanının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci polis bölməsinin inzibati binasına gətirilərək dəvət olunmuş müdafəçinin iştirakı ilə həmin gün saat 23:20 radələrində üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükümdə təmiz çəkisi 0,352 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 3-4 ay olarmış ki, narkotik vasitə heroin qəbul etmişdir. O, narkotik vasitə heroini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul etmişdir. Narkotik vasitə qəbul etdiyinə görə əvvəllər məhkum olunmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 12.04.2021-ci il tarixdə saat 14:00 radələrində şəxsi işi ilə bağlı Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən əraziyə getmişdir. Həmin vaxt tanımadığı şəxs ona yaxınlaşaraq narkotik vasitə olan heroin satdığını, ona narkotik vasitəni almağını təklif etmişdir. O da narkotik maddə heroin qəbul etdiyi üçün tanımadığı şəxsin təklifi ilə razılaşmış, 10 manat müqabilində həmin şəxsdən 01 ədəd gümüşü falqaya bükülmüş halda narkotik vasitə olan heroini almış, üzərində saxlamış, lakin qəbul etməmişdir. 13.04.2021-ci il tarixdə saat 22:10 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanının qarşısına çıxmışdır. Həmin vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək Qaradağ RPİ-nin əməkdaşları olduqlarını bildirib ondan adını və soyadını soruşmuşlar. O da polis əməkdaşlarına bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşları ona narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşqğul olmaqda şübhəli olduğunu bildirərək onu 11-ci PB-nə gətirmişlər. 11-ci PB-nin inzibati binasında otaqların birində onun hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş, bundan sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O da əynindəki göy rəngli cins şalvarının sağ yan cibindəki 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükülünü masanın üzərinə qoyaraq bildirmişdir ki, özünündür, həmin narkotik maddəni 12.04.2021ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən ərazidən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Bundan sonra həmin büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroin aşkarlanmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin onun olmuşdur, öz istifadəsi üçün əldə etmişdir, həmin maddəni kimə isə satmaq və ya pay vermək kimi niyyəti olmamışdır. Polis əməkdaşları onu saxlayıb 11-ci polis bölməsinə aparanda və polis bölməsində olan zaman ona heç bir zor tətbiq etməmişlər. O, narkotik vasitə heroinin qəbulu ilə məşğul olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu və məcburi müalicə almaq istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin X3 əməliyyat müvvəkkili, polis leytenantı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, DİO-da 2014-cü ildən xidmət edir, 2020-ci il tarixdən isə Qaradağ RPİ-nin X4 əməliyyat müvvəkkili işləyir, rütbəsi polis leytenantıdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, Bakı şəhəri, Qaradağ RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Ona görə də Qaradağ RPİ-nin rəisinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru polis nəfəri, polis serjantı Şahid2 və Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru polis nəfəri, polis serjantı Şahid3 daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən o, Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru polis nəfəri, polis serjantı Şahid2 və Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə 13.04.2021-ci il tarixdə təxminən saat 21:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanının qarşısına gedib kənarda dayanıb ətrafa nəzarət etməyə başlamışlar. Təxminən 15-20 dəqiqə sonra ünvan 2 ünvanının qarşısında bir nəfər kişi cinsli şəxsin dayandığını görüb həmin şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üstüstə düşən şəxs olduğunu müəyyən etdikdə ona yaxınlaşıb özlərini ona təqdim edərək adını soruşduqda həmin şəxs özünü təqdim edib 1997-ci il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Lakin Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşa gəlməz halların baş verməsini nəzərə alıb onu Qaradağ RPİ-nin 11-ci polis bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 11-ci polis bölməsində xidməti otaqların birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi telefon vasitəsilə Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru polis nəfəri, polis serjantı Şahid2 aparmışdı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindəki 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükülünü masanın üzrəinə qoyaraq bildirmişdir ki, bükümün içərisində narkotik maddə heroin vardır, özünündür, həmin narkotik maddəni 12.04.2021-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən ərazidən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Bundan sonra həmin büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddə aşkarlanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Protokol tərtib edilərkən şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin bükülünün içərisindəki maddə narkotik vasitə heroin olmuşdur. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət edərkən Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru polis nəfəri, polis serjantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2018-ci ildən DİO-da, eləcə də tutduğu vəzifədə xidmət edir. İşin mahiyyəti üzrə bildirmişdir ki, Bakı şəhəri, Qaradağ RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Ona görə də Qaradağ RPİ-nin rəisinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün Qaradağ RPİ-nin X4 əməliyyat müvvəkkili, polis leytenantı Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o və Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru polis nəfəri, polis serjantı Şahid3 daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən Qaradağ RPİ-nin X4 əməliyyat müvvəkkili, polis leytenantı Şahid1, o özü və Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru polis nəfəri, polis serjantı Şahid3 birlikdə 13.04.2021-ci il tarixdə təxminən saat 21:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanının qarşısına gedib kənarda dayanıb ətrafa nəzarət etməyə başlamışlar. Təxminən 15-20 dəqiqə sonra ünvan 2 ünvanının qarşısında bir nəfər cavan oğlanın dayandığını görüb həmin şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdə ona yaxınlaşıb özlərini ona təqdim edərək adını soruşduqda həmin şəxs özünü təqdim edib 1997-ci il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Lakin Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşa gəlməz halların baş verməsini nəzərə alıb onu Qaradağ RPİnin 11-ci polis bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 11-ci polis bölməsində xidməti otaqların birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirak ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi telefon vasitəsilə o özü aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindəki 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükülünü masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümün içərisində narkotik maddə heroin vardır, özünündür, həmin narkotik maddəni 12.04.2021-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən ərazidən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Bundan sonra həmin büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddə aşkarlanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Protokol tərtib edilərkən şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin bükülünün içərisindəki maddə narkotik vasitə heroin olmuşdur. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət edərkən Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. Şahid Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru polis nəfəri, polis serjantı Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində Qaradağ RPİ-nin digər əməkdaşları Şahid2 və Şahid1 ifadəsində göstərdiklərini təsdiqləyərək onlarla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2021-ci il tarixli 6/1458 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №223” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən götürülən...” sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,352 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,352 qr., sərf edildi: 0,05 qr., qalıq: 0,302 qr; Ekspertiza tədqiqatının dəyəri 65,0 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 21 aprel 2021-ci il tarixli 1194 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,352 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq qalmış çəkisi 0,302 qram narkotik vasitə heroin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində, polis əməkdaşlarının və dəvət edilmiş müdafiəçin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona təklif olunur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindəki 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükülünü masanın üzərinə qoyaraq bildirir ki, bükümün içərisində narkotik maddə heroin vardır, özünündür, həmin narkotik maddəni 12.04.2021-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən ərazidən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Bundan sonra həmin büküm açılır, bükümün içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkarlanır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 13 aprel 2021-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 15 aprel 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,302 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 44 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 384 (üç yüz səksən dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 05 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 12 iyul 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,302 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 384 (üç yüz səksən dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar