Məhkəmə qərarları › İş №1(002)-257/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-257/2023

07.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-257/2023 07.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qobustan rayonu, Qurbançı kəndində qeydiyyatda olan və Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,939 qram narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsi, 5E nömrəli binanın qarşısında saxlanılaraq 10-cu polis bölməsinə gətirilmiş, orada video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,939 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,710 qram narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, 07 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində saat 16:00-da Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 5D nömrəli binanın qarşısında saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək, orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ kiçik cibindən bir ədəd qızılı rəngli siqaretin kağızına bükülmüş bükümdə olan təmiz çəkisi 0,710 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. Təxminən mart ayının əvvələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsində olduğu zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları ona narkotik vasitənin istifadəsində şübhəli olduğunu bildirib 10cu polis bölməsinə aparmışlar. 10-cu polis bölməsində üzərində aparılan axtarış zamanı əynində olan cins şalvarın cibindən qızılı rəngli siqaret kağızını çıxarıb masanın üstünə qoymuş və həmin bükümün içərisində narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Bundan başqa aprel ayının əvvələrində saat 16:00 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində tanışı Şahid5 ilə birlikdə olduğu zaman iki nəfər polis əməkdaşı onlara yaxınlaşıb narkotik vasitənin istifadəsində şübhəli olduqlarını bildirib 10-cu polis bölməsinə aparmışlar. 10-cu polis bölməsində üzərində axtarış zamanı əynində olan şalvarın cibindən içərisində kakos olan siqaret kağızını çıxarıb masanın üzərinə qoymuşdur. Törətdiyi əməldən peşmandır. İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-də 10-cu PB-nin cinayətaxtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məsçidin yaxınlığında yeni tikilidə yaşayan Təqsirləndirilən şəxs və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yeni tikilidə yaşayan Dəmirzadə X4 narkotik vasitələrin istifadəsi və üzərlərində gəzdirməsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. 07 aprel 2023-cü il tarixdə, saat 16:00 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs və Dəmirzadə X4 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində, Bina 5 D ünvanının qarşısında olduğunu görüb onlara yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onlardan özlərini təqdim etmələrini bildirmişlər, həmin şəxslər özlərini Təqsirləndirilən şəxs və Dəmirzadə X3 təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs və Dəmirzadə X6 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Polis bölməsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın cibindən 01 ədəd qızılı rəngli siqaretin kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, həmin maddəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-də 10-cu PB-nin sahə inspektoru Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərlərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. 03 mart 2023-cü il tarixdə, saat təxminən 11.00 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında olduğunu görüb ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Qaradağ RPİ-nin 10-cu PBnə dəvət etmişlər. Polis bölməsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə zamanı o, əynində olan boz rəngli şalvarın cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru Şahid4, müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis kapitanı Orxan Ocaqov tərəfindən şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoyması təklif olunur.Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoyur, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu və Hökməli kəndi ərazisindən tanımadığı şəxsdən 20 manata aldığını bildirir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru polis baş leytenantı Şahid1, müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis kapitanı Orxan Ocaqov tərəfindən şəxsi axtarış və götürmə aparılır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoyması təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ kiçik cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoyur, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu və Hövsan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 manata aldığını bildirir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1317 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №222” möhür əksi, “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,939 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2048 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №222” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut.şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,710 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materillarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3475 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,939 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,889 qram narkotik vasitə heroin saxlanması üçün maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,710 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,660 qram narkotik vasitə heroin saxlanması üçün maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf edərək peşman olması və gəncliyi cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin təkrar törədilməsidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 228 (iki yüz iyirmi səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,889 qram və 0.660 qram heroin məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirillmədən saxlanılsın. Cəzasının əvvəli 07 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 228 (iki yüz iyirmi səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,889 qram və 0.660 qram heroin məhv məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar