Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-257/2021 25.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Maşanlı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan 01 ədəd bükümdə heroin əldə edib üzərində saxlamaqla daşımış, Qaradağ RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar Qaradağ RPİ-nin CAŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 09.02.2021-ci il tarixdə saat 23.50 radələrində ünvan 1 ünvanın yaxınlığında yerləşən “Əkbər” marketin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş siqaretin qara rəngli kağız kəsiyində ümumi təmiz çəkisi 2,760 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəli olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi iş yeri olmadığı üçün etibarnamə ilə idarə etdiyi “VAZ 21144” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti göstərməklə ailənin maddi təlabatlarını təmin etmişdir. Özü narkotik vasitə aludəçisidir, 2020-ci ilin iyun ayından etibarən narkotik vasitə qurudulmuş marixuana və “kakos” istifadə etmişdir. Əvvəllər narkotik vasitələri Yasamal rayonu ərazisində tanımadığı ayrı-ayrı şəxslərdən alıb qəbul etmişdir. 09 fevral 2021-ci il tarixdə gecə saatlarında tanışları Tofiq, Səfər və Hüseyn adlı şəxslər ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Əkbər” adlı marketin yaxınlığında olan zaman polis əməkdaşları mülki geyimdə onlara yaxınlaşmış, onları Qaradağ RPİ-nə gətirmişlər. Polis idarəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulmuş, o da əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, içərisində kakos olduğunu demişdir. Hazırda üzərindən aşkar edilmiş narkotik vasitəni isə İran İslam Respublikasında yaşayan “Əli” adlı şəxsdən 100 manat pul müqabilində almışdır. Həmin “Əli” adlı şəxsi isə 7-8 aydır ki, tanıyırmış. Əli adlı şəxs ilə tanışlığı instaqram sosial şəbəkəsi vasitəsilə təsadüf nəticəsində baş tutmuşdur. Həmin iranlıdan təxminən 8 ay əvvəldə bir dəfə narkotik vasitə “kakos” almışdır. Belə ki, həmin iranlının Bakı şəhərində tanımadığı adamları vardır. O “emanat” vasitəsilə həmin “Əli” adlı şəxsin hazırda xatırlamadğı hesab kartına pul köçürürmüş və Əli adlı şəxsin adamları isə narkotik vasitəni Xırdalan şəhərində müəyyən tanınmış yerə ataraq şəkilin çəkib ona göstərirmiş. O da həmin narkotik vasitəni gedib götürürmüş. Üzərindən aşkar olunmuş narkotik vasitəni həmin vaxt almışdır. Həmçinin bildirir ki, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni yuxarıda adını qeyd etdiyi “Əli” adlı iranlıdan almışdır. O, Əli adlı şəxsin hazırda xatırlamadığı kartına 100 manat pul yükləmiş, bundan sonra sonuncunun adamları Xırdalan şəhərinə girişdə reklam lövhəsinin altına həmin narkotik vasitəni atmışdır və o qeyd edilən narkotik vasitəni gedib oradan götürmüşdür. Belə ki, “Əli” adlı şəxs narkotik vasitəni atdırdığı yerin şəkilini özü “VhatsApp” vasitəsilə ona göndərmişdir. Əli adlı iranlının mobil telefon nömrəsi onda olmuş, lakin Əli adlı şəxs ilə “vatsappla” yazışmalarını dərhal silmişdir. Həmçinin telefonu itdiyi üçün həmin nömrəni istintaqa təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu bildirib ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qaradağ RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs istintaqa təmin edilməsindən ötrü əməliyyat tapşırığı verilmiş, həmin əməliyyat tapşırığının icrası ilə əlaqədar o 09.02.2021-ci i il tarixdə Qaradağ RPİ-nin CAŞ-in CA üzrə kiçik inspektorları Şahid3 və Şahid2 ilə birlikdə ünvan 4 ünvanın yaxınlığında yerləşən “Əkbər” marketin qarşısında Təqsirləndirilən şəxs yanında üç nəfər ilə birlikdə Qaradağ RPİ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs yanında olan şəxslərin X8, X5 və X3 olması müəyyən edilmişdir. Həmin şəxslərin barəsində tədbir görülməsindən ötrü tərəfimdən raport tərtib edilmişdir. Raport əsasında həmin şəxslərin narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhələnildiyi üçün baş müstəntiq Raqib Rəhimov tərəfindən araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs baş müstəntiq Raqib Rəhimov tərəfindən şübhəli şəxs qismində tutularaq ona müdafiəçi dəvət olunmuşdur. 10 saylı Vəkil bürosunun vəkili Elxas Əsgərovun və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılmışdır. Baş müstəntiq X12 Quliyevə təklif edilmişdir ki, üzərində hər hansı qanunsuz əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm baş müstəntiq Raqib Rəhimov tərəfindən açılmış, bükülünün içərisində qəhvəyi rəngli, toz şəklində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroini İran İslam Respublikasının vətəndaşından 100 manata öz şəxsi istifadəsi üçün almışdır. Aşkar edilərək götürülmüş kütlə müstəntiq tərəfindən qablaşdırılmış, protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Digər şəxslərin barəsində istintaq araşdırması aparılmışdır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin cinayət axtarış şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru, Şahid2 digər Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid3 məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid2 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi tədqiq olunmaqla elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 10 fevral 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 4, 14) Şəxsi axtarış və götürmə aparılması haqqında 10 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Səfər Quliyevə könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuş və içərisində kakos olduğunu bildirmişdir. Həmin sellofan büküm açılmış, sellofanın içərisindən qara rəngli siqaret kağızının içərisində qablaşdırılmış bir ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə məxsus olan kütlə olduğu məlum olmuşdur. şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən aşkar edilmiş həmin kakos adlandırdığı narkotik vasitəni bir nəfər iranlıdan 100 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxsdın aşkar olunmuş içərisində qəhvəyi rəngli, spesifik iyə malik 01 ədəd kütlə üçün zərfə qoyularaq qablaşdırılmış, imzalanaraq təsdiq edildikdən sonra ekspertizaya təqdim edilməsi üçün maddi sübut kimi götürülmüşdür. (i.v. 22-23) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2021-ci il tarixli, 6/607 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 bükümdə təmiz çəkisi 2.760 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi – 2.760 qram, tədqiqata sərf olundu – 0,01 qram, qalıq – 2.660 qram, Ekspertiza tədqiqatının dəyəri 114.0 (yüz on dörd manat) manat təşkil edir. (i.v. 84-87) Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 4(002)-27/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 fevral 2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 147-148) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 X9-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 08 may 2021-ci il tarixli, 1436 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 207-208) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 19 yanvar 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 210) əməlin tövsif olunması və sübutların qiymətləndirilməsi, haqqında 24 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- in 180-cı maddəsi ilə cinayət təqibinə xitam verilməsi xüsusatı nəzərə alınmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs özünün etiraf xarakterli ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 2.760 qram 01 ədəd bükümdə olan narkotik vasitə- heroini iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi - 2.660 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk iş üzrə sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, X8, X5 və X1 Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzabati məsuliyyətə cəlb olunmaları üçün qəlbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 10-cu PB-nə göndərilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yerin Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Dəmiryolu küçəsində yerləşən “Əkbər” adlı marketin qarşısı olması nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivinin olmaması nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən narkotik vasitəni əldə etməsi xüsusatı üzrə cinayət işinin materiallarından narkotik vasitənin əldə olunduğu mənbənin müəyyən edilməsindən ötrü əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün material ayrılması qərara alınmışdır.(i.v. 211-219) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 223-224) Qaradağ Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 4(002)-104/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün, yəni 25 iyun 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun 10 fevral 2021-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CPM-158.2.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 fevral 2021-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), sübut növü kimi iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli (CPM-132), sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 işə qoşularaq ibtidai istintaq dövründə 47 (qırx yeddi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə baxışı zamanı 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 47 (qırx yeddi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 282 (iki yüz səksən iki) manat məbləğində pul, məhkəmə baxışı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 2,660 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinn materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri – 114.00 (yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 47 (qırx yeddi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 282 (iki yüz səksən iki) manat məbləğində pul, məhkəmə baxışı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-257/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-257/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver