Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-256/2024 05.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Füzuli rayonu, Qacar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olmaq, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə və silah qismində istifadə edilən əşya tətbiq etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 04 aprel 2024-cü il tarixdə, saat 20 rədələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər şəhərciyində 10 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs3 avtomobilini hasarlayıb həyətyanı sahə kimi istifadə etdiyi yerin qarşısında saxlamasına etiraz etdiyinə görə aralarında yaranmış mühabisə zamanı ətrafda xeyli adamların toplaşmasına əhəmiyyət vermədən, özünün şəxsiyyətini cəmiyyətin fövqündə qoymaqla, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına zidd olaraq, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 üzərinə hücum edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən yumruqla sonuncunun sifət nahiyəsinə zərbə vurub zor tətbiq edərək xuliqanlıq etmiş, bundan sonra qanunsuz hərəkətlərini dayandırmağa çalışmaqla ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslər-Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müqavimət göstərib üzərlərinə hücum edərək qəsdən Zərərçəkmiş şəxs4 sifət nahiyəsinə yumruqla zərbə vurmaqla zor tətbiq etmiş, silah qismində istifadə etdiyi taxta parçası ilə qəsdən Zərərçəkmiş şəxs2 sağ qoluna bir zərbə vurub sağ bazu nahiyyəsinin qançırından ibarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, təpiklə isə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub ona sidik ifrazının ağrılı və şişkinlik fonunda qismən zəifləməsi ilə müşayiət olunan qasıqüstü və xarici cinsiyyət orqanının yumşaq toxumalarının qançır-şişkinlik halında əziyi və sağ bud nahiyəsinin qançırından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, hadisə zamanı öz həyətində oturmuşdur. Həyətinin qarşısına maşın yaxınlaşdığını görmüşdür. O həmin maşın sahibinə orada saxlamamasını bildirmək istəsə də qonşusu Azər maşından düşərək onun qoyduğu su qablarını götürüb kənara atmışdır. O Azərdən niyə belə bir şey etdiyini soruşmuş, Azərdə maşınını burada saxlayacağını bildirmişdir. Sonra maşını onun üzərinə sürmüşdür. Sonra Azərin atası evdən pəncərədən qışqıraraq maşının orada qalacağını bildirmişdir. Sonra Azərin atasıda arvadı ilə birlikdə evdən aşağı düşmüş və onların üstünə hücum çəkmişdir. Azərdə ona təpik atmış oda onun ayağından tutmuş və onu itələmişdir. Ona verilmiş suallara əlavə olaraq bildirmişdir ki, Azər gəlib su qablarını atdıqdan sonra maşını onun üzərinə sürərək onu yolun kənarına sıxışdırmışdır. Azərin yanında gələn dosdları onu döymək məqsədi ilə gəlmişlər. O tək olmuş Azərgil isə çox olmuşlar. Hadisə axşam təxminən saat 20 radələrində baş vermiş və 15-20 dəqiqə davam etmiş həmin zaman ora xeyli adam yığışmışdır. O hadisə zamanı qonşusu Hüseyni və onun arvadını vurmamışdır. Hadisə zamanı onun əlində heç bir taxta olmamış, o heç kimi vurmamışdır. O öz ifadəsində daha sonra göstərmişdir ki, hal-hazırda əməlindən səmimi peşman olmasını, ağır dərəcəli şəkərli diabed xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü CM-nın 221.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır, onunla yeni binada yaşayan Zərərçəkmiş şəxs1 və ailə üzvlərini yaxşı tanıyır, münasibətləri yaxşı olmuşdur, ədavət və düşmənçilikləri olmamışdır. Yaşadığı binanın qarşısında olan kiçik boş sahəni müvəqqəti olaraq metal torla hasarlayaraq həyətyanı sahə kimi istifadə edir, həmçinin sahənin qarşısında avtomobil saxlayıb həyətinə giriş-çıxışı bağlamasınlar deyə sahənin qarşısına 1 ədəd plastik 19 litrlik su qabı qoymuşdur. 04 aprel 2024-cü il tarixdə saat 20:00 radələrində qeyd edilən həyətyani sahədə olan zaman Hüseynin oğlu Azər idarə etdiyi avtomobili ilə gəlib avtomobili həmin həyətyanı sahənin metal çıxış qapısının qarşısında saxladığından Azərə “maşını burda saxlama, arxa tərəfdə, ya da yan tərəfdə saxla” sözlərini demişdir. Azər isə “maşını elə burda saxlayacağam” deyərək həmin qabları götürüb kənara atmış, buna görə də qapını açıb çölə çıxaraq Azərə “neyniyirsən burda saxlama. Mən deyirəm burda saxlama sən qabları atırsan başqa yerə” sözlərini demişdir. Su qablarını yenidən əvvəlki yerinə qoymaq istəyərkən Azər avtomobilə əyləşib avtomobili üstünə sürmüş, nəticədə avtomobillə səki arasında olan hissədə qalmış, bu an avtomobildən tanımadığı iki nəfər şəxs də aşağı düşərək üzərinə hücum etmişlər və Azərlə avtomobilin arxa tərəfində mübahisələri yaranmışdır. Azər idarə etdiyi avtomobilin yük yerindən içəridə sol tərəfdən qırmızı rəngli bağlanın açılan bıçaq götürərək üzərinə gəlsə də, Azərə bıçağı açmağa imkan verməmişdir. Digər iki nəfər şəxs isə boğazından tutaraq onu boğmuşlar. Həmin vaxt Azər artıq evə qalxmış və yuxarıdan qışqırmışdır ki, “bura gəl, bura gəl”. Lakin onun çağırışına məhəl qoymamış, ona tərəf getməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsinin sonunda göstərmişdir ki, nə Zərərçəkmiş şəxs1, nə də Zərərçəkmiş şəxs2 vurmamış, Ülviyyəni ümumiyyətlə hadisə yerində görməmişdir. Onları vurmağı və xəsarət yetirməyi barədə deyinlər tamamilə yalandır, hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Yaranmış səs küyə təxminən 30-40 nəfərə qədər insan toplaşmış və bu hadisəni görmüşlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, aprel ayının əvvəli məzuniyyətə çıxdığı üçün evdə olumuşdur. Hadisə vaxtıda otağın pəncərəsi açıq vəziyyətdə olmuşdur. O, həyətdə olan səs-küyə görə pəncərədən çölə baxmış və aşağıda qonşusu Şirin ilə oğlu Azərin mübahisə etdiyini görmüşdür. Oda arvadı ilə tez aşağı düşmüşlər. Onlar ora çatanda Şirin Azərin ayağından dartıb mübahisə edirmiş. Əvvəl Şirinin əlində heç nə olmamış ancaq sonra o, öz həyətinə gedib əlində taxta parçası ilə geri dönmüş və əlində taxta parçasını fırladaraq onlarla mübahisəsini davam etdirmişdir. Sonra Şirin onu təpiklə vurmuşdur. Bundan sonra qonşular gəlib onları ayırmışdır. Onlarda Azəridə götürüb öz mənzillərinə getmişlər. Sonra onun ayağı zərbənin təsirindən göyərmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin vaxtı qonşusu Şirinin onun arvadı Ülviyyəni taxta parçası ilə vurasada bunu qəsdən etdiyini bilmir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əməlini etiraf etməyərək onlara hər hansı maddi və mənəvi dəsdək olmasa da qonşu olduqlarına görə onu bağışlamışlar. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinın olmadığını, ona vurulmuş ziyanın ödənildiyini, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 04 aprel 2024-cü il tarixdə saat 20:00 radələrində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onun özünü, arvadı Zərərçəkmiş şəxs2 və oğlu X5 döymüşdür. Belə ki, xx.xx.2024-cü il tarixdə evdə olarkən arvadı Ülviyyə onu səsləyərək oğlu Azərin binanın qarşısında qonşu Şirinlə əlbəyaxa olduğunu deməsindən sonra tez aşağı düşmüş, qonşusu Şirinin oğlu Azərin yaxasından tutduğunu və onunla mübahisə etdiyini görmüşdür. Onları aralamağa çalışan zaman arvadı Ülviyyə də orada olmuş, ətrafda olan şəxslər Şirini sakitləşdirməyə çalışmışlar. Şirin oğlu Azərin avtomobili saxladığı yerdən kənara çəkməsini istəmişdir, çünki Şirin binanın qarşısında öz evinin qabağını setka ilə bağlayıb və evdən həmin həyət kimi bağladığı yer vasitəsi ilə çölə çıxdığına görə oğlunun avtomobili həmin yerin qarşısında saxlamasını istəməmişdir. Hadisə zamanı Şirin daha da özündən çıxaraq evinin qarşısındakı həyətindən əlinə nə isə metal və ya taxta olduğunu bilmədiyi bir əşya götürüb oğlu Azərin üzərinə hücüm etmiş, arvadı araya girib Şirinin Azəri vurmasına mane olmaq istədikdə Şirin əlindəki əşya ilə arvadı Ülviyyənin qoluna vurmuşdur. Oğlu Azər də Şirinin əlindəki əşyadan tutarkən əlində xəsarət yaranmışdır. Oğlu Azərlə arvadı Ülviyyə kənara çəkildikdən sonra Şirin onun yaxasından yapışmış, əlindəki ilə vuracağını deyib hədələmiş və nalayiq ifadələrlə məni təhqir etmişdir. Bu zaman Şirinə “vura bilirsənsə vur” demiş, Şirin də əlindəki taxta parçası ya da dəmir parçası ilə vurmaq əvəzinə təpiklə onun qasıq nahiyyəsindən vurmuşdur. Bundan sonra qonşular onları bir birindən aralamışlar. Hadisə təxminən 30-35 dəqiqə davam etmiş, təqribən 30-40 nəfər adam hadisəni görmüşdür. Həmin vaxtı çox həyəcanlı olduğundan konkret onu kim ayırmasını dəqiq görməmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, bədən səthində olan xəsarətləri 04 aprel 2024-cü il tarixdə aralarında olan mübahisə zamanı Şirin ona iki təpik zərbəsi yetirmiş, sonuncunun ona xəsarət yetirməməsi barədə verdiyi ifadə həqiqətə uyğun deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə zamanı aprel ayının 4-ü təxminən axşam tərəfi televizora baxırmış. Həyətdən oğlu Azərin səsini eşitdikləri üçün pəncərədən həyətə baxanda qonşuları Şirinlə Azərin dava etdiklərini görmüş və ərim Hüseynlə tez aşağı düşmüşlər. O oğlu Azəri tutub özünə tərəf çəkmiş sonra əri ilə Şirin dava etməyə başlamışlar. Sonra Şirin öz həyətinə keçib oradan taxta götürərək geri qayıtmışdır. Hadisə maşını saxlamaq üstündə olmuşdur. Şirin əlində olan taxtanı fırlayan zaman taxta onun qoluna dəymişdir. Şirin onun ərini təpiklə iki dəfə vurmuşdur. Ona verilmiş suallara əlavə olaraq bildirmişdir ki, hadisə zamanı ətrafda adam çox olmuşdur. Əri Azəri davadan aralaşdırmaq istəyəndə qonşu Şirin onun ərini təpiklə vurmuşdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinın olmadığını ona vurulmuş ziyanın ödənildiyini və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hal-hazırda işləmir. xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onu, əri Zərərçəkmiş şəxs1 və oğlu X5 döymuşdür. Belə ki, xx.xx.2024-cü il tarixdə evdə olarkən yaşadıqları binanın qarşısında səs küy gəldiyini eşitmiş və oğlunun səsinə bənzətmişdir. Eyvandan çölə baxdıqda qonşuluqda yaşayan Şirin adlı şəxsin oğlunun yaxasından tutaraq onunla mübahisə etdiyini görmüş, tez bu barədə əri Hüseynə xəbər vermiş, aşağı düşüb onları aralamasını istəmişdir. Əri Hüseyn tez aşağı düşmüş, ardınca o da evdən çıxmışdır. Aşağı çatanda qonşu Şirinin oğlu Azərlə mübahisə etdiyini görmüşlər və əri ilə birlikdə onları aralaşdırmağa çalışmışlar. Ətrafda olan şəxslər də Şirini sakitləşdirməyə, kənara çəkməyə çalışmışlar. Şirin oğlu Azərin avtomobili saxladığı yerdən kənara çəkməsini istəmişdir, çünki Şirin binanın qarşısında öz evinin qabağını setka ilə bağlayıb və evdən həmin həyət kimi bağladığı yer vasitəsi ilə çölə çıxdığına görə oğlunun avtomobili həmin yerin qarşısında saxlamasını istəməmişdir. Hadisə zamanı Şirin daha da özündən çıxaraq evinin qarşısındakı həyətindən əlinə nə isə metal və ya taxta olduğunu bilmədiyi bir əşya götürüb oğlu Azərin üzərinə hücüm edən zaman araya girib Şirinin Azəri vurmasına mane olmaq istədikdə Şirin əlindəki əşya ilə sağ qolunun yuxarı hissəsinə vurmuşdur. Oğlu Azər onu kənara çəkmiş və onunla birlikdə evə çıxarkən Şirin ərinin yaxasından tutmuş və əlindəki ilə onu vurmağa çalışmışdır. Ancaq sonra əlindəki ilə deyil təpiklə Hüseynin qasıq nahiyyəsindən ayağı ilə zərbə vurmu, bundan sonra qonşuların köməkliyi ilə onlar bir birlərindən aralaşmışlar. Evə qalxdıqdan sonra 102 xidmətinə məlumat vermiş və ardınca polis əməkdaşları evlərinə gəlmiş, hadisə barədə məlumat, rəsmi ərizə və izahat vermişdir. Hadisə təxminən 30-35 dəqiqə davam etmiş, təqribən 30-40 nəfər adam hadisəni görmüşdür. Onlardan kimsə gəlib hadisə barədə məlumat verə biləcəyini dəqiq bilməmişdir. Özünün bədən səthində olan xəsarətləri 04 aprel 2024-cü il tarixdə aralarında olan mübahisə zamanı Şirin əlindəki taxta parçası ilə sağ qol nahiyəsindən vuraraq yetirmişdir. Tərəflərindən hadisə yerində olan şəxslərdən heç kim Şirini vurmamışdır. Şirinin ona xəsarət yetirməməsi barədə verdiyi ifadənin yalan olduğunu bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 ifadəsinin sonunda göstərmişdir ki, əvvəllər heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə vaxtı saat 20:00 radələrində öz maşını ilə məhlələrində blokun qarşısında üç maşınlıq boş yer olduğunu görüb maşını orada saxlamaq üçün yaxılaşmışdır. Həmin zaman maşında onun dosdları İmanov Azər və Şahid olmuşdur. Daha sonra qonşusu Şirin ora su qablarını qoyduğu üçün o düşüb su qablarını götürüb maşını boş yerdə saxlamaq istəmişdir. Qonşuları Şirin ona maşını orada saxlamamasını, həmin yerin yeznəsinin olduğunu, onun gəlib maşını orada saxlayacağını bildirmişdir. Şirin ona maşınını gedib başqa yerdə saxlamasını bildirmişdir. Oda Şirinə yeznəsinin maşınını gedib başqa yerdə saxlamasını bura onun evinin qarşısı olduğunu bildirmişdir. Bunu deyən zaman Şirin onun üzərinə hücum çəkmişdir. Bu zaman Caviddə daşın üstündə oturmuşdu. Caviddə Şirini sakitləşdirmək üçün dava etməməklərini bildirmişdir. Şirin onlara yumuruq atmışdır. Sonra Nicatda ora gəlib onların dava etməməklərini bildirmiş bu zaman Şirin yumuruqla onu da vurmuşdur. Bundan sonra valideyinləri və qonşular əraziyə yığışmışdır. Şirin ona yumuruq atanda oda özünü müdafiə etmək məqsədi ilə Şirinə təpik atmışdır. Şirində onun təpiyini tutub dartmışdır. Sonra Şirin gedib öz həyətindən taxta götürüb qayıtmışdır. Onun üzərində və maşınında heç bir kəsici alət və bıçaq olmamış və maşınını Şirinin üzərinə sürməmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını ona vurulmuş ziyanın ödənildiyini və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs yaxşı tanıyır, normal münasibətləri olmuşdur, ədavət və düşmənçilikləri yoxdur. Şirin 1-ci mərtəbədə, özü isə validleynləri ilə 2-ci mərtəbədə yaşayır. 04 aprel 2024-cü il taridə saat 20:00 radələrində idarə etdiyi VAZ 2107 markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gələn zaman evin qarşısında qonşu Şirinin 2 ədəd su boçkasını yolun kənarına qoyduğunu görmüşdür. Avtomobilindən düşüb həmin su boçkalarından birini götürüb kənara qoyaraq avtomobilini onun yerində saxlamışdır. Həmin vaxt birinci mərtəbədə yaşayan Şirin orda avtomobili saxlamamağı bildirəndə ondan səbəbini soruşmuş, o da qonağı gələcəyini və həmin yeri onun üçün saxladığını bildirmişdir. Ona qonağının başqa yerdə saxlamasını bildirəndə nalayiq küçə söyüşləri ilə söyüb təhqir edəedə üstünə hücum çəkmişdir. Həmin vaxt yanında olan dostu İmanov X8 qarşısına keçib vurmasının qarşısını almağa çalışmışdır. Amma o bir dəfə Cavidi yumruqla vurandan sonra, yumruğun təsirindən Cavid bir qədər kənarda yerə yıxılmışdır. Şirin yenədə ucadan qışqırıb nalayiq ifadələrişlədərək ona tərəf gəlmiş və qəflətən yumruqla sifət nahiyəsindən vurmuşdur. Onu özündən kənara itələyən zaman isə kənardan taxta parçasını götürərək yenə vurmaq istəmiş və o sağ əliylə taxtanı tutmaq istəyərkən taxta əlinə dəymişdir. Həmin vaxt səsinə valideyinləri və qonşular yığışmış, oraya gələn qonşular onları ayırıb binanın içərisinə salmışlar. Atası Hüseyn və anası Ülviyyə isə orda qalmış, bir neçə dəqiqədən sonra onlar da gələndə məlum olmuşdur ki, ondan sonra Şirin atası ilə anasını da vurmuşdur. Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Şirin yaşadığı mənzilin eyvanın altında maşın saxlanılmaması üçün yola su betonları düzür. O da yaşadığı evə gələndə həmin su betonları birini kənara çəkib idarə etdiyim avtomobilini orda saxlamışdır. Bu zaman Şirin onu nalayiq ifadələrlə söyüb təhqir edərək üzərinə hücum edərək döymüş, Cavidi isə vurub yerə yıxmışdır. Həmçinin, hadisə üçün heç bir səbəb olmadan, Şirin isə heç bir səbəb olmadan bu hadisəni törətmiş, hadisə zamanı Şirin yüksək səslə qışqırıb ünvanına söyüş söydüyü üçün ətrafda xeyli insanlar toplaşmış və bu hadisə insanların gözləri qarşısında baş vermişdir. Şirin əvvəlcə yumruqla onun sifət nahiyyəsindən, daha sonra isə taxta ilə sağ əlindən vurmuşdur. Lakin vurması nəticəsində heç bir xəsarəti olmamışdır. Bu səbəbdən məhkəmə tibbi eksperitzadan keçməkdən imtina etmişdir. Habelə, özü Təqsirləndirilən şəxs vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Şirinin boğazından tutub onu boğmağa çalışması barədə verilən ifadənin yalan olduğunu bildirmişdir. Bunu əlində bıçaq olmaması və hansısa bıçağı açmağa, yaxud bıçaqla Şirini vurmağa cəhd göstərməməsi ilə əlaqələndirmişdir. Şirinin əlində bıçaq olması barədə göstərdiklərini isə yalan olması ilə təkzib etmişdir. Anası onu Şirinin əlindan alan zaman o əlində olan, yəni anası və atası gələn zaman həyətinə keçib götürdüyü taxta parçası ilə vuran zaman sağ qolunu qabağa vermiş və taxta qoluna, eləcə də sifətinə dəymişdir. Bundan sonra Şirin əlində olan həmin taxta ilə onu əlindən almaq istəyən anasını sağ qolundan vumuşdur. Eyni zamanda həmin hadisə baş verərəkən, yəni Şirin anasını ağacla vurandan sonra təpiklə atasının qarın nahiyəsinə zərbə vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onlar Azərin maşını ilə işdən gəlib maşını məhlədə saxladıqdan sonra Şirin gəlib onunla mübahisə etməyə başlamışdır. Sonra o mübahisə etməmələri üçün dayanmaqlarını bildirmişdir. Ona verilmiş suallara əlavə olaraq bildirmişdir ki, o Şirini vurmamış Şirin Azərin atası ilə dalaşmışdır. O maşından düşərək Şirinə mübahisə etməməsini bildirsədə Şirin onu və sonra qardaşı Nicatı vurmuşdur. Bundan sonra Şirin gedib həyətdən taxta götürüb gəldi. Yəqin vurmaq üçün gətimişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinın olmadığını, ona vurulmuş ziyanın ödənildiyini və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3, onun ailə üzvlərini yaxşı tanıyır, normal münasibətləri vardır. Qəsəbədə yaşayan Şirini isə taksi sürücüsü kimi tanıyır, heç bir münsaibəti, eləcədə ədavət və düşəmənçiliyi olmamışdır. 04 aprel 2024-cü il tarixdə saat 20:00 radələrində Hüseyinli Azərlə birlikdə onun idarə etdiyi VAZ 2107 markalı avtomobillə Azərin yaşadığı evə gəlmişlər. Həmin vaxt Azər idarə etdiyi avtomobili yaşadığı evin qarşısında saxlamaq üçün oraya qoyulmuş 2 ədəd su boçkasının birini götürüb kənara çəkmiş, bu zaman Azərin yaşadığı evin birinci mərtəbəsində yaşayan tanımadığı, sonradan adının Şirin olduğunu bildiyi şəxs yaşadığı evdən çıxaraq Azərə avtomobilini orada saxlamamağını bildirəndə Azər ondan səbəbini soruşmuşdur. Cavabında Azərə qonağı gələcəyini və həmin yeri onun üçün saxladığını bildirmişdir. Azər Şirinə qonağının başqa yerdə saxlamasını bildirəndə o, nalayiq küçə söyüşləri ilə Azəri söyüb təhqir edə-edə Azərin üstünə hücum çəkmişdir. Bu vaxt mən onların aralarına keçib Azəri vurmasının qarşısını almağa çalışmış, amma Şirin bir dəfə yumruqla onun sifət nahiyyəsindən vurduğundan zərbənin təsirindən sifətində ağrı hiss etmiş və sifətini tutaraq kənara çəkilib yerə yıxılmışdır. Şirin yenə də Azəri nalayiq ifadələrlə söyüb ona tərəf getmiş, yumruqla onun da sifət nahiyyəsindən vurduqdan sonra Azər Şirin özündən kənara itələmiş, bu zaman Şirin kənardan taxta parçasını götürərək Azərin sağ əlindən vurmudur. Həmin vaxt səsə Azərin valideyinləri və qonşular gəlmişlər. Oraya gələn qonşular Azəri oradan uzaqlaşdırdıqdan sonra Azərin atası və anası Şirinə Azəri nə səbəbə görə vurduğunu soruşanda Şirin əvvəlcə Azərin anasını əlində olan taxta parçası ilə vurmuş, daha sonra isə onun atasını təpiklə qasıq nahiyyəsindən və ayağından vurmuşdur. Bundan sonra sonşular da onları ayırmış, hadisə təxminən 15-20 dəqiqə davam etmişdir, hadisə zamanı yüksək səs küy yaranmış, xeyli adam toplaşmışdır. Hadisə baş verən vaxt Şirin onu da vursa da, onda xəsrət yaranmamışdır. Avtomobildə ondan başqa qardaşı Nicat da olmuşdur. Şirinin üzərinə hücum etməmişlər və onun boğazından tutub, onu boğmağa çalışmamışlar. Əksinə avtomobildən düşüb ona “ağsaqqal, mübahisə nə lazımdır?” sözlərini deyən kimi Şirin qəflətən yumruqla onu vurmuşdur. Azərdə bıçaq olması və Şirinin üzərinə hücum etməsi barədə Şirinin verdiyi ifadənin yalan olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində göstərmişdir ki, o, hadisə zaman maşında olmuşdur. Orada mübahisə düşdüyü üçün ordan getmişdir. Ona verilən suallara əlavə olaraq bildirmişdir ki, o maşından düşmüş Şirin onada əl atmış ancaq ona dəyməmişdir. Şirin onun qardaşıyla Azəridə vurmuşdur. Aranın qarışdığını görüb oradan getmişdir. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşayan Azəri, onun ailə üzvlərini yaxşı tanıyır, normal münasibətləri olmuşdur. Qəsəbədə yaşayan Şirini isə taksi sürücüsü kimi tanımış, heş bir münasibəti, eləcə də ədavət və düşmənçiliyi olmamışdır. 04 aprel 2024-cü il taridə saat 20:00 radələrində Hüseyinli Azərlə birlikdə onun idarə etdiyi VAZ 2107 markalı avtomobillə Azərin yaşadığı evə gəlmişlər. Həmin vaxtı Azər idarə etdiyi avtomobili yaşadığı evin qarşısında saxlamaq üçün oraya qoyulmuş 2 ədəd su boçkasının birini götürüb kənara çəkmişdir. Həmin vaxtı Azərin yaşadığı evin birinci mərtəbəsində yaşayan tanımadığı sonradan adını Şirin olduğunu bildiyi şəxs yaşadığı evdən çıxaraq Azərə avtomobilini orada saxlamamağını bildirəndə Azər ondan səbəbini soruşmuş, o da Azərə qonağı gələcəyini və həmin yeri onun üçün saxladığını bildirmişdir. Azər Şirinə qonağının başqa yerdə saxlamasını bildirəndə o nalayiq küçə söyüşləri ilə Azəri söyüb təhqir edə-edə Azərin üstünə hücum çəkmiş, həmin vaxt qardaşı Cavid araya keçib onun Azəri vurmasının qarşısını almağa çalışmışdır. Amma Şirin yumruqla onun sifət nahiyyəsindən vuraraq onu yerə yıxmış, daha sonra sakitləşdirmək üçün Şirinə yaxınlaşmaq istəyən zaman onu yumruqla vurmaq üçün yumruq atmış, lakin mən zərbədən yayındığı üçün yumruq ona dəyməmişdir. Bundan sonra həmin yerdən kənarlaşdığından hadisənin necə davam etməsini, kimin kimi vurduğunu görməmişdir. Ancaq sonradan bilmişdir ki, həmin hadisə zamanı Şirin taxta parçası ilə Azərin anasını, təpiklə isə atasını vuraraq onlara xəsarət yetirmişdir. Hadisənin, təxminən 15-20 dəqiqə davam etdiyini, hadisə zamanı yüksək səs küy yarandığını, xeyli adam toplaşdığını öz ifadəsində göstərmişdir İşdə materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin Qaradağ rayon şöbəsinin 13 aprel 2024-cü il tarixli 237 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-sağ bazu nahiyəsinin qançırı bərk küt əşya təsirindən müayinədən 5-7 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İşdə materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 Püblik Hüquqi şəxsin Qaradağ rayon şöbəsinin 13 aprel 2024-cü il tarixli 236 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 Aşakişi oğlunun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sidik ifrazının ağrılı və şişkinlik fonunda qismən zəifləməsi ilə müşayiət olunan qasıqüstü və xarici cinsiyyət orqanın yumşaq toxumalarının qançır - şişkinlik halında əziyi və sağ bud nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən müayinədən 5-7 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İşdə materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 13 may 2024-cü il tarixli “üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə aralarında keçirilmiş üzləşdirmə zamanı özünün və arvadı Zərərçəkmiş şəxs2 bədən səthlərində olan xəsarətlərin heç bir səbəb olmadan onun tərəfindən yetirildiyini üzünə qarşı təsdiq etmişdir. İşdə materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 13 may 2024cü il tarixli “üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə aralarında keçirilmiş üzləşdirmə özünün və əri Zərərçəkmiş şəxs1 bədən səthlərində olan xəsarətlərin heç bir səbəb olmadan Təqsirləndirilən şəxs tərəfindən yetirildiyini sonuncunun üzünə qarşı təsdiq etmişdir. İşdə materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 11 iyun 2024cü il tarixli “üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs onunla mübahisə yaratmasını, habelə atası Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 bədən səthində olan xəsarətlərin heç bir səbəb olmadan onun tərəfindən yetirildiyini üzünə qarşı təsdiq etmişdir. İşdə materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 06 iyul 2024-cü il tarixli “üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə aralarında keçirilmiş üzləşdi..rmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədən xəsarətləri yetirdiyini üzünə qarşı təsdiq etmişdir. İşdə materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 10 aprel 2024cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 10 ünvanının qarşısıdır və insanların sıx yeri olmaqla ictimai yer hesab edilir. İşdə materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, Təqsirləndirilən şəxs “şəkərli diabet, tip 2, orta ağır forma, insulindən asılı vəziyyət, diabetik polineyropatiya. Rentinopatia. Aşağı ətrafların diabetiq angiopatiyası. ÜİX. Senokardia. Essensial hipertenziya. Xolesistoektomiadan sonraki vəziyyət ” diaqnozu ilə xəstədir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilsə də məhkəmə iş üzrə toplanmış sübutları, o cümlədən zərərçəkmiş şəxslərin və şahid ifadələrini müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə heç bir məlumat yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməlinin törətməsini, zərərçəkmiş şəxslərlə barışmaqla zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və xəstə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu əməli səmimi etiraf etməmiş və zərərçəkmiş şəxslərlə barışıq əldə etmək üçün heç bir təşəbbüs göstərməmişdir. Əksinə məhkəmə gedişatı zamanı zərərçəkmiş şəxslər səmimiyyət göstərərk təqsirləndirilən şəxsin yaşını və qonşu olmağını nəzərə alaraq onunla barışdıqlarını bildirmişlər. Məhkəmə bu halı təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının ən aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi materiallarından ayıdn olur ki, Təqsirləndirilən şəxs 13 may 2024 il tarixdə saat 12:50-də şübhəli şəxs qismində tutulmuş, 15 may 2024-cü il tarixdə saat 10:35-də təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdim edilmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və həmin gün barəsində istintaq oraqanı tərəfindən “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı 02 (iki) gün kimi nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 05 dekabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-256/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-256/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver